.jpg)
Müğənni Yaqut Babayeva və Xuraman Şuşalı arasında televiziyada yaşanan qalmaqal hələ də müzakirə edilməkdədir. ATV-nin mətbəx verilişinin iştirakçısı olan tərəflərin ilk vaxtlardan bir-birini həzm edə bilməməsi veriliş boyu hiss edilirdi.
Xuraman Yaqut Babayevaya "mən baldırlarımı açıb göstərmirəm ki. Mənim lüt şəkillərim yoxdur" - deməsi əsl qalmaqal yaratdı. Məlumat üçün bildirək ki, bir neçə il əvvəl Yaqut Babayeva müğənni Nüşabə Ələsgərli haqda "mənim baldırlarım Nüşabənin üzündən gözəldir" demişdi. Xuraman da bu sözü illər sonra Yaqut Babayevaya qarşı işlətdi.
Hər şey deyəsən, Yaqutun Xuramanla bağlı mobil telefonlarda yayımlanan görüntüləri nümayiş etdirdikdən sonra başladı. Hər nə isə. Özləri bilər.
Amma bizi Xuramanın "mənim lüt şəkillərim yoxdur" deməsi təəccübləndirdi. Necə yəni? Xuraman iki-üç il bundan əvvəl bədəninin müxtəlif əzalarını totirovka etdirib cürbəcür şəkillər çəkdirməsini unudub bəyəm? Demək olar ki, bütün internet saytları, qəzetlərin şəkil kolleksiyası Xuraman Şuşalının açıq-saçıq şəkillərilə doludur. Xatirinizdədirsə, onun çəkdirdiyi bu şəkillər şuşalılar arasında böyük müzakirəyə səbəb oldu. Hətta tanınmış Şuşa ziyalıları da Xuramanın yarımlüt vəziyyətdə çəkdirdiyi şəkillərə nifrətlə yanaşdıqlarını açıqlamışdı. Bütün yerli qəzetlərdə isə Xuramanın açıq-saçıq şəkilləri çap olunmuşdur. İndinin özündə də Xuramanın o şəkillərindən istifadə edilir.
Doğrudur, bəzi internet saytlarından Xuramanın o şəkillərinin müəyyən hissəsi yığışdırılıb, onların yerinə nisbətən abırlı fotolar yerləşdirilib. Amma bu heç də o demək deyil ki, Xuraman şəkil vasitəsilə bədəninin müxtəlif əzalarını nümayiş etdirməyib(əslində isə etdirib). Müxtəlif saytlar var ki, orada Xuramanın belə şəkilləri mövcuddur.
Nədənsə bizim bəzi şou müğənniləri gündəmdə qalmaq üçün lüt və yarımlüt şəkillər çəkdirib internetdə yerləşdirir, sonra da deyir ki, bu şəkilləri kimsə məni şantaj etmək məqsədilə çəkib.
Əslində isə, belə deyil. Xuraman son vaxtlar özü haqda hansı imic yaratmaq istəyir bilmirik. Amma onu demək istəyirik ki, o, çəkdirdiyi açıq-saçıq şəkillərdən imtina edə bilməz. Çünki o şəkillər yaşayır, var. Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz. Buna nə qədər cəhd göstərsən də, uğurlu alınmaz. Şəkillərə siz də baxın.