Neftçalada traktorçu müəlliməni borc pul üstündə öldürdü
Neftçala rayonunda borc pul istənilməsi inanılmaz qətllə nəticələndi.
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, dünən saat 05:00 radələrində rayonun Yuxarı Qaramanlı kəndində traktorçu işləyən Əmrah Əhmədov münaqişə zəminində bıçaqla həmkəndlisi, kənd orta məktəbinin müəlliməsi Təmayül Əliyevanı öldürüb, onun həyat yoldaşı Telman Əliyevə isə xəsarət yetirib. Ə.Əhmədov könüllü olaraq Neftçala rayon Polis Şöbəsinə gedərək istintaqa təslim olub. O, ilkin ifadəsində bildirib ki, T.Əliyevadan borc pul istəyib. Mərhum isə pulu olmadığını bildirdikdən sonra aralarında münaqişə yaranıb və onu öldürüb. Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb.