05 Mart 2010-cı il, N 303(1202)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Siyasət
ABŞ Konqresi "erməni genosidi" barədə qətnamə qəbul etdi
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (623)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (414)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (409)
"Taleh açarı", ya "Tale açarı"? (401)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (387)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (386)
İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir (367)
Universitetlər Xocasən və Qobuya köçürülür... (365)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (350)
Polşa prezidentinin ölümü ilə bağlı ilk sensasiyalı bəyanat... (348)
SORĞU
Bu aşıqlardan hansını üstün bilirsiniz?
Aşıq Telli
Aşıq Namiq
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Seyid Camal Əzimbəyli İslam Vəqfini buraxandan sonra daha sərbəst olduğunu deyir
"Mənim qəbul etdiyim bir neçə seyid ocağı var"
Şərqşünas Seyid Camal Əzimbəyli uzun illər rəhbərlik elədiyi "Təbliğ" İslam Xeyriyyə Vəqfinin fəaliyyətini dayandırdıqdan sonra da müəyyən tədbirlər həyata keçirməkdə davam edir. O, buna görə tez-tez Azərbaycanın hüdudlarından kənara üz tutur. Bu dəfə də böyük bir toplantı keçirmək üçün Moskvaya səfər edəcək. Səfər öncəsi həm bu məsələ, həm də dini ictimaiyyətdə yaşanan bəzi problemlər haqda fikirlərini öyrəndik.
   - Yenə Moskvaya gedirsiz...
   - İstər dini, istərsə də milli bayramlar ərəfəsində belə səfərlər edirəm. Oradakı soydaşlarımızla görüşür, önəmli isim sahiblərinin iştirakı ilə böyük toplantılar keçiririk. Budəfəki səfərim Novruz bayramı ilə bağlıdır. Və yenə də erməni işğalında olan Dağlıq Qarabağ problemi, habelə dövlətimiz və dövlətçiliyimiz barədə söhbətlər edirik. Bu insanlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rola malikdir.
   - Təbliğ İslam Xeyriyyə Vəqfi fəaliyyətini dayandırıb.
   - Bəli.
   - Yeni bir təşkilat yaratmaq istəmirsiniz ki?
   - Xeyr. Vəqfin dayanması o demək deyil ki, Seyid Camal olaraq mən öz fəaliyyətimi dayandırdım. Mənim mənsub olduğum şəcərə zaman-zaman İslamın gətirdiyi xeyriyyəçilik ənənələrini cəmiyyətə aşılayıb. Həm Bakıda, həmdə Moskvada olarkən onlarla insanın xeyir əməllə bir-birinə yardım göstərməsinə kömək oluram. Hesab edirəm ki, müstəqil fəaliyyət mənim üçün daha rahatdır. Vəqfdə çoxlu ocaq təmsilçiləri olduğundan, o vaxt müstəqil qərarlar verə bilmirdim. İndi isə tam sərbəstəm və çox böyük bir azadlıq əldə eləmişəm.
   - Yas mərasimlərində iştirak edən ziyalıların böyük əksəriyyəti mollaların bilik səviyyəsinin aşağı olmasından narazıdır. Siz necə?
   - Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif vaxtlarda bu məsələnin üzərinə gedib. Bu yaxınlarda yerli icra hakimiyyəti orqanları ilə həqiqi din, inanc adamlarının görüşləri keçirildi.
   Doğrudur, bizim mollalar arasında çox böyük savadsızlıq hökm sürür. Düşünürəm, başqa sahələrdə olduğu kimi, bu sahədə də durulaşma gedəcək. Dəfələrlə Şeyx həzrətlərilə bu məsələni müzakirə eləmişik. Artıq bu problemin mərhələli həllinin şahidi olmaqdayıq. Bəzi şeylər var ki, onun qarşısını almaqda hər iki təşkilat çətinlik çəkir. Bu problemin yaranmasında cəmiyyət özü də günahkardır.
   - Özünü "seyid", ocaq təmsilçisi adlandıranlar çoxdur. Onların hamısını qəbul edirsiz?
   - Doğrusu, mənim qəbul etdiyim bir neçə seyid ocağı var. O seyid ocağı ki, Azərbaycan dövlətçiliyinə qarşı, hansısa bir dövlətin burada emissarlığını edir, nəinki onun seyidliyini, hətta dindarlığını da qətiyyətlə rədd edirəm. Amma əsrlərlə Azərbaycanda seyidlik müəssisəsinin, xüsusən İslamın mühafizə olunmasında, onun bu günə gəlib çıxmasında müstəsna xidmətləri var. Bu gün dövlətimizin dinə münasibəti həqiqətən də məni qane edir. "Məscidlər bağlanır" deyə bəzi yerlərdə xarici dövlətlərin Azərbaycandakı emissarları dövlətçiliyimiz əleyhinə təbliğat aparmaq istəyir.
   Anlaya bilmirəm ki, onlar hansı məscidlərdən danışır. Hər hansı bir məsciddə dövlətçiliyimiz üçün təhlükə yarada biləcək, yaxud insan həyatına qəsd məqsədilə istənilən hadisə baş verirsə, bu olayın araşdırılması ilə bağlı istintaq gedirsə, yaxud ora gələnlərin əksəriyyəti Azərbaycan dövlətçiliyinə qarşı kampaniya aparırsa, onların toplaşdığı yerin dövlət tərəfindən nəzarətə götürülməsində pis nə var?
   Bu inanclı adamlardırsa, niyə dövlətin onları mühafizə etməsindən, onlara nəzarət etməsindən bu qədər rahatsız olurlar? Niyə onu Azərbaycanda "dinə basqı" kimi qiymətləndirirlər? Nə üçün dövlət başçısının şəxsi təşəbbüsü ilə tikilən, bərpa edilən məscidləri yaddan çıxarırlar?
   İslamda böyük rol oynayan Bibiheybət və "Təzə Pir" məscidlərinin yüksək səviyyədə təmir edilərək yenidən xalqımıza qaytarılması haqda niyə danışmırlar? Bu adamlar hansı səbəbdən dövlət orqanlarının zərərsizləşdirdiyi xarici kəşfiyyat orqanlarının dini pozuculuq üçün ölkəmizə göndərdiyi şəxslərdən söz açmır? Bunları anlaya bilmirəm.
   
İradə SARIYEVA
Bakı-Quba yolunun beton layı partlayıb
Afaq Quliyeva...
Bakı-Quba beton yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yolun 111 və 113-cü kilometrliklərində, həm dəmiryolu xətti üzərindəki körpünün kənarında, həm də yolun digər hissəsində beton qatının çökməsi və çatlar müşahidə edilib.
   Nəqliyyat Nazirliyinin Siyəzəndəki 4 saylı Yol İstismar İdarəsinin rəisi Yaqubəli Şükürov da beton yolun bir hissəsində çökmə olduğunu, burada beton layın partladığını təsdiqləyib. "Akkord" şirkətinin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə bildirib ki, magistralın Bakıdan 16-ci kilometrdən 113-cü kilometrədək olan hissəsi hələ tam istifadəyə verilməyib. Çünki 120-ci kilometrlikdəki körpü tam hazır deyil və körpü açılana qədər yolun müxtəlif hissələrində olan xırda nöqsanlar aradan qaldırılır. Bu səbəbdən də həmin ərazilərdə təmir işləri aparılır.
   
Neftçalada traktorçu müəlliməni borc pul üstündə öldürdü
Neftçala rayonunda borc pul istənilməsi inanılmaz qətllə nəticələndi.
   Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, dünən saat 05:00 radələrində rayonun Yuxarı Qaramanlı kəndində traktorçu işləyən Əmrah Əhmədov münaqişə zəminində bıçaqla həmkəndlisi, kənd orta məktəbinin müəlliməsi Təmayül Əliyevanı öldürüb, onun həyat yoldaşı Telman Əliyevə isə xəsarət yetirib. Ə.Əhmədov könüllü olaraq Neftçala rayon Polis Şöbəsinə gedərək istintaqa təslim olub. O, ilkin ifadəsində bildirib ki, T.Əliyevadan borc pul istəyib. Mərhum isə pulu olmadığını bildirdikdən sonra aralarında münaqişə yaranıb və onu öldürüb. Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb.
   
Ekologiya Nazirliyinin 5 saylı İdarəsi Siyəzəndə əməliyyat keçirdi
"001" Jiquli və "Moskviç"dən 30 balıq götürüldü
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirilib.
   Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reyd zamanı Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində 40 BG 086 dövlət nömrə nişanlı "VAZ 001" markalı avtomobilə baxış keçirilərkən 16 ədəd nərə, 1 ədəd nərəcinsli uzunburun, 50 BN 951 dövlət nömrə nişanlı "Moskviç" markalı maşında isə 11 ədəd nərə, 2 ədəd nərəcinsli uzunburun balıq aşkarlanıb.
   Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib və qanunsuz ovlanmış 30 ədəd balıq götürülərək orqanoleptik müayinə üçün Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Müayinə olunmuş balıqların, uzun müddət yüksək temperaturda saxlandığı üçün, istifadəyə yararsız olduğu müəyyənləşdirilib. Təbiətə dəymiş 6300 manat ziyanın ödənilməsinin təmin olunması və təqsirkar şəxslər barəsində tədbir görülməsi üçün Siyəzən Rayon Polis Şöbəsinə müraciət edilib..
   
   
"Nissan Motors"da aşkarlanan nasazlığa Azərbaycandakı satış mərkəzlərindən reaksiya verildi
Rəşad Vəliyev: "Bizdə nasazlığın aşkar edildiyi "Nissan Motors"un modellərindən, demək olar ki, heç biri yoxdur"
Qlobal maliyyə böhranı başlanan andan bu günə kimi dünyanın aparıcı avtomobil şirkətlərinin qara günləri səngimək bilmir. Bir müddət əvvəl "Ceneral Motors", "Fiat", "Toyota", Mitsubişi" kimi avtomobil nəhəngləri alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən istehsalı kəskin azaltmalı oldu. İndi də bəzi avtomobil istehsalçılarını satışa buraxılan modellərdə üzə çıxan nasazlıqlar narahat etməyə başlayıb.
   Mətbuatın son məlumatına görə, Yaponiyanın "Nissan Motors" şirkəti dünya bazarından 540 min ədəd avtomobil modelini geri çağırmalı olub. Verilən bilgiyə görə, şirkət 2008-2010-cu illərdə istehsal olunan "Nissan Titan",
   "Nissan Armada", "Infiniti QX56", 2008-2009-cu il istehsalı olan "Nissan Quest", həmçinin 2005-2008-ci illərin
   "Nissan Pathfinder", "Nissan Xterra" modellərini
   geri çağırır. Bunun əsas səbəbi sözügedən modellərdə avtomobili hərəkətə gətirən pedallarda nöqsanların üzə çıxmasıdır. "Nissan Motors" şirkəti adıçəkilən avtomobil modellərini martın 22-dən etibarən geri çağırmağa başlayacaq. İndiyədək sözügedən modellərdə üzə çıxan nöqsan ucbatından hələ heç bir qəza vəziyyətinin yaranmamasına baxmayaraq, şirkət bu modellərin sahiblərinə diler mərkəzlərinə müraciət etməyi tövsiyə edib. Qeyd edək ki, "Nissan Motors"da nasazlıqla bağlı yaranan hal heç də yeni deyil. Ümumiyyətlə, son bir ayda müxtəlif avtomobil şirkətlərində belə nasazlıqların üzə çıxdığının şahidi olmuşuq. Belə ki, sözügedən hadisədən bir müddət əvvəl Cənubi Koreyanın "Nyundai Motors" şirkəti yeni "Sonata 2011" modelinin satışını dayandırmalı oldu. Buna səbəb kimi, yeni modelin qapılarında qüsurun aşkarlanması göstərilir. Məhz bu səbəbdən keçən ayın sonlarında şirkət rəhbərliyi müvəqqəti olaraq "Sonata 2011" modelinin satışını dayandırdığını elan etdi. Artıq dilerlərə verilən 3,7 min ədəd bu model avtomobil də geri çağırılıb. Bu hadisə ilə birinci üzləşən şirkət isə Yaponiyanın "Toyota" şirkəti olmuşdu. Onlarda avtomobillərin qapılarının açılıb-bağlanma sistemində, ardınca da əyləcində qüsurlar aşkarlanmışdı. Həmin maşınlarda avtomobilin sürətini artırmaq üçün pedalı basıb buraxdıqdan sonra əyləc əvvəlki vəziyyətinə qayıtmırdı. Bu da sürətin azalmamasına və nəticədə də qəzalara gətirib çıxarırdı. Qeyd edək ki, sözügedən problem "Toyota Motors Corroration"ın iki modeli - "Corolla" və "RAV-4" ətrafında yaranmışdı. Problem məhsul satışa buraxıldıqdan sonra üzə çıxdığından, şirkət dərhal son buraxılış avtomobillərini geri çağırmağa məcbur olmuşdu. Nəticədə, həmin vaxt hardasa 2 milyona yaxın avtomobil satışdan yığışdırıldı. Şirkətin Azərbaycanda rəsmi təmsilçisi "Toyota Bakı Mərkəzi" də mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Nəticədə ölkəmizdə həmin modellərdən olan 527 ədəd avtomobil geri çağırıldı. İndi də həmin hal "Nissan Motors"un başına gəlir. Avtomobil şirkətlərinin istehsal etdiyi maşınlarda yaranan belə problemlər bir sıra şübhəli məqamlardan xəbər verir. Çox güman, burada hansısa təxribat xarakterli əməllərə yol verilib ki, birdən-birə üç nəhəng şirkət eyni aqibətlə üzləşməli olur. Hazırda dünya bazarında böhran səbəbindən avtomobillərə tələbat azalıb. Bu səbəbdən də satış bazarları uğrunda şirkətlər arasında mübarizə daha kəskin xarakter almağa başlayıb. Belə mərhələdə bir şirkətin digər rəqibini nüfuzdan salmaq üçün müxtəlif təxribat xarakterli hərəkətlərə yol verməsi ehtimalını istisna etmək olmaz. Başqa bir tərəfdən, əksər analitiklər artıq böhranın arxada qaldığını, bir müddət sonra daha aktiv canlanmanın baş verəcəyini proqnozlaşdırmağa başlayıb. Görünür, bu amil nasazlıqların üzə çıxdığı ehtimal edilən şirkət rəhbərlərini ucuz qiymət qoyduqları avtomobillərini geri çağırmağa vadar edir ki, sonradan onları daha baha qiymətlərə sata bilsinlər.
   "Nissan Motors"un başına gələnlərin isə onun Bakıdakı satış mərkəzlərinə heç bir aidiyyəti yoxdur. Bunu qəzetimizə açıqlamasında şirkətin Bakıdakı satış mərkəzinin satış üzrə meneceri Rəşad Vəliyev bildirdi: "Bizdə nasazlıqların aşkar edildiyi "Nissan Motors"un modellərindən, demək olar ki, heç biri yoxdur. Bu səbəbdən də "Nissan Motors"da aşkar edilən nasazlığın Bakıdakı satış mərkəzinə heç bir dəxli yoxdur. Ümumiyyətlə, bu haqda eşitməmişik.
   Bizdə dediyiniz modellər olmasa da, başqaları var və onların da satışı əvvəlki qaydada gedir. Alıcılar da şirkətin təklif etdiyi modellərdən razılığını bildirir. Bircə "Infiniti QX56" var ki, onu da yalnız şirkətimizin Tbilisi prospektində yerləşən mərkəzindən tapmaq olar". Lakin Tbilisi prospektindəki mərkəzin adını bildirməyən satış meneceri "Infiniti QX56"nın artıq qurtardığını dedi: "Bu modeldən əvvəllər olub, indi isə yoxdur. Onun geri çağırılması barədə isə eşitməmişik. Bununla bağlı avtomobil sahiblərindən indiyə kimi bir kimsə də bizə müraciət etməyib".
   
Rüfət SULTAN
Marşrut avtobusu 8-ci kilometr bazarı qarşısında iki piyadanı vurdu
Dünən saat 15.30 radələrində Nizami rayonu, Naxçıvanski küçəsində mikroavtobus iki piyadanı vurub.
   Nizami Rayon Polis İdarəsindən müstəntiq Səfərəli Həsənovun Lent.az-a bildirdiyinə görə, 8-ci kilometr bazarının qarşısında yolu keçən 60 yaşlı Aydın Quliyev və 65 yaşlı Ənvər Səfərovu Vahid Osmanovun idarə etdiyi 314 marşrut nömrəli mikroavtobus vurub. Hadisə nəticəsində Aydın Quliyevin ayağı sınıb.
   
Neftçalada bacısını qətlə yetirən Vüsal Babayevə 8 il həbs cəzası
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şəkər Məmmədovanın sədrliyilə Neftçalada bacısını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan rayon sakini Vüsal Babayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.
   Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Prosesdə təqsirləndirilən şəxsə qarşı məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına görə, Vüsal Babayev Neftçalada bacısı Təranə Babayevanı qısqanclıq zəminində iplə boğub öldürüb.
5-ci, 29-cu və 39-cu polis bölmələri Bakıda itkin düşmüş üç adamı bir gündə tapdı
Bakıda itkin düşmüş 3 nəfər bir gündə tapılıb. Bu barədə məlumatı "OLAYLAR"a Bakı Baş Polis İdarəsindən veriblər.
   Məlumata görə, yanvarın 24-də saat 9 radələrində Naxçıvani küçəsində yaşayan Davud Babayev evdən çıxıb və bir daha geri qayıtmayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində Davud Babayev martın 3-də evinə qaytarılıb. Fevralın 4-də Səbail rayonu Əliyev küçəsində yaşadığı evdən çıxan Nazilə Əsgərovanı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları bir ay sonra tapıb ailəsinə təhvil verib.
   Yanvarın 27-də isə Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yaşayan ruhi xəstə Pərviz Gözəlov evdən çıxıb və bir daha geri qayıtmayıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində Pərviz Gözəlov tapılaraq ailə üzvlərinə qaytarılıb.
   
GEM "şirniyyat yürüşlərinə" başladı
22 dönərxana isə bağlandı

   Respublika Gigiyena və Epidemiologiya Mərkəzi şirniyyat, qənnadı məmulatları, çay, kofe, mayonez məhsulları üzərində monitorinqlərə başlayıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.
   O bildirib ki, martın əvvəlində başlayan monitorinqlər ayın 20-də başa çatacaq və Bakı, Sumqayıt şəhərlərini, Abşeron rayonunu əhatə edəcək.
   Monitorinqlərin keçirilməsində əsas məqsəd istehsal olunmuş məhsulların təhlükəsizlik göstəricilərinə cavab verib-vermədiyini və yerli gigiyena-epidemiologiya mərkəzlərinin öz işinə nə dərəcədə məsuliyyətlə yanaşdığını aydınlaşdırmaqdır. Monitorinq başa çatdıqdan sonra mərkəz spirtli içkilərin və xörək duzunun, quş əti, yumurta və hisə verilmiş balıqların bakterioloji yoxlanmasını həyata keçirəcək və müxtəlif uşaq qidaları üzərində laborator yoxlamalara başlayacaq.
   İ.Abdullayevin sözlərinə görə, mərkəzin son iki ayda 100 cür ət məhsulu üzərində apardığı yoxlamalar zamanı 9 nümunədə bağırsaq çöplərinin olduğu aydınlaşıb. Monitorinqi aparılan 120 süd məhsulundan isə 29-da bağırsaq çöpləri aşkarlanıb.
   Bu ilin iki ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakıda 22-dən çox dönərxananın fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, dönərxanalarda yoxlamalar İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə bir yerdə aparılıb. Xətai rayonu üzrə 4, Nizami rayonu üzrə 2, Nərimanov rayonu üzrə 3 iş araşdırılmaq üçün prokurorluğa göndərilib.
   Araşdırma aparılan 20-dən çox dönərxananın sahibi 2006-cı ildən qadağan olunmuş toyuq dönəri satdığına və dönərlə bağlı sanitar-gigiyenik qaydalara əməl etmədiyinə görə cərimə olunub. Dönərxana sahiblərinin hər biri 100-200 manat cərimələnib.
   
Xəbər xidməti
Nəsimi rayonundakı alkoqol və tütün mağazalarında yoxlama aparılacaq
Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının satışına nəzarət məqsədilə gələn həftə Bakı şəhərinin Nəsimi rayonunda monitorinq keçiriləcək.
   Bu barədə "APA-Economics"ə Monitorinq Qrupunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyi çoxillik əkmələr, bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Elbrus Xəlilov məlumat verib. E.Xəlilovun sözlərinə görə, ticarət obyektlərinin alkoqollu içkilərin satışı ilə bağlı qanunvericiliyə riayət edib-etməmdiyi yoxlanacaq. Aşkar edilmiş nöqsanlarla bağlı müvafiq qurumlara və Vergilər Nazirliyinə məlumat veriləcək. Monitorinq Qrupunun rəhbəri ötən ay paytaxtın Yasamal və Səbail rayonlarında 50-yə yaxın mağazada monitorinq keçirildiyini qeyd edib. Mağazalarda aşkarlanmış problemlər, əsasən satılan məhsulların gigiyenik sertifikatı və hesab-fakturalarının olmaması ilə bağlı olub.
   E.Xəlilov bildirib ki, əvvəlki illərlə müqayisədə nöqsanların sayında azalma müşahidə olunur. Artıq mağazalar sertifikatı və digər sənədləri olmayan məhsulları satış üçün qəbul etmir. Monitorinqlərin, plana uyğun olaraq, respublikanın digər rayonlarında da keçirilməsi planlaşdırılır.
   
Vəkil Lalə Hüseynovaya basqın edənə hökm oxundu
Vəkillər Kollegiyasının üzvünə qarşı quldurluq etməkdə ittiham olunan şəxsə hökm oxunub. Trend News-un məlumatına görə, dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vəkil Lalə Hüseynovaya basqın edən Elnur Novruzov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
   Novruzov Yasamal rayonu, Ayna Sultanova küçəsi 5 ünvanında yerləşən hüquq məsləhətxanasında işləyən vəkil Leyla Hüseynova basqın edib. O, vəkilin çantasını alaraq, qaçıb. Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həbs edilib.
   
   
Orduda psixoloqlar işləsə, mövcud fəsadlar yarıbayarı azalacaq
Misir Mərdanovun ordu psixoloqları yetişdiriləcəyilə bağlı fikirləri psixoloqların diqqətini çəkdi
Elnur Rüstəmov: "Bir müddət hərbi psixologiya ilə məşğul olmağa başladım"
Azərbaycan ordusunda müəyyən neqativlərin baş verdiyi, əsgərlər arasında intihar, yaxud buna cəhd göstərilməsi hallarının olduğu bəllidir. Mətbuatın yazdığına görə, martın 3-də təhsil naziri Misir Mərdanov Azərbaycan Daxili Qoşunlarının Bakı Qarnizonundakı hərbi hissələrdən birində qonaq olub.
   M.Mərdanov deyib ki, Azərbaycanın mülki ali təhsil müəssisələrində ordu üçün psixoloqlar hazırlana bilər. Nazirin sözlərinə görə, ali məktəblər hazırda psixoloq ixtisası üzrə kadrlar hazırlayır: "Bu gün Daxili Qoşunların komandanı ilə görüşdə də belə bir qənaətə gəldik ki, hərbi qurumlar üçün psixoloqların hazırlanması yaxşı olar. Görüşdə vurğulandı ki, müxtəlif hərbi hissələrdə psixoloq, sosioloq xidmətinə ehtiyac var. Gələcəkdə ali məktəblərdə hüquq-mühafizə orqanları, hərbi qurumlar üçün psixoloqların hazırlanması mümkündür".
   Qeyd edək ki, M.Mərdanova qədər də psixoloqların əksəriyyəti orduda psixoloq xidmətinin olmasını vacib sayır, dünya ölkələrinin bu itiqamətdəki təcrübəsindən yararlanmağı tövsiyə edirdi.
   Məlumat üçün bildirək ki, Amerikadan tutmuş, Avropa ölkələrinə, Rusiyaya qədər ölkələrin çoxunda ordu psixoloqu fəaliyyət göstərir. Şübhəsiz ki, hərbçilərlə işləməli olan psixoloqlar adi psixoloqlar deyil, bu sahədə ixtisaslaşmış, müəyyən təcrübə qazanmış insanlar olmalıdır. Azərbaycanda yüksək səviyyəli psixoloqlar olsa da, onların sırasında bir-iki psixoloq tapmaq olar ki, ordu ilə işləməyi bacarsın. Bunu psixoloqlar özləri də etiraf edir. Orduda psixoloqların fəaliyyət göstərməsinin sahə yaranan problemlərin həllində böyük rol oynayacağını deyən psixoloqlar hesab edir ki, ən böyük problem əsgərlərin hərbi hissəyə, oradakı şəraitə adaptasiya olunması məsələsi və "dedovşina" probleminin hələ də mövcudluğudur.
   Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bir müddət əvvəl həm Müdafiə Nazirliyi, həm də Sərhəd Qoşunları dünyanın bir sıra ölkələrində mövcud olan ordu psixoloqu təcrübəsini Azərbaycana gətirməyə cəhd edib: "O vaxt Daxili Qoşunların bu işdə maraqlı olması barədə məlumatlar da vardı".
   E.Rüstəmovun bildirdiyinə görə, indiki şəraitdə orduda əsgərlərin üzləşdiyi problemlər çözülmür":Düzdür, Misir Mərdanovun təklifi bir qədər gecikib. Amma buna baxmayaraq, bu işə indidən başlansa yaxşı olar. Bu gün Amerikada belə bir təcrübə var. Orada əsgərliyə gedən adamlara 1, 2 və 3-cü dərəcəli sertifikatlar verilir. 1-ci dərəcəli sertifikat alan əsgər ordudan döndükdən sonra dövlət orqanlarında daha rahatlıqla çalışa bilər".
   E.Rüstəmov dedi ki, Amerikada belə bir təcrübə var - onlar eyni bölgədən olan əsgərləri bir yerə salırlar":Orduda ən çətin proses adaptasiya prosesidir. Əsgər nə zaman intihar edir, nə zaman xidmətdən yayınmağa çalışır? Gəlin, statistikaya fikir verək. Əsgərliyə təzə gedəndə. Mən öz təcrübəmi misal çəkmək istəyirəm. Əsgərliyə gedəndə bizim zastavada bir əsgər bədənini 22 yerdən "lezva" ilə kəsmişdi. Çünki iş bölgüsü zamanı ona ayaqyolu təmizləmək düşmüşdü".
   E.Rüstəmovun fikrincə, orduda psixoloqlar işləsə, mövcud problemlər yarıbayarı azalacaq":Orduda ombudsman postu yaradılmalıdır ki, orduya nəzarət eləyə bilsin. Yoxsa psixoloqun təyin edilməsilə məsələnin həllinə tam şəkildə nail olmaq olmaz. Psixoloq kim olacaq - zabit, yoxsa mülki şəxs? Psixoloqlar zabitlərdən təyin ediləcəksə, yenə də əsgərlər arasında inamsızlıq qalacaq, əksinə, mülki şəxslərdən ibarət olacaqsa, artıq əsgərlər onlara etibar edəcək, problemini deyə biləcək. Problemin aradan qaldırılması üçün orduya vətəndaş cəmiyyətinin nəzarəti də olmalıdır, bu sahədə psixoloqlar da iş görməlidir. Bu çətin bir iş deyil. Burada hansısa testlər də aparıla bilər". E.Rüstəmovun dediyinə görə, mülki psixoloqlar orduda həftədə bir dəfə psixoloji oyun, yaxud test keçirərsə, söhbətlər apararsa, bunun da effekti olacaq. E.Rüstəmov bildirir ki, bu sahədə ən ciddi problemlərdən biri reabilitasiya ilə bağlıdır":Elə insanlar var ki, ordudan dönəndən sonra onlarda müxtəlif problemlər yaranır. Hətta onların sırasında psixi xəstələr də var. Onlar üçün xüsusi reabilitasiya həyata keçirilməlidir. Valideyn övladı əsgəri xidmətdən döndükdən sonra onda müəyyən dəyişiklik hiss edirsə, reabilitasiya yerlərinə müraciət etməlidir. Bu yaxınlarda əsgərlikdən gələn bir oğlanın valideynləri bizə müraciət etmişdi. Biz onunla işlədik".
   Sözsüz ki, hələ ixtisaslaşdırılmış psixoloqlar ali məktəblərdə yetişdirilmir, onların hazırlığına indən sonra başlanacaq. Mərkəz rəhbərindən hazırda orduda işləyə biləcək psixoloqların sayının yetərincə olub-olmadığını da soruşduq. E.Rüstəmovun dediyinə görə, bu sahə ilə məşğul olacaq peşəkar psixoloqlar ölkəmizdə yoxdur, amma onları yetişdirmək iqtidarında olan professionallar var: "Bu sahənin peşəkarlarından biri Azad İsazadədir. O özü hərbi psixoloqdur. Bu sahədə dərs də verir. Ancaq o, bu sahə üzrə sırf dövlət strukturunda çalışmır. Görünür, onu nələrsə qane etməyib ki, bu sistemdən çıxıb. Amma peşəkardır. Onun təcrübəsindən faydalanmaq lazımdır. Bizdə bu sahə üzrə psixoloqlar olmasa da, onları hazırlamaq gücündə olan mütəxəssislər var. Mən bir müddət hərbi psixologiya ilə məşğul olmağa başladım. Güc strukturlarından biri mənə müraciət edərək "bizə psixoloq lazımdır" demişdi. Mən razılıq da vermişdim, amma sonra gördüm ki, onlar artıq bu məsələdə maraqlı deyil. Bu halda mən də geri çəkildim. "Dedovşina"nı hansı yolla aradan qaldırmaq, adaptasiya prosesini necə yaxşılaşdırmaq, əsgəri hərbi xidmətə necə cəlb eləmək istiqamətində konkret təkliflərim vardı. Bu gün ən gözəl psixoloji iş Amerika ordusunda aparılır. O təcrübədən yararlanmaq olar. Savaşın, döyüşün özünün psixologiyası var. Eləcə də ordunun. Əsgərlərlə işləyən psixoloq mütləq peşəkar olmalıdır. Lazım gələrsə, lap xaricdən də mütəxəssislər dəvət eləmək mümkündür. Bu məsələ çox aktualdır. Onu qabartmaq, həllinə nail olmaq lazımdır".
   
İradə SARIYEVA
Azərbaycanda qanunsuz tikililərin sayını müəyyənləşdirməkdə çətinliklər var
Damət Bağırov yeni metodun zəruriliyindən danışdı
Azərbaycanda qanunsuz tikililərin sayının dəqiqləşdirilməsi və onların taleyinə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Dövlət Əmlakının Dövlət Reyestri Xidməti (DƏDRX) beynəlxalq ekspertlərlə birlikdə iş aparır.
   "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DƏDRX-nin rəisi Damət Bağırov deyib.
   Onun sözlərinə görə, bu işlər Dünya Bankının (DB) maliyyələşdirdiyi "Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində həyata keçirilir: "Prosesə əcnəbi ekspertlər də cəlb olunub. Bütün məlumatlar toplanır, təhlil olunur. Qiymətləndirmədən sonra hökumət müvafiq qərar verəcək".
   D.Bağırov qeyd edib ki, qanunsuz tikililərin taleyinin beynəlxalq ekspertlərin rəyi olmadan hansı yolla həll olunacağını demək tezdir: "Qanunsuz tikililərin sayına gəlincə, bunu müəyyənləşdirmək üçün xüsusi metodologiya hazırlanmasına ehtiyac var".
   Xatırladaq ki, icrasına 2007-ci ildə başlanmış "Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı Layihəsi" təxminən 4-5 ili əhatə edir. Layihənin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) Azərbaycan hökumətinə 20 il müddətinə 25 mln. ABŞ dolları həcmində kredit ayırıb.
Ağsu kəndlərinin əhalisi evlərini kütləvi tərk edir
Torpaq sürüşmələri azı 60 ailənin evini təhlükə qarşısında qoyub
Ağsu rayonunun Sanqalan kəndində baş verən torpaq sürüşməsilə bağlı 207 nəfərdən ibarət 41 ailə köçürülüb.
   Sanqalan və Nüydü kəndlərinin bələdiyyə sədri Fəxrəddin Osmanov APA-nın yerli bürosuna bildirib ki, Ağsu çayının sahilində yerləşən Sanqalan kəndində baş verən torpaq sürüşməsi nəticəsində orada olan 41 fərdi yaşayış evi, bir orta məktəb və bir feldşer-mama məntəqəsi qəzalı vəziyyətə düşüb. Bu kənddə uzunluğu 450 metr, eni 260 metr olan ərazini əhatə edən sürüşmə zonasına düşən bu tikililərdə yaşamaq təhlükəlidir. Torpaq qatı hər 2-3 metrdən bir 30-40 santimetr aralanıb, evlərdə 5-10 santimetr qalınlığında çatlar əmələ gəlib. Kəndin yerləşdiyi torpaq qatı hər gün təxminən yarım metr dağdan çaya doğru sürüşür. Sürüşmə hazırda da davam edir".
   Onun sözlərinə görə, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həmin əraziyə baxış keçirərkən Sanqalan və Kalva kəndlərinin həqiqətən də təhlükəli zonada yerləşdiyi qeyd olunub, əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib. Təhlükəli vəziyyət barədə əhaliyə xəbərdarlıq olunub. İki gün öncə isə Nazirlər Kabineti Ağsunun Sanqalan kəndində yaşayan əhalinin təcili olaraq başqa əraziyə köçürülməsi barədə qərar qəbul edib: "Baş nazirin müavini Abid Şərifovun məktubu əsasında əhalinin köçürülməsinə start verilib. Martın 3-də bu yaşayış məntəqəsinin bütün sakinləri başqa yerlərdə yaşayan qohumlarının evinə köçürülərək müvəqqəti məskunlaşdırılıb. Kənddə torpaq sürüşməsi başlanan zaman 41 ailədən 14-ü öz istəyilə müvəqqəti olaraq başqa yerə köçmüşdü. Martın 3-də isə dövlət vəsaiti hesabına 27 ailə qonşu Qırrar və Quzay kəndlərində, eləcə də Bakı, Sumqayıt, Ağsu, İsmayıllı və Şamaxı şəhərlərində yaşayan qohumlarının evinə köçürülüb". Sanqalanda sürüşmə zonası kəndin 7 hektarlıq yaşayış zonasını əhatə etdiyi üçün bütün ailələrin köçürülməsi və başqa ərazidə torpaq sahəsi ayrılaraq yeni evlərin tikilməsi daha məqsədəuyğun hesab edilib. Kənd bələdiyyəsi yeni evlərin tikilməsi üçün 10 hektar boş torpaq sahəsi ayırıb. Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həmin əraziyə baxış keçirəcək və onların yekun qərarından sonra evlərin tikilməsinə başlanacaq. Bələdiyyə sədri Fəxrəddin Osmanov bildirib ki, torpaq sürüşməsi rayonun Suraxanı kəndində 2 evi, Qırrar və Quzay kəndlərinin hər birində isə bir evi qəza vəziyyətinə salıb.
   Xatırladaq ki, qeyd edilən ərazi bir qədər əvvəl sürüşmə baş verən Muğanlı-İsmayıllı avtomobil yolunun yaxınlığında yerləşir.
   
"Meşə qardaşları"nın apelyasiya məhkəməsi başlayıb
"Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
   Trend News-un məlumatına görə, dünən Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
   Məhkəmə baxışı martın 11-nə təyin edilib.
   Dəstə üzvləri Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar Bakının Nərimanov rayonunda yerləşən "Əbu Bəkr" məscidində terror aktı törətməkdə də təqsirli bilinirlər.
   
Nəsimidə Yalçın Əzizov 4 adama 65 min pul "atdı"
Bakının Nəsimi rayonunda dələduzluq hadisəsi baş verib.
   Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Yalçın Əzizov Bakı şəhər sakinləri Müslüm Məmmədov, Malik Vəliyev, Yusif Kərimov və Xalid Paşayevi etimadını qazanaraq aldadıb və onların pullarını alıb. O, vətəndaşların ümumilikdə 65.900 dollar pulunu mənimsəyib. Vətəndaşlar, pulları geri qayıtmadığına görə, polisə şükayət ediblər. Faktla əlaqədar təhqiqat araşdırması başlayıb.
   
   
Göygöl rayon fermerləri 2009-cu ilin taxıl pullarını hələ almayıb
Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri gecikməni müxtəlif cür izah etdilər
"Dövlətin hər hektara 40 manat kompensasiya olaraq verdiyi yanacaq pulunu biz hələ də ala bilməmişik. Artıq 2010-cu ildir, fermerlər 2009-cu il üçün ayrılan subsidiyaları almayıb. Bütün fermerlər əkin-biçinə görə servisə hələ də borclu qalıb". Bunu "Azadlıq" radiosuna Göygöl rayonundan fermer Aydın Cəfərov deyib.
   Onun sözlərinə görə, dövlət tərəfindən fermerlərə ayrılan vəsaiti hələ də ala bilməyiblər.
   2009-cu il üçün 465 hektar ərazidə taxıl əkən Aydın Cəfərov kimi bir çox fermerlər təsərrüfatı ziyanla başa vurduğuna görə bu il taxıl əkməyib: "Fermerlər ötən il taxıl və üzüm təsərrüfatlarını ziyanla başa vurub. Taxılın əkilməsi, becərilməsi, suvarılması, biçilməsi üçün xərclər ilbəil artırılır. Taxılın qiyməti isə aşağı düşdü. Taxılçılar da gəlir əldə edə bilməyib, təsərrüfatını ziyanla başa vurdu.
   Ötən il hər yerdə taxıl ucuz oldu. 13-14 qəpiyə taxıl olar? İqtisadçı bizim çəkdiyimiz xərci də hesablasın, gəliri də. Ona görə də ziyanımız çox oldu. Buna görə də mən 2010-cu il üçün taxıl əkməmişəm".
   Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəisi Murtuzəli Hacıyev deyir ki, fermerlərə ayrılan yardımlar 2009-cu ilin sonuna qədər Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir: "Bizim Nazirliyin funksiyası ondan ibarətdir ki, respublika komissiyası fermerlərə yardımların, subsidiyaların verilməsilə bağlı qərar verib Maliyyə Nazirliyinə göndərsin. Yardımların ödənilməməyi artıq Kənd Təsərrüfatı Nazirliyinin işi deyil".
   Maliyyə Nazirliyindən isə bildirdilər ki, subsidiyaların ödənilməsi istiqamətində iş gedir. Gecikməyə Nazirlər Kabinetində bölgələr üzrə vəsaitlərin bölüşdürülməməsi səbəb olub.
   Ötən illə müqayisədə 2010-cu il üçün əkilən taxıl sahələri 20 faiz azalıb. Murtuzəli Hacıyevin verdiyi məlumata görə, 2009-cu il üçün 807 min hektar ərazidə taxıl əkilmişdisə, 2010-cu ildə bu göstərici 148 min hektar azalaraq, 659 min hektar təşkil edib. Murtuzəli Hacıyevin taxıl əkini sahələrinin azalmasına isə münasibəti bu cür oldu: "Düzdür, taxıl əkini azalıb, amma tərəvəz, bostan məhsulları və s. sahələrdə artıb. Bazar iqtisadiyyatıdır, istehsalçı bazarın tələbinə uyğun olaraq öz biznesini qurur, əkini əkir. Ötən il taxılın qiyməti ucuz oldu. Ona görə də taxıl əkinində belə azalmalar müşahidə olunur".
BVF-nin Azərbaycanda bankların sayının azaldılması təklifi ekspertlərin müzakirəsinə çıxdı
Vüqar Bayramov: "Bankların sayı azalarsa, bank kreditlərinin faiz dərəcəsi də aşağa düşər"
Yaşar Əsədov: "Bu yalnız məsləhətdir, onu necə reallaşdırmaq isə Azərbaycanın özündən asılıdır"
Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası Mərkəzi Banka (MB) ölkədə fəaliyyət göstərən bankların sayını azaltmağı tövsiyə edib. Mətbuatın yazdığına görə, bunu missiyanın rəhbəri xanım Ninke Omes bildirib. Onun sözlərinə görə, BVF MB-yə ölkənin bank sektorunda konsolidasiya həyata keçirməyi tövsiyə edib:
   "Hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir ki, bu da bir qədər çoxdur. Əvvəllər isə Azərbaycanda 80-ə yaxın bank işləyirdi. MB bunların sayını azaltdıqdan sonra ölkənin bank sektoru bir qədər inkişafa doğru getdi. Bankların sayı az olsa, MB tərəfindən onlara dəstək vermək asan olar". N. Omes onu da bildirib ki, BVF Azərbaycanın bank sektorunda rəqabəti bir qədər də gücləndirməyi tövsiyə edir. Qeyd edək ki, Azərbaycanda kommersiya banklarının nizamnamə kapitalı 10 milyon manat müəyyənləşdirilib. Artıq il yarımdır davam edən maliyyə böhranı banklara da ziyan vurub. Onlar bir tərəfdən xarici donorlarından məhrum olub, digər tərəfdən də yerli kredit alıcıları azalıb. Vaxtilə kredit alanlar da onu qaytarmaqda çətinlik çəkir. Belədə, bankların əksəriyyətində problemli kreditlərin həcmi katastrofik həddə çatmaqdadır. Bundan çıxış yollarından biri bankların birləşməsidir. Yəni bəzi banklar öz kapitallarını birləşdirməklə böhrandan üzüağ çıxa və gələcəkdə daha mühüm mövqe əldə edə bilər. Lakin təəssüf ki, Azərbaycandakı banklar, hətta müflisləşmə təhlükəsilə üz-üzə qalsalar da, birləşməyi özlərinə yaxın buraxmır. Görəsən, yerli mütəxəssislərin BVF-nin Azərbaycan bankları barədə verdiyi tövsiyələrə münasibəti necədir?
   İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun da fikrincə, özəl bankların sayı, ən azından, onların öz maraqları naminə azaldılmalıdır: "Bu gün Azərbaycanın bank sektorunda kifayət qədər ciddi problemlər var. Fevralın axırlarında əksər kommersiya banklarının hətta kiçik kredit verilişini dayandırması ondan xəbər verir ki, bu bankların likvidlik dərəcəsi aşağıdır. Belə bankların əksəriyyəti kreditlərin verilməsi və buna görə faizlərin alınması funksiyasını yerinə yetirə bilməyib. Bu gün kommersiya banklarının problemli kreditlərinin məbləği 300 milyon manata yaxındır. Problemli kreditlərin miqdarı beynəlxaq standartlarda olduğundan iki dəfə çoxdur. Bütün bunlar problemli kreditin kifayət qədər kritik həddə olduğundan xəbər verir. Bu faktlar bank sektorunda problemlərin olmasını göstərir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda makroiqtisadi stabilliyin tərəfdarıdır. Həmin qurumda başa düşürlər ki, bu gün Azərbaycanda olan kommersiya banklarının bəziləri əslində müflis olmaq həddindədir. Onlar nəinki kredit vermir, depozit öhdəliklərini yerinə yetirmir, hətta Mərkəzi Bankın müəyyənləşdirdiyi nizamnamə kapitalını formalaşdırmaq imkanları belə yoxdur. Mərkəzi Bank da problemli bankların olduğunu etiraf edir. Amma bununla belə, o, böhran başlanandan bəri heç bir bankın lisenziyasını geri almayıb. Mərkəzi Bank bunu ona görə etmir ki, bank sektoruna inamın azalması ehtimalından ehtiyatlanır. Bu səbəbdən də Beynəlxalq Valyuta Fondunun təklifi başadüşüləndir. Mərkəzi bank da başa düşür ki, bəzi ölmüş bankları saxlamaqla bank sektorunu inkişaf etdirmək mümkün deyil. Ona görə də 2009-cu ilin sonlarında Mərkəzi Bank bəzi kommersiya banklarına birləşmək təklifini irəli sürdü. Amma təəssüf ki, onlar bu təklifi nəzərə almayıb. Azərbaycan reallığı və sahibkarlıq mentaliteti buna imkan verməyib. Bizdə sahibkarlar müflis olmaqla barışır, amma birləşməyə üstünlük vermirlər. Bunun nəticəsidir ki, bəzi özəl banklar müflisləşmə ərəfəsindədir. Birləşdikdə isə onların birgə kapitalı Mərkəzi Bankın müəyyənləşdirdiyi limitdən çox olar və onlar fəaliyyətlərini bərpa edə bilərlər. O baxımdan, kommersiya banklarının sayının azaldılması vacibdir. Bu addım kifayət qədər radikal görünsə də, bank sektorunun sağlamlaşdırılmasına imkan verir. Azalma və bankların birləşməsi baş verərsə, onların kredit vermək və digər funksiyaları bərpa oluna bilər. Bankların sayının azalması qaçılmazdır. Belə olarsa, bank kreditlərinin faiz dərəcəsi də aşağı düşər. Addımın reallaşması bank sektorunun sağlamlaşdırılmasına zəmin yaradar".
   Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov belə tövsiyələrin bazar qanunlarına zidd olduğunu desə də, bəzi bankların birləşməsini məqsədəuyğun hesab edir: "Bu yalnız məsləhətdir, onu necə reallaşdırmaq isə Azərbaycanın özündən asılıdır. Bankların sayının azalması göstərişlə həyata keçirilə bilməz. Bu düzgün olmaz, çünki beynəlxalq iqtisadi qanunlara ziddir. Prinsip etibarilə o da bazar şəraitində formalaşıb. Beynəlxalq Valyuta Fondu, görünür bilir ki, bunu Azərbaycanda göstərişlə və yaxud hansısa başqa formada həyata keçirmək olar. Digər tərəfdən, Azərbaycanda həqiqətən də bir sıra banklar var ki, birbaşa funksiyalarını yerinə yetirmir və ya yerinə yetirə bilmir. Onların birləşməsi və ya başqa formada fəaliyyətini koordinasiyaya etməsi məqsədəmüvafiq olardı. Ümumiyyətlə, Azərbaycanda tək-tük bank öz funksiyalarını normal icra etmək qabiliyyətindədir. Əksəriyyəti isə müxtəlif şəxs və idarələrin nəzarəti altındadır və praktiki olaraq bank fəaliyyətini yerinə yetirmir".
   
Rüfət SULTAN
Yük maşınları Rusiya-Azərbaycan sərhədində qalıb
Samur keçid məntəqəsindən xəbəri qismən təkzib ediblər
Rusiyadan Azərbaycana müxtəlif ərzaq və sənaye məhsulları gətirən yük avtomaşınlarının Rusiya-Azərbaycan sərhədinin Dağıstan ərazisində, Məhərrəmkənd rayonunun Yaraq-Qazmalar keçid məntəqəsində böyük növbəsi yaranıb.
   Bu barədə avtomaşınları sərhədin Rusiya tərəfində qalan sürücülər məlumat verib. Onların sözlərinə görə, Azərbaycana müxtəlif çeşidli məhsullar gətirirlər və artıq beşinci gündür ki, sərhəddə növbə gözləyirlər. Vətəndaşlar ərzaq malları apardıqlarını və neçə gündür gözlədiklərini bildiriblər: "Gözləyirik, Dağıstanda dayanmışıq. Azərbaycan tərəfinin buraxmadığını deyirlər, dəqiq məlumat bilən yoxdur".
   Sürücülərin bildirdiyinə görə, Dağıstan tərəfində Azərbaycana keçmək üçün 300-ədək yük maşını növbə gözləyir. Sürücülər arasında Azərbaycana müxtəlif məhsullar gətirən Rusiya və Ukrayna vətəndaşları da var.
   Azərbaycanın Samur gömrük-keçid məntəqəsindən isə bildirilib ki, Dağıstan tərəfdə növbədə, iddia edildiyi kimi, 300 deyil, cəmi 53 yük maşını dayanıb və onların Azərbaycan tərəfinə keçməsində heç bir problem yoxdur. Sadəcə, Novruz bayramı ilə əlaqədar ölkəyə gətirilən məhsulların sayı artıb və onların hamısının prosedura uyğun olaraq tez bir müddətdə buraxılması texniki cəhətdən mümkün deyil.
   Gün ərzində isə normalar çərçivəsində Rusiyadan Azərbaycana 50-60 yük maşını buraxılır. Bununla belə, qarşıdakı 2 gün ərzində növbələrin minimum həddə çatdırılması üçün tədbirlərin görüləcəyi barədə Samur gömrük-keçid məntəqəsindən vəd verilib.
 
 
 SON XƏBƏRLƏR
2010-03-05 Azərbaycanda hərbi hissədə yanğın olub
2010-03-05 Sumqayıtda 23 yaşlı qız 5-ci mərtəbədən yıxılıb
2010-03-05 Gəncədə "Karvan" MMC-nin 5 kiloqram qızılı oğurlanıb
2010-03-05 Ucarın Rəstəcə kəndində ər arvadını qətlə yetirdi
2010-03-05 15-ci Polis Bölməsi iki il əvvəl öldürülüb basdırılmış meyitin sirrini tam açdı
2010-03-05 Xocasən, Balaxanı və Zığ bələdiyyəsi barədə cinayət işi başlandı
2010-03-05 Döyüş postunda yatan və yatmış əsgəri güllələyən hərbçilərin məhkəməsi başlayıb
2010-03-05 Belçikada PKK-ya qarşı əməliyyat keçirilib
2010-03-05 Qaradağdakı hərbi hissədə içində üç yaşlı körpə olan "Ĉiquli" yandı
2010-03-05 Tərtərdə bir əsgər öz hərbçi yoldaşını öldürdü
2010-03-05 İlham Əliyev "Şaxta faciəsinə" görə Saakaşviliyə başsağlığı verib
2010-03-05 İsrail əsgərinin "Feysbuk"dakı məlumatı hərbi əməliyyatı təhlükə qarşısında qoydu
2010-03-05 11 "reket qəzet" adının bu siyahıdan çıxarılması üçün Mətbuat Şurasına müraciət edib
2010-03-05 Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Tomas Hammarberqi qəbul edib
2010-03-05 Elmira Süleymanovanın parlamentə hesabatı təxirə salındı
2010-03-05 KİV-lərə Dəstək Fonduna 47 layihə verilib
2010-03-05 Naxçıvan nümayəndəliyi Bənənyarda 4 adamın ölüm səbəblərini açıqladı
2010-03-05 VİP Bakı Şəhər İcra Hakimiyyətini partiyalara qarşı ayrı-seçkilik etməkdə suçladı
2010-03-05 ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin vaxtı qurtarır
2010-03-05 Tərəfsiz Jurnalistlər Birliyinin "tərəfliliyi"...
2010-03-05 Rauf Arifoğlu onu izləyənlərin görüntülərini əldə etməyin mümkünlüyünü deyir
2010-03-05 Rail Rzayevin 200 minini oğurlayanların məhkəməsi martın 15-də başlayır
2010-03-05 "Şəmkirli Saşanı vuran "Qoca" mənim kürəkənimi də güllələyib"
2010-03-05 Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba öldü
2010-03-05 "Azadlıq"dan rədd cavabı olan DUİ Müsavat Partiyası ilə məsləhətləşmələri davam etdirəcək
2010-03-05 Mübariz Qurbanlı ABŞ Konqresindəki müzakirələrə "qızıl güllə" adı qoydu
2010-03-05 Mirhüseyn Musəvinin Şərqi Azərbaycan vilayətindəki tərəfdarlarından biri həbs edilib
2010-03-05 "Qeydiyyatdakı narkomanların yalnız 0,08 faizi tələbələrdir"
2010-03-05 Elçin Behbudov Eynulla Fətullayevin həbsxanadan göndərdiyi xəbərçilik söhbətinə cavab verdi
2010-03-05 "Azadlıq" bloku özü ayrıca seçki bloku təsis edəcək
2010-03-05 Avropa Birliyinin sədri AMİP, Ümid və ADP rəhbərlərini görüşə dəvət etmədi
2010-03-05 "Rəsulzadə-Elçibəy yolu" da müxalifətdə nifaqı dərinləşdirdi
2010-03-05 ABŞ İran sərhədlərinə qoşun cəmləyir(?)
2010-03-05 Öz seçki kampaniyasını ortabab maliyyələşdirə bilən neçə namizədiniz olacaq?
2010-03-05 "Azadlıq" bloku Müsavat və DUİ ilə müzakirə aparmaq təklifini rədd etdi
2010-03-05 "Azadlıq" bloku, ADP və Ümid partiyaları Müsavatı boykot edir(?)
2010-03-05 Azərbaycanın aldığı rus təyyarələri döyüşə tam yararsızdır(?)
2010-03-05 Avropadakı atom bombaları ləğv edilir
2010-03-05 Dəhşətli borca düşən Yunanıstan Aralıq dənizindəki adalarını satışa çıxara bilər
2010-03-05 ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP-ə gəldi
2010-03-05 "Nabukko" Qərb dövlətlərini üz-üzə qoydu
2010-03-05 Yük maşınları Rusiya-Azərbaycan sərhədində qalıb
2010-03-05 BVF-nin Azərbaycanda bankların sayının azaldılması təklifi ekspertlərin müzakirəsinə çıxdı
2010-03-05 Nəsimidə Yalçın Əzizov 4 adama 65 min pul "atdı"
2010-03-05 "Meşə qardaşları"nın apelyasiya məhkəməsi başlayıb
2010-03-05 Azərbaycanda qanunsuz tikililərin sayını müəyyənləşdirməkdə çətinliklər var
2010-03-05 Orduda psixoloqlar işləsə, mövcud fəsadlar yarıbayarı azalacaq
2010-03-05 İspanların oyunu Anrini şoka salıb
2010-03-05 Saşanın legionerlik arzusu puç oldu
2010-03-05 Qapıçı Rojerio Keni karyerası ərzində 88 qola imza atıb
2010-03-05 Lüksemburq - Azərbaycan oyunu İngiltərəni qarışdırdı
2010-03-05 "Yuventus" Qonsalo İquainə təklif göndərəcək
2010-03-05 2:1 də Foqtsu razı salmadı
2010-03-05 Quiza "Fənərbaxça"nı "Atletiko"ya dəyişə bilər
2010-03-05 Baş məşqçi ilə əlbəyaxa olan futbolçu "Standard"dan qovulur
2010-03-05 Kamran Ağayevin vəziyyəti müəmmalıdır
2010-03-05 AFFA legionerlərə limit tətbiq edə bilər
2010-03-05 Vəkil Lalə Hüseynovaya basqın edənə hökm oxundu
2010-03-05 Nəsimi rayonundakı alkoqol və tütün mağazalarında yoxlama aparılacaq
2010-03-05 GEM "şirniyyat yürüşlərinə" başladı
2010-03-05 5-ci, 29-cu və 39-cu polis bölmələri Bakıda itkin düşmüş üç adamı bir gündə tapdı
2010-03-05 Neftçalada bacısını qətlə yetirən Vüsal Babayevə 8 il həbs cəzası
2010-03-05 Marşrut avtobusu 8-ci kilometr bazarı qarşısında iki piyadanı vurdu
2010-03-05 "Nissan Motors"da aşkarlanan nasazlığa Azərbaycandakı satış mərkəzlərindən reaksiya verildi
2010-03-05 Ekologiya Nazirliyinin 5 saylı İdarəsi Siyəzəndə əməliyyat keçirdi
2010-03-05 Neftçalada traktorçu müəlliməni borc pul üstündə öldürdü
2010-03-05 Bakı-Quba yolunun beton layı partlayıb
2010-03-05 Seyid Camal Əzimbəyli İslam Vəqfini buraxandan sonra daha sərbəst olduğunu deyir
2010-03-05 MTRŞ "Space"ə meyxana yarışmasını dayandırmaq barədə tövsiyə verib
2010-03-04 Ordumuzun zabiti "Asiman" firmasının rəhbərini güllələdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009