İndoneziyada ağcaqanadların yaydığı, hələlik elmə
az məlum olan xəstəlikdən 17 min adam ölüb
İndoneziyanın Sumatra adasındakı Lampunq əyalətində az öyrənilmiş xəstəliyə yoluxmuş adamların sayı 17 min 370 nəfərə çatıb. APA-nın məlumatına görə, 2 həftə əvvəl yerli hakimiyyət orqanları artıq Lampunqun Sidomulyo şəhərində az öyrənilmiş çikunqunya xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə rejim elan edib.
Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır və onun xarakterik xüsusiyyətlərindən biri yüksək qızdırmadır.