05 Mart 2010-cı il, N 303(1202)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Siyasət
ABŞ Konqresi "erməni genosidi" barədə qətnamə qəbul etdi
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (623)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (415)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (409)
"Taleh açarı", ya "Tale açarı"? (401)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (387)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (386)
İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir (367)
Universitetlər Xocasən və Qobuya köçürülür... (365)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (350)
Polşa prezidentinin ölümü ilə bağlı ilk sensasiyalı bəyanat... (348)
SORĞU
Bu aşıqlardan hansını üstün bilirsiniz?
Aşıq Telli
Aşıq Namiq
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Nabukko" Qərb dövlətlərini üz-üzə qoydu
Bolqarıstan ABŞ və digər Avropa dövlətlərini "soyuq dəmir döyməkdə" ittiham etdi
Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya boyu uzana biləcək əsas qaz marşrutu kimi dəyərləndirilən "Nabukko" kəməri ətrafında yenidən maraqlı hadisələr cərəyan etməkdədir. Buna əsas səbəb kəmərlə bağlı Bolqarıstan hökumətinin açıq ittihamlara başlaması, Avropa və ABŞ-ı qəti addımlar atmamaqda günahlandırmasıdır.
   Bilindiyi kimi, milyardlarla dollar dəyəri olan bu kəmərin kimin tərəfindən qazla təchiz ediləcəyi barədə sualla yanaşı, onun tikilişinə maliyyə ayrılması kimi suallar lap əvvəldən "Nabukko"nun gələcəyi üçün ciddi problemlər yaratmışdı. İki gün əvvəl isə Sofiyada sona çatmış enerji sammitində Bolqarıstanın baş naziri Boris Boykov açıq şəkildə şikayət edib ki, ABŞ və Avropa İttifaqı layihəni yalnız sözdə dəstəkləyir. Qeyd edək ki, məlumatlara görə, əslində bu il "Nabukko" inşa olunduqdan sonra onun qazla təchizatı sazişlərinin bağlanacağı və investisiya qərarlarının qəbul ediləcəyi gözlənir. Bu həlledici ildə "Nabukko" layihəsinin reallaşması istiqamətində işlərin nə yerdə olmasına "Nabukko" konsorsiumunun rəhbəri Raynhard Mitçek belə cavab verir: "Hazırda qaz alıcıları Azərbaycan, İraq, Türkmənistan və Misir kimi potensial qaz təchizatçıları ilə danışıqlar aparır. Qaz alıcıları danışıqları davam etdirəcək və bu il qaz alqısı və satış razılıqları imzalayacaqlar. İlin sonuna kimi nəqletmə müqavilələrinin də imzalanacağını gözləyirik. 2010-ci ilin sonuna kimi yekun investisiya qərarının da əldə ediləcəyi gözlənir".
   Yuxarıda qeyd edildiyi kimi, Bolqarıstanın baş naziri tənqidlə deyib ki, Avropa İttifaqı və ABŞ "Nabukko"nu ancaq sözdə dəstəkləyir və hansısa konkret işlər görmür. Bu məsələni Raynhard Mitçek belə şərh edib: "Mən də hesab edirəm ki, siyasi qərar qəbul edənlərlə sənaye təmsilçiləri arasında əməkdaşlığı gücləndirmək lazımdır. Siyasi dəstək hökumətlərarası sazişin imzalanması idi. Lakin bu, "xoşbəxt sonluq" yox, uğurlu bir start kimi qiymətləndirilməlidir. Bütün səviyyələrdə hökumətlər bu çətin layihənin həyata keçirilməsi üçün şərait yaratmalıdır. Tikinti işləri, sahələrin boşaldılması kimi məsələlərdə lisenziyaların verilməsinə yardım göstərilməlidir ki, iş getsin".
   Onu da xatırladaq ki, Avropa İttifaqı layihə ilə bağlı hələ də optimist mövqe nümayiş etdirir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirir ki, layihənin həyata keçirilməsi üçün heç bir maneə yoxdur. Onun sözlərinə görə, bu cür layihələr dəfələrlə iqtisadi, hüquqi və siyasi xarakterli problemlərlə üzləşir: "Lakin belə problemlər layihənin həyata keçirilməsi üzrə təbii prosesin vacib tərkib hissəsi kimi yaranır".
   R.Kobia Azərbaycan və Avropa İttifaqı üçün "Nabukko" layihəsinin ikitərəfli əhəmiyyətini vurğulayıb: "Bu layihə enerji ixracı marşrutlarını diversifikasiya etməyə imkan verir". O ümid etdiyini bildirib ki, layihənin tezliklə həlli üçün Azərbaycan və Avropa İttifaqı onların qarşısına qoyulmuş ciddi öhdəlikləri yerinə yetirəcək. Diplomat deyib ki, bundan başqa, "Nabukko" və "Cənub dəhlizi"ni kommersiya cəhətdən uğurlu layihələr hesab etmək olar: "Şirkətlər layihənin həyata keçirilməsinə lazımi vəsaitlər qoymağa hazırdır. Böhranla əlaqədar maliyyə problemlərinə görə şirkətlər tərəfindən hələlik şikayət qeydə alınmayıb. Layihəni AYİB və Avropa İnvestisiya Bankı kimi ciddi beynəlxalq maliyə institutları dəstəkləyir".
   Bununla belə, Azərbaycan da "Nabukko" ilə bağlı proseslərin gedişindən o qədər də razı deyil. Bir müddət əvvəl məsələ ilə bağlı prezident İlham Əliyev "The Wall Street Yournal"a müsahibəsində bildirib ki, Avropa İttifaqının planlaşdırdığı "Nabukko" kəmərinin inşasının ləngiməsindən məyusdur: "Nabukko" Xəzər dənizindən qazı Türkiyə üzərindən Avropaya çıxarmalıdır. "Qazprom" deyir ki, bizdən təchiz edəcəyimiz qədər qaz alacaq. "Nabukko" gecikdirilsə, aydındır ki, biz "Qazprom"a daha çox qaz satacağıq. "Nabukko" qaz layihəsində qaz təchizatını, istehsalçıları və maliyyələşməni təmin etmək üçün zəruri olan rəhbərlik çatışmır. Biz indiyədək bilmirik ki, bu lider kimdir, bu prosesi kim irəli aparmalıdır. Qaz istehsalçıları və tranzit ölkələrlə danışıqları kim aparacaq? Bu qazın marketinqini kim edəcək? Qiymətlər necə olacaq? Bir sözlə, uzun müddətdir ki, çoxlu suallar cavabsız qalır".
   Avropa İttifaqının "Nabukko" kəmərilə bağlı yol verdiyi gecikmələr fonunda məlum olub ki, Azərbaycan daha bir kəmərlə öz qazını dünya bazarına çıxarmağa hazırlaşır. Söhbət
   Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin inşasından gedir. Artıq inşasına bu yaxınlarda start veriləcək kəmər hər il 10 milyard kubmetr "Şahdəniz" qazını Avropaya daşıyacaq. İndi Türkiyə özü də bu kəmərin tez işə düşməsinə xüsusi maraq göstərir. Buna əsas səbəb Ankaranın Rusiyadan olan enerji asılılığını aradan qaldırmaq niyyətidir. Hazırda Türkiyə mavi yanacağın 65, neftin isə 40 faizini Rusiyadan alır. Türkiyənin Rusiyadan enerji asılılığının yaranması isə çox təhlükəlidir. Bunu anlayan rəsmi Ankara Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin inşasına başlamaq niyyətindədir. Boru xəttinin yeganə təchizatçısı isə Azərbaycan olacaq.
   
Tahir TAĞIYEV
ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP-ə gəldi
AMİP-in müvəqqəti qərargahında partiya rəhbərliyilə ABŞ Milli Demokratiya İnstitutunun ölkə üzrə yeni təyin olunmuş direktoru Aleks Qriqoryevs arasında görüş keçirilib.
   AMİP-dən APA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə predmeti Azərbaycandakı demokratik təsisatların durumu, ictimai-siyasi vəziyyət, eləcə də qarşıdan gələn parlament seçkiləri olub.
   Baş katib Fuad Muxtarov hakimiyyətin demokratik təsisatlara, vətəndaş cəmiyyətinə, azad mətbuata son dərəcə dözümsüzlük nümayiş etdirməsindən, fundamental insan hüquq və azadlıqlarını daha intensiv pozulmasından narahatlığını ifadə edib. Aleks Qriqoryevs isə təmsil etdiyi qurumun Azərbaycanda hüquqi və demokratik cəmiyyətin qurulmasında maraqlı olduğunu və bunun üçün imkanları daxilində bu prosesə köməklik göstərdiklərini bildirib. Görüşdə ABŞ Milli Demokratiya İnstitutu ilə AMİP arasında əməkdaşlığın bundan sonra da daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Dəhşətli borca düşən Yunanıstan Aralıq dənizindəki adalarını satışa çıxara bilər
Almaniya Bundestaqının hakim partiyadan olan deputatı Yunanıstana büdcə defisitini bağlamaq üçün maraqlı təklif verib.
   "APA-Economics"in məlumatına görə, Xristian-Demokrat İttifaqından olan deputat Marko Vandervits Yunanıstana öz adalarının bir qismini Avropa İttifaqının krediti əvəzində girov kimi təqdim etməyi təklif edib.
   Bundestaqın Azad Demokratlardan olan deputatı Frank Şeffler isə deyib ki, yunanlar məskunlaşmayan adalarını və şirkətlərdəki paylarını sata bilərlər.
   Qeyd edək ki, 2009-cu ildə Avropa İttifaqı ölkələri arasında ən böyük büdcə kəsiri Yunanıstanda qeydə alınıb - 12,7%. Yunanıstanın dövlət borcu Ümumi Daxili Məhsulun 100%-ni üstələyib. Nəticədə avronun məzənnəsi getdikcə aşağı düşür. Rəsmi Afinanın yardım göstərilməsilə bağlı xahiş və tələbləri isə Avropa İttifaqı tərəfindən yerinə yetirilmir.
   
   
Avropadakı atom bombaları ləğv edilir
NATO aprelin 22-23-də Estoniyanın Tallin şəhərində keçiriləcək görüşdə Avropadakı nüvə arsenalına dair məsələni müzakirəyə çıxarmaq niyyətindədir.
   APA-nın INTERFAX-a istinadən verdiyi xəbərə görə, bunu Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen Brüsseldə mətbuat nümayəndələrilə görüşdə bildirib. "XİN rəhbərlərinin Tallində keçiriləcək görüşündə mən NATO-nun hazırkı strateji konsepsiyası çərçivəsində qurumun nüvə tərksilahına nə cür töhfə verə biləcəyi barədə müzakirə açmaq niyyətindəyəm" - deyə baş katib bildirib.
   
   
Azərbaycanın aldığı rus təyyarələri döyüşə tam yararsızdır(?)
Ələkbər Məmmədov: "SU" və "MiQ" tipli təyyarələrdən dünya ölkələri çoxdan imtina edib"
Martın 3-də Tovuz rayonunda Müdafiə Nazirliyinə məxsus daha bir döyüş təyyarəsi qəzaya uğradı və Azərbaycan pilotlarından daha biri həlak oldu. Məsələ ilə bağlı "OLAYLAR"a münasibət bildirən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbayan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov döyüş təyyarəsinin istismara yararsız olduğunu iddia edir.
   Hərbi ekspertin fikrincə, həmin təyyarələrin artıq vaxtı keçib: "Bir müddət əvvəl MiQ - 29 təyyarəsi də təlim zamanı dənizə düşdü və iki pilot itirdik. Bu təyyarələrin istismara yararsız olması ilə bağlı bizdə məlumatlar var. "SU" və "MiQ" təyyarələri təmirdən çıxan köhnə təyyarələrdir. Bu təyyarələr Azərbaycana xarici ölkələrdən gətirilir və təzə deyil. Çox güman ki, həmin təyyarələr döyüşə yararlı olmadığı üçün onları həmin ölkələr satır və NATO standartlarına uyğun təyyarələrlə əvəzləyir. Azərbaycan isə həmin təyyarələri alıb döyüşə hazırlıq görür. Rusiya istehsalı olan bu təyyarələr, demək olar ki, dünya hərbisində qəbul olunmur. Bunu bütün dünya etiraf edir, baxmayaraq ki, Rusiya öz istehsalını dünya ordusuna möhkəm və dözümlü avadanlıqlar kimi sırımaq istəyir, amma əslində bu belə deyil. Azərbaycan da Gürcüstan, Çexiya kimi ölkələrdən həmin rusun istehsal etdiyi təyyarələri alıb döyüşə yararlı olduğunu iddia edir. Nəticədə artıq Rusiya istehsalı olan bu təyyarələrlə bağlı bir neçə dəfə Azərbaycanın hərbi tarixində təlim zamanı nasazlıq yaranıb və faciə ilə nəticələnib. Bu tipli təyyarələrdən istənilən vaxt bədbəxt hadisələri gözləmək olar. Baxmayaraq Müdafiə Nazirliyi bunu malalamağa çalışır ki, guya təyyarələr yüksək döyüş keyfiyyətinə malikdir, müasir tələblərə cavab verəndir və sair. İş orasındadır ki, Rusiya tərəfi bu təyyarələrin onlardan alınmadığını, Ukrayna isə həmin təyyarələrin təmirdən sonra Azərbaycana satıldığını deyib". Bəzi qurumların həmin təyyarələrin Gürcüstanda istehsal olunaraq Azərbaycana satılması məsələsinə münasibət bildirən Ələkbər Məmmədov qeyd etdi ki, bu məsələdə də qaranlıq məqam var. Ələkbər Məmmədov "Su" təyyarələrini Gürcüstanın və ya Çexiyanın istehsal etməsinə də münasibətini belə bildirib: "Deyirlər ki, bu təyyarələr Rusiyadan alınmayıb, Gürcüstanda istehsal olunan yeni və yüksək səviyyəli təyyarədir. Gürcüstan, ya da Çexiyanın istehsalı olmasına baxmayaraq, model Rusiyanındır. Bunu bütün dünya bilir ki, Rusiyanın hərbi texnikası döyüşə yararlı deyil. Gürcüstan istehsal edə bilirsə, yeni model istehsal etsin və NATO standartlarına uyğunlaşdırsın. Niyə Gürcüstan "Su" tipli rus modeli olan təyyarə istehsal edir? Deməli, bu həmin modeldir ki, müasir standartlara cavab vermir. "SU" təyyarələri sovet modelidir və sovet modeli də döyüşə yaramır". Ələkbər Məmmədov bəzi şəxslərin bu hadisələri təbii qarşılamasına da qarşı çıxır. Onun sözlərinə görə, belə hadisələri dünya ordusundakı hadisələrlə müqayisə etmək olmaz: "Dünyanın başqa ölkələrində çox gec-gec baş verir. Amma Azərbaycanda iki ildən bir belə biabırçı bədbəxt hadisə baş verib. Bütün ölkələrdə bu cür hadisələrə qarşı tədbirlər görülsə də, Səfər Əbiyev bu barədə heç bir tədbir görmür və əhəmiyyət vermir. Nəticədə bu cür bədbəxt hadisələr təkrarlanır. Bu hadisələr o ölkələrdə tez-tez təkrarlanır ki, onun ordusunda rüşvət, korrupsiya həddindən artıqdır. Bu hadisələr yalnız "MiQ" və "SU" təyyarələri alan ölkələrdə baş verir. O ölkələr də artıq dərk edir və müəyyən edib ki, Rusiyanın hərbi texnikası heç bir standarta uyğun gəlmir. Ona görə də həmin ölkələr Rusiyadan aldıqları bu təyyarələri geri qaytarırlar və ya almaqdan imtina edirlər. Digər tərəfdən, Azərbaycan bir pilotun hazırlanması üçün külli miqdarda vaəsait xərcləyir və artıq martın 3-də "SU" təyyarəsində həlak olan pilot hazır idi. Biz həmin pilotu səhlənkarlıqdan itirdik və çəkdiyimiz xərc də boşa çıxdı. Azərbaycan ordusu keyfiyyətsiz texnika almaqdan əl çəkməlidir. Buna dövlət səviyyəsində reaksiya verməyin vaxtı çatıb". Təyyarənin qəzaya uğramazdan qabaq havada partlamasının təxribat olması faktına da münasibət bildirən hərbi ekspert bu prosesdə təxribat versiyasını rədd edir: "Bu baş verə bilər. Yəni təyyarənin havada partlaması mümkündür. Amma bu hansısa bir təxribat ola bilməz. Çünki təyyarədə nasazlıq yarananda onun havada partlaması mümkündür. İkinci tərəfdən isə, buna səbəb təyyarənin havaya qalxmazdan əvvəl texniki baxışdan keçirilməməsidir. Faktla bağlı, eşitmişəm ki, guya cinayət işi başlanıb. Bununla Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu baş aldadır. Bu vaxta qədər qaldırılan cinayət işlərində nə ediblər ki, indi nə etsinlər? Bu cinayət işləri hamısı boş şeydir".
   
Elçin Behbudov Eynulla Fətullayevin həbsxanadan göndərdiyi xəbərçilik söhbətinə cavab verdi
"Həbsxana rəisi Avtandil Ağayev mənə deyib ki..."
Məlum olduğu kimi, həbsdə olan jurnalist Eynulla Fətullayev Qaradağ Rayon Məhkəməsinin 25 fevral tarixli ona qarşı qanunsuz narkotik maddə saxlamaq ittihamı üzrə istintaqın daha 2 ay müddətinə uzadılması barədə qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Şikayətdə Fətullayev bir sıra sensasion bəyanatlar verərək, həbsinin səbəblərinə və digər məqamlara aydınlıq gətirib.
   E.Fətullayevin açıqlamasında diqqət çəkən məqamlardan biri onun hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla bağlı dedikləridir.
   "Sentyabrın sonlarında Mikloş Haraşti və hüquq müdafiəçisi Elçin Behbudov mənə baş çəkib. Mən onlara bildirdim ki, son illər ölkədə baş verən hadisələr və həbsxanada olmağım barədə kitab yazmışam. Kitabın birinci cildi artıq hazır idi, ikincinin üzərində isə hələ işləyirdim" deyən Fətullayevin sözlərinə görə, üç gün sonra onun kamerasında yoxlamalar aparılıb və əlyazması müsadirə edilib. Həbsxana rəisi Ağayev bildirib ki, Behbudov MTN-ə əlyazma haqqında məlumat verib və Ədliyyə Nazirliyi rəhbərliyinə onu müsadirə etmək tapşırılıb.
   E.Fətullayevin açıqlamalarından belə çıxır ki, E.Behbudov hüquq müdafiəçisi adı altında, əslində onun yanına MTN-in xəbərçisi qismində gəlib. Açıqlamalara münasibət öyrənmək üçün dünən E.Behbudovun özü ilə danışdıq. Hüquq müdafiəçisi gözlənilən cavabı verdi: "Bunlar hamısı uşaq söhbətləridir. Mənə qarşı təxribatdır. Elçin Behbudov dəfələrlə beynəlxalq təşkilatların nümayəndələrilə birlikdə həbsxanalarda olub, məhbuslarla görüşüb. Mən məgər nə işləyirəm? Söz aparıb-gətirənəm?"
   E.Behbudov onu da qeyd etdi ki, Eynulla Fətullayevin onun barəsində səsləndirdiyi fikirlərlə bağlı həbsxana rəisi Avtandil Ağayevlə əlaqə saxlayıb: "Avtandil Ağayev mənə dedi ki, heç kimə mənim guya Eynullanın yanından çıxandan sonra MTN-də kimlərləsə görüşməyim barədə məlumat verməyib.
   Mənim barəmdə deyilənlər Eynulla Fətullayevin fantaziyasından başqa bir şey deyil. Eynulla Fətullayev mənim dostumdur və mən həmişə onu müdafiə etmişəm. İndi o qapalı yerdədir, kimsə barəsində nəsə deyibsə bilmirəm. Yəqin ki, kimlərsə ona təsir edib".
   
Eldar XƏYAL
"Qeydiyyatdakı narkomanların yalnız 0,08 faizi tələbələrdir"
Sadiq Gözəlov: "...daha böyük rəqəm alınmış olar"
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, eləcə də qaçaqmalçılığına qarşı mübarizə tədbirləri bu gün ölkənin hüquq-mühafizə, o cümlədən Daxili İşlər Nazirliyinin diqqət mərkəzində olan məsələlərdəndir.
   Azərbaycan polisinin bu sahədə gördüyü işlər barədə məlumat vermək və eləcə də ABŞ Dövlət Departamentinin sonuncu hesabatında ölkəmizlə bağlı toxunulan bəzi məqamlara münasibət bildirmək üçün APA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlova müraciət edib.
   - Həyata keçirilən kompleks tədbirlər nəticəsində istər qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi, istərsə də bu növ cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi ilbəil artır. Təkcə respublikanın daxili işlər orqanları tərəfindən 2007-ci ildə 336,7 kiloqram, 2008-ci ildə 651,5 kiloqram, 2009-cu ildə isə 1 tondan çox müxtəlif tərkibli narkotik vasitə dövriyyədən çıxarılıb. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri olan milli təhlükəsizlik orqanlarının, gömrük və sərhəd xidmətlərinin aşkarladığı analoji cinayətləri də nəzərə alsaq, daha böyük rəqəm alınmış olar. Ötən il bu növ cinayətlər törətmiş 2641 nəfər məsuliyyətə cəlb edilib ki, onların da 76 faizi, yəni 2.000 nəfərdən çoxu 30 yaşdan yuxarı olan şəxslərdir.
   - Açıqladığınız bu rəqəmlər ölkəmizdə narkomanlığın getdikcə yayılmasının, az qala qarşısıalınmaz bəlaya çevrilməsinin sübutu deyilmi?
   - Əlbəttə ki, yox. Narkotiklərin qanunsuz dövriyyəsi latent cinayətdir, yəni belə hüquqazidd əməllər qeyri-aşkar şəraitdə törədilir. Bu növ cinayətlər, sadə desək, gizli halda baş verdiyindən, onların daha çox aşkarlanması yalnız bu vacib sahədə işin məqsədyönlü təşkilindən irəli gəlir və əməliyyat-axtarış fəaliyyətinin mühüm göstəricisi, müsbət nəticəsi kimi böyük əhəmiyyət kəsb edir. Çünki işimizin vacib bir meyarı da baş verən cinayətlərin qarşısının vaxtında alınması və açılmasıdır. Bir daha qeyd etmək istəyirəm ki, necə deyərlər, "ağ ölüm"lə mübarizə təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir.
   - Sadiq müəllim, ABŞ Dövlət Departamentinin hesabatında ölkəmizdə olan narkotik vasitə istifadəçilərinin 30-35 faizinin tələbələr olduğu vurğulanır. Bununla bağlı nə deyə bilərsiniz?
   - Hesabatda öz əksini tapmış bu reallıqdan kənar məlumata hörmətli nazirimiz Ramil Usubov artıq öz münasibətini bildirib. Məlumat üçün diqqətinizə çatdırım ki, bu günə rəsmi qeydiyyatda 24.000 (iyirmi dörd min) nəfərə yaxın narkotik istifadəçisi var.
   Onların sosial mənşəyi haqqında rəsmi statistika aparılmır. Lakin Səhiyyə Nazirliyinin araşdırmalarına əsasən, qeydiyyatda olan narkomanların yalnız 0,08 faizi tələbələrdir. Ümumiyyətlə isə, onların 38 faizini işləməyənlər, 31 faizini məhkumluğu olanlar, 8 faizini kənd təsərrüfatı işçiləri, 6 faizini fəhlələr, 5 faizini nəqliyyatçılar, 4 faizini qulluqçular, 4 faizini əlillər, 3 faizini təqaüdçülər, 0,02 faizini orta məktəb şagirdləri təşkil edir. Ümumən, narkotraffikin qarşısının alınması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindəndir.
Mirhüseyn Musəvinin Şərqi Azərbaycan vilayətindəki tərəfdarlarından biri həbs edilib
Prezidentliyə sabiq namizəd Mirhüseyn Musəvinin İranın Şərqi Azərbaycan vilayətində olan tərəfdarlarından Rəsul İmanizadə Təbrizdə həbs edilib.
   APA-nın "Kaleme"yə istinadən verdiyi məlumata görə, mühəndis Rəsul İmanizadə "ETTELAAT"ın Təbriz bölməsinə çağırılaraq həbs edilib. Rəsul İmanizadə Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən tanınmış islahatçılardan biri və Mirhüseyn Musəvinin tərəfdarıdır. Onun həbsinin səbəbləri açıqlanmır.
Mübariz Qurbanlı ABŞ Konqresindəki müzakirələrə "qızıl güllə" adı qoydu
YAP hesab edir ki, uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin Konqresdə müzakirəyə çıxarılaraq təsdiq edilməsi Türkiyə-ABŞ münasibətlərinə böyük zərər vura bilər.
   "Uydurma "erməni soyqırımı" məsələsi ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi təzyiq vasitələrindən biridir. Bu, ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi "qızıl güllə"dir". Trend News-un məlumatına görə, bu sözləri cümə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
   Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, "erməni soyqırımı" haqqında qanunun Konqresdə müzakirəyə çıxarılması təsadüfüi deyil, bu, Ermənistanla ilə planlaşdırılıb. Qurbanlının sözlərinə görə, ABŞ bu "güllə"dən istifadə etsə, onun Türkiyəyə təsir etmək imkanı qalmayacaq. "ABŞ Konqresi bu sənədi qəbul etsə, bütün türk dünyasında nüfuzunu itirəcək", - millət vəkili əlavə edib. Onun fikrincə, qətnamə layihəsinin mart ayında gündəmə çıxarılması təsadüfi deyil. "Məqsəd həmin layihənin müzakirəyə çıxarılması ilə Türkiyəyə təzyiq etmək və onu Ermənistanla imzalanmış protokolların təsdiq olunmasına vadar etməkdir. Ancaq Türkiyə böyük dövlətdir və bu cür vasitələrlə ona təzyiq etmək mümkün deyil. Türkiyə bəyan edib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayınca Ermənistanla sərhədlər açılmayacaq" - Qurbanlı vurğulayıb.
   
"Azadlıq"dan rədd cavabı olan DUİ Müsavat Partiyası ilə məsləhətləşmələri davam etdirəcək
Elşad Musayev belə deyir
Azərbaycan müxalifəti parlament seçkilərilə bağlı məsləhətləşmələr keçirəcək. "Azadlıq" blokunun müraciətimizə müsbət cavab verməməsinə baxmayaraq, biz Müsavat Partiyası ilə parlament seçkilərinə hazırlıqla bağlı məsləhətləşmələri keçirəcəyik",
   Bu barədə cümə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
   Bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) bir müddət əvvəl Müsavat Partiyasına və "Azadlıq" blokuna parlament seçkiləri ərəfəsi məsləhətləşmələr keçirilməsi üçün müraciət edib. Müsavat Partiyasının Divanı müraciətə müsbət cavab verib. "Azadlıq" blokunun martın 3-də keçirilən iclasında məsləhətləşmələrdə iştirak etməmək barədə qərar verilib.
   Musayevin sözlərinə görə, ittifaqın sədrlər şurasının növbəti yığıncağında məsləhətləşmələrin keçiriləcəyi vaxtla bağlı qərar qəbul oluna bilər. "Biz "Azadlıq" blokunun müraciətimizə müsbət cavab verməməsinə də münasibət bildirəcəyik" - partiya sədri əlavə edib.
   "Partiyamızın Divanının məsləhətləşmələrdə iştirak etməklə bağlı qərarı var və biz bu qərara əməl edəcəyik" Bu sözləri isə cümə axşamı Trend News-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
   Onun fikrincə, "Azadlıq" blokunun məsləhətləşmələrə Müsavat və Liberal partiyaları arasındakı narazılığa görə qoşulmaqdan imtina etməsi əsassızdır.
   
Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba öldü
Abxaziya separatçılarının ilk lideri Vladislav Ardzinba martın 4-nə keçən gecə Moskvada vəfat edib.
   APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, V.Ardzinda fevralın 26-dan bəri Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə olunurdu. Son illər V.Ardzinbanın ağır xəstə olması haqda dəfələrlə xəbərlər yayılsa da, onun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi bəlli deyildi.
   V.Ardzinba 1945-ci ildə dünyaya gəlib. 1980-ci illərin sonunda SSRİ-nin xalq deputatı seçilib. Gürcü-abxaz münaqişəsi zamanı abxaz silahlılarına başçılıq edib. 1994-cü ildə Abxaziyanın "prezidenti" seçilib, 5 il sonra ikinci müddətə separatçı rejimə rəhbər olub.
   
   
Tovuzda yerə çırpılmış qırıcı təyyarə barədə yeni məlumat çıxdı
Pilotun cəsədi ekspertizaya göndərilib
Azərbaycan Hərbi Prokurorluğunun istintaq qrupu qəzaya uğramış təyyarəyə baxış keçirib
Həlak olan pilot dəfn olundu
   
   Dəfn mərasimində müdafiə naziri Səfər Əbiyev də iştirak edib

   
   Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsinin Tovuz rayonu ərazisində təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan pilotun cəsədi tibbi ekspertizadan keçirilib.
   Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
   Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus "Su- 25" təyyarəsinin Tovuz rayonu ərazisində təlim uçuşları zamanı qəzaya uğraması ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İstintaq qrupu tərəfindən məhkəmə tibbi ekspertləri və mütəxəssislərin iştirakı ilə hadisə yerinin müayinəsi aparılmaqla qəza nəticəsində həlak olan pilotun meyitinin məhkəmə tibbi ekspertizası keçirilib, qəzaya uğrayan təyyarənin hissələri, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.
   Hazırda respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyilə yaradılmış istintaq qrupu tərəfindən hadisənin başvermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. "Turan"ın məlumatına görə, martın 3-də axşam SU-25 hərbi təyyarəsilə qəzaya uğrayan Famil Məmmədov Azərbaycan Hava Qüvvələrinin hərbi hissələrindən birinin qərargah rəisi olub. "Turan"a hərbi mənbələrdən daxil olan məlumata görə, polkovnik-leytenant Məmmədli Şəmkir aerodromunda təlim uçuşu həyata keçirirmiş. Uçuşu müşahidə edənlərin fikrincə, pilot havaya qalxarkən səhvə yol verib. Hərbi dildə buna "yolverilməz manevr" deyilir. Bu o deməkdir ki, kifayət qədər yüksəkliyə qalxmadan kəskin dönüş edib və təyyarənin qanadı ilə uçuş zolağına ilişib. Sonra təyyarə idarəetməni itirib və uçuş yeri yaxınlığında yerə düşüb. Hərbi Prokurorluqdan "Turan"a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb. İşin hansı maddə üzrə açıldığı barədə məlumat verilmir. Müdafiə Nazirliyinin mətbuat xidməti də əlavə məlumat verməyərək, hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
   Trend-in məlumatına görə, hadisə nəticəsində həlak olmuş pilotun meyitinin məhkəmə-tibbi ekspertizası keçirilib, qəzaya uğramış təyyarənin hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Bu barədə Azərbaycan Hərbi Prokurorluğunun məlumatında deyilir.
   Dünən həlak olan N saylı hərbi hissənin qərərgah rəisi, 34 yaşlı polkovnik-leytenant Famil Elman oğlu Məmmədli II Fəxri Xiyabanda dəfn olunub. ANS TV-nin məlumatına görə, dəfn mərasimində Azərbaycan müdafiə naziri Səfər Əbiyev və Nazirliyin digər yüksək rütbəli hərbçiləri iştirak edib.
   Dəfn mərasimi fəxri qarovul və hərbi orkestrin müşayiətilə keçirilib. Xiyabanın ərazisinə jurnalistlər və kənar şəxslər buraxılmayıb.
   Qeyd edək ki, əslən Ağsu rayonunun Abasxanlı kəndindən olan Famil Elman oğlu Məmmədli ali təhslini Türkiyədə alıb. E.Məmmədli 1996-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
   Evlidir, 1 qızı, 2 əkiz oğlu qalıb.
   Allah rəhmət eləsin!
   
Xəbər xidməti
"Şəmkirli Saşanı vuran "Qoca" mənim kürəkənimi də güllələyib"
Rafiq Nəcəfov: "Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılsa da..."
Xəbər verildiyi kimi, fevralın 28-dən martın 1-nə keçən gecə "Şəmkirli Saşa" kimi tanınan Şahbaz Süleymanova silahlı basqın edilib. Ş.Süleymanov Hüseyn Cavid parkının yaxınlığında "Mersedes" markalı avtomobilində olarkən ona tapançadan atəş açılıb. Ş.Süleymanovun başına tuşlanan güllə təsadüf nəticəsində avtomobildə quraşdırılmış monitora dəyib.
   Hadisənin "Qoca" ləqəbli Ağdam rayon sakini Məmmədov Namiq Hadı oğku tərəfindən törədildiyi bildirilir. Qeyd olunur ki, uzun müddət Rusiyada yaşayan tanınmış iş adamı, "Şəmkir" Futbol Klubunun sabiq prezidenti Ş.Süleymanovla "Qoca" arasında mübahisə yaranıb. Belə ki, "Şəmkirli Saşa" borc aldığı böyük məbləğlz pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb.
   Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, "Qoca" ləqəbli Namiq Məmmədov saxlanıb və hadisə ilə bağlı istintaq işləri aparılır. N.Məmmədovun adı digər cinayət işlərində də hallanır. Ağdam rayon sakini, hazırda Bakı, şəhəri 2-ci mikrorayon, Cavad Xan küçəsi ev 40, mənzil 149 ünvanında yaşayan Nəcəfov Rafiq Qulam oğlunun redaksiyamıza verdiyi məlumatda N.Məmmədovun digər cinayət əməlləri ilə bağlılığından bəhs edilir. Şikayətçi bildirir ki, kürəkəni, 1959-cu il təvəllüdlü Həsənov Yaqub Əkbər oğlu və qaynı Nəcəfov Samir Rafiq oğlu 2007-ci il sentyabrın 14-dən 15-nə keçən gecə yaşadığı mənzilin qarşısında idarə etdiyi şəxsi avtomobilindən düşüb evə gedərkən naməlum şəxs tərəfindən güllə atəşinə tutulub. Yaqub Həsənov aldığı 5 güllə yarasından yerindəcə dünyasını dəyişib, Samir Nəcəfov isə ağır yaralanıb.
   Baş verən hadisə ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılsa da, günahkarlar aşkar edilməyib. Bir il sonra cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib.
   "Yaqub Həsənov ölümündən qabaq ailə üzvlərinə, yaxınlarına açıq şəkildə bildirmişdi ki, onun həyatına hansısa təhlükə olsa, bu, "Qoca" ləqəbli Məmmədov Namiq Hadı oğlu tərəfindən olacaq. Dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə tərəfimizdən müraciətlər edilərək, kürəkənimin qatilinin Namiq Məmmədov olduğu bildirilib. Onun 1994-cü ildə həmyerlisi Vaqif Quliyevi, 2001-ci ildə Şahin Ələsgərovu ("Razin" Şahin), 2007-ci ildə Yaqub Həsənovu qətldə yetirdiyi və 2009-cu ildə Binəqədi rayonunda Adil Rəhimova və oğluna silahlı basqında iştirak etdiyi məlumdur. Onun digər cinayətləri də var. Sadəcə, üstü açılmayıb. Namiq Məmmədovun əvvəlki cinayətləri açılmamış qaldığı üçün o, cəzasızlıq mühitindən istifadə edərək növbəti cinayətlərini törətməkdə davam edib".
   Rafiq Nəcəfov hazırda istintaq işini aparan ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini, kriminalistika şöbəsinin rəisi Fəxrəddin Pənahovdan "Qoca"nın digər cinayətlərini də araşdırmalarını xahiş edir: "Obyektiv və peşəkar araşdırma aparılsa, daha ilginc faktlar, cinayət hadisələri üzə çıxa bilər. Onun uzun müddət cəzasız qalmasının səbəbləri də araşdırılmalıdır.
   Bununla bağlı bütün əlaqəli şəxslər istintaqa cəlb olunmalı, barələrində sərt tədbir görülməlidir".
   R.Nəcəfov bildirir ki, "Qoca"nın avtoritetlərlə sıx əlaqəsi olub: "Kürəkənimin qətlindən az sonra Namiq Məmmədov Rusiyanın Yessentuki şəhərinə gedib. Orada sabirabadlı Hikmət kimi tanınan şəxsin sürücüsü olmuş, Azərbaycanda axtarışda olan Mürvətlə görüşüb. Mürvət sərhəddi qanunsuz yolla keçərək "Qoca"nın oğlunun toyunda iştirak edib. Yəni bu adamın kriminal dünyanın nümayəndələrilə sıx əlaqəsi olub".
   Bütün bunların nə qədər maraqlı olmasına baxmayaraq, həqiqəti yalnız səlahiyyətli dövlət orqanları araşdıra bilər. Biz isə qarşı tərəflərin də mövqeyini çap edə bilərik.
   
ELDAR
Rail Rzayevin 200 minini oğurlayanların məhkəməsi martın 15-də başlayır
Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyənləşib.
   Bu barədə APA-ya Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədən məlumat verilib. Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işinin məhkəmə istintaqının aparılması hakim İslam Neymanovun icraatına verilib. Hazırlıq iclası martın 15-nə təyin edilib.
   Qeyd edək ki, Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), Anar Haşımov -177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsilə törədildikdə) maddələrilə təqsirli bilinir.
   İttihama görə, generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək, oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıb.
   Bundan başqa, Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general R.Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R.Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıb.
   Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş, ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
Rauf Arifoğlu onu izləyənlərin görüntülərini əldə etməyin mümkünlüyünü deyir
"Ötən həftənin ortalarından başlayaraq izlənildiyimi hiss etdim"
Xəbər verildiyi kimi, martın 3-də "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili işlər naziri Ramil Usubovla görüşüb. Görüş Rauf Arifoğlunun DİN-ə 1 mart tarixli müraciəti əsasında baş tutub.
   Müraciətdə baş redaktorun son vaxtlar özünün və hərəkət etdiyi avtomobilin slavyan mənşəli naməlum şəxslər tərəfindən izlənməsi, bu izlənmənin ailə üzvlərilə şəhərin ayrı-ayrı məntəqələrində olarkən də davam etməsi, bunların yaşatdığı narahatlıqlar ifadə olunmuşdu. Ramil Usubov bütün bunlarla bağlı baş redaktordan bilavasitə məlumat alıb, ayrı-ayrı detallarla bağlı dəqiqləşdirmələr aparıb. Nazir baş redaktora bildirib ki, narahatlıq üçün ciddi səbəblər görmür. Lakin DİN yenə də lazım olan bütün tədbirləri görəcək.
   R.Arifoğlu bizimlə söhbətində bildirdi ki, ötən həftənin ortalarından başlayaraq izləndiyini hiss edib: "Fevralın 28-də açıq-aşkar izləndiyimi gördüm. Amma bu saniyələrdə izlənmə hiss etmirəm. Bazar günü azyaşlı oğlumla şəhərə gəzməyə çıxmışdım. Dənizkənarı Parkı və Qız Qalasını dolaşdıq. Həmin şəxslər tərəfindən Qız Qalasının meydançasına qədər müşaiyiət olundum. Məni izləyənlər slavyan tipli insanlara oxşayırdı. Yəni qafqazlıya oxşamadıqlarına görə narahatlığım daha çoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladım. Mənə qarşı açıq təqib prosesi həyata keçirilib. Düzdür, mən belə şeylərə alışmışam. Yəni bunu həyatımda xüsusi hadisə saymıram.
   Son vaxtlar bir qədər fəallaşmağımız, jurnalistlərin bir yerə yığışması ola bilsin ki, belə halların yaranmasına gətirib çıxarıb. Daxili işlər nazirilə görüşdük, danışdıq. Nazir söz verdi ki, lazım, olan tədbirlər görüləcək".
   R.Arifoğlu bildirdi ki, onu izləyən şəxslərin görüntülərini əldə etmək mümkündür: "Mümkündür ki, onların görüntüləri bulvarda və Qız Qalasının yaxınlığındakı kameralarda olsun. İstəsələr bunu araşdıra bilərlər".
   
Eldar XƏYAL
Tərəfsiz Jurnalistlər Birliyinin "tərəfliliyi"...
Təəssüf...
Azərbaycanda, az qala, fəaliyyətdə olan qəzetlərin sayı qədər media qurumları fəaliyyət göstərir. Qrant almaq uğrunda mübarizəyə girişən belə qurumlar ildə bir dəfə imitasiya xarakterli tədbirlər keçirir. Media nümayəndələrini ətraflarına toplayıb kimlərisə mükafatlandırır, ilin qəzeti, jurnalisti nominasiyalarını kəşf edirlər.
   Bu yolla gündəmdə qalmağa çalışan media qurumları özlərini tərəfsiz jurnalist təşkilatı kimi göstərməyə çalışsalar da, tərəflilik göz önündədir.
   İki gün öncə Tərəfsiz Jurnalistlər Birliyi adlı qurum televiziya, qəzet və portalların 2009-cu ildəki fəaliyyətinə guya qiymət verib. Birlik "İlin tərəfsiz televiziyası", "İlin tərəfsiz qəzeti" və "İlin tərəfsiz portalı" nominasiyaları üzrə qiymətləndirmə apararaq dörd KİV-i mükafatlandırıb. "İlin tərəfsiz televiziyası" nominasiyasında iki telekanal - İTV və "Xəzər" TV qalib gəlib. "İlin tərəfsiz qəzeti" nominasiyasında "Şərq" qəzeti, "ilin tərəfsiz portalı" nominasiyasında isə "Media forum" saytı qalib olub.
   Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının və bu qiymətləndirmədə iştirak edən şəxslərin nə dərəcədə obyektiv jurnalist, media nümayəndələri olduqlarını demək çətindir. Qurumun adı Tərəfsiz Jurnalistlər Birliyi olsa da, tərəflilik ortadadır. Qurumun mükafatlandırdığı, tərəfsiz saydığı telekanallar və portalla bağlı hər hansı iradımız yoxdur. Hətta "Şərq" qəzetinin də tərəfsiz media qurumu olmadığını söyləmək fikrindən uzağıq. Azərbaycan mətbuatında "Şərq" qəzetinin özünəməxsus dəsti-xətti, mövqeyi var. Amma ölkədə tərəfsiz, müstəqil qəzetlər "Şərq" qəzetilə yekunlaşmır. Bunu cənab Elşad Eyvazlı bizdən daha yaxşı bilir. "Bakı-Xəbər" qəzeti də daxil olmaqla, "525-ci qəzet", "Ayna", "Üç nöqtə", "Olaylar", "Mərkəz", "Proqnoz" kimi tərəfsiz, alternativ fikirləri qəbul edən qəzetlərimiz olduğu halda, Tərəfsiz Jurnalistlər Birliyinin bütün bunları görməməsi bizdə təəssüf doğurur.
   Ən azından, bu qurum həqiqətən də tərəfsizdirsə, yuxarıda qeyd olunan qəzetlərin adlarını, obyektivlik naminə də olsa, çəkməli idi.
   "Bakı-xəbər" qəzeti olaraq, əslində tərəfkeşlik edən Tərəfsiz Jurnalistlər Birliyi adlı qurumun hansısa mükafatına, qiymətləndirməsinə möhtac deyilik. Bəlkə də bu qurumun sədri və qiymətləndirməni aparanlar ömründə qəzet oxumayan media təşkilatları rəhbərlərindən biridir. Bəli, Azərbaycanda elə media qurumları rəhbərləri var ki, qəzet oxumaya-oxumaya "jurnalistikanın inkişafı" ilə bağlı iri məbləğli qrant layihələri udur və "reallaşdırırlar". Donor təşkilatlar fərqinə varmır ki, onlardan qrant udan təşkilatın sədri Azərbaycanda nə işlə məşğuldur, mətbuata nə qədər yaxındır və ümumiyyətlə, bir jurnalist kimi qəbul olunurmu? İstəməzdik ki, Tərəfsiz Jurnalistlər Birliyi də belə qurumlardan olsun. Hər halda, bu birliyin son fəaliyyəti bizə onun barəsində heç də birmənalı fikirdə olmamağı diqtə edir.
   
Eldar XƏYAL
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin vaxtı qurtarır
Martın 10-da ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin səlahiyyət müddəti başa çatacaq.
   APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M.Haraşti martın 4-də bu vəzifədə son hesabatını ATƏT-in Daimi Şurasına təqdim edib. Qeyd edək ki, macarıstanlı yazıçı-jurnalist, insan haqları müdafiəçisi M.Haraşti 2004-cü ildə ATƏT-in media azadlığa üzrə xüsusi nümayəndəsi təyin edilib və 2007-ci ildə ikinci müddətə bu vəzifəyə seçilib. Onu əvəzləyəcək şəxs bütün ATƏT üzvlərinin konsensusu əsasında təyin olunacaq.
   
VİP Bakı Şəhər İcra Hakimiyyətini partiyalara qarşı ayrı-seçkilik etməkdə suçladı
Bizə niyə torpaq vermirsiniz?
Azərbaycanda siyasi partiyalara doğma-ögeylik münasibəti var.
   Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin təşkilati məsələlər üzrə müavini Büllur Hümbətov "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, bəzi partiyalar üçün istənilən münbit şərait yaradılsa da, müxalifət partiyaları bu diqqətdən kənarda qalır: "Vətəndaş və İnkişaf Partiyası özünə ofis tikdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq torpaq sahəsi istəsə də, bu günə qədər meriya partiyanın müraciətinə müsbət cavab verməyib. Halbuki, Yeni Azərbaycan Partiyasına istənilən şərait yaradılır, onlar rayon və şəhər icra hakimiyyəti binalarından da gözəl binalarla təmin olunur. Hətta hakim partiyaya müəyyən tikinti işləri aparmağa da şərait yaradılır. Eyni zamanda, hakimiyyətə yaxınlığı ilə seçilən partiyalar da qərargahla təmin edilir. Çox təəssüflər olsun ki, bu münasibət hamıya qarşı eyni deyil".
   
Naxçıvan nümayəndəliyi Bənənyarda 4 adamın ölüm səbəblərini açıqladı
"Rza Nuriyev isə..."
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi Culfa rayonunun Bənənyar kəndində dörd nəfərin işgəncələrə məruz qalaraq vəfat etməsi, bir nəfərin isə ağır vəziyyətdə olması barədə mətbuatda yazılan məlumatları təkzib edib.
   Daimi nümayəndəlikdən APA-ya bildiriblər ki, bəzi hüquq müdafiəçiləri ötən ilin dekabrından bu günə kimi həmin kənddə dünyasını dəyişən insanların hamısını işgəncə qurbanı kimi qələmə verir. Məlumatda qeyd olunur ki, işgəncə qurbanı kimi qələmə verilən Əliyev Fərzalı Əli oğlu səkkiz ay əvvəl ailəsilə birlikdə Bakı şəhərinə köçərək orada yaşayıb və tikintidə çalışıb. İki dəfə gizli infarkt keçirən Fərzalı Əliyev 2010-cu il yanvarın 15-də ürək ağrıları şikayətilə Bakı şəhərindəki Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib, orada infarktdan vəfat edib. Nümayəndəlikdən bildiriblər ki, işgəncəyə məruz qalaraq vəfat etdiyi iddia olunan Əliyar Tahar oğlu Həsənov Saratov şəhərində yaşayıb, böyrək çatışmazlığı xəstəliyinə düçar olub, uzun müddət Bakı şəhərində müalicə alıb. Böyrək çatışmazlığı problemilə bağlı həmin şəxsdə karlıq və qara ciyər xəstəliyi yaranıb, 2010-cu il yanvarın 18-də kəskin böyrək çatışmazlığından vəfat edib. Bundan başqa, nümayəndəlik işgəncə qurbanı kimi təqdim olunan Eldəniz Cəbiyevin ağ ciyər xərçəngindən əziyyət çəkdiyini, yanvar ayında müalicə almaq məqsədilə İrana getdiyini, Təbrizdə "Şəhriyar" xəstəxanasında müalicə aldığını bildirib. Səhhəti ağırlaşan Eldəniz Cəbiyev kəndə gətirilib və fevralın 6-da xərçəng xəstəliyindən vəfat edib. Daimi nümayəndəlik mətbuatda işgəncəyə məruz qalaraq vəfat etdiyi iddia olunan Rza Nuriyev və Nadir Ələkbərovun da müxtəlif xəstəliklər nəticəsində dünyasını dəyişdiyini bildirib.
   
Qarabağ məsələsi türk-erməni protokollarına rəsmən salına bilər
Türkiyə parlamentindəki mənbə Azərbaycan üçün heyrətamiz dərəcədə maraqlı xəbər yaydı
Vaqif Arzumanlı: "Türkiyə doğru olaraq Dağlıq Qarabağ, "soyqırım" və ərazi iddiası məsələlərini gündəmə gətirir ki, bu şərtləri Ermənistan tərəfi, şifahi də olsa, qəbul etsin"
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə 10 oktyabr 2009-cu ildə Sürixdə imzalanmış protokollar Türkiyə Böyük Millət Məclisinin gündəliyinə gətirilsə də, yalnız Türkiyənin qoyduğu əlavə şərhlərlə təsdiqlənəcək.
   Bu barədə APA-nın Türkiyə bürosuna parlamentdəki mənbələrdən məlumat daxil olub. Türkiyənin bu varianta üstünlük verməsinə səbəb Sürix protokollarına rəy verən Ermənistan Konstitusiya Məhkəməsinin protokolları əlavə şərhlərlə təsdiqləməsi olub. Protokolların TBMM-də müzakirəyə çıxarılması durumunda Ankara onlara bu şərhləri qoymağı planlaşdırır:
   1) "Soyqırım" iddialarını araşdırmaq üçün iki ölkə tarixçilərinin daxil olacağı komissiyanın yaradılması gündəlikdə qalsın;
   2) Ermənistan Qars və Moskva sazişlərinin şərtlərinə uyğun olaraq Türkiyənin mövcud sərhədlərini tanısın və torpaq tələbindən vaz keçsin:
   3) Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün konkret addım atılsın.
   Mənbə bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) protokolların müzakirəsi və ratifikasiyası zamanı parlamentdə bu partiyanı təmsil edən bəzi millət vəkillərinin protokolların əleyhinə səs verə biləcəyindən ehtiyat edir. Buna görə də "Sürix protokolları"nın parlamentdə əlavə şərhlərlə ratifikasiya edilməsi AKP-nin işini yüngülləşdirə bilər.
   Məsələyə münasibət bildirən siyasi şərhçi, professor Vaqif Arzumanlı göstərilən şərhlərin hələ Sürix imzalanması ərəfəsində nəzərdə tutulduğunu yada saldı: "Son anda qəbul edilən bu əlavə şərhləri təbii qəbul etmək lazımdır. Çünki bu şərtlər elə əvvəlcədən Türkiyə tərəfindən nəzərdə tutulmuşdu. Həmin şərtlər "Sürix protokolu" imzalanarkən onun bəndlərinə salınmalı idi. Lakin o zaman böyük gərginlik yarandığından, bəzi şərtlər protokoldan çıxarıldı. Ermənistan Dağlıq Qarabağ probleminin həllinin Türkiyə ilə sərhədlərin açılması məsələsinə heç bir aidiyyətinin olmamasını istəyirdi. Öz növbəsində, ermənilər də imzalanma ərəfəsində ərazi iddiası və soyqırım məsələsini protokola salmağa çalışırdı. Belə olduqda qarşılıqlı tələblər protokoldan götürüldü və bu məsələlər sənəddə yalnız sətiraltı öz əksini tapdı. Məsələn, soyqırımla bağlı birgə komissiyanın təşkili məsələsində də məhz belə oldu. Amma indiki halda vəziyyət elə bir məqama çatıb ki, hər iki tərəfin gözlədiyi nəticələr üzə çıxmalı idi. Yadınızdadırsa, "Sürix protokolları" imzalandıqdan sonra mətbuat konfransı keçirilmədi. Əlavələr şərh şəklində mətbuat konfransında iki ölkənin xarici işlər nazirləri tərəfindən əsas bəndlərə müvafiq əlavələr kimi səslənməli idi. Lakin qarşılıqlı tələblərin problem yaradacağını nəzərə alan böyük dövlətlərin xarici işlər nazirləri qərara gəldi ki, həmin məsələlər dilə gətirilməsin və protokolun imzalanmasından sonra mətbuat konfransı keçirilməsin". Həmsöhbətimiz bildirdi ki, Türkiyə tərəfi şərhləri yenidən gündəmə gətirməklə doğru addım atıb: "Məsələ Ermənistan parlamentində ratifikasiyadan əvvəl ölkə prokurorluğuna göndərildi və onlar həmin xəttlə öz şərhlərini yenidən qaldırdılar. Türkiyə də doğru olaraq Dağlıq Qarabağ, "soyqırım" və ərazi iddiası məsələlərini gündəmə gətirir ki, bu şərtləri Ermənistan tərəfi şifahi də olsa qəbul etsin və sonra Böyük Millət Məclisində sənəd ratifikasiya olunsun". Erməni tərəfi dünən (srağagün-red) belə qərara gəlib ki, protokol əvvəlcə Türkiyə, sonra Ermənistan parlamentində ratifikasiya olunsun. Bu məsələlər protokolun imzalanmasını ləngidə bilər. İrəvan belə düşünür ki, bu və ya başqa şəkildə ABŞ Konqresinin palatasında "soyqırım" məsələsi müzakirəyə çıxarılacaq və bununla Türkiyə tərəfinə müəyyən təzyiqlər olacaq. Amma buna inanmaq olmaz. Xarici Əlaqələr Komitəsi səs çoxluğu ilə həmin qərarı qəbul etsə də, əsas söz sahibi prezident Barak Obamadır. O da, çox böyük ehtimalla, sənədə imza atmayacaq. "Soyqırım" məsələsi də aprelin 24-nə qədər olan müddətdə qüvvədə qalacaq. Ondan sonra ermənilər də sakitləşəcək".
   Ekspert hər iki tərəfdən səslənən belə şərhlərin protokolun ratifikasiyasına maneçilik törədəcəyinə inanmır: "Ratifikasiya həm də ABŞ, Rusiya və Avropa ölkələri kimi böyük dövlətlər tərəfindən qəbul edilən qərardır. Onlar bu müqavilənin bağlanmasında israrlıdır. Onun ratifikasiyası gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cığır açır, ikincisi, bir sıra məhəlli münaqişələrin həlli üçün də yaşıl işıq yandırır. Bu mənada protokolun təsdiqi müəyyən mənada ləngisə də, gec-tez Türkiyənin minimal tələbləri və Ermənistanın vəziyyətlə barışması əsasında ratifikasiya olunacaq".
   
Rüfət SULTAN
KİV-lərə Dəstək Fonduna 47 layihə verilib
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda mətbuat orqanlarının təqdim etdiyi layihələrin nəticələri martın sonunda açıqlanacaq.
   Bu barədə "OLAYLAR"a məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərlinin sözlərinə görə, hazırda təqdim olunmuş layihələrin araşdırılması aparılır.
   Araşdırmalar başa çatdıqdan sonra layihələr ekspertlərə təqdim olunacaq. Fond sədri onu da bildirib ki, layihələrin qiymətləndirilməsində dəyişiklik edilməyib:
   "Fond tərəfindən layihələrin qiymətləndirilməsində heç bir yenilik edilməyib. Proses, əvvəlki kimi, maksimum 120 bal sistemilə aparılır". Qeyd edək ki, KİV və jurnalist qurumlarından Fonda 47 layihə təqdim olunub.
   
Elmira Süleymanovanın parlamentə hesabatı təxirə salındı
Hökumətin hesabatı isə cəmi bir gün müzakirə olunacaq
Azərbaycan Milli Məclisi Nazirlər Kabinetinin hesabatını müzakirə edəcək. APA-nın məlumatına görə, martın 16-da Milli Məclisdə hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabat müzakirə olunacaq. Vaxt çatışmazlığından Nazirlər Kabinetinin hesabatının bir iclas günü müzakirə ediləcəyi və hökumətin fəaliyyətinə münasibət bildiriləcəyi gözlənir.
   Ombudsmanın məruzəsi isə mart ayında qeyr-iş günlərinin çoxluq təşkil etməsilə əlaqədar apreldə müzakirəyə çıxarılacaq.
   
Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Tomas Hammarberqi qəbul edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı cənab Tomas Hammarberqi qəbul edib.
   Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Daxili İşlər Nazirliyilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.
   Nazir qeyd edib ki, Avropa Şurasının "Polis və insan hüquqları" Proqramı çərçivəsində hazırlanmış "İşgəncələrə qarşı Komitə haqqında nə bilirsiniz" adlı 15 sualı əhatə edən broşura tərcümə edilərək, tədris prosesində əyani vəsait kimi istifadə olunur. "Polis etikası haqqında "Avropa məcəlləsində təsbit olunmuş prinsiplər və Avropa Şurası ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi" hazırlanıb. General-polkovnik R.Usubov onu da qeyd edib ki, Daxili İşlər Nazirliyi bu uğurlara nail olmaqla bərabər, polis əməkdaşları tərəfindən törədilən hər cür neqativ təzahürlərə qarşı mübarizə sahəsində də öz işini böyük əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır.
   Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı cənab Tomas Hammarberq səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.
   
11 "reket qəzet" adının bu siyahıdan çıxarılması üçün Mətbuat Şurasına müraciət edib
MŞ-nin Apelyasiya Qrupunun ilk iclası keçirildi
Mətbuat Şurası İdarə Heyətinin 18 fevral 2010-cu il tarixli iclasında adı Şuranın "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrinin həmin siyahıdan çıxmaları ilə əlaqədar müraciətlərinin araşdırılması üçün ayrıca "apelyasiya qrupu" yaradılıb.
   Dünən qrupun ilk iclası keçirilib. Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq bildirib ki, "qara siyahı"da yer alan KİV-lərin 11-i MŞ-yə ərizə ilə müraciət edib. Qrupun üzvlərindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin və "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın çıxışlarında qeyd olunub ki, hər hansı nəşrin "qara siyahı"dan çıxarılması üçün "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimatın şərtləri əsas götürülməlidir. Qeyd edək ki, Təlimat aşağıdakı hallarda "qara siyahı"dan çıxarılmanı nəzərdə tutur:
   - MŞ-nin müvafiq qərarının qəbulundan ötən 1 (bir) il müddətində etik prinsiplərin pozulması ilə əlaqədar barəsində MŞ-yə əsaslı şikayət və müraciətlər daxil olmadıqda;
   - Azərbaycan Mətbuat Şurasının müvafiq qərarının qəbulundan sonrakı 1 (bir ) il müddətində Şuranın apardığı monitorinqlər zamanı fəaliyyətində peşə prinsiplərinin pozulmasının aşkarlanmadığı müəyyənləşdirildikdə;
   - "Reket nəşr" elan olunan KİV-in MŞ-yə üzərindən "reket nəşr" adının götürülməsinə dair rəsmi müraciət ünvanlamasından, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyələrə əməl etməyə razılığını bildirdikdən sonra;
   - KİV-in üzərindən "reket nəşr" adının götürülməsi prosedurunun həyata keçirilməsinə məlum nəşrin redaksiya kollektivilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədləri MŞ-yə təqdim etdikdən sonra;
   - Məlum nəşrin il ərzində ən azı 12 sayı çıxdıqdan sonra. Qrup üzvləri qərara alıblar ki, tələblərə əməl olunmayacağı təqdirdə, heç bir nəşrin "qara siyahı"dan çıxarılması məsələsinə baxıla bilməz.
   
RAMİL
İsrail əsgərinin "Feysbuk"dakı məlumatı hərbi əməliyyatı təhlükə qarşısında qoydu
"Katana kəndini təmizləyəcəyik"
İsrailin müdafiə ordusu "Feysbuk" sosial şəbəkəsində yerləşdirilmiş məlumat üzündən İordan çayının qərb sahilindəki kənddə həyata keçirilən əməliyyatı təxirə salıb. Bu barədə APA İNTERFAKS-a istinadən xəbər verir.
   "Çərşənbə günü biz Katana kəndini təmizləyəcəyik, cümə axşamı isə, Allah qoysa, evə qayıdacağıq" - deyə əsgər veb-saytdakı səhifəsində yazıb.
   Məlumatda əməliyyatın təfərrüatları və keçirilmə vaxtı da qeyd olunub. Onun əsgər yoldaşları internetdə bu məlumatı görən kimi komandanlığa məlumat verib. İsrailin "Qaley Saxal" ordu radiostansiyasının məlumatına görə, ordu rəhbərliyi məlumatın sızmasının əsgərlərin həyatına təhlükə yarada biləcəyini nəzərə alaraq əməliyyatı dayandırıb. Bütün bunlara baxmayaraq əməliyyat uğurla başa çatdırılıb, məlumatı sızdırmış əsgər isə ordu sıralarından xaric olunub.
İlham Əliyev "Şaxta faciəsinə" görə Saakaşviliyə başsağlığı verib
Prezident İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşviliyə başsağlığı məktubu göndərib.
   APA-nın məlumatına görə, Tkibuli şəhərindəki şaxtada baş vermiş partlayış nəticəsində insan tələfatı xəbərini kədər hissilə qarşıladığını qeyd edən dövlət başçısı faciə ilə əlaqədar M.Saakaşviliyə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Gürcüstan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. Qeyd edək ki, martın 3-də Tkibuli şəhərindəki şaxtada baş vermiş partlayışda 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
   
Tərtərdə bir əsgər öz hərbçi yoldaşını öldürdü
Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
   Məlumata görə, srağagün axşam saatlarında hərbi hissənin əsgəri, 2008-ci ilin oktyabrında Qobustan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Novruzov Vilayət Vəkil oğlu silahla ehtiyatsız davranaraq atəş açıb. Nəticədə onun əsgər yoldaşı 2009-cu ilin oktyabrında Biləsuvar Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Əliyev Rövşən Qəzaxan oğlu yaralanıb və dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
   
Qaradağdakı hərbi hissədə içində üç yaşlı körpə olan "Ĉiquli" yandı
Son anda...
Bakı şəhərində yerləşən hərbi şəhərcikdə içərisində azyaşlı uşaq olan avtomobil yanıb. Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.
   Hadisə dünən saat 16.30 radələrində Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Şəhərcikdə "VAZ-2107" markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb. Hadisə baş verən zaman avtomobilin sahibinin 3 yaşlı oğlu Məhəmməd Yusifov maşında olub. Hadisə yerində olan şəxslərin səyi nəticəsində avtomobildə olan körpə çətinliklə xilas edilib. Uşaq xəstəxanaya yerləşdirilib. Onun ciddi yanıq xəsarəti aldığı və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
   Faktla bağlı araşdırma aparılır.
Belçikada PKK-ya qarşı əməliyyat keçirilib
Belçika polisi martın 4-də səhər PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
   APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, paytaxt Brüssel, eləcə də Antverpen və Şarlerua şəhərlərində 25 ünvanda keçirilən əməliyyatda 300 polis iştirak edib. PKK liderləri Zübeyir Aydar və Rəmzi Qartal da daxil olmaqla, 15 nəfər saxlanıb. Polis PKK-nın telekanalı "Roj TV"nin studiyalarında axtarış aparıb. Bəzi sənədlər müsadirə edilib.
   
Döyüş postunda yatan və yatmış əsgəri güllələyən hərbçilərin məhkəməsi başlayıb
Araz Abdullayev və Fəxri Babayev nədə ittiham olunur?
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti Araz Abdullayevin və əsgər Fəxri Babayevin məhkəməsi keçirilir.
   İttihama görə, Araz Abdullayev ötən ilin avqust ayının 5-də postda xidmət aparan əsgər Səyyaf Həsənovun yatdığını görüb. İstifadəsində olan avtomat silahdan atəş açaraq yatmış əsgəri qətlə yetirib. Əsgər Fəxri Babayev isə, ona döyüş postu etibar edildiyi halda, postun sığınacağının qarşısındakı səngərdə yatmaqda təqsirləndirilir. Hər iki əsgər məhkəmədə ittiham üzrə özünü təqsirli bildiyini söyləyib. Məhkəmə iclası davam edir.
   
   
   
"Azərenerji"nin siyahısı geniş korrupsiya meydanı aça bilər
Hökumətdəki müəyyən dairələrin sökülməli bir sıra obyekt sahibləri ilə spekulyasiya söhbətlərinə başladığı barədə xəbərlər yayıldı
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yüksəkgərginlikli elektrik hava xətlərinin altında tikilən obyektlərlə bağlı Nazirlər Kabinetinə təqdim etdiyi siyahı üzərində "təmizləmə" əməliyyatı başlanıb.
   Bu barədə "OLAYLAR"a hökumətdəki mənbələrdən məlumat verilib. Məlumata görə, aidiyyəti şəxslər hazırda həmin siyahıda olan nüfuzlu obyektlərin sahiblərilə danışıqlar aparır. Mənbə bildirir ki, hökumətdəki aidiyyəti şəxslər həmin nüfuzlu obyekt sahiblərilə razılaşmaq istəyir. Yəni həmin şəxslər müəyyən maraqlar naminə obyektlərin sökülməməsini mümkün hesab edir. Bu barədə həmin obyekt sahiblərinə məlumat verilib və onlardan külli miqdarda vəsait tələb olunub. Mənbə deyir ki, hazırda həmin şəxslərin bəziləri bu təklifi qəbul edib və obyektinin köçürülməməsi üçün lazım olan məbləği ödəməyə razılıq verib.
   Mənbə deyir ki, hazırda həmin razılaşdırılmış obyektlərin adlarının bu siyahıdan çıxarılması üçün ciddi iş gedir. Amma buna baxmayaraq, siyahıda adı olan bəzi tanınmış obyektlərin üzərində qara buludlar dolaşır. Yəni bu cür obyektlərin bir neçəsinin sökülməsinə qərar verilib. Mənbənin məlumatına görə, belə obyektlər "Tac Mahal" və "Kleopatra", "Neapol" şadlıq evləri, "Naftalan vannaları" Sağlamlıq Mərkəzi"və sair obyektlərdir. Məlumata görə, həmin obyekt rəhbərlərilə də hökumət arasında danışıqlar aparılıb. Lakin obyektin sökülməməsi üçün təklif olunan məbləğ obyekt sahiblərini qane etməyib. Nəticədə hökumətdəki həmin şəxslər bu obyektlərin sökülməsinə qərar verib.
   
Xocasən, Balaxanı və Zığ bələdiyyəsi barədə cinayət işi başlandı
Qanunsuz torpaq satan bələdiyyələrin işi araşdırılır
Barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi (308.1) ilə cinayət işi açılan bələdiyyələrlə bağlı materiallar prokurorluq orqanları tərəfindən araşdırılır.
   /"OLAYLAR"İA/ Bu barədə "OLAYLAR"a daxil olan məlumata görə, artıq həmin bələdiyyələrin adları bəllidir. Belə ki, Binəqədi rayonu Xocahəsən bələdiyyəsi 132,8 ha qanunsuz torpaq satışı və təsdiqedici sənədlər olmadan qanunsuz xərcləmə nəticəsində bələdiyyə və dövlət büdəsinə 4036585 manat, Bakı şəhər Nizami Bələdiyyəsi 0,14 ha torpaq sahəsini bazar qiyməti nəzərə alınmadan satması nəticəsində bələdiyyə büdcəsinə 1118066 manat, Sabunçu rayonu Balaxanı bələdiyyəsi 2,95 ha torpaq sahəsinin qanunsuz satılması və 4,71 ha torpaq sahəsinin bir şəxsin digər şəxsin adına keçirməsi nəticəsində bələdiyyə büdcəsinə 590000 manat, Suraxanı rayonu Zığ bələdiyyəsində 2,13 ha torpaq sahəsinin qanunsuz satılması və qanunsuz xərclənməsi nəticəsində bələdiyə büdcəsinə 1224252 manat məbləğində ziyan vurduğuna görə barələrində cinayət işi başlanıb. Xatırladaq ki, eyni qanun pozuntusuna yol vermiş 23 bələdiyyə barədə cinayət işi açılıb.
   
15-ci Polis Bölməsi iki il əvvəl öldürülüb basdırılmış meyitin sirrini tam açdı
Fərhad Quliyevin qatili tutuldu
Bakıda iki il əvvəl qətl törədən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2008-ci ilin dekabr ayında Bakı şəhər sakini Yuri Belousov münaqişə zəminində Masallı rayon sakini Fərhad Quliyevi bıçaqla qətlə yetirib, meyitini isə Nardaran qəsəbəsi ərazisindəki Ləhic bağlar sahəsində torpağa basdırıb.
   Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirdəri nəticəsində Y.Belousov tutulub. F.Quliyevin çürümüş vəziyyətdə olan meyiti eksqumasiya edilib.
   Faktla əlaqədar cinayət işi başlanıb.
   
Ucarın Rəstəcə kəndində ər arvadını qətlə yetirdi
Martın 3-də axşam saatlarında Ucar rayonunda qətl hadisəsi baş verib.
   Ucar Rayon Polis Şöbəsindən APA-nın Aran bürosuna verilən məlumata görə, rayonun Rəstəcə kənd sakini, iki uşaq atası, 1967-ci il təvəllüdlü Hüseynov Adil Ağakərim oğlu həyat yoldaşı, 1974-cü il təvəllüdlü Kazımova Mətanət Rza qızını bıçaqla qətlə yetirib. İlkin versiyaya görə, hadisə qısqınclıq zəminində baş verib. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
   
   
Gəncədə "Karvan" MMC-nin 5 kiloqram qızılı oğurlanıb
Arzu Əhmədov hadisəni sərxoş vəziyyətdə törətdiyini deyir
Gəncədə qızıl mağazasından oğurluq edən şəxs tutulub. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, fevralın 27-də Cavad xan küçəsində yerləşən "Karvan" MMC-nin mağazasından 399 adda, ümumi çəkisi 5 kiloqramdan çox olan, 100 min manat dəyərində qiymətləndirilən qızıl zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən "Karvan" MMC-nin icraçı direktorunun tanışı, 1973-cü il təvəllüdlü Gəncə şəhər sakini Arzu Yusif oğlu Əhmədov tutulub. Dindirilmə zamanı təqsirləndirilən şəxs hadisəni sərxoş vəziyyətdə törətdiyini və götürdüyü qızılları yaşadığı evdə şüşə bankada basdırdığını bildirib. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsilə cinayət işi açılıb, istintaq aparılır. Günahı sübuta yetirilərsə, Arzu Əhmədovu 6 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Sumqayıtda 23 yaşlı qız 5-ci mərtəbədən yıxılıb
Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə martın 4-ü, saat 01.00 radələrində baş verib. Beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Sürayyə Hüseynova mənzilin şüşələrini silərkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif bədən xəsarətlərilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
Azərbaycanda hərbi hissədə yanğın olub
Bakıda hərbi hissədə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə martın 4-də, saat 01.00 radələrində qeydə alınıb.
   Qaradağ rayonunda yerləşən "N" saylı hərbi hissənin ərazisində ümumi sahəsi 2500 kv/m olan, hazırda istifadə edilməyən birmərtəbəli kazarma binasının yanar konstruksiyaları 600 kv/m sahədə yanıb. Yanğın saat 01:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
 
 SON XƏBƏRLƏR
2010-03-05 Azərbaycanda hərbi hissədə yanğın olub
2010-03-05 Sumqayıtda 23 yaşlı qız 5-ci mərtəbədən yıxılıb
2010-03-05 Gəncədə "Karvan" MMC-nin 5 kiloqram qızılı oğurlanıb
2010-03-05 Ucarın Rəstəcə kəndində ər arvadını qətlə yetirdi
2010-03-05 15-ci Polis Bölməsi iki il əvvəl öldürülüb basdırılmış meyitin sirrini tam açdı
2010-03-05 Xocasən, Balaxanı və Zığ bələdiyyəsi barədə cinayət işi başlandı
2010-03-05 Döyüş postunda yatan və yatmış əsgəri güllələyən hərbçilərin məhkəməsi başlayıb
2010-03-05 Belçikada PKK-ya qarşı əməliyyat keçirilib
2010-03-05 Qaradağdakı hərbi hissədə içində üç yaşlı körpə olan "Ĉiquli" yandı
2010-03-05 Tərtərdə bir əsgər öz hərbçi yoldaşını öldürdü
2010-03-05 İlham Əliyev "Şaxta faciəsinə" görə Saakaşviliyə başsağlığı verib
2010-03-05 İsrail əsgərinin "Feysbuk"dakı məlumatı hərbi əməliyyatı təhlükə qarşısında qoydu
2010-03-05 11 "reket qəzet" adının bu siyahıdan çıxarılması üçün Mətbuat Şurasına müraciət edib
2010-03-05 Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Tomas Hammarberqi qəbul edib
2010-03-05 Elmira Süleymanovanın parlamentə hesabatı təxirə salındı
2010-03-05 KİV-lərə Dəstək Fonduna 47 layihə verilib
2010-03-05 Naxçıvan nümayəndəliyi Bənənyarda 4 adamın ölüm səbəblərini açıqladı
2010-03-05 VİP Bakı Şəhər İcra Hakimiyyətini partiyalara qarşı ayrı-seçkilik etməkdə suçladı
2010-03-05 ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin vaxtı qurtarır
2010-03-05 Tərəfsiz Jurnalistlər Birliyinin "tərəfliliyi"...
2010-03-05 Rauf Arifoğlu onu izləyənlərin görüntülərini əldə etməyin mümkünlüyünü deyir
2010-03-05 Rail Rzayevin 200 minini oğurlayanların məhkəməsi martın 15-də başlayır
2010-03-05 "Şəmkirli Saşanı vuran "Qoca" mənim kürəkənimi də güllələyib"
2010-03-05 Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba öldü
2010-03-05 "Azadlıq"dan rədd cavabı olan DUİ Müsavat Partiyası ilə məsləhətləşmələri davam etdirəcək
2010-03-05 Mübariz Qurbanlı ABŞ Konqresindəki müzakirələrə "qızıl güllə" adı qoydu
2010-03-05 Mirhüseyn Musəvinin Şərqi Azərbaycan vilayətindəki tərəfdarlarından biri həbs edilib
2010-03-05 "Qeydiyyatdakı narkomanların yalnız 0,08 faizi tələbələrdir"
2010-03-05 Elçin Behbudov Eynulla Fətullayevin həbsxanadan göndərdiyi xəbərçilik söhbətinə cavab verdi
2010-03-05 "Azadlıq" bloku özü ayrıca seçki bloku təsis edəcək
2010-03-05 Avropa Birliyinin sədri AMİP, Ümid və ADP rəhbərlərini görüşə dəvət etmədi
2010-03-05 "Rəsulzadə-Elçibəy yolu" da müxalifətdə nifaqı dərinləşdirdi
2010-03-05 ABŞ İran sərhədlərinə qoşun cəmləyir(?)
2010-03-05 Öz seçki kampaniyasını ortabab maliyyələşdirə bilən neçə namizədiniz olacaq?
2010-03-05 "Azadlıq" bloku Müsavat və DUİ ilə müzakirə aparmaq təklifini rədd etdi
2010-03-05 "Azadlıq" bloku, ADP və Ümid partiyaları Müsavatı boykot edir(?)
2010-03-05 Azərbaycanın aldığı rus təyyarələri döyüşə tam yararsızdır(?)
2010-03-05 Avropadakı atom bombaları ləğv edilir
2010-03-05 Dəhşətli borca düşən Yunanıstan Aralıq dənizindəki adalarını satışa çıxara bilər
2010-03-05 ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP-ə gəldi
2010-03-05 "Nabukko" Qərb dövlətlərini üz-üzə qoydu
2010-03-05 Yük maşınları Rusiya-Azərbaycan sərhədində qalıb
2010-03-05 BVF-nin Azərbaycanda bankların sayının azaldılması təklifi ekspertlərin müzakirəsinə çıxdı
2010-03-05 Nəsimidə Yalçın Əzizov 4 adama 65 min pul "atdı"
2010-03-05 "Meşə qardaşları"nın apelyasiya məhkəməsi başlayıb
2010-03-05 Azərbaycanda qanunsuz tikililərin sayını müəyyənləşdirməkdə çətinliklər var
2010-03-05 Orduda psixoloqlar işləsə, mövcud fəsadlar yarıbayarı azalacaq
2010-03-05 İspanların oyunu Anrini şoka salıb
2010-03-05 Saşanın legionerlik arzusu puç oldu
2010-03-05 Qapıçı Rojerio Keni karyerası ərzində 88 qola imza atıb
2010-03-05 Lüksemburq - Azərbaycan oyunu İngiltərəni qarışdırdı
2010-03-05 "Yuventus" Qonsalo İquainə təklif göndərəcək
2010-03-05 2:1 də Foqtsu razı salmadı
2010-03-05 Quiza "Fənərbaxça"nı "Atletiko"ya dəyişə bilər
2010-03-05 Baş məşqçi ilə əlbəyaxa olan futbolçu "Standard"dan qovulur
2010-03-05 Kamran Ağayevin vəziyyəti müəmmalıdır
2010-03-05 AFFA legionerlərə limit tətbiq edə bilər
2010-03-05 Vəkil Lalə Hüseynovaya basqın edənə hökm oxundu
2010-03-05 Nəsimi rayonundakı alkoqol və tütün mağazalarında yoxlama aparılacaq
2010-03-05 GEM "şirniyyat yürüşlərinə" başladı
2010-03-05 5-ci, 29-cu və 39-cu polis bölmələri Bakıda itkin düşmüş üç adamı bir gündə tapdı
2010-03-05 Neftçalada bacısını qətlə yetirən Vüsal Babayevə 8 il həbs cəzası
2010-03-05 Marşrut avtobusu 8-ci kilometr bazarı qarşısında iki piyadanı vurdu
2010-03-05 "Nissan Motors"da aşkarlanan nasazlığa Azərbaycandakı satış mərkəzlərindən reaksiya verildi
2010-03-05 Ekologiya Nazirliyinin 5 saylı İdarəsi Siyəzəndə əməliyyat keçirdi
2010-03-05 Neftçalada traktorçu müəlliməni borc pul üstündə öldürdü
2010-03-05 Bakı-Quba yolunun beton layı partlayıb
2010-03-05 Seyid Camal Əzimbəyli İslam Vəqfini buraxandan sonra daha sərbəst olduğunu deyir
2010-03-05 MTRŞ "Space"ə meyxana yarışmasını dayandırmaq barədə tövsiyə verib
2010-03-04 Ordumuzun zabiti "Asiman" firmasının rəhbərini güllələdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009