"Meşə qardaşları"nın apelyasiya məhkəməsi başlayıb
"Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Trend News-un məlumatına görə, dünən Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Məhkəmə baxışı martın 11-nə təyin edilib.
Dəstə üzvləri Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar Bakının Nərimanov rayonunda yerləşən "Əbu Bəkr" məscidində terror aktı törətməkdə də təqsirli bilinirlər.