Yanukoviç Şimali Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq fikrində deyil
Ukraynanın yeni prezidenti eyham vurdu
Ukrayna prezidenti Viktor Yanukoviç qondarma Şimali Osetiya və Abxaziya respublikalarının müstəqilliyini tanımayacağını, üstüörtülü olsa da, bildirib. Bu haqda APA RİA "Novosti"-yə istinadən məlumat verib.
"Mən dəfələrlə demişəm ki, biz ikili standartların əleyhinəyik", deyə Kosovo münaqişəsini misal göstərən Yanukoviç bildirib. "Digər nümunə isə Şimali Osetiyadır. Lakin təcrübə göstərir ki, bu cür halların baş verməsi donmuş münaqişələrin daha da pisləşməsinə gətirib çıxarır", deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya Gürcüstanla qısamüddətli müharibədən sonra bu iki dövlətin müstəqilliyini dərhal tanıdı. Rusiyanın bu mövqeyini yalnız Nikaraqua, Venesuela və Sakit okean ada dövləti Nauru dəstəkləyib.