19 Mart 2010-cı il, N 312(1809)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3648)
"Mən baldırlarımı açıb göstərmirəm" (3548)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2475)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2254)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1744)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1356)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İslahatlar bir sıra kitabxanaların sonunu gətirsə də...
Lətifə Məmmədova: "Söhbət kitabxanaların modernləşdirilməsindən...gedir"
"30 faiz kitabxananın çox maraqlı veb saytı var"
Bir neçə il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən kiçik kitabxanaların bağlanacağına dair xəbər dolaşırdı. Təxminən bir ay əvvəl isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yerli mətbuata açıqlamasında artıq kitabxana islahatlarına başlandığını bildirdi. Nazir, həmçinin, bəzi kitabxanaların ləğv ediləcəyini, bəzilərinin birləşdiriləcəyini də qeyd etdi.
   Məlumat üçün bildirək ki, ölkədə kitabxanaların sayı 12 minə yaxındır. Bu kitabxanaların hamısı Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil, digər nazirlik və dövlət qurumlarının da nəzdində kitabxanalar var.
   İki-üç il əvvələ qədər əksər rayonlarda, xüsusən də dağ kəndlərində ev kitabxanaları fəaliyyət göstərirdi. Yəni kitabxanalar evlərdə açılmışdı. Bu kitabxanaların çoxu isə, demək olar ki, Sovetlər Birliyi dağıldıqdan sonra fəaliyyətini yalnız kağız üzərində davam etdirirdi. Ayda-ildə bir dəfə işə gəlməyən kitabxanaçı maaş alır, oxuculara heç bir xidmət göstərmirdi. Əldə elədiyimiz məlumata görə, iki ildir ki, kitabxanalar evlərdən müstəqil binalara köçürülüb.
   Həyata keçirilən kitabxana islahatında özünü doğrultmayan nə qədər kitabxananın ləğv ediləcəyi, hansıların birləşdiriləcəyi, kitabxana işçilərinin ixtisasartırma kurslarına cəlb edilib-edilmədiyini və s. öyrənmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova ilə əlaqə saxladıq.
   Lətifə xanım "Bakı-Xəbər"ə bildirdi ki, söhbət hansısa kitabxananın bağlanmasından getmir: "Söhbət kitabxanaların birləşdirilməsindən, onların müasirləşdirilməsindən, modernləşdirilməsindən, Azərbaycan kitabxana-informasiya sisteminin çağdaş dünya standartlarına çatdırılmasından gedir. Bilirsiz, kitabxananı bağlamaq problemi həll eləmir. Bizim məqsədimiz tamamilə başqadır-vəsaitləri cəmləşdirmək, onları lazımi istiqamətə yönəltməkdir. Kitabxanaları birləşdirməzdən əvvəl çox böyük iş aparırıq. İlk olaraq rayonlarda mədəniyyət və turizm şöbələri, mərkəzləşdirilmiş kitabxana sistemləri bu sahədə vəziyyəti dərindən araşdırır. Yəni hansı kitabxanaya neçə nəfər gəlir, hansı kitabxananın neçə nəfər oxucusu var? Yaxud bu kənddə neçə nəfər insan yaşıyır? Bizdə elə kəndlər var ki, orada iki, hətta üç kitabxana fəaliyyət göstərir. Yəni burada hər şey dərindən öyrənilir, təhlil olunur, sorğular aparılır, təkliflər paketi hazırlanır. Sonra isə təkliflər paketi Mədəniyyət və Turizm Nazirliyinə göndərilir və biz ona baxırıq. Bir daha yerlərlə məsləhətləşmələr aparılır, bizə təqdim edilən siyahı bir daha təkmilləşir. Hər şey qaydasında olduqdan sonra biz Nazirlər Kabinetinə, hökumətə dövlət proqramının müvafiq bəndinə uyğun olaraq kitabxana sisteminin inkişafı, modernləşdirilməsi, müasir kitabxanaların yaradılmasına dəstək vermələri üçün müraciət edirik. İstəyirik ki, cırtdan kitabxanaların yerinə böyük kitabxanaların, kitabxana-informasiya mərkəzləri, kompleksləri, mədəniyyət mərkəzləri yaransın. Nazirlər Kabineti bizə müsbət cavab verir və biz də işimizi davam etdiririk".
   L.Məmmədovanın sözlərinə görə, islahatlar kor-koranə aparılmır. Əvvəlcə bu işin pilot layihələr şəklində həyata keçirildiyini deyən L.Məmmədovanın sözlərinə görə, artıq ilk pilot layihə çox uğurla Qəbələ şəhərində reallaşıb. Bu məsələyə çox böyük diqqət və həssaslıqla yanaşıldığını qeyd edən şöbə müdiri "qələmi götürüb kağız üzərində kitabxananı birləşdirməklə, bağlamaqla iş düzəlmir. Hər bir halda burada fərdi yanaşma var. Bu olmasa bizim işimiz baş tutmaz. Qəbələ rayonunda biz çox uğurlu bir pilot layihə həyata keçirdik" deyə bildirdi. Lətifə Məmmədovanın dediyinə görə, Bərdə və Şəmkir rayonlarında da pilot layihələr həyata keçirməyə hazırlaşırlar: "Vətəndaşlarımızı, kitabxana müəssisələrimizi dünya standartlarına və informasiya cəmiyyətinə hazırlaşdırmaq istəyirik. Kitabxana yeganə sosial müəssisədir ki, insanlara pulsuz xidmət göstərir. Son vaxtlar həyata keçirilən islahtlar nəticəsində kitabxanaların 20 faizi informasiyalaşdırılıb, 30 faiz kitabxanalarımızın çox maraqlı veb saytları yaradılıb. Adam baxdıqca baxmaq istəyir. Bizdə axır zamanlar kitabxanalar çox inkişaf edir".
   Quba, Gəncə, Salyan, Neftçala, Lənkəran, Xaçmaz, Bərdə, Şamaxı, Beyləqan, Şirvan, Zərdab, Ağstafa, Ağdaş, Mingəçevir, Şəmkir, Tovuz rayonunda fəaliyyət göstərən kitabxanaların veb saytlarının olduğunu deyən Lətifə xanım bunun çox qısa müddətdə yaradıldığını söylədi.
   Bölgə kitabxanalarında işləyən kitabxanaçıların ixtisasartırma kurslarına cəlb edilməsinə gəlincə, sektor müdiri bildirdi ki, bu işlə nazirliyin müvafiq mərkəzi məşğul olur: "Kadr məsələsilə mən Lətifə Məmmədova kimi məşğul olmuram. Nazirlikdə Elm və Təhsil şöbəsi fəaliyyət göstərir. Burada da kadrların təkmilləşdirilməsi mərkəzi var. Bu mərkəzdə təkcə kitabxanaçılar deyil, bütün mədəniyyət işçiləri, o cümlədən də muzey işçiləri, musiqi məktəblərinin müəllimləri, klub və mədəniyyət evlərinin işçiləri mütəmadi olaraq cədvələ əsasən ixtisasartırma kursu keçir. Amma deyim ki, bu bizi hələlik qane eləmir. Mən açıq danışmağı xoşlayıram. Ona görə də, ən azı, ildə iki dəfə biz öz kitabxanaçılarımızı, əsasən də regionlarda (çünki bölgələrlə müqayisədə şəhər kitabxanalarında işləyənlərin vəziyyəti nisbətən yaxşıdır) işləyənləri beynəlxalq kitabxana simpoziumlarına göndəririk. Heç olmasa ildə iki dəfə 15 nəfər kitabxanaçının (30) o bahalı tədbirdə iştirak etməsinə şərait yaradırıq. Təbii ki, bu, nazirliyin maliyyə vəsaiti hesabına olur".
   May ayında bölgə kitabxanalarında işləyən 11 nəfər kitabxanaçının Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndəriləcəyini bildirən L.Məmmədovanın dediyinə görə, onlar orada təcrübə mübadiləsi keçirəcək":Biz buna daha çox üstünlük veririk ki, insanlar beynəlxalq təcrübəni görsün. Onlar bilsin ki, bu və digər ölkədə, şəhərdə şəhər kitabxanası, kütləvi kitabxana necə işləyir".
   Hazırda ölkədə dörd dənə böyük elmi sahəvi kitabxana olduğunu xatırladan L.Məmmədova məlumat verdi ki, bunlar respublika elmi tibb kitabxanası, respublika elmi kənd təsərrüfatı kitabxanası, respublika elmi pedaqoji kitabxanası və respublika elmi texniki kitabxanasıdır":Bundan başqa, çoxlu kitabxana filialları, maraqlı şəxsi kitabxanalar, qəzet-jurnal redaksiyalarının kitabxanaları, eləcə də Penitensionar Xidmətin kitabxanası kitabxana şəbəkəsinə daxildir".
   Artıq ev kitabxanalarının ləğv edildiyini deyən L.Məmmədova bu prosesin tədricən həyata keçirildiyini bildirdi: "Evlərdə fəaliyyət göstərən bu kitabxanalar özünü doğrultmurdu. Onlar hamısı müstəqil binalara köçürülüb. Bu binalar bələdiyyələrdən, yerli icra hakimiyyəti orqanları nümayəndələrindən alınıb kitabxanalara verilib.
   Evlərdən köçürülən kitabxanalar eyni zamanda da boş tibb məntəqələrində və məktəblərdə yerləşdirilib. Yəni artıq evlərdə bir dənə də olsun kitabxana qalmayıb. Biz onların hamısını evlərdən çıxarmışıq. Gədəbəy rayonunda həddindən artıq evlərdə kitabxana vardı. Bərdədə də belə kitabxanalar az deyildi. Tədricən rayon turizm idarəsinin köməyilə bunu aradan qaldırdıq. İndi onların öz binaları var".
   
İradə SARIYEVA
Reklam lövhələrində Azərbaycan dilinə hörmət olunmur
Jalə Cəfərova: "Mətnlərdə orfoqrafik, qrammatik səhvlər baş alıb gedir"
Bakı get-gedə əcnəbi şəhərinə çevrilir. Şəhərimizdə mağaza adlarından tutmuş şirkət-müəssisə adına, hətta reklam lövhələrindəki yazılara qədər çoxu Azərbaycan dilində deyil. Elan və reklam mətnləri hazırlanarkən əksər hallarda əcnəbi sözlərdən istifadə edilir. Bundan başqa, elan, reklam yazılarında Azərbaycan dilinin qayda-qanunlarına qətiyyən fikir verilmir.
   Demək olar ki, burada həm ahəng qanunu, həm dilimizin orfoqrafik, qrammatik qaydaları ciddi şəkildə pozulur. Bu azmış kimi, pozuq Azərbaycan dilində hazırlanan bu reklam lövhələri şəhərimizin görkəmli yerlərində qoyulur.
   Məsələ burasındadır ki, son vaxtlar mağaza, kafe və digər bu kimi obyektlərin qapısı üzərinə "açıqdır", ya "bağlıdır" sözü ya ingiliscə, ya da rusca yazılır, onun öz dilimizdə tərcüməsi isə verilmir. Bu da çaşqınlıq yaradır. Bununla da yəqin, şəhərimizə qonaq gələn əcnəbilər Bakıya deyil, başqa bir şəhərə düşdüynü zənn edir. Dəfələrlə onların Bakının belə tez "avropalaşmasına" təəccüb etdiyinin şahidi olmuşuq.
   Sözsüz ki, bu da qonaqda şəhərimiz haqqda elə də xoş təəssürrat formalaşdırmır. Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin (MMMİB) sədri, filologiya elmləri namizədi Jalə Cəfərova "Bakı-Xəbər"ə bildirdi ki, şəhərin az qala hər yerində gözə dəyən bu ciddi nöqsanın aradan qaldırılmasına böyük ehtiyac var: "Şəhərimizin həm mərkəzində, həm də ətraf rayonlarında, qəsəbələrində elan və bildirişlərdə o qədər orfoqrafik, qrammatik, üslub səhvlərinə rast gəlirik ki, heç olmayan kimi. Əncəbi sözlərindən isə reklam mətlərinin hazırlanmasında geniş istifadə edilir. Bu mənzərəni görəndə fikirləşirsən ki, bəlkə heç Bakıda yox, hansısa bir xarici şəhərdəsən. Reklam mətnlərinin, elanların yazılışında, xüsusən də durğu işarələrinə əhəmiyyət verilmir. O gün Heydər Əliyev adına Sarayın qarşısında bir elan gördüm - "əziz uşaqlar sizi 23 mart Novruz bayramı tədbirinə dəvət edirik". "Əziz uşaqlar" sözündən sonra mütləq vergül qoyulmalıdır. Dilimizdə şuba sözü varmı? Əlbəttə ki, yoxdur. Bizim dilimizdə şubaya xəz deyilir. Xəz dura-dura niyə elanlarda "şuba" yazılır? "Xəz şubalar satılır"-bu tərkibli elana da tez-tez rast gəlinir. O gün akademik Həsən Əliyev küçəsilə gedirdim. Baxıram ki, bəlkə on yerdə "svarka" yazılıb. Əslində isə, "svarka" qaynaq, "svarşik" isə qaynaqçı deməkdir. Özü də ki, "svarka" sözü bir neçə variantda qeyd edilib. "Sıvarka", "svarka", "sivarka" və s. yazılışların da hamısı səhvdir. "Şüşəli ramkalar satılır" yazılır. "Şüşəli çərçivələr satılır" yazıla bilməz? "Motorist" rus sözüdür, amma hər yerdə rast gəlinir. Mağazaların üstündə "optovoy satılır" yazıb vururlar. Bunun əvəzinə topdansatış yaza bilməzlər? Ən böyük problemlərdən biri də durğu işarələrinin yerində istifadə edilməməsidir".
   J.Cəfərovanın sözlərinə görə, reklam mətnlərində baş alıb gedən nöqsanların əsas səbəbi bu mətnlərin qeyri-peşəkarlar, savadsız adamlar tərəfindən tərtib edilməsidir. O bildirdi ki, bu gün orta məktəblərin əksəriyyətində yuxarı sinif şagirdləri normal inşa yaza bilmir, bir cümlədə on səhv buraxır. Bu şirkətlərdə reklam mətnləri tərtib edənlərin orta məktəbdə normal oxumayanlar olduğunu deyən J.Cəfərova bildirdi ki, teleaparıcıların qarışıq dildə danışması da onları mənfi istiqamətə yönəldir.
   J.Cəfərova hesab edir ki, ölkə ziyalıları, rəsmi qurumlar, ictimai təşkilatlar, mətbuat bu hala qarşı mübarizə aparmalı və onun aradan qaldırılmasına nail olmalıdır.
   
Xatirə RAFİQQIZI
 
 
 SON XƏBƏRLƏR
2010-03-19 Masallıda Gənclər və İdman İdarəsinin əməkdaşı arvadını, oğlunu və qardaşını güllələdi
2010-03-19 Bakıxanovda 11-ci sinif şagirdləri naməlum şəxslər tərəfindən bıçaqlandı
2010-03-19 Baş memarın iş otağını soyan Ceyhun Verdiyev tutuldu
2010-03-19 Dənizkənarı Milli Parkda intihara cəhd
2010-03-19 Moskvada azərbaycanlı kriminal avtoritet öldürüldü
2010-03-19 Dəniz Baykaldan ermənilərə dəstək
2010-03-19 Erməni gülləsindən öldüyü deyilən əsgər sağdır
2010-03-19 "Qurdlar vadisi - Qarabağ" filmi çəkiləcək
2010-03-19 Sumqayıtda xəstəxananın paltaryuyan sexi yanıb
2010-03-19 Ukraynanın beynəlxalq axtarışa verdiyi Ruslan Niyazov Azərbaycanda tutuldu
2010-03-19 Qənimət Zahid jurnalist mövqeyini dəyişməyəcək
2010-03-19 Jurnalistlərin peşə davranış qaydalarına əlavələr diskussiya yaratdı
2010-03-19 Türkiyə səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
2010-03-19 Azərbaycan prezidenti Rumıniya xarici işlər nazirini qəbul edib
2010-03-19 Müsavat Partiyası kütləvi aksiyalara qərar verdi
2010-03-19 Erməni katolikosu Bakıya dəvət edildi
2010-03-19 Jurnalistlərin "etibarlı mənbə"ləri hər zaman etibarlı olmur
2010-03-19 Küçə uşaqlarında infeksion xəstəliklər baş alıb gedir
2010-03-19 Prokuror kriminal avtoritet "Rövşən Lənkəranski"yə 12 il iş istədi
2010-03-19 Ucarda Zaur Zeynalov dəhşətli yol qəzası törətdi
2010-03-19 Məktəblərdə meyvə satışı gündəmdən çıxarıldı
2010-03-19 KİV Dəstək Fondu KİV və jurnalist təşkilatları arasında müsabiqənin nəticələrini açıqladı
2010-03-19 Türkdilli Xalqların diaspor rəhbərliyi "Bakı-Xəbər"in qonağı oldu
2010-03-19 "Vaşinqton Post"un gəlir mənbəyi araşdırılır
2010-03-19 Ərdoğanın ermənilərə barmaq silkələməsi Qarabağ danışıqlarına hansı təsiri göstərəcək?
2010-03-19 Hüquq müdafiəçiləri əfv fərmanını necə qarşıladı?
2010-03-19 ABŞ Dövlət Departamenti də "erməni soyqırımı"na qarşı çıxdı
2010-03-19 Azərbaycan Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştiraka ehtiyac görmür
2010-03-19 Elmar Məmmədyarov Dağlıq Qarabağın statusu ilə bağlı referendumun əsas şərtini açıqladı
2010-03-19 Rusiya və ABŞ arasında RƏM sisteminin müzakirəsi Qəbələ RLS məsələsini yenidən gündəmə gətirib
2010-03-19 "Ağ Ev "soyqırım"ın tanınması üzrə təşəbbüsə yol verməyəcək"
2010-03-19 Türkiyədən ermənilərin çıxarıla biləcəyi Nalbandyanı dilə gətirdi
2010-03-19 ABŞ və İsrail aralarındakı kəskin mübahisəni çözməyə çalışır
2010-03-19 Həmsədrlərdən daha bir bəyanat
2010-03-19 Rusiyanın Türkiyəyə təzyiq göstərməməsi Ermənistanı məyus edib
2010-03-19 Zaqatalada narkotik alverçisi Səfərov Rəcəb həbs edilib
2010-03-19 Bu il də tikinti sektoru yerində sayacaq
2010-03-19 Mıartın 20-də Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
2010-03-19 Gəncədə oğlunu güllələyən ata məhkəmə qarşısında
2010-03-19 "Elvan" əmtəə nişanlı malların satışı dayandırıldı
2010-03-19 Böhran şəraitində maliyyə nəzarətinə ehtiyac varmı?
2010-03-19 Mühafizə zolağındakı tikililərin taleyi hələ də müəmmalıdır
2010-03-19 BDU-da Əlavə Təhsil Mərkəzi yaradılacaq
2010-03-19 Azərbaycanın ali təhsilində yeni ixtisaslar yaradılacaq
2010-03-19 Siqaret üstə bacısını qətlə yetirən Laura Qasımovanın məhkəməsi başlayıb
2010-03-19 "Gənclik"dəki Mc Donalds sökülür?
2010-03-19 Çempionlar Liqasının püşkü bu gün atılacaq
2010-03-19 "Real" "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır
2010-03-19 Raykard "Qalatasaray"dan ayrıla bilər
2010-03-19 "Qarabağ"ın futbolçusu "Xəzər-Lənkəran"la oyunu idarə etmiş hakimi sərt tənqid etdi
2010-03-19 Danışılmış oyunlarla bağlı daha 3 hakim həbs olundu
2010-03-19 Rauldan daha bir rekord
2010-03-19 Advokat Rusiya millisinə gətirilir
2010-03-19 "Arsenal" Zidanı almaq istəyir
2010-03-19 "Xəzər Lənkəran" - "Qarabağ" oyununda qarşıdurma...
2010-03-19 "Azercell" mötəbər "Socrates" mükafatına layiq görülüb
2010-03-19 Küçədə satılan "kənd toyuqları"nın mənşəyi bəlli deyil
2010-03-19 Ərzincan Universitetinin rektoru Ərdoğan özünü asdı
2010-03-19 "Bu il Azərbaycanda taxıl problemi olmayacaq"
2010-03-19 Türkiyədə yandırılmağa aparılan azərbaycanlı qadın xilas edilib
2010-03-19 İstehsalatda xəsarətalma haqqında qanunun qəbuluna ciddi ehtiyac yaranıb
2010-03-19 Reklam lövhələrində Azərbaycan dilinə hörmət olunmur
2010-03-19 İslahatlar bir sıra kitabxanaların sonunu gətirsə də...
2010-03-18 Kürdə daşqın oldu
2010-03-18 İrandan Azərbaycana psixotrop maddə gətirən şəxslər həbs edildi
2010-03-18 Ermənilər Ağdamda ordumuzun əsgərini yaraladı
2010-03-18 Yevlaxda yol qəzasında bir ailənin beş üzvü xəsarət aldı
2010-03-18 Polad Ələmdar dəstəsilə birlikdə Bakıya gəldi
2010-03-18 Obama administrasiyası qondarma "erməni soyqırımı"na qarşı hərəkətə keçdi
2010-03-18 Xətaidə qaynaq sexində partlayış baş verib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009