5-ci, 29-cu və 39-cu polis bölmələri Bakıda itkin düşmüş üç adamı bir gündə tapdı
Bakıda itkin düşmüş 3 nəfər bir gündə tapılıb. Bu barədə məlumatı "OLAYLAR"a Bakı Baş Polis İdarəsindən veriblər.
Məlumata görə, yanvarın 24-də saat 9 radələrində Naxçıvani küçəsində yaşayan Davud Babayev evdən çıxıb və bir daha geri qayıtmayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində Davud Babayev martın 3-də evinə qaytarılıb. Fevralın 4-də Səbail rayonu Əliyev küçəsində yaşadığı evdən çıxan Nazilə Əsgərovanı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları bir ay sonra tapıb ailəsinə təhvil verib.
Yanvarın 27-də isə Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yaşayan ruhi xəstə Pərviz Gözəlov evdən çıxıb və bir daha geri qayıtmayıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində Pərviz Gözəlov tapılaraq ailə üzvlərinə qaytarılıb.