.jpg)
İtaliyanın "Yuventus" klubu "Real" klubunun argentinalı futbolçusu Qonsalo İquaini heyətinə qatmağı planlaşdırır. Hazırda futbolçu "Real"la müqaviləsini uzatmaq üçün danışıqlar aparır. Turin klubunun futbolçuya "Real"la ortaq məxrəcə gəlməyəcəyi təqdirdə, sərfəli şərtlər irəli sürəcəyi gözlənilir. Argentinalı futbolçunun xidmətində İngiltərənin "Mançester Siti" klubu da maraqlıdır. Xatırladaq ki, İquain 2007-ci ildə "Real"a Argentinanın "River Pleyt" klubundan transfer olunmuşdu.