18 Mart 2010-cı il, N 311(1808)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2431)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Cocuqların günahı nə?"
Müsbət niyyətlə vurulan şillə mənfi nəticələr verə bilər
Valideyn şilləsinin, müəllim qulaqburmasının nə olduğunu çoxlarımız yaxşı bilir. Xüsusilə də kənd yerlərində valideyn və müəllim tərəfindən döyülməyən uşağa, oğlanlara az rast gəlmək olar. Hər şilləyə görə valideyn, müəllim qanun qarşısında məsuliyyət daşıyırsa, ümumiyyətlə, bu hərəkətlərdə cinayət əməli varsa, belə çıxır ki, anamız, atamız, müəllimlərimiz potensial cinayətkarlardır.
   Sifətimizə vurduqları şillələri, əlimizin içinə neçə dəfə heyva çubuğu çırpdıqlarını saysaq, onların hər birinə azı 10 il iş düşür.
   Deməli, biz cinayətkar valideynlərin, müəllimlərin özünəməxsus tərbiyəvi üsulları ilə böyümüşük. Görəsən, bu minvalla Azərbaycanda barəsində məhkəmə qərarı çıxarılmamış neçə cinayətkar müəllim və valideyn var?
   Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bildirib ki, uşaqlar ailələrdə valideynlərinin zorakılığına məruz qalır: "Hüquq-mühafizə orqanları öz övladlarına qarşı zorakılıq edən valideynlərlə sərt davranmalı, onları məsuliyyətə cəlb etməlidir".
   
   Ana yazıq neyləsin?
   
   Hörmətli Gülər xanım, siz də yaxşı bilirsiniz ki, uşaq var hər gün evdə döyülür. Bəlkə siz özünüz də uşaq ikən valideynləriniz, yaxud da müəllimləriniz tərəfindən döyülmüsünüz. Valideyn yazıq neyləsin? Uşaq sözə baxmır, şərlik edir, küçədə tay-tuşları ilə savaşır, söyüş söyür, xəlvətcə çaya çimməyə getməklə həyatını təhlükəyə atır, heç bir işin qulpundan yapışmır, hətta dərsini belə oxumur. Belələrini necə tərbiyə etmək olar? Bizim kənddə belə uşaqları ataları ayağından kəndirlə asardı, oxlovla döyərdilər, dillərinə isti bıçaq basılardı, cəza olaraq otaqda dustaq saxlanardılar. İndi həmin uşaqlar böyüyüb, aldıqları cəzaları çoxdan yaddan çıxarıblar. Bəlkə də o cəzalar olmasaydı, uşaqlar daha pis yola düşərdi. Şagirdlər həmişə sərt, qəddar müəllimin dərsinə hazır gələrdi. Üzüyumşaq müəllimin dərsinə isə girmirdilər. Hələ anaların uşaqlara qarğışlarını demirik.
   
   Ziddiyyətli Azərbaycan anası
   
   "Başına daş düşsün", "Səni zəlil olasan", "Meyitin bəzənsin" kimi qarğışlar tökən analar, eyni zamanda, uşaqları xəstələnəndə, bədbəxt hadisə ilə üzləşəndə rahatlıq tapa bilmirlər. Uşağının başını sığallayan, onu əzizləyən ana yarım saatdan sonra baş sığalını şillə ilə, əzizləməni isə qarğışla əvəzləyə bilər. Göründüyü kimi, Azərbaycan ailəsi, anası çox ziddiyyətlidir. Ona görə də, deyirlər ki, ananın qarğışı keçmir.
   Bütün bunları nəzərə alaraq, hesab etmək olar ki, uşağını döyən valideynə heç bir halda cinayətkar kimi baxmaq olmaz. Ola bilsin ki, Avropa ölkələrində bu məsələ fərqlidir, məişət münasibətləri qanunla tənzimlənir. Amma Azərbaycan Şərq, İslam ölkəsi olaraq fərqli dəyərlərə, mentalitetə malikdir. Ailədaxili münasibətlərdən danışılarkən bu kimi ölçülər də nəzərə alınmalıdır.
   
   Ekspertlər də anaları tərəfindən döyülüb
   
   Ailə cəmiyyətin, dövlətin bir hissəsi olduğundan, buradakı münasibətlər ölkənin ümumi səviyyəsilə bağlı olur. Zaman keçdikcə ailələrdə uşaqlara münasibət, cəza tədbirlərinin formaları da dəyişir. Yəqin ki, indi övladını kəndirlə asan ataya, isti bıçaqla dağlayan anaya az rast gəlmək olar.
   Uşaqların döyülməsi onların xasiyyətinə, vətəndaş kimi formalaşmasına necə təsir göstərir?
   "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova uşaq vaxtı anası tərəfindən döyüldüyünü etiraf etdi: "Bütün uşaqlar kimi, mən də anam tərəfindən döyülmüşəm. Dərsimdə boşluq olanda döyülürdüm. Amma buna görə anamdan incimirəm. Əksinə, ona minnətdaram. Elə uşaqlar var ki, idarə olunmur. Onlara qarşı hansısa cəza tədbiri görülə bilər. Amma bu, zorakılıq həddində olmamalıdır. Atamın istəyilə musiqi məktəbinə getdim. İstəyirdilər ki, mən musiqi müəllimi olum. Amma mənim istəyimi soruşmadılar. Və bu mənim işimdə ləngimələr yaratdı. İndi bunun əziyyətini çəkirəm".
   M.Zeynalova uşağın döyülməsinin əleyhinədir: "Şəxsən öz övladlarımı döyməmişəm. Döyülmək uşaqlarda ikiüzlülük, yaltaqlıq xüsusiyyətləri yaradır. Onların şəxsiyyət kimi formalaşmasına mane olur. Biz uşaqların döyülməsi dedikdə, pozitiv diskriminasiya ilə real diskriminasiyanı ayırd etməliyik. Evə gec gələn, dərsini oxumayan, nadinclik edən uşağa müəyyən məhdudiyyətlər tətbiq etmək olar".
   M.Zeynalova bildirir ki, Amerikada valideyn yolda uşağının üstünə qışqırsa, qanun onun uşağının əlindən alınmasına icazə verir: "Elə buna görə də Amerikada narkomanlıq, əxlaqsızlıq baş alıb gedir. Azadlığın da müəyyən çərçivəsi olmalıdır. Bəzən beynəlxalq təcrübə bizim ənənələrimizi darmadağın edir. Bizim özümüzün müdrik təcrübələrimiz var".
   Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov Azərbaycan valideynlərinin böyük əksəriyyətinin cinayətkar olduğunu düşünür: "Anam məni o qədər döyürdü ki. Amma mən ağlamırdım. Artıq döyülməyə öyrəşmişdim. Döyülməyimin də heç bir nəticəsi olmurdu. Onsuz da istədiyimi edirdim. Bəlkə də, anam məni çox döydüyü üçün mən indi uşaq zorakılığına qarşı barışmaz mövqe tutmuşam. Öz uşaqlarımı döyməmişəm. Ola bilsin ki, üstlərinə qışqırmışam, əllərinə vurmuşam, amma bu, zorakılıq həddində olmayıb. Bəlkə də bu mənə valideynlərimin qanından keçib".
   
   Döyülmək uşağı qorxaq edir
   
   Y.Bəkirov bildirir ki, uşaqlara qarşı zorakılığı aradan qaldırmaq üçün Təhsil Nazirliyinin üzərinə böyük iş düşür: "Uşaqları maarifləndirmək lazımdır. Biz uşaqlara xüsusi mülkiyyət kimi baxırıq. Deyirik ki, uşaq mənimdir, onu həm canımdan artıq sevirəm, həm də döyürəm. Bizdə uşağa bir vətəndaş kimi baxmaq mədəniyyəti yoxdur. Elə bir sistemdə yaşayırıq ki, istəyirik hər şey bizim xüsusi mülkiyyətimiz olsun. Bu mənada, valideynlər həmişə bizim hüquqlarımızı tapdalayıb. Şəxsiyyət olaraq uşaqlar heç zaman öz hüquqlarını tələb edə bilməyib. Bunun da əsas günahı Təhsil Nazirliyindədir. Şagirdlərə uşaqların hüquqları və onların döyülməsinin hansı nəticələr verəcəyi başa salınmalıdır ki, gələcəkdə ailə həyatı quranda səhvləri təkrarlamasınlar. Döyülmək uşağı qorxaq edir. Bu isə ölkənin, cəmiyyətin inkişafında özünü göstərir. Finlandiyada uşaq dərsdə atası tərəfindən döyüldüyünü bildirəndə onu valideynlərindən alıb sosial müdafiə orqanına veriblər. Tədricən Azərbaycan da bu sistemə keçməlidir. Ailədə zorakılıq varsa, bu gələcək ailələrdə də davam etdiriləcək. Rayon icra hakimiyyətlərində qəyyumluq şöbələri fəaliyyət göstərir. Onlar uşaqların hüquqlarını müdafiə etməlidir".
   
Eldar XƏYAL
Qusar Prokurorluğunun keçmiş müstəntiqi məhkəmə qarşısına çıxarıldı
O, vətəndaşların etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onların əmlakını ələ keçirməkdə ittiham olunur
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokurorluq orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına yol verən və vəzifələrindən sui-istifadə edən prokurorluq əməkdaşının cinayət işi üzrə hazırlıq iclası keçirilib.
   APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən Qusar rayon Prokurorluğunun keçmiş böyük müstəntiqi Ələmşah Şükürovun cinayət işi üzrə məhkəmə baxışı martın 19-na təyin edilib.
   İttihama görə, Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov 2009-cu il noyabrın 25-də prokurorluq orqanlarından xaric edilib. O, prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə cəzalandırılıb.
   Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sabiq müstəntiq xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq yararlanmaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub. Ə.Şükürov Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə ) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddələrilə ittiham olunur.
Geni dəyişdirilmiş məhsullara qarşı qrup yaradılıb
Lakin belə məhsulların yoxlanması üçün laboratoriya yoxdur
Martın 19-da Milli Elmlər Akademiyasında genetik modifikasiya olunmuş məhsullara qarşı çıxan mütəxəssislərdən ibarət qrupun toplantısı olacaq. Bu barədə "OLAYLAR"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
   E.Hüseynov deyib ki, mütəxəssislər GMO məhsulların Azərbaycana gətirilməsinin qarşısını almaq üçün təkliflər hazırlayacaq: "GMO məhsulları yoxlayacaq laboratoriya yoxdur.
   Həmin laboratoriyanın yaradılması 1 ildən artıq vaxt tələb edə bilər. Mütəxəssislərdən ibarət qrup isə laboratoriyanın yaradılmasının sürətləndirilməsini, məhsulların gətirilməsinə qadağan qoyulmasını, əhalinin məlumatlandırılmasını təklif edir". Qeyd edək ki, bu məhsullarla bağlı qanun layihəsinin hazırlanması da nəzərdə tutulub. E.Hüseynov deyib ki, alıcılar ilk baxışdan GMO məhsulları seçə bilmir: "Məlumatlandırma səviyyəsi aşağıdır. Həmçinin bu məhsulları seçmək üçün laboratoriya analizlərinə ehtiyac var". 1 həftədən artıq qalan pomidor, bir-birinə bənzər, qurd yeməyən meyvələr genetik modifikasiya olunmuş məhsullardandır.
"Məişət Zorakılığı Haqqında" Qanun layihəsinin qəbulu sual altına düşür
Musa Quliyev: "Bəzi layihələrin müzakirəsi məsələsi hətta xoş məramla ortaya çıxsa da..."
Azərbaycanda məişət zorakılığı ilə bağlı qanun layihəsi qəbul olunmaya bilər. "Avropa Şurası və ABŞ-ın istəyilə gündəmə gələn qanun layihələri müzakirəyə çıxarılmazdan əvvəl ciddi araşdırma aparılmalıdır.
   Biz, ilk növbədə, həmin layihələrin qəbul olunması təkliflərinin hansı məqsədlə irəli sürüldüyünü bilməliyik. Bu layihələr bəzən xoşməramlı olmur". Bu barədə çərşənbə günü Trend News-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
   Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.
   BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.
   Quliyevin sözlərinə görə, bəzən Azərbaycan dövlətçiliyini zəiflətmək üçün müəyyən layihələrin qəbulu tələb olunur. "Bəzi layihələrin müzakirəsi məsələsi hətta xoş məramla ortaya çıxsa belə, həmin beynəlxalq təşkilatlar bizim milli xüsusiyyətlərimizi nəzərə almadan bunu edir" - millət vəkili əlavə edib. Onun fikrincə, Azərbaycanın öz dəyərləri, özəl əxlaq kodeksi var. "Bizim tarixi, mədəni inkişaf yolumuz nəzərə alınmadan Avropaya kor-koranə inteqrasiyaya getmək olmaz. Əlbəttə, demokratik prosesləri inkişaf etdirmək lazımdır. Amma bu prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Milli-mənəvi dəyərlərdə inteqrasiya ola bilməz" - Quliyev vurğulayıb.
   Komitə sədrinin müavini hesab edir ki, bütün bunları nəzərə alaraq, Azərbaycan ailəsindəki proseslərə vəkil, qanun vasitəsilə müdaxilə həmin ailənin dağılması ilə nəticələnə bilər. "Azərbaycan ailəsində ağsaqqal sözü yox, qanundakı müddəalar əsas götürüləcəksə, təbii ki, həm ailə dağılacaq, həm də biz məişət zorakılıqlarının qarşısını ala bilməyəcəyik" - o xatırladıb. Quliyev deyib ki, bütün bunlar nəzərə alınaraq, komitədə məişət zorakılığı ilə bağlı qanun layihəsinin müzakirələri dayandırılıb. "İki ildir Dövlət quruculuğu və hüquq siyasəti komitəsi layihə üzərində işləsə də, sənədin müzakirəyə çıxarılacağı ehtimalı azdır. Düşünürəm ki, bu qanun qəbul olunsa belə, oradakı müddəaları tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən, bu qanunun qəbulu Azərbaycanda əsrlərdən bəri formalaşan ailə institutunun dağılması ilə nəticələnə bilər. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur" - millət vəkili bildirib. Buna baxmayaraq, komitə sədrinin müavini qeyd edir ki, Azərbaycanda mütləq məişət zorakılığının qarşısı alınmalıdır. "Ailədə fiziki zorakılıqdan istifadə olunması tamamilə yolverilməzdir. Ailə üzvləri bir-birinə qarşı zorakı vasitələrlə davranmamalıdır. Problemin, yalnız qanunla deyil, başqa vasitələrlə həlli yollarını da fikirləşmək lazımdır" - Quliyev vurğulayıb.
   
Ərzaq məhsulları bazarında monitorinq keçiriləcək
Zahid İsayev: "Monitorinq bazarda ərzaq məhsullarının qiymətinin süni artırılmasının qarşısını almaq məqsədi daşıyır"
Novruz bayramı ərəfəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ərzaq məhsulları bazarında monitorinq aparılacaq.
   "APA-Economics"in məlumatına görə, bunu Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Dövlət Xidməti tərəfindən monitorinqlər mütəmadi olaraq aparılır: "Bayram ərəfəsində isə monitorinq bazarda ərzaq məhsullarına qiymətlərin süni artırılmasının qarşısını almaq məqsədilə keçiriləcək. Belə bir hal aşkarlanarsa, Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər görüləcək". Z.İsayev onu da bildirib ki, ötən il ərzində Azərbaycanda 137 ton, 2010-cu ilin yanvar-fevral aylarında isə 19 tona yaxın saxlanma müddəti ötmüş mal satışdan çıxarılaraq məhv edilib: "İstehlakçıların hüquqlarının pozulması faktlarına, əsasən ərzaq malları və xidmət sahələrində rast gəlinir".
24 min narkomanın 42 faizi Bakıda cəmləşib
Şəmsəddin Əliyev: "Bakının faiz etibarilə böyük çəkiyə malik olması əhalinin miqrasiya amililə əlaqədardır"
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda narkotik istifadəçilərinin sayı 24 min nəfərdir. Narahatedici məqam ondan ibarətdir ki, narkotik istifadəçilərinin 42 faizi Bakıda cəmləşib. Paytaxtda narkotik istifadəçilərinin çoxluq təşkil etməsi ölkə üçün təhlükəlidir. Problemin bu həddə gəlib çıxma səbəbləri və bunun necə aradan qaldırılması cəmiyyəti düşündürür.
   Belə, bəs mütəxəssislər problemin yaranma səbəbini və çıxış yolunu nədə görür?
   Məsələyə münasibət bildirən "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev paytaxtda narkotik istifadəçilərinin böyük hissəsinin cəmləşməsinin səbəblərini bir sıra faktorlarla əlaqələndirdi: "Narkotikin əldə edilməsi, onun satışı ilə bağlı Bakının faiz etibarilə böyük çəkiyə malik olması əhalinin miqrasiya amililə əlaqədardır. Nəzərə alsaq ki, işsizlik ölkənin regionlarına daha çox sirayət edib, o zaman insanların Bakıya miqrasiya etməsi artan xətt üzrə inkişaf edir. Digər tərəfdən, bütün tədris müəssisələrinin, ali və orta ixtisas məktəblərinin Bakıda cəmləşməsi və bundan yaranan sıxlıq da öz təsirini göstərir. Başqa bir tərəfdən, mən çox təəssüf və ürək ağrısı ilə qeyd edirəm ki, son zamanlar narkotik maddələrin aludələri cinayətkarlığın dinamikasında artımla müşahidə olunur. Yəni ilin başlanğıc ayından başlayaraq, son ayına qədər artım qeydə alınır. O zaman təbii ki, sual yaranır, nə etmək və hansı addımlar atmaq lazımdır. Bu zaman həm profilaktik, həm də xəbərdarlıq tədbirləri öndə durmalıdır. Bununla əlaqədar narkotik maddələrin zərərli nəticələri barədə insanlara ətraflı məlumat vermək lazımdır. Bu addımlar da koordinasion qaydada atılmalıdır. Yəni təhsil, mədəniyyət, daxili işlər, səhiyyə nazirlikləri bu istiqamətdə köklü islahatlar həyata keçirməlidir".
   Ş.Əliyevin fikrincə, bu bəlanın qarşısını almaqda KİV-lərin də üzərinə böyük iş düşür: "Televiziya və radiolarda bununla bağlı dəyirmi masalar keçirmək lazımdır. Eyni zamanda, narkotikin zərərləri haqqında ali məktəblərin auditoriyalarında geniş mühazirələrin oxunmasına ehtiyac var. Mütəxəssislər tərəfindən geniş auditoriyada gənclərə narkotik maddələrdən uzaqlaşmaq, ondan yayınmaq və onun zərərilə bağlı çox geniş mühazirələr oxunmasına ehtiyac var. Çünki söhbət Azərbaycanın genofonduna vurulan zərbədən gedir. Deməyim odur ki, bu zaman heç kəs yaxasını kənara çəkib biganəliyə qapılmamalı, seyrçi mövqedə dayanmamalıdır. Ona görə ki, bu problem çox ağrılı olmaqla yanaşı, həm də ağır bir yükdür. Belə olarsa, o zaman düşünürəm ki, bu istiqamətdə müsbətə doğru nəyəsə nail ola bilərik.
   Digər tərəfdən, narkotik maddələrin son illərdə Azərbaycanda daha çox yayılması müstəqillik illərində baş verib. Yəni Azərbaycan bir tranzit ölkə kimi narkotik vasitələrin daşınmasında mühüm rol oynayır. Ərazi coğrafi nöqteyi-nəzərdən elə qurulub ki, qaçaqmalçılıq üçün zəmin yaradır.
   Ona görə də gömrük və sərhəd qoşunlarının daha diqqətli olması tələb olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bizim qanunvericiliyin müddəaları sərtdir. O baxımdan, heç bir güzəşt və imtiyaz olmadan narkotikin istehsalçıları, subyektləri çox ciddi formada cəzalandırılmalıdır. Bu zaman heç bir güzəştə getmək lazım deyil".
   Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən məlumat almağa çalışsaq da, bu mümkün olmadı.
   
Vidadi ORDAHALLI
Bakıda səkilərə zəncirlənmiş ilk nəqliyyat velosipedləri peyda oldu
Hətta yol polisinin qayda pozan velosiped istifadəçilərini cəzalandırdığına dair faktlar var
Avropadakı bir müsbət təcrübə bizdə də ayaq tutur
Bakı küçələrində son zamanlar avtomobillərlə, avtobuslarla yanaşı, velosipedlər daha çox gözə dəyir. Bir müddət əvvələ qədər əsasən idmançıların istifadə etdiyi bu minik növü artıq nəqliyyat vasitəsi kimi işə yarayır. Əslində, Avropa ölkələrində, Amerika, Rusiya, Türkiyə və digər respublikalarda daha əvvəllər velosipeddən nəqliyyat vasitəsi olaraq istifadə edilməyə başlayıb.
   Bu minik növünün ən əlverişli cəhəti isə onun dar küçələrdə, dalanlarda belə asanlıqla hərəkət etməsidir. Əsasən tıxaca düşmək istəməyən adamlar velosipedə minib iş-gücünün ardınca gedir.
   Günün müəyyən saatlarında Bakı yollarında maşın əlindən tərpənmək olmur. Bəzən bu tıxaclar saatlarla davam edir. Bu halda, bəzi gənclər daha uyğun yerüstü nəqliyyat növü kimi velosipedi görür. Son vaxtlar ali məktəblərin yaxınlığında işıq dirəklərinə zəncirlə bağlanmış velosipedlər tez-tez gözə dəyir. Digər nəqliyyat vasitələrindən fərqli olaraq velosiped ucuz başa gəldiyindən, ondan istifadəyə maraq da artır. Velosiped sürücüləri əsasən səkilərdə hərəkət etsə də, bəzən avtomobil yoluna da çıxır. Bu da, istər-istəməz avtomobil, avtobus sürücülərinə maneçilik yaradır. Bəziləri deyir ki, elə yol-nəqliyyat hadisələrinin baş verməsində müəyyən dərəcədə veliosiped sürücülərinin də günahı var.
   Kimin nə deməsindən asılı olmayaraq, velosiped ucuz və sərfəli nəqliyyat vasitəsi kimi artıq Bakıda da gözə dəyməkdədir. Şəhərdə nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edənlərin sırası genişlənir. Bəlkə də elə bu səbəbdəndir ki, cərimə meydançalarında velosipedlərə də rast gəlinir. Yəni yol polisləri yol hərəkəti qaydalarını pozan velosiped sürücüsünü cəzalandırmaq məqsədilə onun velosipedini əlindən alıb cərimə meydançasına aparır.
   Sumqayıt şəhərində yaşayan velosiped istifadəçilərindən biri bizimlə söhbətində bildirdi ki, bu şəhərdə yaşayır və hər gün işə velosipedlə gedib-gəlir.
   Onun sözlərinə görə, bu gün Sumqayıtda cərimə meydançasında 20-30 velosiped var. O, həmin velosipedlərin yol hərəkəti qaydalarını pozduğuna görə Sumqayıt Şəhər Yol Polisi İdarəsinin keçmiş rəisinin tapşırığı ilə cərimə meydançasına atıldığını dedi. Müsahibimizin dediyinə görə, heç kəs velosipedini xilas eləmək üçün cərimə meydançasına getmədiyindən, onlar indinin özündə də orada yatıb qalır. Həqiqətən də, 100-150 manat verib velosiped almaq mümkündürsə, sürücülər nəyə görə pul verib gedib cərimə meydançasında velosipedlərini geri qaytarsın?
   Amma ümumilikdə, velosipedin nəqliyyat vasitələri sırasına qoşulması çox yaxşı haldır, ondan istifadə etmək insanları tıxacdan, əsəbdən, stresdən qoruyur, sağlamlıq da ki, öz yerində.
   
Aynur İBRAHİMLİ
Bakıda yaşayış massivlərindən dəmir yolu xətləri köçürülməyəcək
Lakin qatarların hərəkətinə təhlükə yaradan tikililərlə bağlı tədbirlər görüləcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolunun Bakı, Gəncə və digər sahələrində yolun mühafizə zolağındakı tikililərin siyahısını tərtib edib və analizlər aparıb.
   "APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Qurban Nəzirov bildirib.
   Q.Nəzirov toplanmış sənədlərin hökumətə təqdim olunduğunu deyib, son qərarın isə hökumət tərəfindən veriləcəyini vurğulayıb.
   "Dəmir yolunun mühafizə zolağında inşa olunmuş, lakin qatarların hərəkətinə təhlükə yaradan tikililər var. Bununla bağlı müvafiq tədbirlər görüləcək" - deyə Q.Nəzirov vurğulayıb. Bununla belə, ADY rəsmisi tikililərin çox olduğu ərazilərdə boş yer olmadığından, dəmir yolunun yerinin dəyişdirilməsinin mümkün olmadığını qeyd edib. Q.Nəzirov onu da əlavə edib ki, Bakının yaşayış massivlərinin ərazisindən dəmir yolu xətlərinin köçürülməsi, hələ ki, nəzərdə tutulmur. Amma gələcəkdə dəmir yolunun inkişafı ilə əlaqədar bu məsələlərə baxılması da istisna deyil.
   Qeyd edək ki, ADY dəmir yollarının mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərin siyahısını martın 5-də hökumətə təqdim edib. Araşdırmalar zamanı ümumilikdə 2840 qanunsuz tikili aşkarlanıb. Bunun 538-i qeyri-yaşayış sahəsi, 2302-si isə yaşayış sahəsidir.
   
MTN ötən il xarici orqanlara işləyən 25 agenti zərərsizləşdirib
Əli Şəfiyev: "Keçən il 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"
Ötən il Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı kəşfiyyat pozuculuq fəaliyyətilə məşğul olan 25 nəfər zərərsizləşdirilib.
   Bunu Bakı Slavyan Universitetində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində "Milli təhlükəsizliyin təminatında gənclərin rolu" mövzusunda keçirilən konfransda çıxış edən milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev bildirib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, nazir müavini cıxışında qeyd edib ki, işğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Beynəlxalq terrorçuluğa qarşı mübarizə tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alınıb. Bu istiqamətdə uğurlardan biri "Əl-Qaidə" və "Əl-Cihad" terrorçu təşkilatlarla əlaqəli olan bir sıra ekstremist qrupların zərərsizləşdirilməsidir. Ə.Şəfiyev qeyd edib ki, nazirlik ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə də uğurlu əməliyyatlar həyata keçirib. Keçən il narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstə və ayrı-ayrı şəxslər yaxalanıb, 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 100-dən artıq şəxs istintaqa cəlb olunub. Nazirliyin beynəlxalq əlaqələri barədə məlumat verən Ə. Şəfiyev deyib ki, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır. Onun sözlərinə görə, hazırda MTN 40 ölkənin 51 xüsusi xidmət orqanı ilə fəal əməkdaşlıq edir.
   
Yerli quşçuluq müəssisələrinin iflası davam edir
Vahid Məhərrəmov: "Mütləq və mütləq hökumət broyler təsərrüfatlarına subsidiyalar verməlidir"
Azərbaycanın broyler müəssisələrində mövcud olan böhran davam edir və bunun nə vaxt dayanacağı bəlli deyil. Məsələ ondadır ki, Kənd Təsərrüfatı Nazirliyi broyler müəssisələrinin idxal etdiyi yem və avadanlıqlara tətbiq olunan bir sıra rüsumların götürülməsini istəyir. Bununla əlaqədar bir ildən çoxdur sözügedən nazirlik Nazirlər Kabinetinə müraciət etsə də, bir nəticə yoxdur.
   Quşçuluq müəssisələri rəqabətə dözmək üçün çıxış yolunu bunda görür. Məlumat üçün qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən quşçuluq müəssisələrinin sayı xeyli azalıb və belə gedərsə, digərlərini də bu aqibət gözləyir.
   Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov qəzetimizə sözügedən məsələ ilə bağlı açıqlama verərkən broyler təsərrüfatlarının həqiqətən də çətin vəziyyətdə olduğunu bildirdi: "Bu nə ilə bağlıdır? Birinci növbədə səbəb onunla bağlıdır ki, xaricdə istehsal olunan toyuq məhsulları, yerli istehsalla ciddi rəqabət aparır. Xaricdən Azərbaycana idxal olunan broyler məhsulları çox ucuz qiymətə satılır. Bunun əksinə olaraq daxildə istehsal olunan toyuq məhsullarının maya dəyəri baha başa gəlir. Təsadüfi deyil ki, bu sahə ilə məşğul olan sahibkarlar israrla idxal olunan avadanlıqlara, yem məhsullarına tətbiq olunan rüsumların götürülməsini istəyir. Çünki Azərbaycanda quşçuluq üçün lazım olan yem məhsulları istehsal olunmur. Bu təkcə rəqabətlə bağlı olan məsələ deyil. Səbəblərdən biri də odur ki, xaricdən idxal olunan məhsullar dondurulmuş vəziyyətdə gətirilir. Dondurulmuş şəkildə ölkəyə gətirilən bu məhsullar ucuz olduğuna görə, istehlakçılar buna üstünlük verir. Bir qism istehlakçılar isə daha çox kəndlərdən gətirilən toyuqların alınmasına üstünlük verir. Nəticədə broyler təsərrüfatları ciddi alıcı problemilə üzləşir. Yerli broyler təsərrüfatları rəqabət aparmaq üçün məhsulu ucuz sata bilmir. Çünki istehsal etdiyi məhsulların maya dəyəri baha başa gəlir. Son vaxtlar bağlanan broyler müəssisələrinin işini dayandırmasının əsas səbəbi məhz budur".
   V.Məhərrəmov broyler təsərrüfatlarında yaranan problemlərin aradan qaldırılmasını hökumətin müəyyən mərhələyə qədər bu sektora subsidiyalar ayırmasında görür: "Bu sektora dotasiya verilməlidir və hökumətin buna imkanı çatır. ABŞ-dan Azərbaycana toyuq budları gətirilir və bazarda 1 manat, 70 qəpiyə satılır. Uzaq bir ölkədən buraya gətirilən quş əti məhsulları 1 manat 70 qəpiyə satıldığı halda, yerli broylerlərin istehsal etdiyi məhsulların maya dəyəri 2 manat 70 qəpiyə başa gəlir. Birləşmiş Ştatlarda quşçuluğa böyük həcmdə subsidiya verilir ki, həmin məhsullar bazarda 1 manat 70 qəpiyə satılır. Subsidiya olmasa, bu mümkün olmaz. Belə olan halda, təbii ki, yerli broyler təsərrüfatlarının rəqabət imkanlarından danışmağa belə dəyməz. Bu minvalla ABŞ-dakı quş əti istehsalçıları bazarı əldən buraxmaq istəmir. Biz öz bazarımızın sahibi olmaq istəyiriksə, mütləq və mütləq hökumət broyler təsərrüfatlarına subsidiyalar verməlidir. Ancaq bundan sonra yerli təsərrüfatlar rəqabətə dözə biləcək. Bu olmadan yerli broyler müəssisələrinin hamısı sıradan çıxacaq. O boyda "Mərdəkan broyler" fabriki dağıldı. Həmin müəssisənin potensialı, resursu elə böyük idi ki, heç bir broyler təsərrüfatını onlarla müqayisə etmək olmazdı. Bütün bunlar nəzərə alınmalı və hökumət səviyyəsində ciddi tədbirlər görülməlidir".
   
Vidadi ORDAHALLI
Kənd təsərrüfatına subsidiyanın verilmə mexanizminə münasibət fərqlidir
Vahid Məhərrəmov: "Hökumət, Türkiyədə olduğu kimi, ilk öncə ixrac edilən məhsullara dotasiya verməlidir"
Yaşar Əsədov: "Subsidiyanın əkin sahəsi və ya əldə olunan məhsula görə verilməsinə baxmayaraq, maxinasiyalar yenə də olacaq"
Azərbaycanda artıq üç ildir ki, kənd təsərrüfatına subsidiyalar ayrılır. Onun məbləği hər hektara görə 40 manatdan 80 manatadəkdir. 80 manat yalnız taxıl istehsalı ilə məşğul olanlara verilir. Onu da qeyd edək ki, ölkəmizdə subsidiyalar fermerin sahib olduğu əkin sahəsinə görə bölüşdürülür. Yəni subsidiya verilərkən, fermerin sahib olduğu əkin sahəsi əsas götürülür.
   Amma bir sıra ekspertlər bu mexanizmdə dəyişikliklər edilməsinin tərəfdarıdır. Belə ki, bu günlərdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov subsidiyaların həcminin müəyyənləşdirilməsi zamanı fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin əsas götürülməsinin vacib olduğunu bildirib. Bu səbəbdən də, subsidiyaların bölüşdürülməsi mexanizminin dəyişdirilməsini təklif edib: "Hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür, bu isə subsidiyalarla fermerin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin də əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Qeyd edək ki, keçən il subsidiyaların verilməsində bəzi qüsurlar aşkara çıxıb. Belə ki, Maliyyə Nazirliyinin açıqlamalarına görə, bir sıra rayonlarda əkin sahələrinin həcmi qanunsuz olaraq şişirdilib. Bu yolla da subsidiya üçün ayrılan vəsaitin bir hissəsi başqa məqsədlər naminə mənimsənilib. Belə nöqsanlar isə subsidiyaların əhəmiyyətini heçə endirməklə yanaşı, onların aqrar sahəyə müsbət təsirini də azaldır. Ona görə də subsidiyaların verilməsi mezanizmində dəyişiklik edilməlidir. Bu mənada, görəsən subsidiyalarla bağlı təklif edilən yeni mexanizm sözügedən qüsurların aradan qaldırılması və fermerlərin işinin daha mükəmməl təşkilinə yardımçı olacaqmı?
   Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, subsidiyanın verilməsi istiqamətində dünyada ideal bir variant yoxdur: "Hər zaman bu nəzərə alınmalıdır. Hər bir ölkə fərqli, özünə xas olan formada kənd təsərrüfatına subsidiya ayırır. Bütün inkişaf etmiş və inkişaf etməyən ölkələrin hamısında belədir. Yardımların miqdarı olduqca böyükdür. Bizdə keçən il 80 milyon manat ayrılmışdı, bu il onu bir qədər də azaldıblar, bu yetərincə deyil, cüzi rəqəmdir. Həmin rəqəm heç də kənd təsərrüfatını stimullaşdırmağa əsas vermir. Bunu hökumət və həmin sahə ilə məşğul olan mütəxəssislər də nəzərə almalıdır". Həmsöhbətimiz subsidiyaların həcmi müəyyənləşən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin əsas götürülməsi təklifilə razıdır. Amma bunun həmin sahədəki maxinasiya hallarının qarşısına sipər çəkəcəyinə ümid etmir: "Lakin bizdə bir bəla mövcuddur, yazılmamış qanunlar nəzərə alınmalıdır. Ölkədə "pripiska" mövcuddur, hələ də buna gedir, rəqəmləri şişirdirik. Aidiyyəti olmayan insanlar bu sahədən bəhrələnir, subsidiya alır. Bunu Maliyyə Nazirliyinin yoxlamaları da göstərdi. Keçənilki göstəricilərə görə subsidiya ayırsaq, düşünürəm ki, təsadüfi adamlar yenə də bundan bəhrələnəcək. Ona görə ki, kimin nə qədər məhsul istehsal etdiyini yoxlamaq üçün hansısa bir mexanizm yoxdur. Sadəcə olaraq bildirirlər ki, bu qədər məhsul istehsal edilib, o formada da siyahı tutulur. Hökumətin subsidiyaların əkin sahələrinə görə verilməsi mexanizmi indiki təklifdən də pis bir formadır. Amma bu haqda düşünməyə dəyər". Ekspert dotasiyanın, əsasən, ixrac olunan məhsula görə verilməsinin tərəfdarıdır: "Hökumət, Türkiyədə olduğu kimi, ilk öncə ixrac edilən məhsullara dotasiya verməlidir. Kimin nə qədər məhsul istehsal etməsi müqabilində dotasiya alınması mexanizmləri də mövcuddur. Azərbaycanda isə nə qədər ki, bu sahədə qayda-qanun yaradılmayıb, subsidiya ilə bağlı hər hansı bir mexanizmin tətbiqi problem gətirəcək. Bəlkə də, subsidiya verilməsini yerli icra və bələdiyyə orqanlarına həvalə etmək lazımdır ki, onlar artıq yerlərdə maxinasiya ilə məşğul ola bilməsin. Yəni orada kimin neçə hektar sahədə taxıl əkdiyi bilinir. Bu zaman subsidiyanı əkilən sahəyə görə, əldə olunan məhsulun həcminə görə də vermək mümkündür. Rayon mərkəzində isə bunu etmək qəlizdir, çünki onların kənddə kimin nə qədər məhsul yetişdirdiyindən xəbəri olmur. Onlar özlərindən rəqəm uydurur, yaxın adamlarını siyahıya cəlb edir".
   Digər iqtisadçı Yaşar Əsədov da düşünür ki, subsidiyaların hansı formaya uyğun verilməsindən asılı olmayaraq, bunun aqrar sahədə olan sözügedən nöqsanların aradan qaldırılmasında rolu olmayacaq: "Kənd təsərrüfatına dövlət tərəfindən maliyyə yardımı göstərilməsi çox vacib addım olardı. Azərbaycan hökuməti bunu etməyə çalışsa da, əfsus ki, dolayı yolla etməyə meyllənir.
   Belədə müxtəlif maxinasiyalar ortaya çıxır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları dövlət sifarişi əsasında formalaşır və həmin məhsul zəmanətli qiymətlərlə hökumət tərəfindən alınır. Həmin təsərrüfatlara kredit almaq üçün məqbul şərait yaradılır.
   Hökumətin həmin məhsula ehtiyacı olmadıqda belə, istənilən halda, fermerin haqqı ödənilir. Azərbaycanda isə subsidiyaların əkin sahəsinə və yaxud bir il öncə əldə olunan məhsula görə verilməsinə baxmayaraq, maxinasiyalar yenə də olacaq. Asan pulu əldə etməyə çalışan çoxsaylı kənd təsərrüfatı subyekti meydana çıxacaq. Böyük dövlət proqramı olmalı və əhalinin tələbatına uyğun kənd təsərrüfatı məhsulları sifariş edilməlidir".
   
Rüfət SULTAN
Deputat Məlahət Həsənovadan çağırış
"Radikal dini cərəyanlara qarşı mübarizə aparmalıyıq"
Müxtəlif qeyri-ənənəvi dini cərəyanları, təriqətləri yayan missionerlər intellekti, müəyyən dərəcədə bilik səviyyəsi olan insanlara təsir etməyə daha çox üstünlük verir.
   Mütəxəssislər belə hesab edir ki, onlar bu cür insanları "ələ keçirməkdə" daha maraqlıdır. Millət vəkili Məlahət Həsənova bütün qeyri-ənənəvi dinlərə-missionerlərə qarşı öz etirazını bildirdiyini deyir: "Çox üzülürəm ki, Azərbaycanda da qeyri-ənənəvi dinlər, xüsusilə missionerlik fəaliyyəti var. İstər ifrat radikal vəhhabizm, istər digər xristian missionerliyi, "yeqova şahidləri," istərsə də nurçuluq olsun, bunun fərqi yoxdur. İstənilən qeyri-ənənəvi və eyni zamanda, radikal missionerlik xarakteri daşıyan dini cərəyanların əleyhinəyəm". Azərbaycanın dünyəvi, hüquqi, dinin dövlətdən ayrı bir ölkə olduğunu deyən millət vəkili onu da bildirdi ki, Azərbaycan əhalisinin yüzdə doxsan doqquz faizi islam dininə mənsubdur. İslamın elm, müasirlik humanizm dini olduğunu deyən millət vəkili islamın əsl mahiyyətinə yiyələnməyimizin vacib olduğunu bildirdi: "Biz bir ziyalı kimi heç bir radikal dini cərəyana imkan verməməliyik və mübarizə aparmalıyıq". ("OLAYLAR"İA)
   
40-a yaxın müəssisə keyfiyyətsiz və yodsuz duz istehsal edir
Azərbaycan bazarında satışa çıxarılan duzların 50 faizi yodlaşdırılmayıb. Bu barədə "OLAYLAR"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
   E.Hüseynov deyib ki, yodlaşdırılmamış duzun satılması qadağan edilsə də, bazarlarda belə məhsullara rast gəlinir: "Bəzən gömrük orqanları hətta üzərində yodlaşdırılmamış duz olduğu qeyd edilmiş duzların ölkəyə daxil olmasına da icazə verir. Həmçinin Naxçıvan duzları kimi yodlaşdırılma duzlara rast gəlinir". Birlik sədri qeyd edib ki, aprelin ikinci yarısında Masazır duz zavodunun istifadəyə veriləcəyi gözlənir. Bundan sonra ölkədə yodlaşdırılmamış duzların yodlaşdırılmış məhsullardan fərqi anlaşılacaq, keyfiyyətsiz duzlar satışdan çıxarılacaq. Hazırda isə qeyri-leqal yolla duz istehsal edən 40-a yaxın sex fəaliyyət göstərir.
 
 
 SON XƏBƏRLƏR
2010-03-18 Kürdə daşqın oldu
2010-03-18 İrandan Azərbaycana psixotrop maddə gətirən şəxslər həbs edildi
2010-03-18 Ermənilər Ağdamda ordumuzun əsgərini yaraladı
2010-03-18 Yevlaxda yol qəzasında bir ailənin beş üzvü xəsarət aldı
2010-03-18 Polad Ələmdar dəstəsilə birlikdə Bakıya gəldi
2010-03-18 Obama administrasiyası qondarma "erməni soyqırımı"na qarşı hərəkətə keçdi
2010-03-18 Xətaidə qaynaq sexində partlayış baş verib
2010-03-18 Zəlimxan Yaqub yenə əməliyyat olundu
2010-03-18 "Turan" agentliyinin direktoru MTN-də dindirildi
2010-03-18 Biləsuvarda "06" üç piyadanı vurub
2010-03-18 Qaradağda dəhşətli yol qəzasında "Bakelektro" ASC-nin 2 əməkdaşı öldü
2010-03-18 "Bin Laden ya bizi, ya da özünü öldürəcək"
2010-03-18 "Erməni soyqırımı" İsveç baş nazirini məhkəməlik etdi
2010-03-18 Bu gün qrant udan KİV və jurnalist təşkilatlarının adları açıqlanacaq
2010-03-18 Hərbi xidmət müddətinin uzadılması təklifi müsbət qarşılanmadı
2010-03-18 Mətbuata Dəstək Fondu müsabiqə qaliblərini mükafatlandırdı
2010-03-18 Joao Soareşin "münaqişənin həlli İlham Əliyevdən asılıdır" fikri kəskin etiraz doğurdu
2010-03-18 Azərbaycan və türk diasporu Stokholmda birgə aksiyaya hazırlaşır
2010-03-18 Öcalanın qardaşı Ankara qarşısında şərt qoydu
2010-03-18 Bakıda saxta sənəd hazırlayan Pakistan vətəndaşları tutulub
2010-03-18 Moskvada özünü kriminal avtoritet kimi təqdim edən Nazim Qasımov tutulub
2010-03-18 QHT Şurası jurnalistlər üçün müsabiqə elan etdi
2010-03-18 Tam istismara qəbul edənədək yeni binalara, onun mənzillərinə elektrik, qaz və su verilə bilməz
2010-03-18 İran səfirliyindən Novruz təkzibi
2010-03-18 Daha 2 qəzet reket siyahısına salına bilər
2010-03-18 Mətbuat Şurasının "reket qəzet" anlayışı ciddi əsaslara söykənir
2010-03-18 Rəsmi Ankara Vaşinqtondan yazılı zəmanət istəyib?
2010-03-18 Vaşinqton Bakı-Ankara münasibətlərinin əvvəlki səviyyəyə qalxmasını istəyir
2010-03-18 Klinton ABŞ-İsrail münasibətlərində böhran olduğunu zənn etmir
2010-03-18 AMİP-in qurultayının vaxtı bu gün müəyyənləşəcək
2010-03-18 YAP parlament seçkilərinə təkbaşına gedəcək
2010-03-18 Müsavat Partiyası-DUİ məsləhətləşməsi baş tutdu
2010-03-18 Nalbandyan Parisdə yenə sərsəmlədi
2010-03-18 Müxalifətdə "Rəsulzadə-Elçibəy yoluna sadiqlik" ziddiyyəti dərinləşir
2010-03-18 ARDNŞ 5 milyard dollarlıq sərmayəyə qatıldı
2010-03-18 Sahibkarlıq fəaliyyətinə müdaxilələrin monitorinqi keçiriləcək
2010-03-18 Azərbaycanda ipotekanın alman variantı və bankların ilkin ödənişi artırmaları...
2010-03-18 40-a yaxın müəssisə keyfiyyətsiz və yodsuz duz istehsal edir
2010-03-18 Deputat Məlahət Həsənovadan çağırış
2010-03-18 Kənd təsərrüfatına subsidiyanın verilmə mexanizminə münasibət fərqlidir
2010-03-18 Yerli quşçuluq müəssisələrinin iflası davam edir
2010-03-18 MTN ötən il xarici orqanlara işləyən 25 agenti zərərsizləşdirib
2010-03-18 Bakıda yaşayış massivlərindən dəmir yolu xətləri köçürülməyəcək
2010-03-18 Bakıda səkilərə zəncirlənmiş ilk nəqliyyat velosipedləri peyda oldu
2010-03-18 24 min narkomanın 42 faizi Bakıda cəmləşib
2010-03-18 "Kürd açılımı" siyasəti Futbol Federasiyasının qərarına təsir edir?
2010-03-18 "Çelsi" Çempionlar Liqasından getdi
2010-03-18 Millimizin üzvünə 20 min dollar rüşvət təklif ediblər
2010-03-18 Soyunub-geyinmə otağına qumbara atıldı
2010-03-18 "Barsa"nın baş məşqçisi cəzalandırıla bilər
2010-03-18 Runi gələcəkdə türk klubunda oynayacağını istisna etmir
2010-03-18 Ermənistan yığması Bakıya gəlməkdən imtina etdi
2010-03-18 Bülənt Korkmaz yolayrıcına gəldi
2010-03-18 Ərzaq məhsulları bazarında monitorinq keçiriləcək
2010-03-18 "Məişət Zorakılığı Haqqında" Qanun layihəsinin qəbulu sual altına düşür
2010-03-18 Geni dəyişdirilmiş məhsullara qarşı qrup yaradılıb
2010-03-18 Qusar Prokurorluğunun keçmiş müstəntiqi məhkəmə qarşısına çıxarıldı
2010-03-18 "Cocuqların günahı nə?"
2010-03-18 Yazarlar yeni yaradılan ədəbiyyatın təqdimatından gileylidir
2010-03-17 Bakıda Ayaz Zeynalov öz "Mercedes"ini yol keçidinə çırpdı
2010-03-17 Binəqədi sakini Fuad Siraczadə qarajda öz avtomobilində boğuldu
2010-03-17 Fəxrəddin Mirzəyev Sabunçuda 3 nəfərin silahlı hücumuna məruz qalıb
2010-03-17 Azərbaycanlı gənc Məhəmməd Çaxalov Türkiyədə intihar etdi
2010-03-17 ATƏT nümayəndələri Ağdamda bataqlığa düşdülər
2010-03-17 Quba və Qusara qar yağdı
2010-03-17 Daxili işlər naziri Ramil Usubov müğənni Azərin barədə əmr imzaladı
2010-03-17 Qubada itkin düşmüş Məmmədpaşanın meyiti tapıldı
2010-03-17 Siciliya mafiyası yenidən fəallaşdı
2010-03-17 Ermənistan hərbçiləri Türkiyənin Qars, İğdır və Ərdahan vilayətlərində təftiş aparıb
2010-03-17 Rauf Arifoğlu MTN-ə çağırılıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009