.jpg)
"Xəzər Lənkəran"la yoldaşlıq oyunundan sonra baş məşqçi Böyükağa Hacıyevlə dava edən Ramal Hüseynov "Standard"dan qovulacaq. Kluba yaxın mənbənin Fanat.az-a verdiyi məlumata görə, əslində Ramal olaydan dərhal sonra heyətdən kənarlaşdırılmalı imiş.
Amma baş məşqçi tələsməmək qərarına gəlib. "Bakı" ilə vacib kubok oyunu öncəsi komandada ab-havanı pozmaq istəməyən Hacıyev bunu müvəqqəti olaraq təxirə salıb. Qeyd edək ki, "Standard" kubokun 1/4 final mərhələsinin ilk oyununu martın 6-da, cavab oyununu isə 16-da keçirəcək. Məhz bu oyunlardan sonra Ramalla bağlı yekun qərar veriləcək. Qeyd edək ki, "Xəzər Lənkəran"la oyunun gedişində Ramal Hacıyevin üstünə qışqırıb. Matç başa çatandan sonra baş məşqçi ilə futbolçu arasında əvvəlcə söz dueli yaşanıb. Ardınca isə tərəflər əlbəyaxa olublar. Ətrafdakı insanların müdaxiləsi nəticəsində məşqçi və futbolçunu sakitləşdirmək mümkün olsa da, Böyukağa Hacıyev sakitləşməyib. Hüseynovu ADBTİA stadionunun yaxınlığındakı ağaclığa aparan baş məşqçi onunla bir saata yaxın "razborka" edib.