05 Mart 2010-cı il, N 303(1202)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Siyasət
ABŞ Konqresi "erməni genosidi" barədə qətnamə qəbul etdi
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (623)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (415)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (409)
"Taleh açarı", ya "Tale açarı"? (401)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (387)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (386)
İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir (367)
Universitetlər Xocasən və Qobuya köçürülür... (365)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (350)
Polşa prezidentinin ölümü ilə bağlı ilk sensasiyalı bəyanat... (348)
SORĞU
Bu aşıqlardan hansını üstün bilirsiniz?
Aşıq Telli
Aşıq Namiq
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
AFFA legionerlərə limit tətbiq edə bilər
Legioner limitinin 3+8 formatında tətbiqi gözlənilir
Martın 5-də AFFA-nın növbəti Konfransı keçiriləcək. Fanat.az xəbər verir ki, tədbirdə Azərbaycan futbolu üçün önəmli olan bir sıra məsələlər müzakirəyə çıxarıla bilər.
   Konkret olaraq, Premyer Liqanın formatının dəyişdirilməsi və legionerlərə limit tətbiq olunması gözlənilir. Düzdür, bu məsələlər konfransın gündəliyinə daxil edilməyib. Amma gündəliyə daxil edilən "digər məsələlər"in müzakirəsi zamanı həmin iki məsələ ilə bağlı da qərarın verilməsi istisna deyil. Premyer Liqanın yeni formatının necə olacağına gəlincə, hazırda bir neçə variantın olduğu deyilir. Güclülər dəstəsində iştirak edən klubların sayının artırılması mümkündür ki, bu halda da Premyer Liqa oyunları 14 və ya 16 klubun iştirakı ilə keçirilə bilər. Yaxud da, komandaların sayının 10-a endirilməsi və çempionatın 4 dövrəli sistemlə keçirilməsi də istisna deyil. Bu halda klublar mövsüm ərzində təkcə Premyer Liqada 38 oyun keçirəcək. Legionerlərə limitin qoyulmasına gəlincə isə AFFA-nın birdən-birə inqilab etmək niyyətində olmadığı deyilir. Məlumatlara görə, ilkin mərhələdə ən azı 3 yerli futbolçunun start heyətinə daxil edilməsi ilə bağlı klubların qarşısına şərtin qoyulması nəzərdə tutula bilər. Yəni legioner limitinin 3+8 formatında tətbiqi gözlənilir. Bu halda, həmçinin 18-liyə ən azı 6 yerli futbolçunun adının daxil edilməsi də məcburi olacaq.
Kamran Ağayevin vəziyyəti müəmmalıdır
Lüksemburq və Azərbaycan yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib. Oyunun 21-ci dəqiqəsində yığmamızın qapıçısı Kamran Ağayev zədələnərək meydanı tərk edib.
   Qolkiper oyundan sonra AFFA-nın saytına fikirlərini bildirib: "Ağır zədə aldığımdan oyunu davam etdirə bilmədim. Zədəmin dərəcəsi tibbi müayinədən sonra bilinəcək".
   Xatırladaq ki, oyunda Kamran Ağayevi Fərhad Vəliyev əvəz etmişdi.
Baş məşqçi ilə əlbəyaxa olan futbolçu "Standard"dan qovulur
Ramal Hüseynovun taleyinə "Bakı" ilə oyundan sonra aydınlıq gələcək
"Xəzər Lənkəran"la yoldaşlıq oyunundan sonra baş məşqçi Böyükağa Hacıyevlə dava edən Ramal Hüseynov "Standard"dan qovulacaq. Kluba yaxın mənbənin Fanat.az-a verdiyi məlumata görə, əslində Ramal olaydan dərhal sonra heyətdən kənarlaşdırılmalı imiş.
   Amma baş məşqçi tələsməmək qərarına gəlib. "Bakı" ilə vacib kubok oyunu öncəsi komandada ab-havanı pozmaq istəməyən Hacıyev bunu müvəqqəti olaraq təxirə salıb. Qeyd edək ki, "Standard" kubokun 1/4 final mərhələsinin ilk oyununu martın 6-da, cavab oyununu isə 16-da keçirəcək. Məhz bu oyunlardan sonra Ramalla bağlı yekun qərar veriləcək. Qeyd edək ki, "Xəzər Lənkəran"la oyunun gedişində Ramal Hacıyevin üstünə qışqırıb. Matç başa çatandan sonra baş məşqçi ilə futbolçu arasında əvvəlcə söz dueli yaşanıb. Ardınca isə tərəflər əlbəyaxa olublar. Ətrafdakı insanların müdaxiləsi nəticəsində məşqçi və futbolçunu sakitləşdirmək mümkün olsa da, Böyukağa Hacıyev sakitləşməyib. Hüseynovu ADBTİA stadionunun yaxınlığındakı ağaclığa aparan baş məşqçi onunla bir saata yaxın "razborka" edib.
Quiza "Fənərbaxça"nı "Atletiko"ya dəyişə bilər
İspaniyanın "AS" qəzetinin iddiasına görə, Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Daniel Quiza Madridin "Atletiko" klubuna keçə bilər. Bu mövsümün sonunda "Atletiko"nun əsas futbolçuları Dieqo Forlan ya Kan Aquranın klubdan ayrılacağı gözlənilir. Belə olacağı təqdirdə Quizanın bu komandaya keçidi reallaşacaq. Xatırladaq ki, Daniel Quiza "Mursiya", "Hetafe" və "Malyorka" klublarının formasını geyinib.
2:1 də Foqtsu razı salmadı
Futbol üzrə milli komandamız yoldaşlıq görüşündə Lüksemburq üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bildiriblər. Yığmamızın çalışdırıcısı Berti Foqts oyunun nəticəsindən razı qalsa da, futbolçulardan narazı olduğunu bildirib. Baş məşqçi yetirmələrinin çox çalışmalarına baxmayaraq gözəl oyun göstərə bilməmələrindən şikayət edib. Lüksemburq yığmasının baş məşqçisi Qi Eller isə əksinə nəticədən yox, oyundan razı qaldığını bildirib. Rəqib komandanın baş məşqçisi azərbaycanlı futbolçuların lüksemburqlularla müqayisədə daha səviyyəli olduqlarını da etiraf edib. Xatırladaq ki, Lüksemburq - Azərbaycan qarşılaşmasında komandamızın heyətində qolları Fərid Quliyev və Elvin Məmmədov vurub.
   
"Yuventus" Qonsalo İquainə təklif göndərəcək
İtaliyanın "Yuventus" klubu "Real" klubunun argentinalı futbolçusu Qonsalo İquaini heyətinə qatmağı planlaşdırır. Hazırda futbolçu "Real"la müqaviləsini uzatmaq üçün danışıqlar aparır. Turin klubunun futbolçuya "Real"la ortaq məxrəcə gəlməyəcəyi təqdirdə, sərfəli şərtlər irəli sürəcəyi gözlənilir. Argentinalı futbolçunun xidmətində İngiltərənin "Mançester Siti" klubu da maraqlıdır. Xatırladaq ki, İquain 2007-ci ildə "Real"a Argentinanın "River Pleyt" klubundan transfer olunmuşdu.
   
Lüksemburq - Azərbaycan oyunu İngiltərəni qarışdırdı
Milli komandamızın Lüksemburqla yoldaşlıq oyununun əks-sədası İngiltərədən gəlib. Apasport.az saytının məlumatına görə, sevimli yığmalarının Misirlə görüşünü izləyən bir qrup britaniyalı azarkeş oyunun fasiləsində qalmaqal yaradıblar.
   Həmin vaxt internet vasitəsilə digər yoldaşlıq görüşlərinin nəticələrinə nəzər yetirən ingilis fanatlarını Lüksemburqdakı oyundan məlumat ala bilməmələri özündən çıxarıb. Müxtəlif onlayn saytlarında da istədiyini tapmayan çılğın britaniyalılar dünyanın 109-cu və 126-cı komandalarının necə oynamasını mütləq öyrənmək istəyib. Ancaq axtarış saytları da bu işdə onların köməyinə çatmayıb. Böyük ehtimalla yığmamızın oyununa pul qoyan azarkeşlər hirslərini stadiondakı kresloları sındırmaqla çıxıblar. Qeyd edək ki, oyunda millimiz Lüksemburq yığmasını səfərdə 2:1 hesabı ilə məğlub edib. Özü də bu nəticə hələ fasiləyədək qeydə alınmışdı.
   
Qapıçı Rojerio Keni karyerası ərzində 88 qola imza atıb
Ən məhsuldar qapıçılar siyahısında daha kimlər var?
Dünya Futbolu Tarixi və Statistikaları Federasiyası bütün dövrlər ərzində ən məhsuldar qapıçıların siyahısını açıqlayıb. Reytinq siyahısında ümumilikdə 15 qapıçı yer alıb. Həmyerlimiz Nizami Sadıqov karyerası ərzində vurduğu 21 qolla bütün dövrlərin ən məhsuldar qapıçıları siyahısında 13-cü olub.
   Bütün dövrlərin ən məhsuldar qapıçısı isə Braziliyanın "San Paulo" klubunun üzvü Rojerio Kenidir. Onun aktivində 88 qol var. Artıq karyerasını başa vurmuş paraqvaylı Xose Luis Çilavert 62 qolla 2-ci, Kolumbiya yığmasının sabiq qolkiperi Rene Huiqita isə 41 qolla 3-cüdür.
   Türkiyənin "Bursaspor" klubunun bolqarıstanlı qapıçısı Dimitar İvankov karyerası ərzində vurduğu 37 qolla 6-cı pillədədir. "Bursaspor"un üzvü vurduğu qollarla bu siyahıda rəqiblərini ötərək bir qədər də irəliləyə bilər. Xatırladaq ki, İvankov hələ ki, karyerasını başa vurmayıb.
   
Saşanın legionerlik arzusu puç oldu
"Hauqesun"un baş məşqçisi futbolçumuzu bəyənmədi
Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Saşa Yunisoğlunun karyerasını harada davam etdirəcəyi məsələsinə aydınlıq gəlib.
   Dünən baş tutan Lüksemburq - Azərbaycan yoldaşlıq oyununu izləyənlər arasında Norveçin "Hauqesun" klubunun nümayəndələri və baş məşqçisi Yosten Qrindhauq da olub. Klub funksionerləri Saşa Yunisoğlunun oyununa baxaraq onunla yerində müqavilə imzalamaq niyyətində olublar.
   Ancaq Norveç klubunun baş məşqçisi Yosten Qrindhauq futbolçumuzun sərgilədiyi oyunu bəyənməyib və onunla müqavilə imzalamaqdan imtina edib. Beləliklə, Saşa Yunisoğlu "Bakı" klubunda çıxışlarını davam etdirəcək.
   
İspanların oyunu Anrini şoka salıb
O, Avropa çempionunun Yer kürəsini təmsil etməsinə də şübhələnib
Fransa milli komandasının kapitanı Tyeri Anri İspaniya ilə yoldaşlıq görüşündə uduzmalarının səbəbini izah edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu son Avropa çempionunun Yer kürəsini təmsil etməsinə də şübhə edir.
   İspaniyalıların Fransadakı 2:0 hesablı qələbəsindən sonra Anri rəqibin nə dərəcədə güclü olduğunu vurğulayıb: "İspaniya yığması başqa planetdən gələn komandadır. "Barselona"da oynadığım vaxt top dalınca qaçmağa öyrəşməmişəm. Lakin millinin heyətində ispanlar məni buna məcbur etdilər. Məncə, İspaniya yığması Braziliya ilə yanaşı dünya çempionatının favoritləridir". Qeyd edək ki, İspaniya yığması Berti Foqtsun baş məşqçiliyi dövründə millimizin ən acınacaqlı məğlubiyyətinin səbəbkarlarıdır. Anrinin sözlərindən belə çıxır ki, futbol tariximizdə Bakıda qeydə alınan ən ağır yenilgi yadplanetlilərin sayəsində gerçəkləşib. 2009-cu il iyunun 9-da komandamızı Tofiq Bəhramov adına Respublika stadionundakı yoldaşlıq oyununda 6:0 hesabı ilə udan pireneylilər həm Foqtsu məyus etmiş, həm də şou göstərmişdi.
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-05 Azərbaycanda hərbi hissədə yanğın olub
2010-03-05 Sumqayıtda 23 yaşlı qız 5-ci mərtəbədən yıxılıb
2010-03-05 Gəncədə "Karvan" MMC-nin 5 kiloqram qızılı oğurlanıb
2010-03-05 Ucarın Rəstəcə kəndində ər arvadını qətlə yetirdi
2010-03-05 15-ci Polis Bölməsi iki il əvvəl öldürülüb basdırılmış meyitin sirrini tam açdı
2010-03-05 Xocasən, Balaxanı və Zığ bələdiyyəsi barədə cinayət işi başlandı
2010-03-05 Döyüş postunda yatan və yatmış əsgəri güllələyən hərbçilərin məhkəməsi başlayıb
2010-03-05 Belçikada PKK-ya qarşı əməliyyat keçirilib
2010-03-05 Qaradağdakı hərbi hissədə içində üç yaşlı körpə olan "Ĉiquli" yandı
2010-03-05 Tərtərdə bir əsgər öz hərbçi yoldaşını öldürdü
2010-03-05 İlham Əliyev "Şaxta faciəsinə" görə Saakaşviliyə başsağlığı verib
2010-03-05 İsrail əsgərinin "Feysbuk"dakı məlumatı hərbi əməliyyatı təhlükə qarşısında qoydu
2010-03-05 11 "reket qəzet" adının bu siyahıdan çıxarılması üçün Mətbuat Şurasına müraciət edib
2010-03-05 Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Tomas Hammarberqi qəbul edib
2010-03-05 Elmira Süleymanovanın parlamentə hesabatı təxirə salındı
2010-03-05 KİV-lərə Dəstək Fonduna 47 layihə verilib
2010-03-05 Naxçıvan nümayəndəliyi Bənənyarda 4 adamın ölüm səbəblərini açıqladı
2010-03-05 VİP Bakı Şəhər İcra Hakimiyyətini partiyalara qarşı ayrı-seçkilik etməkdə suçladı
2010-03-05 ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin vaxtı qurtarır
2010-03-05 Tərəfsiz Jurnalistlər Birliyinin "tərəfliliyi"...
2010-03-05 Rauf Arifoğlu onu izləyənlərin görüntülərini əldə etməyin mümkünlüyünü deyir
2010-03-05 Rail Rzayevin 200 minini oğurlayanların məhkəməsi martın 15-də başlayır
2010-03-05 "Şəmkirli Saşanı vuran "Qoca" mənim kürəkənimi də güllələyib"
2010-03-05 Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba öldü
2010-03-05 "Azadlıq"dan rədd cavabı olan DUİ Müsavat Partiyası ilə məsləhətləşmələri davam etdirəcək
2010-03-05 Mübariz Qurbanlı ABŞ Konqresindəki müzakirələrə "qızıl güllə" adı qoydu
2010-03-05 Mirhüseyn Musəvinin Şərqi Azərbaycan vilayətindəki tərəfdarlarından biri həbs edilib
2010-03-05 "Qeydiyyatdakı narkomanların yalnız 0,08 faizi tələbələrdir"
2010-03-05 Elçin Behbudov Eynulla Fətullayevin həbsxanadan göndərdiyi xəbərçilik söhbətinə cavab verdi
2010-03-05 "Azadlıq" bloku özü ayrıca seçki bloku təsis edəcək
2010-03-05 Avropa Birliyinin sədri AMİP, Ümid və ADP rəhbərlərini görüşə dəvət etmədi
2010-03-05 "Rəsulzadə-Elçibəy yolu" da müxalifətdə nifaqı dərinləşdirdi
2010-03-05 ABŞ İran sərhədlərinə qoşun cəmləyir(?)
2010-03-05 Öz seçki kampaniyasını ortabab maliyyələşdirə bilən neçə namizədiniz olacaq?
2010-03-05 "Azadlıq" bloku Müsavat və DUİ ilə müzakirə aparmaq təklifini rədd etdi
2010-03-05 "Azadlıq" bloku, ADP və Ümid partiyaları Müsavatı boykot edir(?)
2010-03-05 Azərbaycanın aldığı rus təyyarələri döyüşə tam yararsızdır(?)
2010-03-05 Avropadakı atom bombaları ləğv edilir
2010-03-05 Dəhşətli borca düşən Yunanıstan Aralıq dənizindəki adalarını satışa çıxara bilər
2010-03-05 ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP-ə gəldi
2010-03-05 "Nabukko" Qərb dövlətlərini üz-üzə qoydu
2010-03-05 Yük maşınları Rusiya-Azərbaycan sərhədində qalıb
2010-03-05 BVF-nin Azərbaycanda bankların sayının azaldılması təklifi ekspertlərin müzakirəsinə çıxdı
2010-03-05 Nəsimidə Yalçın Əzizov 4 adama 65 min pul "atdı"
2010-03-05 "Meşə qardaşları"nın apelyasiya məhkəməsi başlayıb
2010-03-05 Azərbaycanda qanunsuz tikililərin sayını müəyyənləşdirməkdə çətinliklər var
2010-03-05 Orduda psixoloqlar işləsə, mövcud fəsadlar yarıbayarı azalacaq
2010-03-05 İspanların oyunu Anrini şoka salıb
2010-03-05 Saşanın legionerlik arzusu puç oldu
2010-03-05 Qapıçı Rojerio Keni karyerası ərzində 88 qola imza atıb
2010-03-05 Lüksemburq - Azərbaycan oyunu İngiltərəni qarışdırdı
2010-03-05 "Yuventus" Qonsalo İquainə təklif göndərəcək
2010-03-05 2:1 də Foqtsu razı salmadı
2010-03-05 Quiza "Fənərbaxça"nı "Atletiko"ya dəyişə bilər
2010-03-05 Baş məşqçi ilə əlbəyaxa olan futbolçu "Standard"dan qovulur
2010-03-05 Kamran Ağayevin vəziyyəti müəmmalıdır
2010-03-05 AFFA legionerlərə limit tətbiq edə bilər
2010-03-05 Vəkil Lalə Hüseynovaya basqın edənə hökm oxundu
2010-03-05 Nəsimi rayonundakı alkoqol və tütün mağazalarında yoxlama aparılacaq
2010-03-05 GEM "şirniyyat yürüşlərinə" başladı
2010-03-05 5-ci, 29-cu və 39-cu polis bölmələri Bakıda itkin düşmüş üç adamı bir gündə tapdı
2010-03-05 Neftçalada bacısını qətlə yetirən Vüsal Babayevə 8 il həbs cəzası
2010-03-05 Marşrut avtobusu 8-ci kilometr bazarı qarşısında iki piyadanı vurdu
2010-03-05 "Nissan Motors"da aşkarlanan nasazlığa Azərbaycandakı satış mərkəzlərindən reaksiya verildi
2010-03-05 Ekologiya Nazirliyinin 5 saylı İdarəsi Siyəzəndə əməliyyat keçirdi
2010-03-05 Neftçalada traktorçu müəlliməni borc pul üstündə öldürdü
2010-03-05 Bakı-Quba yolunun beton layı partlayıb
2010-03-05 Seyid Camal Əzimbəyli İslam Vəqfini buraxandan sonra daha sərbəst olduğunu deyir
2010-03-05 MTRŞ "Space"ə meyxana yarışmasını dayandırmaq barədə tövsiyə verib
2010-03-04 Ordumuzun zabiti "Asiman" firmasının rəhbərini güllələdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009