18 Mart 2010-cı il, N 311(1808)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"Mən baldırlarımı açıb göstərmirəm" (3548)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2254)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1356)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Yazarlar yeni yaradılan ədəbiyyatın təqdimatından gileylidir
Yunus Oğuz: "İmza günü"nə geniş oxucu kütləsi cəlb edilməlidir"
Aqil Abbas: "Bunun yazarların təbliğatında çox önəmli rolu var" Qulu Ağsəs: "Düşünürəm ki, bütün bunlar ədəbiyyata marağı bir qədər artıracaq"

   Respublikamızda kitab sənayesi dirçəlsə də, hələ də yerli nəşr evləri tərəfindən çap olunan kitabların bazarı yoxdur. Bu sahədə uzun illər davam edən böhran bu gün tam şəkildə aradan qaldırılmayıb. Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan kimi qonşu ölkələrdə keçid dövrünün gətirdiyi bu problem çoxdan öz həllini tapıb.
   Artıq bu respublikalarda yazıçı və şairlərin əsərlərinin əcnəbi dillərə tərcümə edilərək yayılması geniş vüsət alıb. Bu işləri isə özəl qurumlar, kitab markentinqilə məşğul olan təşkilatlar həyata keçirir. Onlar şair və yazıçıların kitab mağazalarında, kitabxanalarda görüşlərini təşkil edir, oxucuları yeni nəşr edilən kitabla tanış edirlər. Yaxud kitab təbliğilə məşğul olan təşkilatlar nəşriyyatlarla və müəlliflərlə müqavilə bağlayaraq, nəşr olunan kitabların satışını həyata keçirir. Dünyanın müxtəlif ölkələrində kitab mağazaları və kitabxanalar yazıçı və ictimaiyyət arasında etibarlı körpü rolunu oynayır.
   Bizdə isə bu özünü yeni-yeni göstərməyə başlayır.
   Azərbaycan yazıçı və şairlərilə oxucular arasında hazırda elə də bir yaxınlıq yoxdur. Mətbuat var gücü ilə kitabın, ədəbiyyatın təbliğatını aparsa da, hələ itirilən oxucu kütləsini ədəbiyyata qaytara bilmir.
   Ədəbiyyatımız təbliğ olunmursa, bir qrup adam bunun günahını Yazıçılar Birliyində görür. Deyirlər ki, Birlik hər bir yazarın yeni əsərini təbliğ etməlidir. Əslində isə, keçmiş ittifaq respublikalarının heç birində Yazıçılar Birliyi ədəbiyyatın təbliğilə məşğul olmur. Rusiyada, Gürcüstanda, Ermənistanda Yazıçılar Birliyi sisteminin tamamilə ləğv edildiyi bildirilir.
   Azərbaycan Yazıçılar Birliyi isə ən ağır dönəmlərdə Birlik üzvü olan bəzi yazıçıların çap olunmuş kitablarının təbliğatını həyata keçirib. Hazırda Birliyin nəzdində "Bayatı" kitab mağazası fəaliyyət göstərir. Bir ildən artıqdır ki, "Bayatı" kitab mağazasında Azərbaycanın müasir yazıçı və şairlərinin "imza günü" keçirilir. Burada əsas məqsəd yazıçıların təzə nəşr olunmuş kitablarını satmaqdır. İndiyə qədər bir sıra tanınmış, istedadlı qələm sahibinin kitabları "Bayatı"da təqdim olunub, müəlliflərin "imza günü" keçirilib.
   Çingiz Abdullayev, Yunus Oğuz, Elçin Hüseynbəyli, Fəxri Uğurlu, Aqil Abbas, Qulu Ağsəs, İlqar Fəhmi və digər yazarların "imza günü" "Bayatı" tərəfindən təşkil olunub.
   Məlumatımıza görə, artıq şəhərimizdə fəaliyyət göstərən bəzi kitab mağazaları da "imza günü" keçirməyi planlaşdırır.
   Bir məsələ var ki, bu "imza günü"nə yalnız ədəbi ictimaiyyət nümayəndələri gəlir. Çox nadir hallarda bu törənlərə adi vətəndaşlar, ədəbiyyatla heç bir əlaqəsi olmayan adamlar qatılır. Onsuz da ki, kimin nə yazdığından, necə yazdığından ədəbiyyat adamları gec-tez xəbər tutacaq. Amma hansısa bir əsərin çap olunmasından sıravi oxucular xəbərsiz qalacaq.
   Bəzi ədəbiyyat adamları təklif edir ki, "imza günü" bölgələrdə, rayon və şəhərlərdə təşkil edilməlsin və oxucuların yeni nəşr olunan kitablardan xəbəri olsun.
   Yazıçı-tədqiqatçı Yunus Oğuz "imza günü" ideyasını bəyənsə də, onun başqa formatda davam etdirilməsini daha məqsədəuyğun sayır: "Bu imza günləri yazıçı və şairin öz təşəbbüsü ilə keçirilir. Ora o öz dost-tanışını dəvət edir və onlara kitab paylanır. Əslində, "imza günü" ideyasının özü gözəldir. Amma bura geniş oxucu kütləsi cəlb edilməlidir. Bu tədbirlər yalnız Yazıçılar Birliyində, "Bayatı" kitab mağazasında keçirilməli deyil. Bu həm Mədəniyyət və Turizm Nazirliyi, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm ayrı-ayrı rayonların rəsmi qurumları ilə birgə keçirilməlidir. Yazıçı və şairlərin imza gününü rayonlarda geniş oxucu kütləsinin iştirakı ilə keçirmək lazımdır. İmza günlərini böyük bir bayrama çevirmək olar. Hələ ki, "imza günü"nün formatı xoşuma gəlməsə də ideyanın öz, yaxşıdır. Onu daha geniş şəkildə tətbiq etmək mümkündür".
   Y.Oğuz hesab edir ki, imza günlərində yazıçı və şairlər oxucularla görüşməli, onları maraqlandıran suallara cavab verməlidir":Belə bir format gələcəkdə olarsa, çox gözəl olardı".
   Yazıçı, millət vəkili Aqil Abbas "Bakı-Xəbər"ə bildirdi ki, imza günlərini dəstəkləyir. Bunun ədəbiyyatın inkişafında, oxucularla yazarlar arasında əlaqə yaratmaq sahəsində böyük rol oynadığını deyən Aqil Abbasın sözlərinə görə, yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində imza günləri keçirilir.
   Bir müddət əvvəl Türkiyədə nəşr edilən "Dolu" romanından danışan A.Abbas dedi ki, Türkiyədə beş kitab mağazasında onun imza günü keçirilib: "Mən imza günlərini çox bəyənirəm. Hesab edirəm ki, bunun ədəbiyyatın, yazarların təbliğində çox önəmli rolu var. Mən Bakıda keçirilən imza günlərinin hamısına gedirəm və burada müəllifin kitabı ilə yanaşı, 4-5 dənə də başqa yazıçının kitabını alıram. Bu çox yaxşı işdir.
   Mənim Türkiyədə kitabım çıxandan sonra kitab mağazalarında "imza günü" keçirildi. Bu çox maraqlı bir tədbir idi. Oxucular özləri kitaba xoş sözlər yazmışdı, mən isə yalnız onları imzalayırdım. 5 kitab mağazasında 2000 min oxucuya imza verdim. Dünyanın hər yerində yazıçılarla oxucuların bu şəkildə görüşləri keçirilir. Əvvəlcədən elan olunur ki, filan yazıçı filan kitab mağazasında, yaxud kitabxanadadır. Oxucular ora gəlir və həm yazıçı ilə ünsiyyətdə olur, həm də onun kitabını alır. "İmza günü" çox maraqlı bir mərasimdir".
   Şair-publisist Qulu Ağsəs bizimlə söhbətində "imza günü"nün böyük əhəmiyyət daşıdığını bildirdi. Oxucuların kitabdan qaçdığı bir dövrdə bu cür mərasimlərin keçirilməsinin ədəbiyyata fayda verəcəyini düşünən Q.Ağsəs deyir ki, yazar həm də burada kitabını sata bilir: "Bilirsiniz ki, indi kitaba maraq son dərəcə azdır. Ümumiyyətlə, bütün dünyada ədəbiyyata maraq əvvəlki kimi çox deyil. Azərbaycanda oxucular, demək olar ki, kitab oxumur. Əvvəllər belə bir misal vardı":İstedadlı oxucular daha çoxdur, istedadlı yazıçılar isə onlardan azdır. Ona görə də istedadlı oxucuları qorumaq lazımdır". Amma təəssüf ki, bu dissbalans aradan götürülüb, indi bir balans yaranır. Az qala, hazırda istedadlı oxucu qədər də istedadlı yazıçı var. Belə çıxır ki, özümüz yazıb özümüz özümüzü oxuyuruq. Ona görə də, sovet dövründə beş illikdə deyildiyi kimi, ədəbiyyata əlavə qüvvə səfərbər eləmək həddindən artıq çətindir. Amma təbii ki, cəhdlər də var. Onlardan biri də kitab şəbəkəsinin qurulması, o cümlədən də kitab mağazalarında imza günlərinin keçirilməsidir".
   Q.Ağsəsin sözlərinə görə, yalnız "Bayatı" deyil, "Əli və Nino" kitab mağazasında, "Etüd" sərgi salonunda da kitabın təbliği və satışı ilə bağlı tədbirlər keçirilir. Q.Ağsəs bu tədbirlərə yalnız ədəbiyyat adamlarının gəldiyindən təəssüf hissi keçirir: "Doğru deyirsiz ki, bu tədbirlərə gələnlər yalnız ədəbiyyat adamlarıdır. Yəqin biz ədəbiyyata marağı onda qaytara bilərik ki, bu imza mərasimlərinə, kitab satışı törəninə təkcə ədəbiyyat adamları, yəni müəllifin dostları deyil, həm də başqaları gələcək. "Bayatı" kitab mağazasında keçirilən tədbirlərin bir neçəsində iştirak etmişəm. Ən çox satılan kitab mənim "Nabran novellası" kitabım oldu. Sevindirici hal isə ondan ibarət idi ki, bu mərasimə müxtəlif sahələrin təmsilçiləri qatılmışdı. Burada modelyer də vardı, incəsənət adamı da, tikinti biznesilə məşğul olan da. Kitabımın tez bir zamanda satılması məndə xoş təəssürat yaratdı. Amma buna baxmayaraq, məndə bir nigarançılıq var. Bu haqlı bir nigarançılıqdır. Onlar aldıqları kitabı oxuyurlarmı? Onlar mənim nə yazmaq istədiyimi anlayırlarmı, demək istədiyim söz onlara çatırmı? Yəni kitabımızı satdırmağımız, hələ o demək deyil ki, biz oxucunu fəth etmişik. Oxucu piar sayəsində kitabı ala, amma oxumaya bilər, yaxud oxuyar, heç nə anlamaz.
   Ona görə də, hesab edirəm ki, "imza günü" o cəhdlərdən biridir. Frans Kafka ağır xəstəlikdən müalicə olunmağa gedəndə dostu ona deyir ki, sən onsuz da bunun mənasız olduğunu bilirsən, nəyə görə müalicəyə gedirsən? Cavab verir ki, ölümə məhkum olunmuş müttəhim də son söz istəyir, deyəcəyi son sözün heç nəyi dəyişməyəcəyini bilsə də. Amma bu, onun bir az daha artıq yaşaması deməkdir. Bizim ədəbiyyatın daha çox yaşaması üçün etdiyimiz cəhdlərdən biri də kitab mağazalarında keçirilən imza törənləridir. Düşünürəm ki, bütün bunlar ədəbiyyata marağı bir qədər artıracaq və ədəbiyyat ancaq ədəbiyyatsevərlər, sözü anlayanlar üçün olacaq. Bütün bu tədbirləri təqdir edirəm. Amma ədəbiyyatın kütləviləşməsinin tam əleyhinəyəm".
   
İradə SARIYEVA
 
 
 SON XƏBƏRLƏR
2010-03-18 Kürdə daşqın oldu
2010-03-18 İrandan Azərbaycana psixotrop maddə gətirən şəxslər həbs edildi
2010-03-18 Ermənilər Ağdamda ordumuzun əsgərini yaraladı
2010-03-18 Yevlaxda yol qəzasında bir ailənin beş üzvü xəsarət aldı
2010-03-18 Polad Ələmdar dəstəsilə birlikdə Bakıya gəldi
2010-03-18 Obama administrasiyası qondarma "erməni soyqırımı"na qarşı hərəkətə keçdi
2010-03-18 Xətaidə qaynaq sexində partlayış baş verib
2010-03-18 Zəlimxan Yaqub yenə əməliyyat olundu
2010-03-18 "Turan" agentliyinin direktoru MTN-də dindirildi
2010-03-18 Biləsuvarda "06" üç piyadanı vurub
2010-03-18 Qaradağda dəhşətli yol qəzasında "Bakelektro" ASC-nin 2 əməkdaşı öldü
2010-03-18 "Bin Laden ya bizi, ya da özünü öldürəcək"
2010-03-18 "Erməni soyqırımı" İsveç baş nazirini məhkəməlik etdi
2010-03-18 Bu gün qrant udan KİV və jurnalist təşkilatlarının adları açıqlanacaq
2010-03-18 Hərbi xidmət müddətinin uzadılması təklifi müsbət qarşılanmadı
2010-03-18 Mətbuata Dəstək Fondu müsabiqə qaliblərini mükafatlandırdı
2010-03-18 Joao Soareşin "münaqişənin həlli İlham Əliyevdən asılıdır" fikri kəskin etiraz doğurdu
2010-03-18 Azərbaycan və türk diasporu Stokholmda birgə aksiyaya hazırlaşır
2010-03-18 Öcalanın qardaşı Ankara qarşısında şərt qoydu
2010-03-18 Bakıda saxta sənəd hazırlayan Pakistan vətəndaşları tutulub
2010-03-18 Moskvada özünü kriminal avtoritet kimi təqdim edən Nazim Qasımov tutulub
2010-03-18 QHT Şurası jurnalistlər üçün müsabiqə elan etdi
2010-03-18 Tam istismara qəbul edənədək yeni binalara, onun mənzillərinə elektrik, qaz və su verilə bilməz
2010-03-18 İran səfirliyindən Novruz təkzibi
2010-03-18 Daha 2 qəzet reket siyahısına salına bilər
2010-03-18 Mətbuat Şurasının "reket qəzet" anlayışı ciddi əsaslara söykənir
2010-03-18 Rəsmi Ankara Vaşinqtondan yazılı zəmanət istəyib?
2010-03-18 Vaşinqton Bakı-Ankara münasibətlərinin əvvəlki səviyyəyə qalxmasını istəyir
2010-03-18 Klinton ABŞ-İsrail münasibətlərində böhran olduğunu zənn etmir
2010-03-18 AMİP-in qurultayının vaxtı bu gün müəyyənləşəcək
2010-03-18 YAP parlament seçkilərinə təkbaşına gedəcək
2010-03-18 Müsavat Partiyası-DUİ məsləhətləşməsi baş tutdu
2010-03-18 Nalbandyan Parisdə yenə sərsəmlədi
2010-03-18 Müxalifətdə "Rəsulzadə-Elçibəy yoluna sadiqlik" ziddiyyəti dərinləşir
2010-03-18 ARDNŞ 5 milyard dollarlıq sərmayəyə qatıldı
2010-03-18 Sahibkarlıq fəaliyyətinə müdaxilələrin monitorinqi keçiriləcək
2010-03-18 Azərbaycanda ipotekanın alman variantı və bankların ilkin ödənişi artırmaları...
2010-03-18 40-a yaxın müəssisə keyfiyyətsiz və yodsuz duz istehsal edir
2010-03-18 Deputat Məlahət Həsənovadan çağırış
2010-03-18 Kənd təsərrüfatına subsidiyanın verilmə mexanizminə münasibət fərqlidir
2010-03-18 Yerli quşçuluq müəssisələrinin iflası davam edir
2010-03-18 MTN ötən il xarici orqanlara işləyən 25 agenti zərərsizləşdirib
2010-03-18 Bakıda yaşayış massivlərindən dəmir yolu xətləri köçürülməyəcək
2010-03-18 Bakıda səkilərə zəncirlənmiş ilk nəqliyyat velosipedləri peyda oldu
2010-03-18 24 min narkomanın 42 faizi Bakıda cəmləşib
2010-03-18 "Kürd açılımı" siyasəti Futbol Federasiyasının qərarına təsir edir?
2010-03-18 "Çelsi" Çempionlar Liqasından getdi
2010-03-18 Millimizin üzvünə 20 min dollar rüşvət təklif ediblər
2010-03-18 Soyunub-geyinmə otağına qumbara atıldı
2010-03-18 "Barsa"nın baş məşqçisi cəzalandırıla bilər
2010-03-18 Runi gələcəkdə türk klubunda oynayacağını istisna etmir
2010-03-18 Ermənistan yığması Bakıya gəlməkdən imtina etdi
2010-03-18 Bülənt Korkmaz yolayrıcına gəldi
2010-03-18 Ərzaq məhsulları bazarında monitorinq keçiriləcək
2010-03-18 "Məişət Zorakılığı Haqqında" Qanun layihəsinin qəbulu sual altına düşür
2010-03-18 Geni dəyişdirilmiş məhsullara qarşı qrup yaradılıb
2010-03-18 Qusar Prokurorluğunun keçmiş müstəntiqi məhkəmə qarşısına çıxarıldı
2010-03-18 "Cocuqların günahı nə?"
2010-03-18 Yazarlar yeni yaradılan ədəbiyyatın təqdimatından gileylidir
2010-03-17 Bakıda Ayaz Zeynalov öz "Mercedes"ini yol keçidinə çırpdı
2010-03-17 Binəqədi sakini Fuad Siraczadə qarajda öz avtomobilində boğuldu
2010-03-17 Fəxrəddin Mirzəyev Sabunçuda 3 nəfərin silahlı hücumuna məruz qalıb
2010-03-17 Azərbaycanlı gənc Məhəmməd Çaxalov Türkiyədə intihar etdi
2010-03-17 ATƏT nümayəndələri Ağdamda bataqlığa düşdülər
2010-03-17 Quba və Qusara qar yağdı
2010-03-17 Daxili işlər naziri Ramil Usubov müğənni Azərin barədə əmr imzaladı
2010-03-17 Qubada itkin düşmüş Məmmədpaşanın meyiti tapıldı
2010-03-17 Siciliya mafiyası yenidən fəallaşdı
2010-03-17 Ermənistan hərbçiləri Türkiyənin Qars, İğdır və Ərdahan vilayətlərində təftiş aparıb
2010-03-17 Rauf Arifoğlu MTN-ə çağırılıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009