05 Mart 2010-cı il, N 303(1202)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Siyasət
ABŞ Konqresi "erməni genosidi" barədə qətnamə qəbul etdi
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (623)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (414)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (409)
"Taleh açarı", ya "Tale açarı"? (401)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (387)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (386)
İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir (367)
Universitetlər Xocasən və Qobuya köçürülür... (365)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (350)
Polşa prezidentinin ölümü ilə bağlı ilk sensasiyalı bəyanat... (348)
SORĞU
Bu aşıqlardan hansını üstün bilirsiniz?
Aşıq Telli
Aşıq Namiq
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Azadlıq" bloku, ADP və Ümid partiyaları Müsavatı boykot edir(?)
Bəziləri buna oyundan kənar vəziyyətə salmaq da deyir
Arif Hacılı isə...
"Müsavat Partiyasının sözügedən partiyalardan heç də zəif olmayan bir çox tərəfdaşı var"
   
   "Belə bir birliyin yaranması kifayət qədər inandırıcı görünmür"

   
   Bu gün bəziləri tərəfindən nə qədər inkar olunsa da, etiraf etməliyik ki, Azərbaycanda müxalif siyasi düşərgədə vəziyyət acınacaqlı durumdadır. Xüsusən də özlərini neçə illərdir aparıcı müxalifət hesab edən partiyaların durumu kritik həddə çatıb və bu partiyalar zaman-zaman birlik görüntüsü yaratmağa çalışsalar da, reallıq tamamilə bunun əksini sübut edir.
   Bütün bunların nəticəsidir ki, hər seçki dönəmində cəmiyyətdə müşahidə olunan aktivlik dinamikası azalan xətt üzrə inkişaf edir ki, bu da müxalifət elektoratının seyrəlməsilə nəticələnir. Məsələn, 2000-ci il parlament seçkilərində müşahidə olunan aktivlik 2005-ci ildə keçirilən analoji seçkilərdə kəskin şəkildə aşağı düşdü. O cümlədən 2003-cü ildə keçirilən prezident seçkilərində mövcud olan aktivlikdən də əsər-əlamət qalmayıb. Ən azından, 2008-ci ilin prezident seçkiləri bunu bir daha sübut etdi. Ümumilikdə müxalifət düşərgəsində hökm sürən passivliyi şərtləndirən bir sıra obyektiv və subyektiv səbəblər var ki, bunların da ciddi təhlil olunmasına ehtiyac var. Məsələ ondadır ki, cəmiyyət stavka edəcəyi gücü müəyyənləşdirə bilmir. yəni bilmir ki, hansı partiyaya stovka etsin.
   İlk baxışdan belə təəssürat yaranır ki, bütün aparıcı müxalifət partiyaları bir araya gəlsələr, hansısa ciddi uğur əldə edəcəklər. Vahid birlik formatında seçkiyə gedilməsi dəfələrlə gündəmə gətirilsə də, əksər hallarda bir sıra müxalifət partiyaları bundan öz konyunktur maraqları naminə istifadə edib. İndi də analoji tendensiya müşahidə olunur. Məsələ ondadır ki, parlament seçkiləri günbəgün yaxınlaşır və 7 aydan sonra seçkilər keçiriləcək. Ancaq müxalifət partiyaları ortaq məxrəcə gəlmək əvəzinə, bir-birini daha çox ittiham etməklə, ümumiyyətlə, bir-birini qəbul etməməklə məşğuldu.
   Məsələn, müxalifət partiyalarının birliyilə bağlı danışıqlar gedərkən Müsavat Partiyasının rəsmilərindən biri mətbuata açıqlamasında bildirmişdi ki, onların iştirakı olmadan heç bir blok seçkidə uğur qazana bilməz. Bu da digər müxalifət partiyalarının ciddi narazılığına səbəb olmuşdu. Məhz o açıqlamadan sonra müxalif düşərgədə təmsil olunan partiyalar Müsavatsız birlik yaradıb seçkiyə getmək təşəbbüsünü açıq şəkildə ortaya qoymağa başladılar. Bunun nəticəsidir ki, artıq bir qrup müxalifət partiyalarının rəhbərləri arasında gedən müzakirələr razılaşma ilə nəticələnib. Belə ki, razılaşmaya görə, "Azadlıq" blokundakı partiyalarla ADP və Ümid Partiyası seçkiyə vahid namizəd siyahısı ilə qatılacaq. Hələlik bu razılaşmanın rəsmən ictimaiyyətə açıqlanmaması bir sıra məqamlardan xəbər verir. Bu da, öz növbəsində, sözügedən məsələ ilə bağlı müəyyən ehtimalların irəli sürülməsinə əsas verir. Ehtimallardan biri ondan ibarətdir ki, "Azadlıq" bloku, ADP və Ümid Partiyası bir araya gəlməklə Müsavat Partiyasını boykot edib, oyundankənar vəziyyətdə saxlamaq istəyir. Digər tərəfdən, ola bilər ki, sözügedən partiyalar bir araya gəlməklə Müsavat Partiyasına onlara qoşulmaqdan ötrü təzyiq edir. Ən nəhayət, sözügedən partiyaların bir araya gəlməsi daha çox məcburi birlik görüntüsünü yaradır desək, bəlkə də yanılmarıq. Ən azından bu partiyalar arasında münasibətlərin nə dərəcədə səmimi olduğu çoxlarına məlumdur.
   Bu və digər məsələlərlə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq. A.Hacılı deyilənlərlə bağlı ətraflı danışmaq istəməsə də, "Bakı-Xəbər"ə bəzi məqamlarla bağlı öz fikirlərini bildirdi: "Belə bir birlik yaranacaqsa, onlara ancaq uğurlar arzulaya bilərəm. Hərçənd, belə bir birliyin yaranması kifayət qədər inandırıcı görünmür. Müsavat Partiyası hazırda Azərbaycan cəmiyyətində elə bir mövqedədir ki, onu təkləmək və bu partiyaya təzyiq göstərmək çətindir. Konkret olaraq söhbət opponent siyasi partiyalardan gedir. Çünki Müsavat Partiyası tək qalacaqsa, xalqla birlikdə tək qalacaq. Onu da qeyd edim ki, Müsavat Partiyasının sözügedən partiyalardan heç də zəif olmayan bir çox tərəfdaşı var. İstənilən halda Müsavat Partiyası Rəsulzadə-Elçibəy yoluna bağlı olan ayrı-ayrı siyasi qüvvələrin, siyasi xadimlərin koalisiyasını yaratmağa nail olacaq".
   
Vidadi ORDAHALLI
"Azadlıq" bloku Müsavat və DUİ ilə müzakirə aparmaq təklifini rədd etdi
Əli Əliyev bu formatın indiki psixoloji duruma cavab vermədiyini deyir
Mirmahmud Mirəlioğlu isə "bəhanə gətirirlər" cavabını verdi
"Azadlıq" Bloku Demokratiya Uğrunda İttifaqın (DUİ) parlament seçkiləri ərəfəsində birgə müzakirələr aparmaqla bağlı müraciətinə mənfi cavab verib. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.
   Onun sözlərinə görə, Azadlıq blokunun dünən keçirilən toplantısında DUİ-nin müraciəti müzakirəyə çıxarılıb: "Tədbirdə Azadlıq blokunun seçki taktikası barədə də müzakirə aparılıb. Biz üçlük - Müsavat Partiyası, "Azadlıq" bloku və DUİ formatında müzakirələrin aparılmasını mövcud psixoloji vəziyyət şəraitində məqsədəuyğun hesab etmədik".
   Ə.Əliyev onu da bildirib ki, toplantıda blokun parlament seçkilərində iştirakı ilə bağlı müzakirələr aparılıb və bu məsələ ilə bağlı partiyaların daxilində diskussiyaların aparılması nəzərdə tutulub: "Azadlıq" blokunun əməkdaşlıq edəcəyi partiyaların müəyyənləşdirilməsi barədə də müzakirələr davam etdirilib. Amma bu barədə də konkret bir qərar qəbul edilmədi və müzakirələr növbəti toplantıda davam etdiriləcək".
   Blok təmsilçisinin sözlərinə görə, parlament seçkilərilə bağlı "Azadlıq" blokunun seçki bloku yaratması nəzərdə tutulur və bura digər partiyaların, həmçinin ictimai birliklərin də daxil olması mümkündür.
   "Mən mövcud siyasi şəraitdə psixoloji durum nədir, onu bilmirəm. "Azadlıq" blokunun qəbul etdiyi qərarda, yəqin ki, başqa məqsədlər var. Onlar psixoloji seçimlə məşğuldursa, o zaman bu məsələ mənlik deyil". Bunu isə APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu "Azadlıq" blokunun Demokratiya Uğrunda İttifaqın (DUİ) əməkdaşlıq təklifinə mənfi cavabını dəyərləndirərkən deyib. M.Mirəlioğlu bildirib ki, ittifaqın təklifini blok rəhbərliyinə təqdim edərkən onlar bunu normal qarşılayıb: "Amma bu gün başqa bir bəhanə gətirirlər. Biz onlara rəsmi müraciət etmişik və hazırda rəsmi cavab gözləyirik. Biz bu məsələlərlə bağlı açıqlamalara, müsahibələrə fikir versəydik, yanvarın 22-dən bəri gözləməzdik. Hesab edirəm ki, münasibətimizi bildirmək üçün rəsmi cavablarını da almalıyıq". M.Mirəlioğlu bundan sonra "Azadlıq" bloku ilə DUİ arasında əməkdaşlığın mümkün olub-olmaması barədə suala cavabında hər şeyin mümkün olduğunu deyib: "Amma adam əməkdaşlıq edənlərlə əməkdaşlıq edər. Əməkdaşlıq etməyənlərlə nə edə bilərik?! Bu gün "Azadlıq" bloku ilə əməkdaşlıq imkanları görünmür. Adamlar istəmirsə və məqsədəuyğun saymırsa, deməli, bu məsələ artıq birtərəfli şəkildə qapandı".
   
Xəbər xidməti
Öz seçki kampaniyasını ortabab maliyyələşdirə bilən neçə namizədiniz olacaq?
Partiya namizədlərinin seçki kampaniyyasını maliyyələşdirmə imkanları ilə bağlı sorğu keçirdik
AMİP, Əli Orucov: "Namizədlərin hansı imkana malik olmasını müəyyənləşdirmək çox çətindir"
   
   KXCP, Xəzər Teyyublu: "Partiya olaraq hansı namizədin, hansı imkana malik
   olduğunu xüsusi araşdırmamışıq"
   
   BAXCP, Elçin Mirzəbəyli: "Maliyyə vəsaitlərilə bağlı son qərar partiya siyahısının MSK-da təsdiq olunmasından sonra bəlli olacaq"

   
   Qarşıdan parlament seçkiləri gəlir. Normal seçki kampaniyası aparmaq üçün hər bir namizədə külli miqdarda vəsait lazım olur. Çünki kampaniya dövründə namizəd platformalarını, şəkillərini çap edib yaymalıdır. Həmçinin, seçicilərlə birbaşa görüşlər keçirməli və kütləvi informasiya vasitələrində təbliğat-təşviqat kampaniyası aparmalıdır.
   Bütün bunlar böyük vəsait tələb edir. O da sirr deyil ki, bəzən seçki kampaniyasında namizəd yüz min manatlarla maliyyə vəsaiti sərf edir ki, təki deputat seçilsin. Ancaq nəticədə buna nail ola bilmir.
   Ölkədəki partiyalar hələlik dövlət tərəfindən maliyyəlişdirilmir. Partiyaların öz imkanları da elə böyük deyil ki, partiya siyahısı ilə namizədliyini vermiş namizədlərin təbliğat-təşviqat kampaniyasını maliyyələşdirsin. O zaman bütün yük namizədin üzərinə düşür. O baxımdan maraqlıdır, partiyalar üzvləri arasında seçki kampaniyasını, ən azı, orta səviyyədə maliyyələşdirə biləcək namizədləri müəyyən etməklə bağlı araşdırma aparırmı? Eyni zamanda, neçə nəfər belə imkana malikdir? Sözügedən məsələ ilə bağlı münasibət öyrəndiyimiz partiya rəsmiləri bu barədə konkret açıqlama verməkdə çətinlik çəkdilər.
   Qəzetimizə açıqlama verən AMİP-in təbliğat və təşviqat katibi Əli Orucovun sözlərinə görə, parlament seçkilərinə hazırlıqla bağlı, partiya olaraq, tədbirlər planı hazırlayıblar: "İlk öncə onu qeyd edim ki, 38 dairə üzrə namizədlərimizi müəyyənləşdirmişik. Digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi rayon şuralarının səlahiyyətindədir. Həmin rayon şuraları daha yaxşı bilir ki, hansı namizəd seçkidə namizədliyini vermək imkanına və bacarığına malikdir. Hərtərəfli təhlillər aparırıq ki, hansı bölgədə AMİP namizədinin qalib gəlmək imkanları nə dərəcədədir. Ancaq bir reallığı da etiraf etmək lazımdır ki, bu gün müxalifət partiyalarının üzvü olan və namizədliyini verəcək şəxslərin maddi imkanları çox aşağı səviyyədədir. Məsələn, AMİP-də bir çox namizədlər var ki, onların nüfuzu, şəxsi keyfiyyəti parlament seçkilərində iştirak etməyə kifayət edir. Ancaq həmin namizədlərin maliyyə vəziyyəti onlara seçki təbliğatını aparmağa imkan vermir. Biz də çalışırıq, bu məsələ ilə bağlı ortaq məxrəc tapaq. Digər tərəfdən, müxalifət düşərgəsində namizədliyini verən və maliyyə vəziyyəti az-çox yaxşı olanlar bu barədə açıqlama verməkdən ehtiyat edir. Fikirləşirlər ki, hansısa informasiya sızacaq və əllərində olan az-çox vəsaiti itirəcəklər. Ona görə də namizədlərin hansı imkana malik olmasını müəyyənləşdirmək çox çətindir".
   KXCP-nin sədr müavini Xəzər Teyyublu hesab edir ki, seçkidə namizədliyini verən hər şəxs üçün maliyyə imkanları əsas faktorlardan biridir: "Seçicilərlə görüş, təbliğat-təşviqat işi, seçki qərargahının saxlanması maliyyəsiz mümkün deyil. Bütün bunlar hamısı pul deməkdir. Partiya olaraq, hansı namizədin hansı imkana malik olduğunu xüsusi araşdırmamışıq. Sadəcə, partiya olaraq, bunu namizədin öz öhdəsinə buraxmışıq. Çünki təşkilat olaraq, bizim bunun üçün maliyyə imkanımız yoxdur. KXCP-nin təşkilat olaraq elə imkanı yoxdur ki, ölkədəki 125 seçki dairəsi üzrə bütün namizədlərini maliyyələşdirsin. Hər namizəd öz imkanları çərçivəsində seçki kampaniyasına qoşulur. Digər tərəfdən, müxalif yönümlü namizədlərin maliyyə tapmaq imkanları indiki şəraitdə çox məhduddur".
   BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, adətən belə müzakirələr namizədlərin siyahısı tam dəqiqləşdikdən və qərar qəbul olunduqdan sonra aparılır: "Təbliğatın aparılmasının ümumi qaydaları var. Fərdi təbliğatın aparılması, adətən namizədlərin öz üzərinə düşür. Ancaq partiyanın ümumi şəkildə təbliğatının aparılması və namizədlərin partiya müstəvisində təşviqatının aparılması da siyasi qurumun üzərinə düşür. Fikrimcə, maliyyə vəsaitlərilə bağlı son qərar partiya siyahısının MSK-da təsdiq olunmasından sonra bəlli olacaq. Çünki bəlli sayda namizəd qeydiyyata alınmalıdır ki, ondan sonra təbliğat üçün lazım olan vəsaitin həcmi müəyyənləşsin. Bir məqam da var ki, bütün təbliğat pullu olmur axı. Partiya pulsuz təbliğat üçün efir əldə edirsə, o zaman maliyyəyə ehtiyac az olacaq. Başqa bir tərəfdən, namizəd seçicilərilə fərdi görüşlər keçirirsə, o zaman ümumiyyətlə maliyyə vəsaitinə ehtiyac olmur".
   
Vidadi ORDAHALLI
ABŞ Konqresi "erməni genosidi" barədə qətnamə qəbul etdi
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
ABŞ və Türkiyə arasında qondarma "erməni soyqırımı"na görə yaranan ziddiyyətin miqyası daha da böyüyə bilər. Belə ki, Türkiyə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində məlum məsələnin müzakirəsindən sonra "soyqırım" sözügedən palatanın müzakirəsinə çıxarılacağı təqdirdə, Amerika Birləşmiş Ştatlarındakı səfirini geri çağıra biləcəyini bəyan edib
   "Türkiyənin öz elçisini geri çağırması mümkünmü" sualına cavab verən və adının çəkilməsini istəməyən türk rəsmisi "Associated Press" agentliyinə bildirib ki, hər bir variant masa üzərindədir. Agentlik xəbər verir ki, rəsmi anonimlik şəraitində danışıb və məsələnin həssaslığı baxımından adının çəkilməsini istəməyib.
   Xarici işlər naziri Əhməd Davudoğlu isə bildirib ki, qətnamə Türkiyə-ABŞ münasibətlərinə, eləcə də Türkiyənin Ermənistanla barışıq səylərinə zərər vura bilər: "Dünyada və regionda sülhün əldə edilməsinə çalışan ölkənin belə bir qətnaməni qəbul etməsi başadüşülən olmazdı. Hamı bunu nəzərə almalıdır". Davudoğlu hazırda Vaşinqtonda olan Türkiyə nümayəndə heyətinin bunun qarşısını almaq üçün fəal iş apardığını xatırladıb: "Amma komitə qətnaməni qəbul edərsə, biz onun Konqresdə səsverməyə çıxarılmasının qarşısını almaq üçün səylər göstərəcəyik". Ankara ilə təzyiq dilində danışmağın mümkün olmadığını bir daha bildirən Əhməd Davudoğlu "Kim bizə təzyiq etmək istəyirsə, Türkiyəni yaxşı tanımır" deyərək qətnamənin qəbulunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə zərbə vuracağını bəyan edib.
   Xatırladaq ki, sonuncu dəfə ermənilərin Birinci Dünya Müharibəsi zamanı öldürülməsinin tanınmasına çağıran qətnamə Nümayəndələr Palatasına iki il yarım əvvəl göndərilib. Ondan sonra isə Türkiyə tərəfi bunu "insanlığa qarşı ən böyük ittiham" adlandıraraq, heç bir ölkənin belə böhtanı qəbul edə bilməyəcəyimi bəyan edib. Bu vaxta qədər Türkiyə qətnamənin qəbul olunmaması üçün milyonlarla dollar xərcləyib və buna nail olub.
   Vaşinqtona təzyiqlər 2007-ci ildən sonra səngidi. İndi problemin yenidən qabarması üzündən Türkiyədə millətçi əhval-ruhiyyə gərgindir və qətnamə keçərsə, buna reaksiya emosional olacaq.
   Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, Komitədə istənilən məsələ ilə bağıl səsvermədən sonra qanun layihəsinin yeni ünvanı 435 nəfərlik Nümayəndələr Palatası olur. Konkret olaraq "soyqırımla" bağlı sənədin isə Palatanın müzakirəsinə çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil. Bu məsələdə son qərar spiker Nensi Pelosinindir. O isə 1915-ci il hadisələrinin "soyqırım" olmasına inanan və erməni lobbisinə yaxın olan siyasətçidir.
   Nümayəndələr Palatası ilə yanaşı, oxşar qanun layihəsi 100 nəfərlik Senatda da müzakirəyə çıxarılmalıdır. Hazırda Senatın xarici əlaqələr komitəsində də "soyqırım"la bağlı qanun layihəsi var. Amma onun müzakirəsi hələ gündəliyə salınmayıb. Bu baxımdan, sənəd Nümayəndələr Palatasında müzakirə edilsə, hətta səs qazansa da, bu, sənədin qüvvəyə minmiş olması demək deyil. Bunun keçmişdə də örnəkləri olub. Oxşar qanun layihələrinin hər il 24 aprel ərəfəsində gündəmə gəlməsi bir ənənəyə çevrilib. Əvvəllər dörd dəfə belə cəhdlər olub. 1975 və 1984-cü illərdə Nümayəndələr Palatasında qanun layihələri qəbul olunub. Lakin sənəd Senatdan keçmədiyi üçün qüvvəyə minməyib. 2000 və 2007-ci illərdə isə ABŞ prezidentlərinin müdaxiləsindən sonra Nümayəndələr Palatası məsələni müzakirə olunmamış saxlayıb. Onu da bildirək ki, ABŞ-da prezidentin qanunvericilik proseslərinə müdaxilə etmək səlahiyyəti yoxdur. Amma milli təhlükəsizlik və dövlət maraqları təhlükə altında olanda prezident Senat və Nümayəndələr Palatasına xəbərdarlıq edə bilir.
   ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin səsverməsi başa çatdı. Qanun layihəsinin əleyhinə 22, lehinə isə 23 nəfər səs verib.
   Səsvermədən əvvəl Komitə üzvləri məsələyə münasibətlərini bildiriblər. Mayk Penke Türkiyənin ABŞ-ın böyük müttəfiqlərindən biri olduğunu bildirib. O bildirib ki, qanun layihəsinə "yox" deyəcək. Mayk Penke Türkiyənin Əfqanıstandakı rolunun önəminə də diqqət çəkib və İncirlik hərbi bazasının ABŞ üçün dəyəli olduğunu deyib.
   Respublikası Maykl T.Makkaul isə qanun layihəsi ilə bağlı mövqeyini belə açıqlayıb: "Keçmişdə bu qanun layihəsini dəstəkləyənlərdən biri idim. Bir irqin yox edilməsindən bəhs edildi. ABŞ Konqresi 25 il əvvəl bir qanun qəbul etmişdi. Mən Türkiyə hökumətinin də bunu qəbul etməsini istərdim. Türkiyə ilə Ermənistan arasındakı ilişkilərin normallaşması çox önəmlidir. Məncə, ermənilər və türklər keçmiş problemləri öz aralarında müzakirə etməlidirlər. Protokol var və hər iki hökumət bu prosesi davam etdirə biləcək durumdadır. Bu qanun layihəsinin protokolların ratifikasiyasının qarşısını alacağı düşüncəsindəyəm. Bu qanun layihəsi Ermənistana faydadan çox zərər verəcək. Nəticədə sənəd bizə və əsgərlərimizə də ziyan vuracaq".
   Demokrat Eni Faleomavaqa da Türkiyə ilə Ermənistan arasında müzakirələrə diqqət yetirib. O, Komitə sədri Hovartd Bermana sual verib ki, danışıqlar davam etdiyi bir şəraitdə qanun layihəsinin müzakirəyə çıxarılmasına nə ehtiyac olub.
   Komitə sədri Hovard Berman da dinləmələrin açılışında "Türkiyə bizim müttəfiqimizdir" deyib, lakin Türkiyənin soyqırımı iddialarını tanımalı olduğunu bildirib.
   ABŞ-da müzakirələrin getdiyi bir zamanda Türkiyə prezidenti Abdulla Gül baş nazir Rəcəb Tayib Ərdoğanla Çankaya Köşkündə görüşüb. Türkiyənin "İhlas" agentliyinin verdiyi məlumata görə, tərəflərin görüşü təxminən 1 saat 20 dəqiqə çəkib. Hələlik görüşün təfərrüatları barədə məlumat verilmir. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" qərar layihəsinin qəbul edilməsi ilə bağlı Türkiyə hökuməti açıqlama yayıb. APA-nın Türkiyə Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, hökumət açıqlamasında layihənin qəbulundan təəssüfləndiyini bildirib: "Türk xalqının heç vaxt törətmədiyi bir cinayətdə ittiham edilməsini pisləyirik".
   Açıqlamada Türkiyənin ABŞ-dakı səfiri Namiq Tanın artıq geri çağırıldığı da bildirilib.
   
Sahil QULİYEV
ABŞ İran sərhədlərinə qoşun cəmləyir(?)
Bazar günü İraqdakı parlament seçkilərində gərgin olaylar yaşana bilər
Nüvə məsələsinə görə ciddi ziddiyyət yaşayan ABŞ və İran bu dəfə İraqda üz-üzə gəlməkdədir. Buna əsas səbəb bazar günü ıraqda keçiriləcək parlament seçkiləridir. İraqda hələ də yüz min hərbi qüvvəsi olan Birləşmiş Ştatlar ümid bəsləyir ki, seçkilər onların buranı tərk etməsi planlarına bir növ yol açacaq.
   Lakin İraqda sünni və şiə icmaları arasında gərginliyin artmasından sonra Birləşmiş Ştatlar qonşu İranı seçkilərin nəticələrinə təsir etmək cəhdlərində günahlandırıb. Və bəziləri indi Amerika qüvvələri İraqı tərk edəndən sonra İranın yaranan bu qüvvə boşluğunu doldurmağa çalışacağını proqnozlaşdırı. Məlumatlara görə, İran-İraq sərhədindən son dövrlər silahların qaçaqmalçılıq yolu ilə gətirilməsi halları da çoxalıb.
   Birləşmiş Ştatlar bu silahları aşkar etmək üçün infra-qırmızı və termik görüntülər texnologiyasından istifadə etsə də, indiyədək hələ ki, çox az uğur qazanıblar. İraqın şərqində, İranla sərhəd ərazisində yerləşən Diyala əyalətindəki Birləşmiş Ştatların qoşunlarının rəhbəri olan polkovnik Devid Fank bildirir ki, bu silahların ən azı bir hissəsi İranın İnqilab Keşikçiləri tərəfindən təmin olunur: "İran hökumətində bəziləri açıq-aşkar İraqın qüvvətli dövlətə çevrilməsini istəmir. Və İrana sərf edir ki, İraq, potensialına uyğun olaraq, çox qüvvətli ölkə olmaq əvəzinə bir növ oyuncaq qonşu kimi qalsın. Buna görə də o, qərbindəki qonşusunun zəif olmasına çalışır".
   Amerikalılar hesab edir ki, İran şiə siyasi partiyaların maliyyələşdirilməsinə milyonlarla dollar yönəldir. Amerikalı general-mayor Stiven Lanza bununla bağlı bildirir: "Bəzi hallarda bizim düşməncəsinə adlandırdığımız təsir İrandan gəlir. Bu hökumətdən daxil olan həm maliyyə, həm də digər resurslardır ki, seçkilərə təsir etmək, onu dəyişmək məqsədi daşıyır". Bəzi ekspertlər isə bildirir ki, İran bilərəkdən ABŞ hərbi qüvvələrinin İraqı tərk etməsinə imkan vermir. Çünki bundan sonra əsas hədəfin özü ola biləcəyini düşünür. Bu səbəbdən qarşıdakı dövr ərzində İraqda ABŞ və İran arasında qarşıdurmanın daha radikal xarakter alacağı gözlənir. Buna yol verməmək üçün isə ABŞ İrana qarşı təzyiq və sanksiyaları daha da gücləndirməyi düşünür.
   Digər məlumata görə isə, ABŞ İran-İraq sərhədinə əlavə hərbi qüvvə cəmləşdirməkdədir. İstisna olunmur ki, İran buradan İraqın daxili işlərinə müdaxilə edərsə, ABŞ sərhəd boyu yerləşən İran təxribatçı qüvvələrinə zərbə endirə bilər.
   ABŞ-ın aparıcı mətbu orqanlarından sayılan "New York Times" qəzeti yazır ki, ABŞ, artıq bir müddətdir ki, İranla sanksiya dilində danışır: "İranın hazırkı siyasəti davam edəcəksə, əminliklə demək olar ki, qarşıdan gələn həftələrdə İrana növbəti sanksiyalar tətbiq olunacaq". Lakin qəzet bu növ sanksiyaların rejimə o qədər də ciddi zərbə vurmadığı qənaətindədir: " Belə qadağalara hədəf olan şirkət Dubay və ya başqa məkanlarda şirkət açaraq öz fəaliyyətini davam etdirir. Şimali Koreyadan fərqli olaraq, İranın iqtisadiyyatı mürəkkəbdir və onu asanlıqla zəiflətmək mümkün deyil. Sanksiyalar əvəzində ABŞ İrana senzuranın qarşısını alacaq texnologiyaların axışmasına şərait yaratmalıdır. Hazırda İran rəhbərliyinin ən çox qorxduğu şey sanksiyalar yox, müxalifət tərəfdarlarının təşkilatlanması və növbəti tədbirləridir. Bu yaxınlarda iranlı mühəndislər "Haystack" adlanan softveyr icad ediblər ki, bu da hökumətin nəzarətindən yayınaraq internetə sərbəst çıxışı təmin edir. Bu növ proqramların İran xalqına çatdırılması İslamçı rejimlə mübarizədə qat-qat effektiv olmaqla, Qərbin də maraqlarına xidmət etmiş olar".
   "The Los Angeles Times" isə yazır ki, İran BMT nüvə agentliyinə yönəlik siyasətini dramatik şəkildə dəyişib. Qəzet bunu BMT-nin son hesabatını və agentliyin yeni direktorunu İranın sərt tənqid etməsilə sübuta yetirməyə çalışır: "İranın ali dini lideri Ayətulla Əli Xamneyi BMT-nin nüvə agentliyini sərt tənqid edib. "Beynəlxalq Atom Enerji Agentliyinin hesabatı bu qurumun müstəqil olmadığını göstərir" deyə Xamneyi Tehranda İran diplomatlarına bildirib. O deyib ki, agentlik Amerika və başqa ölkələrin qarşısında baş əyməməlidir, çünki belə hərəkətlər Nüvə Agentliyinin və BMT-nin reputasiyasına xələl gətirir". Qəzet yazır ki, yapon diplomat Yukiyo Amani misirli Məhəmməd Əl Baradeyinin 12 illik sədrliyindən sonra dekabrda agentliyin rəhbəri olub:
   "Onun rəhbərliyilə ilk hesabatını açıqlayan agentlik ilk dəfə olaraq İranın nüvə silahı əldə etməyə çalışa bilməsini açıqladı. İranın buna reaksiyası isə, xüsusilə Amano üzərində cəmləşərək çox sərt oldu. "Amanonun cənab Baradeyi kimi məlumatlı olması üçün vaxt lazımdır. Bu hələ onun ilk hesabatıdır"-deyə İranın xarici işlər naziri Manuçehr Möttəki bildirib".
   "The Wall Street Journal"ın "İrana qarşı sanksiyalarda yeni an" başlıqlı yazısında isə deyilir ki, Yukiya Amano agentliyə sədr olandan bəri Avstriya paytaxtı Vyanada keçirdiyi ilk mətbuat konfransında qurumun İranla bağlı hesabatını müdafiə edib. Qəzetin məlumatına görə, agentliyin icraçı üzvlərinin toplantısında Təhlükəsizlik Şurasına İrana mümkün sanksiyaların tətbiqilə bağlı müzakirələrin aparılacağı gözlənir.
   
Tahir TAĞIYEV
"Rəsulzadə-Elçibəy yolu" da müxalifətdə nifaqı dərinləşdirdi
"Bu yolun xidmətçiləri YAP-da da var"
Arif Hacılı "Əli Əliyevin onları düz başa düşmədiyini" dedi
Parlament seçkiləri ərəfəsində birlik niyyəti heç cür alınmayan müxalifət partiyaları arasında daha bir ziddiyyət yaranmaqdadır. Bu, Müsavat Partiyası tərəfindən irəli sürülən yeni birlik modelilə bağlıdır. Xatırladaq ki, bu günlərdə sözügedən partiya 2010-cu il parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı Rəsulzadə-Elçibəy ideyasına sadiq partiyaların birliyinin yaradılması təklifini irəli sürüb.
   Bu sırada isə ilk olaraq Müsavat, AXCP, KXCP-nin adları qeyd olunub. Bildirilib ki, belə birliyə digər partiyaların, ictimai təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun sayılır.
   Lakin görünür, Müsavat Partiyasının ortaya atdığı "Rəsulzadə-Elçibəy yoluna sadiq partiyalar" birliyi ideyası digər müxalif partiyalar tərəfindən heç də birmənalı qarşılanmayıb. Məsələn, "Azadlıq" blokun adaxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sözügedən məsələni "milli. az" portalına şərh edərkən bunu "cəmiyyətə ötürülən piar xarakterli məsələ" kimi dəyərləndirib: "Rəsulzadə irsi heç bir partiyanın şəxsi mülkiyyəti deyil. Rəsulzadə Azərbaycanın qurucusudur, onun tarixi irsi, Azərbaycan xalqına bəxş etdikləri hamıya məxsusdur. Heç kim, heç bir partiya özünü onun varisi elan edib cəmiyyətə sırıya bilməz. O ki, qaldı Elçibəyə, o da bu gün AXCP-nin varisi olduğu təşkilatın rəhbəri olub. Bu partiya isə "Azadlıq" blokunun həmtəsisçisidir. Göründüyü kimi, Müsavat Partiyası haqsızlığa yol verir və hansısa sahələrdə monopoliya yaratdığını göstərmək istəyir. Rəsulzadə yolu Azərbaycanın bütün demokratik qüvvələrinin, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində maraqlı olan bütün qüvvələrin yoludur. Hakimiyyətdə, YAP-da dövlətçiliyə xidmət edən insanlar var. Ona görə də Rəsulzadəni bir partiyanın inhisarına almaq cəhdi gülünc, əsası olmayan cəhddir. Bu cür aldadıcı tezislərlə cəmiyyəti səhv istiqamətə yönəltmək uğursuzluğa uğrayacaq"".
   Müsavat Partiyası isə məsələyə bir qədər fərqli prizmadan yanaşır. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Vətəndaş və İnkişaf Partiyası sədrinin açıqlamasını cavablandırarkən Ə.Əliyevin onların təklifini başa düşmədiyini bildirib: "Əslində bizim verdiyimiz təklifin mahiyyətinə diqqət yetirilsə, aydın görünəcək ki, Rəsulzadəni inhisara almaq iddiasından uzağıq. Əksinə, bütövlükdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların Rəsulzadə-Elçibəy ideyaları ətrafında birləşməsini təklif edirik".
   A.Hacılı sözügedən portala açıqlamasında vurğulayıb ki, Rəsulzadəni inhisara lmaqları ilə bağlı ittihamın heç bir əsası yoxdur: "Biz Rəsulzadəni inhisara alsaydıq, elə deyərdik ki, Rəsulzadə ardıcılları, onun irsinə sadiq olanlar məhz Müsavat Partiyasındadır. Bu ideyalara bağlı olanların bir araya gəlməsini təklif ediriksə, deməli biz digər qüvvələrin də mövcudluğunu, Rəsulzadə yolunun davamçılarının Müsavatın spektrindən də geniş miqyası əhatə etdiyini qəbul edirik. Görünür, Əli Əliyev təklifimizin mahiyyətini başa düşməyib".
   Müstəqil ekspertlər isə bildirir ki, baş verənlər əslində müxalifətdaxili ziddiyyətlərin növbəti təzahürü kimi dəyərləndirilə bilər. Çünki faktiki olaraq bu, müxalifətin artıq daha böyük ziddiyyətlər məcrasına yuvarlandığını göstərir. Digər tərəfdən o d avurğulanır ki, proseslərin ümumi gedişi bir daha müxalif qüvvələrin birlik yox, parçalanmış şəkildə seçkilərə qatılacağını göstərir. Artıq bilindiyi kimi, "Azadlıq" bloku ilə Müsavat Partiyasının bir araya gəlməsi mümkünsüzləşib. Eyni zamanda blokla Demokratiya Uğrunda İttifaqın (DUİ) yeni birlik, yaratması da ciddi sual altındadır. Xatırladaq ki, "Azadlıq" bloku Demokratiya Uğrunda İttifaqın parlament seçkiləri ərəfəsində birgə müzakirələr aparmaqla bağlı müraciətinə mənfi cavab verib.
   Blok Müsavat Partiyası, "Azadlıq" və DUİ formatında müzakirələrin aparılmasını mövcud psixoloji vəziyyət şəraitində məqsədəuyğun hesab etməyib. İstisna olunmur ki, "Azadlıq" bloku digər siyasi qüvvələrlə birlik yaratmağa can atacaq. Bunu Əli Əliyevin mediaya verdiyi açıqlamalar da təsdiq edir: "Biz taym-aut götürmüşük.
   Bu həftənin sonunda partiyaların kollegial iclaslarında blokun qərar layihələri müzakirə olunacaq. Daha sonra seçki blokunda əməkdaşlıq etməyi planlaşdırdığımız partiyalarla, onların rəhbərliyilə görüşlərimiz olacaq. Gələn həftənin əvvəllərində isə "Azadlıq" blokunun növbəti iclasını keçirib, yaradacağımız blok və ümumiyyətlə seçki ilə bağlı qərarlarımızı ictimaiyyətə açıqlayacağıq".
   
Tahir TAĞIYEV
Avropa Birliyinin sədri AMİP, Ümid və ADP rəhbərlərini görüşə dəvət etmədi
Nurəddin İsmayılov: "Bu barədə xəbərsiz olduğumdan, məsələyə tam mükəmməl cavab verə bilməyəcəyəm"
Əli Orucov: "Bizə dəvət gəlməyib"
   
   İqbal Ağazadə: "Şəhərdə olmadığım üçün görüşə bilmədim"

   
   Seçki günü yaxınlaşdıqca beynəlxalq qurum nümayəndələrinin ölkəmizə səfərləri də intensivləşir. Bu səfərlər çərçivəsində həmin qurumların nümayəndələri, iqtidar təmsilçilərilə yanaşı, müxalifətdən olan siyasilərlə də görüşür. Bakıda səfərdə olan Avropa İttifaqına (Aİ) sədrlik edən İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinosun başçılıq etdiyi nümayəndə heyəti srağagün müxalifət təşkilatlarının rəhbərlərilə görüşüb.
   Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazovun iştirak etdiyi görüşdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, Aİ-Azərbaycan münasibətləri, Azərbaycanda siyasi məhbuslar problemi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Dəvət olunanlardan biri Müsavat Partiyasının başqanı İsa Qəmbər olsa da, o tədbirə qatılmayıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuata verdiyi məlumata görə, İ.Qəmbərin görüşdə iştirak etməməsi sırf texniki problemlə bağlı olub: "Moratinosun Azərbaycana gəlişi bir neçə saat gecikdiyi üçün görüşün vaxtı da bir neçə dəfə dəyişdirildi. Bu səbəbdən İsa Qəmbər görüşdə iştirak edə bilməyib". Maraqlıdır ki, beynəlxalq təşkilat rəhbərlərinin son görüşlərində müxalifətdə olan bir sıra partiyaların rəhbərləri ümumiyyətlə görünmür. Keçən ayın ortalarında ATƏT-in Qazaxıstandan olan yeni sədrinin müxalifətlə görüşündə AMİP və ADP kimi siyasi təşkilatlar iştirak etməmişdi. Daha doğrusu, onlar görüşə dəvət olunanlar sırasında olmayıb. Moratinosla görüşdə, həmin partiyalarla yanaşı, Ümid Partiyasından da iştirak edən olmayıb. Görəsən niyə?
   AMİP sədrinin müavini Əli Orucov dəvət edilmədiklərini bildirdi: "Bizə dəvət gəlməyib. Belə görüşlərin hansı kriteriya və prinsiplərlə müəyyənləşdiyini bilmirik, bu bizə məlum deyil. Amma qəribədir ki, Avropa Azərbaycanda demokratik təsisatların inkişafı və demokratik institutların mövcud durumu ilə maraqlanmaq və bunu yerində araşdırmaq istəyirsə, burada aparıcı qüvvələrdən biri olan AMİP-in protokola salınmaması bizdə bir qədər təəccüb doğurur. Nədən avropalı dostlarımız belə seçim edib? Biz İsveç səfərində olarkən onlara öz iradlarımızı bildirdik.Onlar da bu məsələnin araşdırılaraq müvafiq addımlar atılacağına söz vermişdi. Hələlik bu sahədə ciddi irəliləyiş görünmür. Düşünürəm ki, bu istiqamətdə ciddi araşdırmanın aparılmasına nail olacağıq. Ölkənin aparıcı siyasi qüvvəsi kənarda saxlanır, sosial dayaqları məhdud olan və ya olmayanlar isə görüşlərə dəvət olunur. Belə görüşlərin mahiyyəti nədir və bundan avropalılar nə qazanır? Hələlik bu suallara aydınlıq gətirilməsinə nail olmamışıq. Güman edirəm ki, avropalı qonaqlar ölkədə cəmiyyətə təsir edə bilən siyasi qüvvələrlə o qədər də geniş kontakt yaratmamağa çalışır. Bu gün Azərbaycandakı siyasi vəziyyətin belə acınacaqlı hala salınmasının əsas günahkarlarından biri də məhz avropalı dostlarımızdır".
   ADP sədrinin mətbuat məsələləri üzrə müavini Nurəddin İsmayılov rəhbərlərinin sözügedən görüşə dəvət olunub-olunmadığından xəbərsizdir: "Bu barədə xəbərsizəm.
   Ona görə də bu məsələyə tam mükəmməl cavab verə bilməyəcəyəm. Amma son vaxtlar beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Birliyindən gələn nümayəndələrdə bir qrup müxalifət təmsilçisi və daha çox iqtidar nümayəndələrilə görüşmək tendensiyası formalaşıb. Bu da onların demokratiyaya münasibətini aşkarlayır. Həmin fakt Qərb dairələrinin demokratiyadan öncə özlərinin iqtisadi maraqlarına önəm verməsinin nəticəsidir. Bu onların demokratiya vədlərinin tamamilə riyakar vəd olduğunu da üzə çıxardı. Belə hallar Azərbaycanda vəziyyətin heç də normallaşmasına hesablanan addımlar deyil".
   Ümid Partiyası isə görüşə texniki problemlər səbəbindən qatıla bilməyib. Bu barədə məlumat verən partiya sədri İqbal Ağazadə həmin gün şəhərdən kənarda olduğunu dedi: "Həmin gün şəhərdə yox idim. Onlar isə şəxsən özümün iştirak etməsi məsələsini qoymuşdular. Mən də şəhərdə olmadığım üçün görüşə bilmədim. Yəni orada olmamağımız sırf texniki səbəblərlə bağlı idi. Qalan bütün görüşlərin hamısında biz iştirak etmişik".
   
Rüfət SULTAN
"Azadlıq" bloku özü ayrıca seçki bloku təsis edəcək
"Azadlıq" blokunun martın 3-də keçirilən iclasında parlament seçkilərilə bağlı seçki blokunun yaradılması üçün ilkin razılaşma əldə olunub.
   Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının birgə seçki bloku yaradılması nəzərdə tutulur". Bu barədə cümə axşamı Trend News-a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Əliyevin sözlərinə görə, yaranacaq seçki bloku ilə bağlı xüsusi layihə də hazırlanıb. "Bu qərar partiyalar daxilində müzakirə ediləcək. Qərarımız dəstəklənəcəksə, bundan sonra bloka qoşulmasını istədiyimiz digər qüvvələrlə məsləhətləşmələrə başlayacağıq. Bizə daxil olan təklifləri də dəyərləndirəcəyik" - VİP sədri əlavə edib. Onun fikrincə, seçki blokuna ictimai təşkilatlar da qoşula biləcək. Vahid namizədlər məsələsinə gəldikdə, Əliyev deyib ki, bu məsələnin müzakirəsinə seçki bloku elan olunandan sonra başlanacaq. "Biz istəyirik deputatlığa namizədlərimizi digər seçki bloklarının, yaxud ayrı-ayrı partiyaların namizədlərilə razılaşdıraq. Buna nail ola bilsək, onları ümummüxalifət namizədləri kimi cəmiyyətə təqdim edə biləcəyik", - VİP sədri vurğulayıb.
 
 
 SON XƏBƏRLƏR
2010-03-05 Azərbaycanda hərbi hissədə yanğın olub
2010-03-05 Sumqayıtda 23 yaşlı qız 5-ci mərtəbədən yıxılıb
2010-03-05 Gəncədə "Karvan" MMC-nin 5 kiloqram qızılı oğurlanıb
2010-03-05 Ucarın Rəstəcə kəndində ər arvadını qətlə yetirdi
2010-03-05 15-ci Polis Bölməsi iki il əvvəl öldürülüb basdırılmış meyitin sirrini tam açdı
2010-03-05 Xocasən, Balaxanı və Zığ bələdiyyəsi barədə cinayət işi başlandı
2010-03-05 Döyüş postunda yatan və yatmış əsgəri güllələyən hərbçilərin məhkəməsi başlayıb
2010-03-05 Belçikada PKK-ya qarşı əməliyyat keçirilib
2010-03-05 Qaradağdakı hərbi hissədə içində üç yaşlı körpə olan "Ĉiquli" yandı
2010-03-05 Tərtərdə bir əsgər öz hərbçi yoldaşını öldürdü
2010-03-05 İlham Əliyev "Şaxta faciəsinə" görə Saakaşviliyə başsağlığı verib
2010-03-05 İsrail əsgərinin "Feysbuk"dakı məlumatı hərbi əməliyyatı təhlükə qarşısında qoydu
2010-03-05 11 "reket qəzet" adının bu siyahıdan çıxarılması üçün Mətbuat Şurasına müraciət edib
2010-03-05 Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Tomas Hammarberqi qəbul edib
2010-03-05 Elmira Süleymanovanın parlamentə hesabatı təxirə salındı
2010-03-05 KİV-lərə Dəstək Fonduna 47 layihə verilib
2010-03-05 Naxçıvan nümayəndəliyi Bənənyarda 4 adamın ölüm səbəblərini açıqladı
2010-03-05 VİP Bakı Şəhər İcra Hakimiyyətini partiyalara qarşı ayrı-seçkilik etməkdə suçladı
2010-03-05 ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin vaxtı qurtarır
2010-03-05 Tərəfsiz Jurnalistlər Birliyinin "tərəfliliyi"...
2010-03-05 Rauf Arifoğlu onu izləyənlərin görüntülərini əldə etməyin mümkünlüyünü deyir
2010-03-05 Rail Rzayevin 200 minini oğurlayanların məhkəməsi martın 15-də başlayır
2010-03-05 "Şəmkirli Saşanı vuran "Qoca" mənim kürəkənimi də güllələyib"
2010-03-05 Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba öldü
2010-03-05 "Azadlıq"dan rədd cavabı olan DUİ Müsavat Partiyası ilə məsləhətləşmələri davam etdirəcək
2010-03-05 Mübariz Qurbanlı ABŞ Konqresindəki müzakirələrə "qızıl güllə" adı qoydu
2010-03-05 Mirhüseyn Musəvinin Şərqi Azərbaycan vilayətindəki tərəfdarlarından biri həbs edilib
2010-03-05 "Qeydiyyatdakı narkomanların yalnız 0,08 faizi tələbələrdir"
2010-03-05 Elçin Behbudov Eynulla Fətullayevin həbsxanadan göndərdiyi xəbərçilik söhbətinə cavab verdi
2010-03-05 "Azadlıq" bloku özü ayrıca seçki bloku təsis edəcək
2010-03-05 Avropa Birliyinin sədri AMİP, Ümid və ADP rəhbərlərini görüşə dəvət etmədi
2010-03-05 "Rəsulzadə-Elçibəy yolu" da müxalifətdə nifaqı dərinləşdirdi
2010-03-05 ABŞ İran sərhədlərinə qoşun cəmləyir(?)
2010-03-05 Öz seçki kampaniyasını ortabab maliyyələşdirə bilən neçə namizədiniz olacaq?
2010-03-05 "Azadlıq" bloku Müsavat və DUİ ilə müzakirə aparmaq təklifini rədd etdi
2010-03-05 "Azadlıq" bloku, ADP və Ümid partiyaları Müsavatı boykot edir(?)
2010-03-05 Azərbaycanın aldığı rus təyyarələri döyüşə tam yararsızdır(?)
2010-03-05 Avropadakı atom bombaları ləğv edilir
2010-03-05 Dəhşətli borca düşən Yunanıstan Aralıq dənizindəki adalarını satışa çıxara bilər
2010-03-05 ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP-ə gəldi
2010-03-05 "Nabukko" Qərb dövlətlərini üz-üzə qoydu
2010-03-05 Yük maşınları Rusiya-Azərbaycan sərhədində qalıb
2010-03-05 BVF-nin Azərbaycanda bankların sayının azaldılması təklifi ekspertlərin müzakirəsinə çıxdı
2010-03-05 Nəsimidə Yalçın Əzizov 4 adama 65 min pul "atdı"
2010-03-05 "Meşə qardaşları"nın apelyasiya məhkəməsi başlayıb
2010-03-05 Azərbaycanda qanunsuz tikililərin sayını müəyyənləşdirməkdə çətinliklər var
2010-03-05 Orduda psixoloqlar işləsə, mövcud fəsadlar yarıbayarı azalacaq
2010-03-05 İspanların oyunu Anrini şoka salıb
2010-03-05 Saşanın legionerlik arzusu puç oldu
2010-03-05 Qapıçı Rojerio Keni karyerası ərzində 88 qola imza atıb
2010-03-05 Lüksemburq - Azərbaycan oyunu İngiltərəni qarışdırdı
2010-03-05 "Yuventus" Qonsalo İquainə təklif göndərəcək
2010-03-05 2:1 də Foqtsu razı salmadı
2010-03-05 Quiza "Fənərbaxça"nı "Atletiko"ya dəyişə bilər
2010-03-05 Baş məşqçi ilə əlbəyaxa olan futbolçu "Standard"dan qovulur
2010-03-05 Kamran Ağayevin vəziyyəti müəmmalıdır
2010-03-05 AFFA legionerlərə limit tətbiq edə bilər
2010-03-05 Vəkil Lalə Hüseynovaya basqın edənə hökm oxundu
2010-03-05 Nəsimi rayonundakı alkoqol və tütün mağazalarında yoxlama aparılacaq
2010-03-05 GEM "şirniyyat yürüşlərinə" başladı
2010-03-05 5-ci, 29-cu və 39-cu polis bölmələri Bakıda itkin düşmüş üç adamı bir gündə tapdı
2010-03-05 Neftçalada bacısını qətlə yetirən Vüsal Babayevə 8 il həbs cəzası
2010-03-05 Marşrut avtobusu 8-ci kilometr bazarı qarşısında iki piyadanı vurdu
2010-03-05 "Nissan Motors"da aşkarlanan nasazlığa Azərbaycandakı satış mərkəzlərindən reaksiya verildi
2010-03-05 Ekologiya Nazirliyinin 5 saylı İdarəsi Siyəzəndə əməliyyat keçirdi
2010-03-05 Neftçalada traktorçu müəlliməni borc pul üstündə öldürdü
2010-03-05 Bakı-Quba yolunun beton layı partlayıb
2010-03-05 Seyid Camal Əzimbəyli İslam Vəqfini buraxandan sonra daha sərbəst olduğunu deyir
2010-03-05 MTRŞ "Space"ə meyxana yarışmasını dayandırmaq barədə tövsiyə verib
2010-03-04 Ordumuzun zabiti "Asiman" firmasının rəhbərini güllələdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009