18 Mart 2010-cı il, N 311(1808)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2432)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Bülənt Korkmaz yolayrıcına gəldi
Ya final, ya istefa!
"Bakı"nın baş məşqçisi Bülənt Korkmaz çalışdırıcılıq karyerası ərzində ikinci dəfə komandasını ölkə kubokunun yarımfinalına çıxarıb. Apasport.az saytının hesablamalarına görə, ölkəmizə gələnədək 4 klubda çalışmış 42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandaların hamısı ilə kubokda uğurlu çıxış edib.
   Korkmaz baş məşqçi kimi debüt mövsümündə Türkiyə kubokunun finalınadək irəliləyib. 2006/07 mövsümünün qış fasiləsində "Kayseri Ərciyəspor"un "sükanı arxasına" keçərkən, kubokun qrup mərhələsi finiş xəttində idi.
   Son turda "Bursaspor"la həlledici səfər matçında iş başında olan Korkmaz yetirmələrinin 4:2 hesablı qələbəsinə sevinib. Bunun sayəsində 1/4 finala çıxan kayserililər əvvəl "Qalatasaray" (0:0, 0:0, əlavə vaxtda 1:1), sonra "Trabzonspor"u (1:0, 0:1, penaltilərlə 5:4) sıradan çıxarıb. Həlledici görüşdə Korkmazın yetirmələrini "Başiktaş" dayandırıb - əlavə vaxtda 1:0.
   2007/08 mövsümündə Korkmaz kubok yarışlarını məğlubedilməz tərk edib. Onun rəhbərlik etdiyi "Bursaspor" ikinci mərhələdə "Boluspor"u 1:0 məğlub edib qrup turnirinə vəsiqə qazansa da, Korkmaza "yaxşı yol" deyiblər. Lakin mütəxəssis bu mərhələdə başqa klubla mübarizəyə qoşulub. Onun rəhbərlik etdiyi "Gənclərbirliyi" öz qrupunda 3 qələbə qazanaraq, yalnız 1 dəfə məğlub olub. Korkmaz "Vestel Manisaspor" (3:0), "Kırıkkalespor" (4:0), "Adanadəmirspor" (1:0) və "Trabzonspor" (2:3) klubları ilə matçlarda iş başında olub. Lakin 1/4 final öncəsi onu istefaya göndəriblər. Türkiyədəki son iş yeri olan "Qalatasaray" isə Korkmazın gəlişinədək kubokdan kənarda qalmışdı.
   Göründüyü kimi Korkmaz ölkə kuboku yarışlarında ya finala çıxar, ya da istefaya göndərilir. İndi "Bakı"da çalışan mütəxəssis 1/8 və 1/4 final mərhələlərini arxada qoyub final ənənəsini davam etdirməyə çalışacaq. Finala qədər heç bir komanda onu dayandıra bilmir.
   Qeyd edək ki, "Bakı" cari mövsüm "Bakılı" (6:0, 0:0) və "Standard"ı (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.
Ermənistan yığması Bakıya gəlməkdən imtina etdi
Yunan-Roma güləşi üzrə Ermənistan komandası ölkəmizdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. Bu məlumatı Ermənistanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi Levon Culfalakyan verib.
   "Bu qərarı Ermənistan Milli Olimpiya Komitəsi çıxarıb. Bakıda baş tutacaq Avropa çempionatına qatılmamaqla idmançılarımız Rusiyanın paytaxtı Moskva şəhərində 6-12 sentyabrda baş tutacaq yunan-Roma güləşi üzrə Dünya Çempionatına daha yaxşı hazırlaşmış olacaqlar", - deyə Levon Culfalakyan bildirib. Xatırladaq ki, yunan-Roma güləşi üzrə Avropa çempionatı 13-18 aprel tarixində Bakıda baş tutacaq.
Runi gələcəkdə türk klubunda oynayacağını istisna etmir
"Türk Hava Yolları" şirkəti ilə "Mançester Yunayted" klubu arasında sponsorluq müqaviləsinin imzalanma mərasimində çıxış edən Ueyn Runi maraqlı açıqlamaları ilə yadda qalıb. İngilis futbolçu türkiyəli azarkeşlərin dünyada ən çılğın azarkeşlər olduğuna diqqət çəkib. "Türkiyə klublarına qarşı bir neçə dəfə oynamışam. Türkiyədə atmosfer çox fərqlidir. Türkiyəli futbolçular arasında isə son 10 ildə ən yaxşı futbolçu kimi Tuqay Kərimoğlunu tanıyıram. Bu futbolçunu "Blekbörn"də oyunu ilə xatırlayıram", - deyə Ueyn Runi bildirib.
   Ueyn Runi həmçinin nə vaxtsa Türkiyə klublarından birində çıxış edəcəyini də istisna etməyib.
"Barsa"nın baş məşqçisi cəzalandırıla bilər
Meydandan qovulan məşqçi hakimə "yalançı" deyib
"Barselona"nın baş məşqçisi Xosep Qvardioladan İspaniya Futbol Rəqabət Komissiyasına şikayət edilib. İspaniya Hakimlərin İntizam Komitəsi Qvardiolanın "Almeriya"-"Barselona" oyunundan sonra hakim Klos Qomez və onun köməkçisini təhqir etdiyini bildirib. Qvardiola martın 6-da İspaniya La Liqası çərçivəsində keçirilən "Almeria-Barselona" oyununun 26-cı dəqiqəsində baş vermiş bir məqamla bağlı israrlı etirazlarına görə hakim Klos Qomez tərəfindən qırımızı kart göstərilərək meydandan qovulub. Oyundan sonra isə baş məşqçi Qomez və onun köməkçisini "yalançılıqda" ittiham edib. Hakimlərin İntizam Komitəsi Qvardiola haqqında şikayət edərək onun cəzalandırılmasını tələb edir. Hazırda baş məşqçi barəsində araşdırma başlanılıb və Qvardiola 4 gün müddətində yazılı ifadəsini quruma təqdim etməlidir.
   
Soyunub-geyinmə otağına qumbara atıldı
Braziliya futbolunda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, "Kanadense" və "Vilya Nova" klublarının qarşılaşmasından sonra faciə yaşanıb. Mərkəzi Braziliyada keçirilən qarşılaşmada qonaqların qələbəsi tamaşaçıları o dərəcədə qəzəbləndirib ki, onlar vəhşilikdən də çəkinməyiblər. Matç bitən kimi futbolçuların əlbəyaxa olmasına biganə qalmayan azarkeşlər öncə meydana axışıblar. Dava-dalaşla kifayətlənməyən fanatlar qarşılaşmadan sonra qonaq komandanın soyunub-geyinmə otağına qumbara atıblar. Partlayışdan sonra bir futbolçu yaralanıb. Bundan başqa şəhər rəhbərliyinin bir nümayəndəsi də xəsarət alıb. Qeyd edək ki, Braziliyanın Qoyas ştatının birinciliyi olan Qoyano çempionatının 14-cü turunun oyununda "Vila Nova" 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin üzvünə 20 min dollar rüşvət təklif ediblər
Aydın Bəhmalov: "... birinci yerin rəsmi mükafatından qat-qat çox olan pulu təklif edən kimdir"
Azərbaycan taekvandoçusu, dünya çempionu Aydın Bəhmalova ötənilki Dünya çempionatında uduzmaq üçün pul təklif ediblər. Bu barədə idmançının özü salamnews.org saytına açıqlamasında bildirib.
   "Oteldə bir nəfər zəng edib, oyunu satıb-satmamaq barədə soruşdu. Mən dərhal rədd cavabı verdim. Amma söhbət konkret məbləğdən, yəni 20 min dollardan gedəndə görüşməyə razılıq verdim. Çünki mənə çox maraqlı idi ki, birinci yerin rəsmi mükafatından qat-qat çox olan pulu təklif edən kimdir", deyə dünya çempionu bildirib. Onun sözlərinə görə, ötənilki Dünya çempionatının qalibinə verilən mükafatın məbləği 3 min dollar olub: "Zəng edən adam bildirdi ki, mənimlə finalda döyüşəcək iordaniyalı taekvandoçu Yasər Əl-Sadeqin nümayəndəsidir. Onun kim olduğunu bilməyim mənim üçün kifayət etdi. Bildirdim ki, "heç bir məbləğə satılmıram. Mənə sadəcə sizin kim olduğunuzu bilmək maraqlı idi". Bundan sonra o, dəstəyi yer atdı. Bu təklif mənim üçün final döyüşündə stimul oldu. Finalda təkcə dünya çempionu adı uğrunda yox, həm də təmiz adım uğrunda döyüşdüm. Rəqibi quru hesabla məğlub edib həm 3 minimi, həm də təmiz adımı qazandım".
   
"Çelsi" Çempionlar Liqasından getdi
ÇSKA və "İnter" 1/4 finala yüksəldi
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki iştirakçısı müəyyənləşib. Fanat.az xəbər verir ki, Rusiyanın ÇSKA və İtaliyanın "İnter" klubları 1/8 final mərhələsində uğurlu çıxış edərək, növbəti mərhələyə adlayıb.
   Moskvadakı oyunda meydandan 1:1 hesablı bərabərliklə ayrılan ÇSKA İspaniyada "Seviliya"nın qonağı olub. Səfər oyununda 2:1 hesablı qələbə qazanan ruslar 1/4 finala vəsiqə qazanıb. "İnter" isə baş məşqçisi Joze Maurinyonun keçmiş komandası "Çelsi"ni mübarizədən kənarlaşdırıb. Yenidən "Stemford Bric"ə dönən portuqaliyalı mütəxəssis meydandan 1:0 hesablı qələbə ilə ayrılıb. Qeyd edək ki, 1/4 final mərhələsinin 4 iştirakçısı ötən həftə müəyyənləşib. "Arsenal", "Bavariya", "Mançester Yunayted" və Lion "Olimpik"i növbəti mərhələyə adladığı halda, "Real" və "Milan" sürpriz şəkildə turnirdən kənarda qalıb.
   16 mart
   Seviliya (İspaniya) - ÇSKA (Moskva, Rusiya) 1:2
   İlk oyun - 1:1.
   Çelsi (İngiltərə) - İnter (İtaliya) 0:1
   İlk oyun - 1:2.
"Kürd açılımı" siyasəti Futbol Federasiyasının qərarına təsir edir?
"Diyarbəkirspor" Türkiyə çempionatından kənarlaşdırılmayacaq
Türkiyənin Futbol Federasiyası sdaionda baş verən hadisələr üzündən yarımçıq qalan "Diyarbəkirspor"-"Bursaspor" oyunu ilə bağlı qərarını verdi. Qurumun İdarə Heyətinin toplantısında "Diyarbəkirspor"a texniki məğlubiyyət (3:0) verilməsi barədə qərar qəbul olunub.
   "Diyarbəkirspor"un ötən həftə "İstanbul Böyükşəhər Bələdiyyəspor" komandası ilə yarımçıq qalmış oyunu ilə bağlı son qərar isə martın 19-da veriləcək. Əgər bu oyunda da Diyarbəkir təmsilçisinə texniki məğlubiyyət verilsə, komanda avtomatik olaraq Türkiyə çempionatından kənarlaşdırılacaq. Bu isə rəsmi Ankaranın "kürd açılımı" siyasətinə zərbə vura bilər. Türkiyə Futbol Federasiyası prezidentinin müavini Lutfi Arıboğan bu oyunla bağlı texniki məğlubiyyət qərarının verilməyəcəyinə işarə edib: "Hər iki oyunda dəhşətli hadisələr var. Oyunların ikisində də problemlər olub. Amma fərqli hadisələr və oyunlardır. Belə düşünmək lazımdır". Türkiyə Futbol Feerasiyasının son qərarı Super liqanın turnir cədvəlində lider dəyişikliyinə səbəb olub. "Bursaspor"a texniki qələbə verilməsi nəticəsində komanda 55 xal toplayıb və turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Hesabında 53 xalı olan "Qalatasaray" isə ikinci yerə düşüb. Üçüncü yerdə 51 xalı olan "Beşiktaş", dördüncü yerdə isə 49 xal toplayan "Fənərbaxça" qərarlaşıb.
 
 
 SON XƏBƏRLƏR
2010-03-18 Kürdə daşqın oldu
2010-03-18 İrandan Azərbaycana psixotrop maddə gətirən şəxslər həbs edildi
2010-03-18 Ermənilər Ağdamda ordumuzun əsgərini yaraladı
2010-03-18 Yevlaxda yol qəzasında bir ailənin beş üzvü xəsarət aldı
2010-03-18 Polad Ələmdar dəstəsilə birlikdə Bakıya gəldi
2010-03-18 Obama administrasiyası qondarma "erməni soyqırımı"na qarşı hərəkətə keçdi
2010-03-18 Xətaidə qaynaq sexində partlayış baş verib
2010-03-18 Zəlimxan Yaqub yenə əməliyyat olundu
2010-03-18 "Turan" agentliyinin direktoru MTN-də dindirildi
2010-03-18 Biləsuvarda "06" üç piyadanı vurub
2010-03-18 Qaradağda dəhşətli yol qəzasında "Bakelektro" ASC-nin 2 əməkdaşı öldü
2010-03-18 "Bin Laden ya bizi, ya da özünü öldürəcək"
2010-03-18 "Erməni soyqırımı" İsveç baş nazirini məhkəməlik etdi
2010-03-18 Bu gün qrant udan KİV və jurnalist təşkilatlarının adları açıqlanacaq
2010-03-18 Hərbi xidmət müddətinin uzadılması təklifi müsbət qarşılanmadı
2010-03-18 Mətbuata Dəstək Fondu müsabiqə qaliblərini mükafatlandırdı
2010-03-18 Joao Soareşin "münaqişənin həlli İlham Əliyevdən asılıdır" fikri kəskin etiraz doğurdu
2010-03-18 Azərbaycan və türk diasporu Stokholmda birgə aksiyaya hazırlaşır
2010-03-18 Öcalanın qardaşı Ankara qarşısında şərt qoydu
2010-03-18 Bakıda saxta sənəd hazırlayan Pakistan vətəndaşları tutulub
2010-03-18 Moskvada özünü kriminal avtoritet kimi təqdim edən Nazim Qasımov tutulub
2010-03-18 QHT Şurası jurnalistlər üçün müsabiqə elan etdi
2010-03-18 Tam istismara qəbul edənədək yeni binalara, onun mənzillərinə elektrik, qaz və su verilə bilməz
2010-03-18 İran səfirliyindən Novruz təkzibi
2010-03-18 Daha 2 qəzet reket siyahısına salına bilər
2010-03-18 Mətbuat Şurasının "reket qəzet" anlayışı ciddi əsaslara söykənir
2010-03-18 Rəsmi Ankara Vaşinqtondan yazılı zəmanət istəyib?
2010-03-18 Vaşinqton Bakı-Ankara münasibətlərinin əvvəlki səviyyəyə qalxmasını istəyir
2010-03-18 Klinton ABŞ-İsrail münasibətlərində böhran olduğunu zənn etmir
2010-03-18 AMİP-in qurultayının vaxtı bu gün müəyyənləşəcək
2010-03-18 YAP parlament seçkilərinə təkbaşına gedəcək
2010-03-18 Müsavat Partiyası-DUİ məsləhətləşməsi baş tutdu
2010-03-18 Nalbandyan Parisdə yenə sərsəmlədi
2010-03-18 Müxalifətdə "Rəsulzadə-Elçibəy yoluna sadiqlik" ziddiyyəti dərinləşir
2010-03-18 ARDNŞ 5 milyard dollarlıq sərmayəyə qatıldı
2010-03-18 Sahibkarlıq fəaliyyətinə müdaxilələrin monitorinqi keçiriləcək
2010-03-18 Azərbaycanda ipotekanın alman variantı və bankların ilkin ödənişi artırmaları...
2010-03-18 40-a yaxın müəssisə keyfiyyətsiz və yodsuz duz istehsal edir
2010-03-18 Deputat Məlahət Həsənovadan çağırış
2010-03-18 Kənd təsərrüfatına subsidiyanın verilmə mexanizminə münasibət fərqlidir
2010-03-18 Yerli quşçuluq müəssisələrinin iflası davam edir
2010-03-18 MTN ötən il xarici orqanlara işləyən 25 agenti zərərsizləşdirib
2010-03-18 Bakıda yaşayış massivlərindən dəmir yolu xətləri köçürülməyəcək
2010-03-18 Bakıda səkilərə zəncirlənmiş ilk nəqliyyat velosipedləri peyda oldu
2010-03-18 24 min narkomanın 42 faizi Bakıda cəmləşib
2010-03-18 "Kürd açılımı" siyasəti Futbol Federasiyasının qərarına təsir edir?
2010-03-18 "Çelsi" Çempionlar Liqasından getdi
2010-03-18 Millimizin üzvünə 20 min dollar rüşvət təklif ediblər
2010-03-18 Soyunub-geyinmə otağına qumbara atıldı
2010-03-18 "Barsa"nın baş məşqçisi cəzalandırıla bilər
2010-03-18 Runi gələcəkdə türk klubunda oynayacağını istisna etmir
2010-03-18 Ermənistan yığması Bakıya gəlməkdən imtina etdi
2010-03-18 Bülənt Korkmaz yolayrıcına gəldi
2010-03-18 Ərzaq məhsulları bazarında monitorinq keçiriləcək
2010-03-18 "Məişət Zorakılığı Haqqında" Qanun layihəsinin qəbulu sual altına düşür
2010-03-18 Geni dəyişdirilmiş məhsullara qarşı qrup yaradılıb
2010-03-18 Qusar Prokurorluğunun keçmiş müstəntiqi məhkəmə qarşısına çıxarıldı
2010-03-18 "Cocuqların günahı nə?"
2010-03-18 Yazarlar yeni yaradılan ədəbiyyatın təqdimatından gileylidir
2010-03-17 Bakıda Ayaz Zeynalov öz "Mercedes"ini yol keçidinə çırpdı
2010-03-17 Binəqədi sakini Fuad Siraczadə qarajda öz avtomobilində boğuldu
2010-03-17 Fəxrəddin Mirzəyev Sabunçuda 3 nəfərin silahlı hücumuna məruz qalıb
2010-03-17 Azərbaycanlı gənc Məhəmməd Çaxalov Türkiyədə intihar etdi
2010-03-17 ATƏT nümayəndələri Ağdamda bataqlığa düşdülər
2010-03-17 Quba və Qusara qar yağdı
2010-03-17 Daxili işlər naziri Ramil Usubov müğənni Azərin barədə əmr imzaladı
2010-03-17 Qubada itkin düşmüş Məmmədpaşanın meyiti tapıldı
2010-03-17 Siciliya mafiyası yenidən fəallaşdı
2010-03-17 Ermənistan hərbçiləri Türkiyənin Qars, İğdır və Ərdahan vilayətlərində təftiş aparıb
2010-03-17 Rauf Arifoğlu MTN-ə çağırılıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009