.jpg)
İspaniyanın "AS" qəzetinin iddiasına görə, Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Daniel Quiza Madridin "Atletiko" klubuna keçə bilər. Bu mövsümün sonunda "Atletiko"nun əsas futbolçuları Dieqo Forlan ya Kan Aquranın klubdan ayrılacağı gözlənilir. Belə olacağı təqdirdə Quizanın bu komandaya keçidi reallaşacaq. Xatırladaq ki, Daniel Quiza "Mursiya", "Hetafe" və "Malyorka" klublarının formasını geyinib.