Marşrut avtobusu 8-ci kilometr
bazarı qarşısında iki piyadanı vurdu
Dünən saat 15.30 radələrində Nizami rayonu, Naxçıvanski küçəsində mikroavtobus iki piyadanı vurub.
Nizami Rayon Polis İdarəsindən müstəntiq Səfərəli Həsənovun Lent.az-a bildirdiyinə görə, 8-ci kilometr bazarının qarşısında yolu keçən 60 yaşlı Aydın Quliyev və 65 yaşlı Ənvər Səfərovu Vahid Osmanovun idarə etdiyi 314 marşrut nömrəli mikroavtobus vurub. Hadisə nəticəsində Aydın Quliyevin ayağı sınıb.