19 Mart 2010-cı il, N 312(1809)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"Mən baldırlarımı açıb göstərmirəm" (3548)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2475)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2254)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1356)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Rusiyanın Türkiyəyə təzyiq göstərməməsi Ermənistanı məyus edib
"Sanki məqsəd Ermənistanı regionda təkləməkdir"
Erməni ekspert son hadisələri İrəvana qarşı planın tərkib hissəsi sayır Son hadisələr bu prosesi daha da sürətləndirib
"Ermənistan faktiki müharibə şəraitindədir. Azərbaycan müharibəyə ciddi hazırlaşır və məsələyə yalnız siyasi bəyanatlar çərçivəsində baxmaq olmaz". Belə bir açıqlama ilə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan çıxış edib. Onun sözlərinə görə, müharibə başlasa, hərbi qarşıdurma yalnız Azərbaycan və Ermənistan arasında olmayacaq:
   "Bu zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi işə düşəcək və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvü - Rusiya qoşulacaq. Azərbaycanın da Türkiyə ilə analoji razılaşması var. Belə çıxır ki, yalnız Azərbaycan-Ermənistan qarşıdurması yox, həm də NATO və KTMT blokları arasında qarşıdurma yaranacaq".
   Ermənistanın sabiq prezidenti etiraf edib ki, Azərbaycan hərbi texnika sahəsində Ermənistanı dəfələrlə üstələyir: "Bizim zabitlər Yunanıstan və Rusiyada, Azərbaycanın kadrları isə Türkiyədə təlim keçib".
   Bəzi Qərb dövlətlərinin son zamanlar açıq-aydın ermənipərəst mövqe tutması və qondarma soyqırım qanununun ABŞ və İsveçrə dövlətlərinin parlamentlərində qəbul olunması, Türkiyə ilə yanaşı, Azərbaycanı da çıxılmaz vəziyyətdə qoyub. Rəsmi Ankara Türkiyədə yaşayan Ermənistan vətəndaşlarını ölkədən deportasiya etsə, Azərbaycan da müharibə hazırlığını yekunlaşdırıb öz ərazisini işğaldan azad etməyə başlaya bilər.
   Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi müharibə bəyanatı Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Ermənistan hakimiyyəti də Azərbaycanın müharibə yoluna əl atacağından ehtiyatlanır. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev hələ Münhen görüşünə yollanmazdan əvvəl bildirmişdi ki, bu görüş həlledici olmalıdır: "Bu görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Bu görüş nəticəsiz qalsa, danışıqlara ümidimiz tükənəcək. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin, təbii ki, məqsədi var. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, müharibə variantını heç vaxt istisna etməmişik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək".
   Onu da bildirək ki, hazırda Azərbaycanın müdafiə sənayesi ordunu müasir hərbi texnika ilə təchiz edir. Bu günlərdə nümayiş etdirilən yerli istehsal hərbi texnika da Azərbaycan ordusunun maddi-texniki bazasının yüksək səviyyədə olmasından xəbər verir. Qarşı cəbhədə isə vəziyyət çox fərqlidir. Son vaxtlar Ermənistanın müdafiə sistemi acınacaqlı vəziyyətə düşüb. Şəxsi heyətin mənəvi-psixoloji durumu və nizam-intizam xeyli zəifləyib. Ermənistan ordusunda fərarilik halları gündən-günə artır. Bu, ordunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində daha qabarıq şəkildə nəzərə çarpır.
   Bir faktı da qeyd edək ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin 10,7 faizi hərbi xərclərə ayrılıb. Bu isə 1 milyard 527 milyon manat deməkdir. Ermənistanın müdafiəsinə xərclənən vəsait isə bu rəqəmlərlə müqayisədə xeyli azdır və cəmi 340 milyon dollar təşkil edir.
   Bununla yanaşı, son dövrlər Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı Ermənistan tərəfindən qısqanclıqla qarşılanır.
   Rusiyanın Azərbaycanı strateji tərəfdaş kimi qəbul etməsi Ermənistanın bütün ümidlərini puça çıxarıb. Hakimiyyətin himayəsində olan kütləvi informasiya vasitələri, bir neçə gündür ki, Moskvanın əleyhinə kampaniyaya başlayıb. Bir-birinin ardınca dərc olunan yazılarda Rusiyanın Azərbaycanla əlaqələrinin sıxlaşması İrəvana qarşı böyük zərbə kimi qiymətləndirilir. Ən böyük himayədarını itirmək "Sürix protokolları"nın imzalanmasından sonra regionda mövqeyinin möhkəmlənəcəyinə ümid edən Ermənistan üçün gözlənilməz olub. "Türkiyə ilə münasibətlərin normallaşması prosesində irəliləyiş yoxdur. Bu məsələdə heç kim Ankaraya təzyiq etmək istəmir. Digər tərəfdən, Rusiya gözlənilməz mövqe nümayiş etdirməyə başlayıb. Sanki başlıca məqsəd Ermənistanı regionda təkləməkdir" - deyən erməni siyasi ekspert Gevork Qəribyan baş verən son hadisələri İrəvana qarşı əvvəlcədən hazırlanan planın tərkib hissəsi hesab edir. Ekspert etiraf edir ki, İrəvan-Moskva münasibətlərinin soyuqlaşması Ermənistanı regionun ən lazımsız fiquruna çevirə bilər: "Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəklənəcəyindən xəbər verir.
   Bu isə Ermənistan üçün ciddi təhlükədir". O, indiki məqamda ölkəsi üçün yeganə çıxış yolunu Birləşmiş Ştatlarla əlaqələri sıxlaşdırmaqda görür: "Düzdür, Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqtonun mövqeyi İrəvanı qane etmir. Vaşinqton, hətta protokolların ratifikasiyasında Ankaraya təzyiq göstərməkdə belə acizdir. Amma Rusiyanın bu satqın siyasətinə ən tutarlı cavab Birləşmiş Ştatlarla əlaqə qurmaqdır". Ağ Evlə münasibətlərin normallaşmasını asanlıqla həzm edə bilməyən Kreml Ermənistanı itirməmək üçün səyləri artıra bilər".
   Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında və İsveçrə parlamentində qondarma erməni soyqırımı ilə bağlı qanunun qəbulu Ermənistanı Rusiyadan bir qədər də uzaqlaşdırıb.
   Rəsmi İrəvan artıq öz xilasını Qərbdə görür. Son proseslər Ermənistanı Qərbə daha da yaxınlaşdırdı. Prezident Serj Sarkisyanın Ağ Evə dəvət olunması bu prosesi bir qədər də sürətləndirdi. Onu da gözləmək olar ki, Türkiyədə yaşayan Ermənistan vətəndaşları bu ölkədən deportasiya olunsa, öz ölkələrində deyil, Avropa dövlətlərində sığınacaq tapacaq.
   
Eldar XƏYAL
Həmsədrlərdən daha bir bəyanat
Nalbandyanla danışıqlar konstruktiv keçib
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla apardığı danışıqlar konstruktiv ruhda keçib".
   APA-nın xəbərinə görə, bu sözlər həmsədrlərin E.Nalbandyanla görüşün yekunlarına dair verdiyi bəyanatda əksini tapıb.
   Bəyanatda deyilir ki, martın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Robert Bradke (ABŞ) və Bernar Fasye (Fransa) Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir araya gəlib və işçi xarakterli iclas keçiriblər: "Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərilə bağlı son formula Ermənistanın iradları (şərhləri) müzakirə edilib. Danışıqlar konstruktiv ruhda baş tutub. Həmsədrlərin İrəvan və Dağlıq Qarabağa qarşıdakı səfəri zamanı danışıqlar davam etdiriləcək".
ABŞ və İsrail aralarındakı kəskin mübahisəni çözməyə çalışır
Birləşmiş Ştatlar və İsrail illərdən bəri aralarında yaranmış ən kəskin mübahisəni nizama salmaq üçün əlaqələrindəki yaxınlığı vurğulayan bəyanatlarla çıxış edib.
   APA-nın "Amerikanın səsi" radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda İsrailin yəhudi yaşayış məntəqələrinin inşa planını tənqid edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, İsraillə Birləşmiş Ştatlar arasındakı münasibətdə böhran əmələ gəldiyini düşünmür. Xanım Klinton, eləcə də, Birləşmiş Ştatların İsraillə sarsılmaz əlaqələrinin olduğunu deyib. İsrailin baş naziri Benyamin Netanyahu xanım Klintonun iki ölkə arasında münasibətlər və təhlükəsizlik məsələsinə münasibəti barədə dediklərinə görə dövlət katibinə təşəkkürünü bildirib. Bunlarla yanaşı, xanım Klinton İsrailin keçən həftə açıqladığı inşa planının narazılığa və narahatlıqlara səbəb olduğunu bir daha təkrar edib. Fələstinlilər gələcəkdə dövlətlərinin paytaxtı elan edəcəkləri şəhərdə inşa planının təxirə salınmasını tələb edir.
   
Türkiyədən ermənilərin çıxarıla biləcəyi Nalbandyanı dilə gətirdi
"Ermənistanı hədələmək, şantaj etmək lazım deyil"
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyədə qanunsuz yaşayan ermənilərin ölkədən çıxarılacağı barədə bəyanatına münasibət bildirib.
   APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Nalbandyan deyib ki, bu yolverilməzdir və erməni-türk dialoqunun inkişafına xidmət etmir. O ümidvar olduğunu bildirib ki, Türkiyə beynəlxalq cəmiyyətin mövqeyinə qulaq asacaq: "Praktiki olaraq, dünyanın bütün ölkələri hesab edir ki, proses heç bir şərt qoyulmadan irəliləməlidir. Tərəflər arasında əldə olunmuş razılaşmaları həyata keçirərək irəliləmək lazımdır, Ermənistan və digər ölkələri hədələmək, şantaj etmək lazım deyil".
   
"Ağ Ev "soyqırım"ın tanınması üzrə təşəbbüsə yol verməyəcək"
Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun Millətlərarası münasibətlər problemi şöbəsinin müdiri Sergey Markedonov Trend News-a müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.
   - ABŞ Konqresinin Aşağı Palatasının "erməni soyqırımı" üzrə qətnamə qəbul etməsini necə qiymətləndirirsiniz? Konqres "soyqırım"a dair yekun qətnamə qəbul edəcəkmi? Və belə addımın nəticəsi necə ola bilər?
   - ABŞ 1915-ci il "erməni soyqırımı"nı hələ tanımayıb. ABŞ Konqresinin uyğun komitəsinin bununla bağlı qətnamə qəbul etməsi isə birinci hadisə deyil, 2009-cu il oktyabrın 10-da analoji hal baş vermişdi. Qətnamənin belə şəkildə qəbul olunacağı fakt deyil, üstəlik, ən profilli komitədə üstünlük minimal olub, 23 səsə qarşı 24 səs. Bu qərar Türkiyədə olduqca mənfi qarşılanır, çalarsız, nüanssız, əslində isə bunlar çoxdur. Amerika diplomatiyasında iki xətt var - birincisi, Türkiyə ilə münasibətlərdə risq etmək istəməyən praqmatik siyasətçilər. İkinci istiqamət isə moralizatorlardır - bunlar o siyasətçilərdir ki, onların fikrincə, elə əbədi dəyərlər var ki, hər şeydən üstündür. "Soyqırım" mövzusu dəfələrlə baş qaldıracaq. Lakin ümumilikdə Konqres və veto hüququna malik Ağ Ev "soyqırım"ın tanınması üzrə təşəbbüsə yol verməyəcək.
   - "Nabukko" qaz kəməri vasitəsilə Xəzər regionundan Avropaya qaz tədarükü layihəsi öz aktuallığını itirir. Gələcək layihə barədə nə fikirləşirsiniz?
   - "Nabukko" bir o qədər iqtisadi deyil, daha çox siyasi məqsəd daşıyır. Hazırda əsas olan İranın "Nabukko" layihəsinə qoşulması məsələsidir. Belə ki, İran olmadan bu borunun mənası yoxdur. İranla isə sonunun nə ilə bitəcəyi məlum olmayan çox çətin oyun gedir. Buna görə də "Nabukko" siyasi poliqondur, gələcək mənfəətin şəffaf sxemilə sırf iqtisadi layihə deyil. Hesab edirəm ki, ən yaxın perspektivdə "Nabukko" olmayacaq, lakin əlbəttə ki, müzakirələr davam etdirilir və ola bilsin, uzunmüddətli perspektivdə onlar layihənin həyata keçirilməsinə başlayacaq.
 
 
 SON XƏBƏRLƏR
2010-03-19 Masallıda Gənclər və İdman İdarəsinin əməkdaşı arvadını, oğlunu və qardaşını güllələdi
2010-03-19 Bakıxanovda 11-ci sinif şagirdləri naməlum şəxslər tərəfindən bıçaqlandı
2010-03-19 Baş memarın iş otağını soyan Ceyhun Verdiyev tutuldu
2010-03-19 Dənizkənarı Milli Parkda intihara cəhd
2010-03-19 Moskvada azərbaycanlı kriminal avtoritet öldürüldü
2010-03-19 Dəniz Baykaldan ermənilərə dəstək
2010-03-19 Erməni gülləsindən öldüyü deyilən əsgər sağdır
2010-03-19 "Qurdlar vadisi - Qarabağ" filmi çəkiləcək
2010-03-19 Sumqayıtda xəstəxananın paltaryuyan sexi yanıb
2010-03-19 Ukraynanın beynəlxalq axtarışa verdiyi Ruslan Niyazov Azərbaycanda tutuldu
2010-03-19 Qənimət Zahid jurnalist mövqeyini dəyişməyəcək
2010-03-19 Jurnalistlərin peşə davranış qaydalarına əlavələr diskussiya yaratdı
2010-03-19 Türkiyə səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
2010-03-19 Azərbaycan prezidenti Rumıniya xarici işlər nazirini qəbul edib
2010-03-19 Müsavat Partiyası kütləvi aksiyalara qərar verdi
2010-03-19 Erməni katolikosu Bakıya dəvət edildi
2010-03-19 Jurnalistlərin "etibarlı mənbə"ləri hər zaman etibarlı olmur
2010-03-19 Küçə uşaqlarında infeksion xəstəliklər baş alıb gedir
2010-03-19 Prokuror kriminal avtoritet "Rövşən Lənkəranski"yə 12 il iş istədi
2010-03-19 Ucarda Zaur Zeynalov dəhşətli yol qəzası törətdi
2010-03-19 Məktəblərdə meyvə satışı gündəmdən çıxarıldı
2010-03-19 KİV Dəstək Fondu KİV və jurnalist təşkilatları arasında müsabiqənin nəticələrini açıqladı
2010-03-19 Türkdilli Xalqların diaspor rəhbərliyi "Bakı-Xəbər"in qonağı oldu
2010-03-19 "Vaşinqton Post"un gəlir mənbəyi araşdırılır
2010-03-19 Ərdoğanın ermənilərə barmaq silkələməsi Qarabağ danışıqlarına hansı təsiri göstərəcək?
2010-03-19 Hüquq müdafiəçiləri əfv fərmanını necə qarşıladı?
2010-03-19 ABŞ Dövlət Departamenti də "erməni soyqırımı"na qarşı çıxdı
2010-03-19 Azərbaycan Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştiraka ehtiyac görmür
2010-03-19 Elmar Məmmədyarov Dağlıq Qarabağın statusu ilə bağlı referendumun əsas şərtini açıqladı
2010-03-19 Rusiya və ABŞ arasında RƏM sisteminin müzakirəsi Qəbələ RLS məsələsini yenidən gündəmə gətirib
2010-03-19 "Ağ Ev "soyqırım"ın tanınması üzrə təşəbbüsə yol verməyəcək"
2010-03-19 Türkiyədən ermənilərin çıxarıla biləcəyi Nalbandyanı dilə gətirdi
2010-03-19 ABŞ və İsrail aralarındakı kəskin mübahisəni çözməyə çalışır
2010-03-19 Həmsədrlərdən daha bir bəyanat
2010-03-19 Rusiyanın Türkiyəyə təzyiq göstərməməsi Ermənistanı məyus edib
2010-03-19 Zaqatalada narkotik alverçisi Səfərov Rəcəb həbs edilib
2010-03-19 Bu il də tikinti sektoru yerində sayacaq
2010-03-19 Mıartın 20-də Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
2010-03-19 Gəncədə oğlunu güllələyən ata məhkəmə qarşısında
2010-03-19 "Elvan" əmtəə nişanlı malların satışı dayandırıldı
2010-03-19 Böhran şəraitində maliyyə nəzarətinə ehtiyac varmı?
2010-03-19 Mühafizə zolağındakı tikililərin taleyi hələ də müəmmalıdır
2010-03-19 BDU-da Əlavə Təhsil Mərkəzi yaradılacaq
2010-03-19 Azərbaycanın ali təhsilində yeni ixtisaslar yaradılacaq
2010-03-19 Siqaret üstə bacısını qətlə yetirən Laura Qasımovanın məhkəməsi başlayıb
2010-03-19 "Gənclik"dəki Mc Donalds sökülür?
2010-03-19 Çempionlar Liqasının püşkü bu gün atılacaq
2010-03-19 "Real" "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır
2010-03-19 Raykard "Qalatasaray"dan ayrıla bilər
2010-03-19 "Qarabağ"ın futbolçusu "Xəzər-Lənkəran"la oyunu idarə etmiş hakimi sərt tənqid etdi
2010-03-19 Danışılmış oyunlarla bağlı daha 3 hakim həbs olundu
2010-03-19 Rauldan daha bir rekord
2010-03-19 Advokat Rusiya millisinə gətirilir
2010-03-19 "Arsenal" Zidanı almaq istəyir
2010-03-19 "Xəzər Lənkəran" - "Qarabağ" oyununda qarşıdurma...
2010-03-19 "Azercell" mötəbər "Socrates" mükafatına layiq görülüb
2010-03-19 Küçədə satılan "kənd toyuqları"nın mənşəyi bəlli deyil
2010-03-19 Ərzincan Universitetinin rektoru Ərdoğan özünü asdı
2010-03-19 "Bu il Azərbaycanda taxıl problemi olmayacaq"
2010-03-19 Türkiyədə yandırılmağa aparılan azərbaycanlı qadın xilas edilib
2010-03-19 İstehsalatda xəsarətalma haqqında qanunun qəbuluna ciddi ehtiyac yaranıb
2010-03-19 Reklam lövhələrində Azərbaycan dilinə hörmət olunmur
2010-03-19 İslahatlar bir sıra kitabxanaların sonunu gətirsə də...
2010-03-18 Kürdə daşqın oldu
2010-03-18 İrandan Azərbaycana psixotrop maddə gətirən şəxslər həbs edildi
2010-03-18 Ermənilər Ağdamda ordumuzun əsgərini yaraladı
2010-03-18 Yevlaxda yol qəzasında bir ailənin beş üzvü xəsarət aldı
2010-03-18 Polad Ələmdar dəstəsilə birlikdə Bakıya gəldi
2010-03-18 Obama administrasiyası qondarma "erməni soyqırımı"na qarşı hərəkətə keçdi
2010-03-18 Xətaidə qaynaq sexində partlayış baş verib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009