.jpg)
Futbol üzrə milli komandamız yoldaşlıq görüşündə Lüksemburq üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bildiriblər. Yığmamızın çalışdırıcısı Berti Foqts oyunun nəticəsindən razı qalsa da, futbolçulardan narazı olduğunu bildirib. Baş məşqçi yetirmələrinin çox çalışmalarına baxmayaraq gözəl oyun göstərə bilməmələrindən şikayət edib. Lüksemburq yığmasının baş məşqçisi Qi Eller isə əksinə nəticədən yox, oyundan razı qaldığını bildirib. Rəqib komandanın baş məşqçisi azərbaycanlı futbolçuların lüksemburqlularla müqayisədə daha səviyyəli olduqlarını da etiraf edib. Xatırladaq ki, Lüksemburq - Azərbaycan qarşılaşmasında komandamızın heyətində qolları Fərid Quliyev və Elvin Məmmədov vurub.