.jpg)
Lüksemburq və Azərbaycan yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib. Oyunun 21-ci dəqiqəsində yığmamızın qapıçısı Kamran Ağayev zədələnərək meydanı tərk edib.
Qolkiper oyundan sonra AFFA-nın saytına fikirlərini bildirib: "Ağır zədə aldığımdan oyunu davam etdirə bilmədim. Zədəmin dərəcəsi tibbi müayinədən sonra bilinəcək".
Xatırladaq ki, oyunda Kamran Ağayevi Fərhad Vəliyev əvəz etmişdi.