.jpg)
Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə bir qrup məhkumun əfv olunması haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamla Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətləri, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq, 62 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Sərəncam ümumilikdə 72 məhbusa şamil edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Onların arasında "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid də var.
Qeyd edək ki, "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahid 2007-ci ildə həbs edilib. O, məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Əfv olunan məhbusların tam siyahısı:
I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsin:
1. Abasov Həşim Üzeyir oğlu
2. Akperi Elşad Məmməd oğlu
3. Alıyev Eltun Yusif oğlu
4. Alıyev Vaqif Hətəm oğlu
5. Altaf Hüseyn Qayser
6. Aslan Qabil oğlu
7. Aslanlı Samir Zakir oğlu
8. Atakişiyev Elnur Qüdrət oğlu
9. Bağırov Sərxan Eldəniz oğlu
10. Bədəlov Kamran Zakir oğlu
11. Cabbarov Elşad Mirməmməd oğlu
12. Cəbrayılov Anar Ərəstun oğlu
13. Cəfərzadə Elxan Ələkbər oğlu
14. Daşdəmirov Rasim Vilayət oğlu
15. Doşanov İlkin Ramazan oğlu
16. Əhədov Tərxan Elman oğlu
17. Əhmədov Ayaz Oktay oğlu
18. Əliyev Ceyhun Qədir oğlu
19. Əliyev Elçin Məmmədağa oğlu
20. Əliyev Rauf Müzəffər oğlu
21. Əliyev Rövşən Soltan oğlu
22. Əliyev Sabir Saleh oğlu
23. Əsədov Əkbər Səməd oğlu
24. Fərəcov Füzuli Kəlbəli oğlu
25. Fərzəliyev Ağababa Əmir oğlu
26. Fətəliyev Rafiq Əli oğlu
27. Gözəlli Röyal Şahin oğlu
28. Hacıyev Rauf Məsud oğlu
29. Haqverdiyev Rafiq İdris oğlu
30. Həsənov Arzuman Musa oğlu
31. Hüseynli Aqşin Rafiq oğlu
32. Hüseynov Ələmdər Bayram oğlu
33. İbrahimov Sadiq Bayram oğlu
34. İmanov Vüqar Zöhrab oğlu
35. İsayev Vaqif Vahid oğlu
36. Kərimov Anar Hüseyn oğlu
37. Kərimov Şahin Vidadi oğlu
38. Klişev Sergey Aleksandroviç
39. Qafarov Sadıq Xanqulu oğlu
40. Qurbani Məhəmmədəli Firuz oğlu
41. Qurbani Şəmsəli Eynəli oğlu
42. Qurbanov Elşən Kamal oğlu
43. Məmmədov Elvin Maarif oğlu
44. Məmmədov Əvəz Lətif oğlu
45. Məmmədov Rövşən Yaşar oğlu
46. Nəsirov Elgün İslam oğlu
47. Novruzov Şərif Məmməd oğlu
48. Novruzov Tələt Rafiq oğlu
49. Orucov Sahil Daşdəmir oğlu
50. Paşayev Həşim Rəsul oğlu
51. Rəhimov İbrahimxəlil Əli oğlu
52. Rəhimov Qoşqar Rəsul oğlu
53. Rüstəmov Rafəddin Yavər oğlu
54. Salıfov Elçin İslam oğlu
55. Salmanov Vüsal Ağabəy oğlu
56. Səfərov Adil Rasim oğlu
57. Səmədov Ruslan Yuri oğlu
58. Şirinov Faiq Əbülfəz oğlu
59. Şirinov Fuad Adıgözəl oğlu
60. Vəliyev Ədalət Səttar oğlu
61. Zayidov Qənimət Səlim oğlu
62. Zıkov Oleq Vyaçeslavoviç
II. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2006-cı il 25 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Fətullayeva Nəzakət Balakişi qızı cəzadan azad edilsin.
III. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Babayev Rafiq Rahim oğlu
2. Behbudov Xəyyam Behbud oğlu
3. Cəfərov Samid Umudvar oğlu
4. İbişov Amid Əjdər oğlu
5. Kərimov Mədəd Ziyad oğlu
6. Mayılov Hikmət Ziyəddin oğlu
7. Mənsimov Səməd İbadət oğlu
IV. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2008-ci il 20 may tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmiş, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Məmmədov İftixar Mağbet oğlu cəzadan azad edilsin.
V. Bakı Şəhər Məhkəməsinin 1997-ci il 23 may tarixli hökmü ilə ölüm cəzasına məhkum edilmiş və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən 1962-ci ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Təbriz Ağabala oğlunun cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin.