Saşanın legionerlik arzusu puç oldu
"Hauqesun"un baş məşqçisi futbolçumuzu bəyənmədi
Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Saşa Yunisoğlunun karyerasını harada davam etdirəcəyi məsələsinə aydınlıq gəlib.
Dünən baş tutan Lüksemburq - Azərbaycan yoldaşlıq oyununu izləyənlər arasında Norveçin "Hauqesun" klubunun nümayəndələri və baş məşqçisi Yosten Qrindhauq da olub. Klub funksionerləri Saşa Yunisoğlunun oyununa baxaraq onunla yerində müqavilə imzalamaq niyyətində olublar.
Ancaq Norveç klubunun baş məşqçisi Yosten Qrindhauq futbolçumuzun sərgilədiyi oyunu bəyənməyib və onunla müqavilə imzalamaqdan imtina edib. Beləliklə, Saşa Yunisoğlu "Bakı" klubunda çıxışlarını davam etdirəcək.