.jpg)
"Azadlıq" blokunun martın 3-də keçirilən iclasında parlament seçkilərilə bağlı seçki blokunun yaradılması üçün ilkin razılaşma əldə olunub.
Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının birgə seçki bloku yaradılması nəzərdə tutulur". Bu barədə cümə axşamı Trend News-a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Əliyevin sözlərinə görə, yaranacaq seçki bloku ilə bağlı xüsusi layihə də hazırlanıb. "Bu qərar partiyalar daxilində müzakirə ediləcək. Qərarımız dəstəklənəcəksə, bundan sonra bloka qoşulmasını istədiyimiz digər qüvvələrlə məsləhətləşmələrə başlayacağıq. Bizə daxil olan təklifləri də dəyərləndirəcəyik" - VİP sədri əlavə edib. Onun fikrincə, seçki blokuna ictimai təşkilatlar da qoşula biləcək. Vahid namizədlər məsələsinə gəldikdə, Əliyev deyib ki, bu məsələnin müzakirəsinə seçki bloku elan olunandan sonra başlanacaq. "Biz istəyirik deputatlığa namizədlərimizi digər seçki bloklarının, yaxud ayrı-ayrı partiyaların namizədlərilə razılaşdıraq. Buna nail ola bilsək, onları ümummüxalifət namizədləri kimi cəmiyyətə təqdim edə biləcəyik", - VİP sədri vurğulayıb.