04 Mart 2010-cı il, N 302(1201)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3665)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Gənc qızların artan intiharının səbəbləri aydınlaşır
Zorla ərə verilmə bir sıra hallarda faciəli nəticə verir
Azad İsazadə: "Cavanların həyat təcrübəsi az olduğu üçün, bəzən ölümü bütün problemlərin həlli yolu kimi dəyərləndirirlər"
Son zamanlar tez-tez cavan qızların intihara əl atmasına dair məlumatlara rast gəlirik. Kürdəmirdə, Astarada, Sumqayıtda və digər rayonlarda həddi-büluğa çatmış qızların intihar halları artmaqdadır.
   "Nəyə görə qızlar intihar edir, özlərinə ölüm arzulayır" sualı həmişə psixoloqları, sosioloqları düşündürür. Ölümdən başqa çarə görməyən bu qızların intiharına səbəb çox vaxt məhəbbət, sevgi olur. Amma başqa səbəblər də mövcuddur.
   Mütəxəssislər bunu cəmiyyətin sosial durumu, məişət problemlərilə əlaqələndirir. Psixoloqların fikrincə, cəmiyyətdə yaşanan problemlər gənclərin və yeniyetmələrin həyat tərzinə daha çox təsir edir, onların depressiya yaşamasına gətirib çıxarır. Bu da sonucda intihar hallarının artmasına rəvac verir. Maraqlıdır ki, intihar olaylarının sayına görə, inkişaf etmiş ölkələr liderlik edir. Son illər Azərbaycanda da 11-34 yaş arası insanların intihar etməsi, demək olar ki, adiləşir. Ekspertlər ölkəmizdə intihara hərbçilər və gənc qızların daha çox meyl etdiyini düşünür.
   Ekspertlərin fikrincə, əsasən, soyuq aylarda intihar edənlərin sayı çox olur. Bu aylarda psixoloji cəhətdən zəif insanlar tez depressiyaya düşür və nəticədə həyatına son qoymağa qərar verir. Mütəxəssislərin zənnincə, hazırda insanlar yaxınları ilə təmasda olmaqdan yayınır. Belə olan halda, onlar daha çox tənha həyat sürməyə məhkum olur. İnsanlar arasında ünsiyyət azaldığından, özünə qapanma halı yaranır. Bəzi şəxslər özünə qapanaraq həyatdan küsür, sonda çıxış yolu olaraq intiharı seçir.
   Psixoloq Azad İsazadə ölkədə intihar hallarının sayının zaman-zaman dəyişdiyini dedi. O, ölkədə bu halların dəqiq sayının və səbəblərinin analiz edilməsinin mümkünsüz olduğunu bildirdi. A.İsazadənin sözlərinə görə, intihar halları düzgün qeydə alınmır: "Mərhumun yaxınları çox zaman intiharın səbəbini gizlətməyə çalışır. Bəzi hallarda intiharı təsadüfi bir hadisə, ya da fizioloji ölüm kimi qələmə verirlər. Nəticədə intiharın səbəbi aşkarlanmamış qalır. Cavanların həyat təcrübəsi az olduğu üçün, bəzən ölümü bütün problemlərin həlli yolu kimi dəyərləndirirlər". Onun sözlərinə görə, intihara səbəb olacaq birinci amil depressiyadır. Bu hal insanlarda ümidsizlik yaradır və intihara səbəb olur.
   Müsahibimiz hesab edir ki, gənc qızların intihar etməsinin birinci günahkarı valideynlər və oğlanlardır: "Dövlət səviyyəsində konseptual tədbirlər həyata keçirilməlidir. Televiziyada həyatın gözəl və mənalı olmasına dair verilişlər göstərilməlidir" deyən ekspertin sözlərinə görə, televiziyada intiharla bağlı kinoların nümayişi qəbuledilməzdir.
   Qızların intihara əl atması əsasən iki amillə bağlı olur: Ailəsi tərəfindən məcburi ərə verilmə və seksual xarakterli zorakılığa məruz qalma. Onu da bildirək ki, 2009-cu ilin birinci yarısına aid məlumatlara görə, Azərbaycanda yetkinlik yaşına çatmayan 4000 nəfər qız zorla ərə verilib.
   "Yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsi və insan alverinin qurbanına çevrilməsi" layihəsi çərçivəsində Vətəndaş Təşəbbüsləri Mərkəzinin apardığı araşdırmalar zamanı məlum olub ki, 2009-cu ildə insan alverinin qurbanına çevrilmiş 65 nəfər qız zorakı nikahlara cəlb olunma nəticəsində əxlaqsızlığa yuvarlanıb. Təəssüf ki, belə faktlar yalnız əxlaqsızlığa deyil, AİDS kimi həyat üçün təhlükəli xəstəliklərin yayılmasına da yol açır. Bu cür ağır xəstəliyə yoluxanlar da intihara əl ata bilir. Ötən ilin fevral və mart aylarında Lənkəran, Astara və Masallı rayonlarında yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsi faktları aşkarlanıb. Belə problemlərə Lənkəran şəhərinin özündə, demək olar ki, nadir halda rast gəlmək olar. Amma kəndlərdə vəziyyət acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız evdə qalmış hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Bu baxımdan Masallı rayonunda vəziyyəti daha təhlükəli hesab edən ekspertlər bildirir ki, bu rayonda qızlar, ən yaxşı halda, 5-ci və ya 6-cı sinfə qədər dərsə gedə bilir. Qızların təhsildən yayındırılması kimi hallar da sonda arzuolunmaz nəticələrə gətirib çıxarır. İntiharlar, əxlaqsız yola düşmə və s. hallar təhsilin aşağı səviyyəsilə bu və ya digər şəkildə bağlı olur.
   
Eldar XƏYAL
Uşaq müəssisələrində "maşın maxinasiyaları"...
Köhnə maşınlar yeni adı ilə sənədləşdirilir
Uşaq evləri və internat tipli müəssisələrdə mənimsəmə faktları mövcuddur. Bu barədə "OLAYLAR"a uşaq hüquqları üzrə monitorinq qrupundan məlumat verilib.
   Qurumdan deyiblər ki, müəssisələrə alınan köhnə maşınlar yeni adı ilə sənədləşdirilir: "Artıq bir neçə uşaq müəssisəsindən faktlar daxil olub. Məlumatlarda qeyd edilir ki, maşınların təmiri adı ilə də vəsaitlər silinir. Məlumatların araşdırılması üçün tədbirlərə başlanıb". Araşdırmalardan sonra müəssisələr haqqında məlumatlar veriləcək.
   
Regiondakı qadınlar dövlət əhəmiyyətli qərarların qəbulunda iştirak edirmi?
Regional Qadın Təşəbbüsləri İctimai Birliyi Şəki, Qəbələ, Zaqatala və Oğuz rayonlarını əhatə edəcək yeni layihənin icrasına başlayır.
   Layihənin məqsədi regionlarda siyasətdə və dövlətin əhəmiyyətli qərarlarının qəbul edilməsində qadınların balaslandırılmış iştirakının monitorinqi və debatların keçirilməsidir. Birliyin sədri Mehriban Əliyevanın sözlərinə görə, altı ay davam edəcək layihə çərçivəsində adıçəkilən regionlarda Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə (o cümlədən Azərbaycana) "Siyasətdə və dövlətin əhəmiyyətli qərarlarının qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakı haqqında" tövsiyələri təsirlərinin monitorinqi aparılacaq. Monitorinqə statistik təhlil, hədəf qrupları ilə fərdi söhbətlər və müşahidələr daxildir.
   İkinci mərhələdə aparılan monitorinqin nəticələri ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Sonda isə Şəki rayonunda monitorinqin nəticələrinə həsr olunan iki debat təşkil ediləcək.
   Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin bu layihəsi gender mədəniyyətinin inkişafına xidmət edir.
   
Eldar XƏYAL
Artıq dördüncü aydır ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması davam edir
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2010-cu ilin mart ayının 1-nə 5 074,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 561,5 mln. dollar və ya 10% azdır.
   Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu ilin fevral ayı ərzində valyuta ehtiyatlarının həcmi 65 mln. dollar və ya 1,3% azalıb: Göründüyü kimi, ötən il ərzində rəsmi valyuta ehtiyatlarında dəyişkənlik müşahidə olunub. Bundan başqa, artıq ardıcıl olaraq 4 aydır ki, valyuta ehtiyatları azalır. Bu müddət ərzində azalmanın həcmi 106,6 mln. manat təşkil edib.
   
Mobil rabitə sahəsində tariflər aşağı salınacaq
Bu il mobil rabitə sahəsində tariflərin aşağı salınacağı gözlənir. İKT üzrə İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tariflərin salınması "Azərfon-Vodafon"un Azərbaycan bazarına daxil olması və rəqabətin artması ilə bağlıdır.
   Yaxın vaxtlarda "Azərfon-Vodafon" abonentləri üçün "Vodafon"un mövcud olduğu ölkələrdə daha qənaətcil tariflər tətbiq ediləcək. Bu isə Azərbaycanda rouminq üzrə tarif siyasətinə təsir edəcək. ("OLAYLAR"İA)
   
Nardaran məscidində cibgir qadın tutulub
Nardaranda qadın cibgir tutulub. Bu barədə məlumatı "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən veriblər.
   Hadisə yanvarın 31-də Nardarandakı məsciddə baş verib. Məscidin qarşısında qəsəbə sakini Validə Bədəlovanın mobil telefonu əl çantasından oğurlanıb. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nərmin Sadıqova martın 2-də saxlanıb.
   
   
Bakı-Sumqayıt yolunda "Nizami" kafesi priton kimi işləyir
Kapitan kimdir?
Bakı-Sumqayıt şossesində yerləşən "Nizami" kafesi əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bu barədə "OLAYLAR"a Sumqayıt sakinləri məlumat verib. Məlumata görə, sözügedən kafe məmurların razılığı ilə açıq-aşkar fəaliyyət göstərir və bu obyektə hüquq-mühafizə orqanları müdaxilə edə bilmir.
   Sakinlər deyir ki, həmin ərazidə yerləşən digər kafelərdə insan alverinin qarşısı alınsa da, polislər bura yaxın gələ bilmir. Sakinlər qeyd edir ki, həmin kafeyə Sumqayıt, Abşeron və Bakıdan sifarişlə fahişələr gətirilir. Kafedə fahişələrin yemək-içməyi pulsuz edilir. Bundan başqa, bu güzəştlər bəzi müştərilərə də aid edilir. Məsələn, kafeyə çörək yeməyə deyil, fahişə dalınca gələnlərə pulsuz çay dəstgahı, sulu qəlyan və bəzi kiçik qəlyanaltılar pulsuz verilir. Sakinlər deyir ki, kapitan Nizami Yusifov kafeyə çörək yeməyə gələn vətəndaşlardan da artıq pul alır. Belə ki, kafedə iki nəfər yüngül nahar edirsə, sonda həmin müştərilərdən 2 qat artıq pul alınır. Narazılıq edən şəxs isə polislə hədələnir. Artıq bir neçə dəfə kafedə bahalığa narazılıq edən şəxslər həbs edilib. Kafedə narazılıq edənlər obyektdə saxladığı idmançılar tərəfindən döyülür və Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidməti əməkdaşları ilə qorxudulur.
   Qeyd edək ki, 2007-ci ildə Sumqayıt şəhər icra başçısı Vaqif Əliyevin göstərişilə Bakı-Sumqayıt şossesində kafe adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvaları dağıdılmışdı. Amma həmin vaxt bir neçə obyekt dağıdılmadı ki, bu obyektlərdən biri də məhz "Nizami" kafesi oldu. Həmin vaxt bu kafe bir müddət normal fəaliyyət göstərsə də, sonradan yenə də fahişəxanaya çevrilib.
   Mövzuya qayıdacağıq.
Yardımlıda da torpaq sürüşməsi başlayıb
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, martın 1-də Yardımlının Telavar kəndində, Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyindən 7 km şimal-qərbdə, Viləş çayının sağ sahilində, Qaravulxana dağının yuxarı və aşağı yamaclarında torpaq sürüşməsi qeydə alınıb.
   Sürüşmə ərazidə yerləşən evlərə təhlükə yaradıb. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri hadisə yerinə baxış keçirib. Müəyyən olunub ki, yuxarı yamacda təxminən 2000 kv/m ərazi, aşağı yamacda təxminən 5000 kv/m ərazi sürüşməyə məruz qalıb. Sürüşmə zonasında yerləşən bəzi tikililərin divarlarında çatlar əmələ gəlib, iki fərdi evin gələcək istismar üçün təhlükəli olduğu müəyyənləşdirilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Üç bakılı, bir tərtərli Gəncə sakinini Bakıda bıçaqladılar
Nəsir İsmayılov xəstəxanaya aparılıb
Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Hadisə martın 1-i saat 02.00 radələrində Bülbül prospektində qeydə alınıb. Gəncə şəhər sakini Nəsir İsmayılov aldığı bıçaq xəsarətlərilə Klinik Tibbi Mərkəzə daxil olub. Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Bakı şəhər sakinləri Rəvan Qafarov, Seymur Süleymanov, Ceyhun Məmmədov və Tərtər rayon sakini Emin Quliyev martın 2-də tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
   
Sabunçuda İlqar Əhmədovla Anar Xudayarov maşınları toqquşdurdular
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 2-si saat 19:50 radələrində Sabunçu qəsəbəsi, Bünyadov küçəsində qeydə alınıb. Bakı şəhər sakini İlqar Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil Sabunçu qəsəbə sakini Anar Xudayarovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2107"nin sərnişini, Sabunçu qəsəbə sakini Kamran Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hər iki sürücü isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
   
Azərbaycanda böyük həcmdə kartofu məhv olmaq təhlükəsi gözləyir
"Anbarlarda yığılıb qalıbsa..."
Vahid Məhərrəmov: "O zaman necə oldu ki, bizim istehsal etdiyimiz kartof bu ilin yanvar ayına kimi bəs elədi?"
Bazarda kartofun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə xeyli bahalaşıb. Bu bahalaşmanın nədən qaynaqlandığına isə düz-əməlli aydınlıq gətirən yoxdur. Məsələ ondadır ki, rəsmi məlumata görə, ötən il ölkədə 1 milyon tondan artıq kartof istehsal olunub. Ancaq buna baxmayaraq, kartof daha da bahalaşıb.
   Kənd təsərrüfatı nazirinin müavini Sabir Vəliyev yerli telekanallardan birinə müsahibəsində bahalaşmanı onunla əlaqələndirdi ki, fermerlər bilərəkdən kartofun böyük hissəsini, sonradan istehlakçılara baha satmaq məqsədilə anbarlarda saxlayır. O üzdən bazarda kartof bahadır. Bu doğrudan da belədirsə, 2 aydan sonra həmin kartofun aqibəti necə olacaq? Çünki 2 aydan sonra sahələrdən kartof yığımı başlanır. O zaman belə çıxır ki, anbarlardakı kartofun böyük hissəsi çürüyəcək.
   Məsələyə aydınlıq gətirmək üçün kənd təsərrüfatı nazirinin müavini S.Vəliyev ilə gün boyu əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı.
   Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, anbarlarda kifayət qədər çoxlu həcmdə kartofun olması haqda səslənən fikirlər reallığı əks etdirmir: "Belə olsaydı, kartof bu qədər baha olmazdı. Ötən ilin əvvəllərində kartofun 1 kilosunun topdansatış qiyməti, hardasa, 12-13 qəpik idi. Həmin ərəfədə böhran amili kartofa olan tələbatı aşağı salmışdı. Xüsusən də kartof Rusiyada realizə olunurdu. Bu baş vermədiyinə görə, kartof əkəinlərinin sahəsi azalmağa başladı. Ancaq rəsmi rəqəmlərdə bu şişirdilir. Anbarlarda kartof yığılıb qalıbsa, o zaman necə oldu ki, bizim istehsal etdiyimiz kartof bu ilin yanvar ayına kimi bəs elədi? Ona görə də deyilənlər düz deyil. Azərbaycana indi əsas idxal olunan kartof İrandan, Türkiyədən və Rusiyadan gətirilir. Soğan isə Özbəkistandan gətirilir. Deməyim odur ki, anbarlarda, deyildiyi kimi, kartof yoxdur. Bu gün kartofun qiyməti 60-90 qəpik arasında dəyişir. Gədəbəy kəndliləri heç bu günə qədər öz kartofunu anbarda saxlayarmı? Bu gün-sabah təzə kartof çıxacaq. Ona görə də bu mümkün olası iş deyil ki, guya bizim anbarlarda kifayət qədər kartof var. Anbarlarda artıq yerli məhsul, demək olar ki, tükənir. Soğan tamamilə tükənib. Kartof da çox az qalıb. Kartofun bir qismi də toxum materialı kimi saxlanır. Bununla əlaqədar bazarlarda kifayət qədər monitorinq aparmışam".
   V.Məhərrəmov kartofçuluğun getdikcə azaldığını bildirdi. O, bunun səbəblərini belə izah etdi: "Hökumət yalnız taxılçılığın inkişafı üçün subsidiya ayırdığına görə, əksər kəndlilər gücü taxılçılığa yönəltdi. Ümumilikdə kartofçuluqla bağlı bir sıra ciddi problemlər var. Toxumçuluqda, istehsalda, kartofun saxlanmasında və satışında bir sıra ciddi problemlər var. Məsələ ondadır ki, bizdə şərait yoxdur kartofu uzun müddət saxlaya bilək. Biz, əsasən tez yetişən kartoflar becəririk ki, bunların da bir qismini Rusiyaya ixrac edirik".
   
Vidadi ORDAHALLI
"Həmin ifadələrə imza atan Zakir Nəsirov Yasamalda taxta sexi yanıb
Dünən Bakının Yasamal rayonundakı taxta sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) ANSPRESS-ə verilən məlumata görə, hadisə srağagün gecə baş verib.
   Belə ki, Yasamal rayonunda ümumi sahəsi 30 kvadratmetr olan taxta sexinin yanar konstruksiyaları və içərisində olan taxta tullantıları tamamilə yanıb.
   FHN-nin yanğınsöndürənləri tərəfindən yaxınlıqdakı digər sex və tikililər yanğından mühafizə olunub.
   Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
   Hadisənin baş vermə səbəbi araşdırılır.
Azərbaycanlı alim Çili zəlzələsinin Yeri öz oxundan araladığı barədə deyilənlərlə razılaşmır
Sudes Həsənov: "Yer kürəsi 27 millimetr öz orbitindən çıxsa, iki saatdan sonra bizlər nə bir-birimizlə söhbət edə, nə də bir-birimizi tanıya bilərik"
Mətbuatın yazdığına görə, Cənubi Amerikada yerləşən Çilidə fevralın 27-də baş verən 8,8 bal gücündə zəlzələ bütün dünyanı silkələyib. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zəlzələ dünyanın orbitini belə dəyişib.
   Reaktiv Hərəkət Laboratoriyasının əməkdaşı Riçard Qrossun apardığı hesablama göstərib ki, Yer kürəsinin kütləsinin dəyişməsi nəticəsində planetimiz oxundan təxminən 8 santimetr aralanıb. Nəticədə dünyada sutkanın uzunluğu da 1,26 millisaniyə azalıb. O, Çili zəlzələsini 2004-cü ildə İndoneziyanın Sumatra adasında baş verən təbii fəlakətlə müqayisə edib: "Həmin vaxt yer öz oxu ətrafında yerini 7 santimetr dəyişmişdi. İndi isə bu dəyişiklik 8 santimetrdir". Bu açıqlamadan belə görünür ki, hər bir dəhşətli təbii fəlakət nəticəsində Yer kürəsi oxundan, cüzi də olsa, aralanır. Görünür belə davam edəcəyi təqdirdə, planetimiz əvvəl-axır öz oxundan tamamilə çıxacaq. Təhlükənin ciddiliyini nəzərə alaraq, Qrossun hesablamasının nə dərəcədə əsaslı olub-olmadığını aydınlaşdırmaq üçün azərbaycanlı mütəxəssislərə müraciət etdik. Bakı Seysmik Stansiyasının müdiri Sudes Həsənov deyilən fikirlərin əsassız olduğunu bildirdi: "Yer kürəsi 27 millimetr öz orbitindən çıxsa, iki saatdan sonra bizlər nə bir-birimizlə söhbət edə, nə də bir-birimizi tanıya bilərik. Bunu heç vaxt yadınızdan çıxarmayın. Sovet imperiyası dağılandan sonra Amerika planetdə elə bir xaos yaradıb ki, hər kəs ağzına gələni deyir. İndi təəssüf ki, belə bir zamanda yaşayırıq. Çünki 20 ildir cinayətə görə cəza verilməsi yaddan çıxıb. Deyilən fikirlərin heç bir elmi əsası yoxdur. Onu yoxlamaq üçün yenidən böyük bir institut beş-altı il işləməlidir. Belə şeyləri ürəyə salmağına dəyməz, qorxulu bir şey yoxdur. Biz yerdə gedən prosesləri qeyd edərək bu barədə aidiyyəti qurumları məlumatlandırırıq. Planetlərin hərəkəti, qarşıdurmaları ilə astronomlar, astrofiziklər məşğul olur. Biz, sadəcə olaraq, cihazlar vasitəsilə gələn dalğaları qeyd edirik".
   
Həsən İSLAMOV
Deyəsən, soyad sonluqlarına dair mübahisələrdə "zadə" qalib gələcək
Nizami Cəfərov Xüsusi Komissiyanın yekun rəyinin prezidentə verildiyini dedi
"Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasıdır.
   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) soyadlarla bağlı konsepsiya hazırlayan komissiyası "-zadə" təklifini qəbul etməsə də, ictimai müzakirələrdə daha çox bu formanın qəbul olunması üçün israr edənlər var", Bu barədə çərşənbə günü Trend News-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilər.
   Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda mövcud olan soyadların 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. "Konsepsiyadakı təkliflərlə razılaşmayanlar bu məsələnin, ümumiyyətlə sərbəst buraxılmasını, yəni indiyə qədərki kimi prosesin davam etməsi təklifini irəli sürür. Onların fikrincə, soyadların dəyişdirilməsi üçün xüsusi bir qanun, göstəriş, yaxud sərəncam da verilməməlidir", - millət vəkili əlavə edib. Komitə sədri isə hesab edir ki, son qərarı ölkə rəhbərliyi verməlidir.
   "Müzakirələr bir neçə ay da davam etməlidir. Amma sonda ya konkret bir qanun qəbul olunmalı, ya da sərəncam verilməlidir. Bu məsələ mütləq qanunvericiliklə tənzimlənməlidir", - Cəfərov əlavə edib.
   Onun fikrincə, soyadlarla bağlı parlamentdə müzakirələr də aparıla bilər. "Ya biz qanun qəbul etməli, ya da Prezident sərəncam imzalamalıdır. Bizim Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) mövcud qanunla işlədiyinə görə, soyadların dəyişdirilməsi üçün sərbəstliyə imkan verilmir. Bəzən vətəndaşlar soyadın dəyişdirilməsini təklif edir, amma VVAQİ-də keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edir. Bəzən isə, çətinliklər yaratmaqla olsa belə, vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər", - komitə sədri xatırladıb. Cəfərov hesab edir ki, yeni konsepsiyada soyadların dəyişdirilməsilə bağlı daha geniş sərbəstlik nəzərdə tutulduğundan, proses mütləq yeni qanunla tənzimlənməlidir. "Bu zaman soyadların dəyişdirilməsilə bağlı VVAQ idarələrinin də hüquqi əsası olacaq", - millət vəkili deyib.
   
Kənan Kərimov bacısının namusu üstündə qətlə görə 9 il aldı
Əvəz Əzimov onun bacısının videoçəkilişini yayırmış
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürmədə təqsirləndirilən Bakı şəhər sakininə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Binəqədi qəsəbə sakini, 1992-ci il təvəllüdlü Kənan Kərimovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.
   Hökm çıxararkən hadisənin törədilmə motivi və digər məqamları yüngülləşdirici hal kimi nəzərə alınıb. Məhkəmənin hökmü ilə K.Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
   Qeyd edək ki, 2009-cu il noyabrın 19-u saat 20:50 radələrində Binəqədi qəsəbəsində 1984-cü il təvəllüdlü Əzimov Əvəz Ənvər oğlunun deşilmiş-kəsilmiş xəsarətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kənan Eynulla oğlu Kərimov saxlanıb. K.Kərimov ilk ifadəsində cinayət törətdiyini etiraf edib və hadisəni törətməsinin səbəbinin Ə.Əzimovun bacısına sataşması olduğunu deyib. İttihama görə, Əvəz Əzimov Kərimovun bacısının G.K (ad şərti verilib) hərəkətlərini mobil telefonu ilə çəkib və daha sonra dostları arasında həmin çəkilişi yayıb. Ə.Əzimov çəkilişi çayxanada dostlarından birinə göstərən zaman K.Kərimov görüb və aralarında düşən münaqişə Ə.Əzimovun K.Kərimov tərəfindən qətlə yetirilməsilə nəticələnib. K.Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub.
   
Dünya Ticarət Təşkilatından kənarda nə itirib, nə qazanırıq...
Samir Əliyev: "Bütün bunlara baxmayaraq, bu zaman ən böyük üstünlüyü istehlakçı qazanır"
"Bunun ən çox ziyanı aqrar sektorda çalışan fermerlərə dəyə bilər"
Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, Dünya Ticarət Təşkilatının (DTT) üzvü deyil. Halbuki, Gürcüstan 1999-cu ildə, Ermənistan isə 2000-ci ildə sözügedən təşkilata üzv qəbul olunub. Azərbaycan rəsmi olaraq 1997-ci ildə DTT-yə üzvlüklə bağlı müraciət edib. Ancaq müxtəlif səbəblərdən bu üzvlük yubadılır.
   Məlumat üçün qeyd edək ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın əsas maddələrindən biri də ticarət məhdudiyyətlərinin aradan qaldırılmasıdır. Avropa Birliyi də o ölkələrlə ticarət məhdudiyyətlərini ortadan qaldırır ki, həmin ölkələr DTT-nin üzvü olsun.
   Bəzi mütəxəssislər hesab edir ki, Azərbaycan hazırkı şəraitdə DTT-yə üzv olmağa hazır deyil. Bunu onunla əsaslandırırlar ki, ölkədə kənd təsərrüfatı və digər sahələrə dövlət tərəfindən xeyli miqdarda subsidiya ayrılır. DTT-nin də əsas tələblərindən biri ondan ibarətdir ki, dövlət kənd təsərrüfatında subsidiyalaşma siyasətindən əl çəkməlidir. Digər tərəfdən, ölkə təşkilata üzv olduqdan sonra tətbiq olunan idxal rüsümlarının miqdarı azaldılmalıdır. Bunun da nəticəsində istehsalçılar ciddi zərərə uğrayacaq və ölkəyə daxil olan ucuz məhsullarla rəqabət apara bilməyəcək.
   Sözügedən məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, DTT-yə üzv olmaq ölkəyə müəyyən üstünlüklər verməklə yanaşı, problemlər də yarada bilər: "Problemlər əsasən ondan ibarətdir ki, DTT-nin üzvü olandan sonra hər bir dövlət öz istehsalçılarının müdafiəsini götürmüş olur. Yəni bir sıra gömrük rüsumları ləğv olunur və idxal olunan məhsullar gömrük rüsumu ödənmədən ölkəyə daxil olur. Bu da yerli rəqabət mühitini pozur. Azərbaycanda hələlik istehsal olunan məhsulların keyfiyyəti xaricdə istehsal olunan məhsullarla rəqabət aparmaq imkanında deyil. Hər bir ölkə də öz daxili istehsalını qorumaq üçün idxal olunan məhsullara müəyyən rüsumlar tətbiq etməklə onların qiymətini şişirdir. Nəticədə yerli istehsal ucuz qiymət hesabına rəqabət apara bilir. Bu zaman imkanı az olan istehlakçılar yerli, imkanı çox olan isə idxal olunan daha keyfiyyətli məhsulu alır. Deməyim odur ki, DTT-yə üzv olandan sonra dövlət bu rıçaqlardan məhrum olacaq. Ona görə də hansısa ölkə DTT-yə üzv olanda dəfələrlə götür-qoy edir. Hətta DTT-yə üzv olarkən müəyyən şərtlər qoyur və bir müddət həmin şərtlərin təmin olunmasını istəyirlər. Məsələn, hansısa məhsul üzrə müəyyən rüsumların saxlanması və sair. Bunu da ona görə edirlər ki, heç olmasa bir müddət istehsalçıların maraqlarını qoruya bilsinlər. Deməyim odur ki, burada ən böyük zərbə istehsalçıya dəyir".
   Bununla belə, S.Əliyev DTT-yə üzv olmağın xeyirli tərəflərinin də olduğunu bildirdi: "Bütün bunlara baxmayaraq, bu zaman ən böyük üstünlüyü istehlakçı qazanır. Çünki bunun qarşılığında istehlakçı xaricdən idxal olunan ucuz məhsulu ala bilir. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstan sözügedən təşkilatın üzvüdür və orada istehsal olunan avtomobillər bizdən qat-qat ucuzdur. Hətta Azərbaycandan Gürcüstana gedib avtomobil alırlar. Bu nəyin nəticəsidir? Bu onun nəticəsidir ki, orada gömrük rüsumu yoxdur. Digər tərəfdən, bütün bunlar onu göstərir ki, DTT-yə üzvlük qloballaşmağa aparan bir prosesdir. Bunun nəticəsi ona gətirib çıxarır ki, artıq ölkələr arasında sərhədlər yavaş-yavaş götürülür. Ona görə də, bunun üstünlüyü istehlakçı üçün, ziyanı isə istehsalçı üçündür. Mənə elə gəlir ki, DTT-yə üzv olsaq, bunun ən çox ziyanı aqrar sektorda çalışan fermerlərə dəyə bilər".
   S.Əliyev hesab edir ki, Azərbaycanda bəzi qüvvələr ölkəmizin DTT-yə üzv olmasında maraqlı deyil: "Ona görə də sözügedən təşkilata üzv olmağımız süni surətdə yubanır. Ancaq bütün bunlara baxmayaraq, ora üzv olmağımız qaçılmaz prosesdir. Fikrimcə, bu proseslərin getdiyi bir zamanda Azərbaycan hökuməti paralel olaraq bir sıra addımlar atmalıdır. Addım ondan ibarət olmalıdır ki, yerli istehsal mütləq gücləndirilməlidir. Belə ki, müvafiq kreditlərin verilməsi, rəqabət mühitinin yaradılması vasitəsilə yaranan bir sıra çətinlikləri dəf edə bilərik".
   
Vidadi ORDAHALLI
"Həmin ifadələrə imza atan Zakir Nəsirov da, Kamil Sədrəddinov da indi həbsdədir"
Keçmiş "OMON"çu Elçin Əmiraslanov məhkəmədə ifadə verdi
Martın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir sıra ağır cinayətlərdə ittiham olunan Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
   Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyilə keçirilən prosesdə şahid qismində ömürlük azadlıqdan məhrum edilmiş keçmiş "OMON"-çular Elçin Əmiraslanov və Arif Kazımov ifadə verib. E.Əmiraslanov M.Əliyevi tanıdığını bildirib: "Mən heç nə bilmirəm. 1996-cı ildə Dağıstanın Mahaçqala şəhərində onunla heç bir söhbətim olmayıb. İstintaq materiallarında yazılanlar yalandır. Həmin ifadələrə imza atan şəxslər - Zakir Nəsirov, Kamil Sədrəddinov və başqaları indi özləri həbsdədir". E.Əmiraslanov istintaq materiallarında olan ifadələrini təsdiq etməyib.
   Daha sonra digər ömürlük məhkum Arif Kazımov şahid qismində ifadə verib. O bildirib ki, hadisələrdən 14 il keçib: "Heç nə yadımda qalmayıb. Məmmədəli Əliyevi də tanımıram". A.Kazımov da istintaq materiallarında yer alan ifadələrini təsdiqləməyib.
   Prosesdə İlham İsmayılov, Əfqan Həmidov, Baladayı Quliyev, Fəxrəddin Rzayev, Aydın Xaliqov və İbad Adıgözəlov şahid qismində ifadə verib. Proses martın 11-də davam etdiriləcək. İttihama görə, M.Əliyev dövlət hakimiyyətinə qarşı, prezidentə sui-qəsddə, keçmiş müdafiə naziri Rəhim Qazıyevi, Baba Nəzərlini, Ələkrəm Hümbətov və Arif Paşayevi MTN-in təcridxanasından qaçırmaqda ittiham olunur. İttihamnamədə bildirilir ki, M.Əliyev "OMON"-un tabor komandiri Elçin Əmiraslanovla birlikdə ölkə prezidentini öldürmək üçün terror aktı hazırlayıb. Bu barədə 1994-cü ildə Moskvada razılaşma əldə ediblər. Həmin il Dağıstanda "OMON"-un narazı əməkdaşlarından ibarət dəstə toplanmasında və keçmiş prezident Heydər Əliyev xaricdən dönən zaman təyyarənin raketlə vurulması üçün əməliyyatın hazırlanmasında iştirak edib. M.Əliyev 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 17.185, 70-2, 17, 15.93-9, 17.15.94 və hazırkı Cinayət Məcəlləsinin 28.277-ci, 29.32.2-ci, 277-ci, 32.2-ci, 232.2.1-ci və 278-ci maddələrilə ittiham olunur.
   M.Əliyev 2008-ci ildə tutulub.
   Qeyd edək ki, M.Əliyev kommersiya fəaliyyətilə məşğul olan Cavanşir Piriyevi tamah məqsədilə 1993-cü il aprelin 13-də "QAZ-2410" markalı avtomobili ilə birlikdə oğurlayaraq öldürməkdə də ittiham olunub. Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində ifadə verərkən bu cinayəti Məmmədəli Əliyevin törətdiyini bildirib. Lakin saxlanandan sonra bu ittiham M. Əliyevin üzərindən götürülüb.
   
Cəlilabadın İnili sakininin 87 sot torpağını "mal örüşü" adı ilə əlindən alıblar...
"Mal örüşü" isə yoxdur
Firudin Yaqubov: "87 sot torpaq payımın hara getdiyini bilmək istəyirəm"
Azərbaycanda torpaq islahatının həyata keçirilməsindən uzun illər keçməsinə baxmayaraq, hələ də bu sahədə bəzi qüsurlar üzə çıxmaqdadır.
   Belə ki, bəzi hallarda sadə insanlar onlara çatacaq torpaq payını tam şəkildə ala bilməyib. Bunu aidiyyəti qurumlardan tələb etdikdə isə onlar müxtəlif bəhanələr gətirməklə problemin birdəfəlik və ədalətli həllinə maneə olmağa çalışır. Torpaq problemilə üzləşən ölkə vətəndaşlarından biri də Cəlilabadın İnili kənd sakini Firudin Yaqubovdur. Dünən o redaksiyamıza gələrək, bu sahədə hansı problemlərlə üzləşdiyini nəql etdi. Onun dediyinə görə, 5 nəfərlik ailəsinə 5 hektar torpaq payı düşməli olduğu halda, bələdiyyə 4,13 hektara sahib olduğunu iddia edir:
   "Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 20 iyul 1998-ci il tarixdə verdiyi dövlət aktına əsasən 5 nəfərlik ailəmizə 4 hektar 70 sot torpaq payı ayrılmışdı. Bu isə az idi. Ona görə ki, bizdə adambaşına 98 sot torpaq payı düşməli idi. Ailə üzvlərimizin say nisbətilə bizə 5 hektara yaxın pay torpağı verilməli idi. Bir müddət keçəndən sonra bu barədə islahat komissiyasına müraciət etdim. Soruşanda ki, nədən mənə az verilib, bildirdilər ki, sənin üzərində zəbt torpağı var. Biz valideynlərimizin evinə gəldiyimizi söyləyərək dediklərinin həqiqət olmadığını onlara başa saldıq. Həmin həyət 100 ilin həyətidir. İslahatla əlaqədar kənddə ikinci dəfə ölçü aparılarkən torpaq payımızın 5 hektara çatdırıldığını şifahi olaraq mənə xəbər verdilər. Bu anda 5 hektarlıq torpaq sahəsi əlimdədir. Amma 2000-2001-ci il arasında kəndçilərin əlində olan torpaq aktlarının yarısını yığaraq bildirdilər ki, yeni sənədlər veriləcək. Həmin vaxtdan indiyə kimi gözləsək də, hələ də yeni aktlardan xəbər yoxdur. Bu yaxınlarda bələdiyyə seçkiləri ərəfəsində bizə subsidiya verdilər. Həmin vaxt köhnə bələdiyyə mənim 4 hektar 13 sotluq torpaq payım olduğunu göstərdi. Azalmanın səbəbini bilmək istədikdə keçmiş bələdiyyə sədri yerdə qalan payın kənddə malların otarılması ilə əlaqədar örüş yeri üçün ayrıldığını iddia etdi. Bunun Bakıdan yazılıb göndərildiyini deyirlər, amma bizə heç bir akt verməyiblər. Sənədin guya Bakıdakı Torpaq Komitəsi tərəfindən verilmədiyini bildirirlər. Amma ilkin torpaq islahatında mal örüşü üçün 30 hektarlıq yer ayrılmışdı, ikinci islahat zamanı isə həmin 30 hektarlıq sahə də yoxa çıxdı. İndi mal örüşü yoxdur. Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri taxıl biçinindən sonra islahatın gedəcəyini elan etsə də, bu hələlik baş verməyib. Bilmək istəyirəm torpaq payımı azaldaraq olmayan mal örüşünə necə veriblər? Mal örüşü yoxdur, amma payım 87 sota qədər azalıb. Yeni bələdiyyə sədri bundan xəbərsiz olduğunu deyir, əvvəlki isə siyahının rayondan verildiyini, buna görə də heç nəyi dəyişə bilməyəcəyini iddia edir. Dövlət aktının nə zaman veriləcəyini də heç kim bilmir. Bu akt yoxdursa, o sahələr hələlik şifahi olaraq torpağımız sayılır. Əlimdə heç bir rəsmi sənəd olmadığından, hazırda torpağımın özümə məxsus olduğunu sübut edə bilmirəm. Torpağı əksək də, elə bil ki, özümüzün deyil, onu nə sata, nə də icarəyə verə bilirik. 87 sot torpaq payımın hara getdiyini bilmək istəyirəm. Mal örüşü də, gənclərə ayrılan 6 hektarlıq fond torpağı da yoxdur. Maraqlıdır ki, kənddə yaşayan bəzi insanların torpağından heç bir sot da kəsilməyib. Belə hal rayonda yalnız bizim kənddə baş verib. Ehtimal var ki, həmin kəsilən torpaqlar kənddə qeydiyyatda olmayan bəzi şəxslərə verilib. Bu işlə bələdiyyələr məşğul olduğundan, onlara şikayət etsəm də hələlik nəticəsini görməmişik. Daha yuxarı orqanlara, məsələn Torpaq və Xəritəçəkmə Komitəsinə də müraciət ünvanlayacağam".
   
Rüfət SULTAN
Əli və Hacı Rasim Hüseynovun "Fiat"ını Şüvəlana sürdürdü və...
Sürücünü bıçaqlayıb pulunu aldılar
Bakının Əzizbəyov rayonu ərazisində quldurluq hadisəsi baş verib.
   Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əli və Hacı adlı şəxslər Bəşir Səfəroğlu küçəsində Abşeron rayon sakini Rasim Hüseynovun idarə etdiyi "Fiat" markalı avtomobilə sərnişin qismində oturaraq Şüvəlan qəsəbəsinə gedəcəklərini bildiriblər. Şüvəlan qəsəbəsinin ərazisində onlar sürücünün əlinə bıçaqla xəsarət yetirib, 80 manat pul alıblar. Faktla bağlı cinayət işi başlanıb, axtarış tədbirləri aparılır.
Bakı meriyasından yarımçıq bina sahiblərinə maraqlı məktub...
Olayda mühüm dövlət əhəmiyyətli tikintilər aparan "Azərsu" və "Azərenerji"nin də adı çəkilir
Bakıda bir müddət əvvəl tikintisi yarımçıq saxlanan binaların yenidən inşa olunması üçün tikintini həyata keçirən şirkətlərdən yenidən rüşvətlər istənilir. Bu barədə "OLAYLAR"a etibarlı mənbədən məlumat verilib.
   Məlumata görə, tikinti şirkətləri maliyyə böhranı ilə əlaqədar işlərini müvəqqəti dayandırsa da, artıq yenidən həmin yarımçıq layihələrini davam etdirmək istəyir. Amma Bakı şəhər İcra Hakimiyyəti həmin tikinti şirkətlərinin rəhbərlərinə mane olur. Bakı meri Hacıbala Abutalıbovun imzası ilə tikinti şirkətlərinə bu barədə məktub göndərilib. Məktubda göstərilir ki, həmin tikinti şirkətləri yarımçıq qalmış tikinti layihələrini davam etdirmək üçün Bakı meriyasından yenidən icazə almalıdır. Tikinti şirkətlərindən birinə Bakı meri Hacıbala Abutalıbovun imzası ilə təqdim olunan məktubda göstərilir: "Hörmətli şirkət rəhbəri! Bildirmək istəyirik ki, sizin rəhbərlik etdiyiniz tikinti şirkəti Yasamal rayonu ərazisində 16 mərtəbəli yaşayış binasının tikintisinə başlayıb. Lakin 2009-cu ildə tikinti işləri yarımçıq qaldığı üçün həmin binanın tikintisinin standartlara uyğun olub-olmadığı məlum deyil. Buna görə də həmin tikililər texniki baxışdan keçirilərkən binada ciddi təhlükələr yaranıb. Bu səbəbdən də həmin tikililər yoxlanışdan keçirilməli və standartlara uyğun olduğu halda tikintinin davamına icazə verilməlidir".
    Şirkət rəhbəri bildirib ki, məsələ ilə bağlı Bakı meriyasına müraciət edilsə də, meriyada tikintiyə icazə verilməyib. Meriyadan dolayısı yolla şirkət rəhbərlərindən "şirinlik" tələb edilib. Bu təklifdən imtina edən şirkət isə tikinti layihəsinə yaxın buraxılmır.
   Mənbə məsələ ilə bağlı daha bir faktı da açıqlayıb. Bildirib ki, hətta dövlət əhəmiyyətli layihələri davam etdirən "Azərsu", "Azərenerji" və digər dövlət şirkətlərinin tabeliyində olan tikinti şirkətlərindən də yarımçıq layihələr üçün "şapka" istənilib.
Azərbaycanda ev təmiri kreditlərinə tələbat getdikcə artır
Məbləğ üç mindən iki yüz minə qədərdir
Azərbaycanın kredit bazarında mövcud olan vəziyyət son dövrlər cəmiyyətin xüsusi diqqət mərkəzində olan əsas hadisələrdən birinə çevrilib. Buna əsas səbəb indi ev, maşın və digər əmlak, o cümlədən məişət texnikası, mobil telefon alışında kreditlərin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır.
   Xatırladaq ki, qlobal maliyyə böhranı ilə bağlı olaraq ötən il kredit verilişində yaranan problem ölkə miqyasında bütün satış göstəricilərinə təsir etmişdi və bunun fəsadlarına hələ də rast gəlinməkdədir. Bununla belə, artıq kredit bazarında müəyyən aktivliyin yaşandığı da aydın müşahidə olunur. Məsələn, araşdırmalar göstərir ki, ev təmir etdirmək üçün bankdan kredit götürənlərin sayı artır. Buna səbəb təmir bazarında getdikcə durğunluğun aradan qalxmasıdır. Bundan istifadə edənlərin əksəriyyəti isə əlində nağd pulu olmayanlardır.
   Mütəxəssislər bildirir ki, bir il əvvələ nisbətən, təmir kreditləri üçün müraciət edənlər 50 faiz çoxalıb. Kredit verənlərin sözünə görə, artımın səbəbi təmir bazarında durğunluğun tədricən aradan qalxması ilə bağlıdır. Üstəlik, bir neçə il əvvəl alınan evlərin də tikintisi bitib və təmir vaxtı artıq çatıb. Əslinə baxanda, təmir kreditlərinin şərtləri başqalarından çox fərqlənmir. Faizlər, demək olar ki, eynidir - 22-24 %. Əvəzində belə kreditləri uzun müddətə - 5 ilə götürmək olur. Bank bu pulun necə xərcləndiyinə nəzarət edir.
   Bank pulun həqiqətən təmirə xərcləndiyinə əmin olmaq üçün onu hissə-hissə verir. İşin bir hissəsi görülübsə, növbəti iş üçün kreditin ikinci hissəsi verilir və s. Təmir krediti yalnız müştəriyə, ya da onun ailə üzvlərinə məxsus olan ev üçün verilir. Pullu müştəri tapmaq çətinləşdiyinə görə, bəzi təmir şirkətləri də evi kreditlə təmir edir. Təmirin pulu 1 ilə ödənilir.
   Təmir kreditləri 3000-dən 200 min dollara qədərdir. Məbləğ müştərinin gəlirindən asılıdır. 4-5 min manat kredit üçün 300-400 manatlıq maaş bəs edir. İctimai Televiziyanın məlumatına görə, təmir krediti üçün ən çox müraciət edənlər toya hazırlaşanlar, ticarətçilər və xarici şirkətlərdə işləyənlərdir. Təmir kreditləri həm köhnə, həm də yeni tikililərə verilir. Adi evlərin təmiri üçün verilən kreditlər 10-15 min manat arasında olduğu halda, yeni tikililərdə bu məbləğ 20-25 min manatdır. Fərdi yaşayış evlərində məbləğ daha yüksək olur.
   Qeyd edək ii, indi ölkədə fəaliyyət göstərən əksər kommersiya bankları ev şəraitini daha yaxşı etmək və ya sadəcə olaraq əmlakının dəyərini artırmaq arzusunda olanlar üçün xüsusi kredit məhsulunu işləyib hazırlayıb. Təmir krediti müştəriyə imkan verir ki, xərclərini birdəfəyə deyil, iki il ərzində tədricən ödəsin. Digər kredit məhsulları ilə müqayisədə "Təmir Krediti" məhsulunun əsas üstün cəhəti budur ki, müştəri təmir üçün pul vəsaitlərini birdəfəyə deyil, tədricən, təmir işləri aparılarkən alır. Bu isə imkan verir ki, müştəri faiz ödənişləri üzrə xeyli qənaət qazanmış olsun - faiz yalnız kreditin faktiki olaraq alınmış və istifadə edilmiş hissəsinə hesablanır.
   Bununla belə, araşdırmalar onu da göstərir ki, əhaliyə verilən kreditlərdə azalma hələ də davam edir. Məsələn, bu ilin yanvar ayında, ticarət və nəqliyyat sferaları istisna olmaqla, digər sektorlar üzrə kredit qoyuluşlarında azalma müşahidə edilib. Ən çox azalma əhaliyə verilən kreditlərdə qeydə alınıb. Ay ərzində ev təsərrüfatlarına verilən kreditlərin həcmi 10 milyon manat azalıb.
   Mərkəzi Bankın verdiyi məlumata görə, ilin ilk ayında ev təsərrüfatlarına yönəldilən vəsaitlərin ölkə üzrə kreditlərdə payı azalaraq 27,7%-dən 27,5%-ə düşüb. Yanvar ayında kredit qoyuluşu ticarət və xidmət sektorunda 7,9 milyon manat, energetika, kimya və təbii ehtiyatlar sektorunda 2,1 milyon manat, kənd təsərrüfatında 3,3 milyon manat, inşaat və əmlak sektorunda 2,3 milyon manat, sənaye və istehsal sektorunda 7,6 milyon manat azalıb. Nəqliyyat və rabitə sektoruna kreditlərin həcmi isə hesabat ayında 9,7 milyon manat artıb. Digər artım hökumət idarələrinə yatırımlarda baş verib. Bu sektora kredit qoyuluşu 4 dəfə artaraq 2,5 milyon manata yüksəlib. Maliyyə sektoruna kredit qoyuluşunda da azalma tendensiyası müşahidə edilib. Yanvarda bu sektora kredit qoyuluşu 26,4 milyon azalaraq 139,2 milyon manata düşüb.
   
Tahir TAĞIYEV
Tarif Şurası ləğv edilir(?)
İqtisadi İnkişaf Nazirliyi yanında fəaliyyət göstərən Tarif (Qiymət) Şurası ləğv edilir. "OLAYLAR"ın məlumatına görə, Tarif Şurası hökumətdə aparılan ixtisarlarla bağlı ləğv edilir.
   Qurumun səlahiyyətləri isə Nazirlər Kabinetinə həvalə ediləcək. Mənbənin məlumatına görə, Tarif Şurasının səlahiyyətləri Nazirlər Kabinetində yaradılacaq Qiymətləndirmə Komissiyasına veriləcək. Tarif Şurasının qiymətlərin tənzimlənməsilə bağlı fəaliyyətini isə Nazirlər Kabinetindəki şöbələrdən biri həyata keçirəcək və yekun qərar Nazirlər Kabineti tərəfindən veriləcək.
   
Azərbaycanda bankların çoxluğu barədə BVF-dən irad gəldi
Beynəlxalq Valyuta Fondu Mərkəzi Banka fəaliyyət göstərən bankların sayını azaltmağı tövsiyə edib
Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyası Azərbaycan Mərkəzi Bankına (AMB) ölkədə fəaliyyət göstərən bankların sayını azaltmağı tövsiyə edib.
   "APA-Economics"in məlumatına görə, bunu missiyanın rəhbəri xanım Ninke Omes bildirib.
   Onun sözlərinə görə, BVF AMB-yə ölkənin bank sektorunda konsolidasiya həyata keçirməyi tövsiyə edib: "Hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir ki, bu da bir qədər çoxdur. Əvvəllər isə Azərbaycanda 80-ə yaxın bank işləyirdi, AMB bunların sayını azaldandan sonra ölkənin bank sektoru bir qədər inkişafa doğru getdi. Bankların sayı az olsa, AMB tərəfindən onlara dəstək vermək asan olar". N.Omes onu da bildirib ki, BVF Azərbaycanın bank sektorunda rəqabəti bir qədər də gücləndirməyi tövsiyə edir.
   
Nazir və icra başçısı Daxili Qoşunların hərbi hissələrindən birində qonaq oldu
Misir Mərdanov komandanla görüşdə gəldikləri ümumi bir qənaətdən danışdı
Orduda hərbi psixoloqlar olacaq
Dünən Azərbaycan Daxili Qoşunlarının Bakı qarnizonundakı hərbi hissələrindən birində təhsil naziri Misir Mərdanov və Səbail Rayon İcra HŞakimiyyətinin başçısı Asif Əsgərovla görüş keçirilib.
   APA-nın məlumatına görə, eyni zamanda Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəblərdən bir qrup yuxarı sinif şagirdi də hərbi hissəyə səfər edib.
   İştirakçılar ilk öncə hərbi hissə və Azərbaycan Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların döyüş yolunu əks etdirən eksponatlarla tanış olub, əsgər yataqxanasına, tibb məntəqəsinə, camaşırxanaya, xidmət otaqlarına baxıb. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq verilib. Daha sonra şəxsi heyətin gündəlik xidməti və hazırlığı, həmçinin bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib. Şəxsi heyət qarşısında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, hazırkı şəraitdə Azərbaycan ordusu sərhədlərimizi, ölkədə asayişi qorumaqla yanaşı, işğal altındakı torpaqları savaş yolu ilə azad etmək imkanına malikdir. Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etdiyini bildirən A. Əsgərov isə əsgərləri onlar üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb.
   Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov isə ictimaiyyət nümayəndələrinin hərbi hissələrə səfərlərini müsbət qarşıladıqlarını və bunun böyük əhəmiyyət daşıdığını qeyd edib: "Bu həm orduda baş verən yeniliklərin cəmiyyət tərəfindən müşahidəsi, həm də şəxsi heyət üçün böyük əhəmiyyət daşıyır. Əsgərlər də onların xidmətilə maraqlananları, onların xidmətinə qiymət verildiyini gördükdə daha canla-başla hərbi xidmət keçirlər ".
   Azərbaycanın mülki ali təhsil müəssisələrində ordu üçün psixoloqlar hazırlana bilər. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.
   M.Mərdanovun sözlərinə görə, ali məktəblər hazırda psixoloq ixtisası üzrə kadrlar hazırlayır: "Bu gün Daxili Qoşunların komandanı ilə görüşdə də belə bir qənaətə gəldik ki, hərbi qurumlar üçün psixoloqların hazırlanması yaxşı olar. Görüşdə vurğulandı ki, müxtəlif hərbi hissələrdə psixoloq, sosioloq xidmətinə ehtiyac var. Gələcəkdə ali məktəblərdə hüquq mühafizə orqanları, hərbi qurumlar üçün psixoloqların hazırlanması mümkündür". M.Mərdanov onu da qeyd edib ki, orta məktəblərdə çağırışa qədərki hazırlıq fənninin yaxınlıqdakı hərbi hissələrdə keçilməsi daha yaxşı olar. Hazırda bir sıra məktəblər müxtəlif hərbi qurumlar tərəfindən hamiliyə götürülüb və onlar hərbi hissələrlə sıx əməkdaşlıq edir.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-04 Qobustanın rəis müavini Qəbələyə polis rəisi getdi
2010-03-04 Yuliya Timoşenko istefaya göndərildi
2010-03-04 Azərbaycanda Novruz bayramı ilə bağlı əfv olmayacaq
2010-03-04 Misir Mərdanov məktəb direktorlarına 8 Mart xəbərdarlığı etdi
2010-03-04 Məhkəmə bloggerlərin vəsatətini təmin etmədi
2010-03-04 Vahid Əziz infarkt keçirdi
2010-03-04 Qala qəsəbəsində Gülmalıyevlər ailəsində ağır qətl...
2010-03-04 Alı Qocayev Binəqədidə neft ərazilərinin 1 sotunu 1000 manata satır
2010-03-04 İndoneziyada ağcaqanadların yaydığı, hələlik elmə az məlum olan xəstəlikdən 17 min adam ölüb
2010-03-04 Nəsimidə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb
2010-03-04 "Nissan Motor" avtomobillərində də nöqsanlar aşkarlanıb
2010-03-04 Əli Həsənov BMT-yə yalançı dedi
2010-03-04 Qəzetlərimizdə Xəbər Ombudsmanı postu yaradıla bilər
2010-03-04 Avropanın insan haqları komissarı Hammerberq Naxçıvanda görüşlər keçirib
2010-03-04 Arzu Səmədbəyli Təbrizdə Oqtay Əsədova traktor bağışlanmasının rəmzi mənasını tapıb
2010-03-04 Kıbrısın Bakıdakı elçisi narahatdır
2010-03-04 Müsavatın maliyyə durumu seçki tələblərinə uyğun deyil, "Ümid" isə...
2010-03-04 İlham Əliyev Avropa İttifaqının sədri ilə Qarabağ məsələsini müzakirə etdi
2010-03-04 Kənd Təsərrüfatı Nazirliyində yeyinti(?)
2010-03-04 Girov qətimkan tədbiri növünün işləməməsinin günahkarı prokurorlar imiş
2010-03-04 Bakıxanov qəsəbəsində Yeganə Zeynalova dələduzluqda şübhəli bilinib
2010-03-04 "İlham Əliyev mənə dedi ki, siz yeri seçin, binanı tikək"
2010-03-04 "Qış bulvarı"nın doğurduğu rezonansa hüquq müdafiəçiləri də qarışdı
2010-03-04 "AzAL"da yeni maliyyə qalmaqalı...
2010-03-04 Azərbaycanda dollar qıtlığı yarana bilər
2010-03-04 Nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri ətrafında mübahisə başlayıb
2010-03-04 İran casusları Milanda həbs edilib
2010-03-04 İsa Qəmbər Avropa İttifaqı sədrinin müxalifət rəhbərlərilə görüşündə iştirak edə bilmədi
2010-03-04 İsrailin baş naziri və MOSSADın şefinin həbs olunması tələb edilir
2010-03-04 "Reket" qəzetlərin baş redaktor və himayədarları nəyi anlamır?
2010-03-04 Qulamhüseyn Əlibəyli müxalifətdə agent axtarışları söhbətinə cavab verdi
2010-03-04 Britaniyanın enerji naziri son yarım ildə ikinci dəfə Bakıya gəlib
2010-03-04 Mirmahmud Mirəlioğlu Müsavatdan gələn xəbəri təkzib etdi
2010-03-04 "30 kq-lıq çanta arxamda, 4 kq-lıq çəkmə ilə ayaq döyüb işimi görmüşəm"
2010-03-04 Ermənistanın ATƏT-ə göndərmək istədiyi antiazərbaycan sənədi politoloqların müzakirəsinə çıxdı
2010-03-04 Rusiyanın Qarabağ müharibəsində neytrallığı çarpaz rəylər doğurdu
2010-03-04 Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
2010-03-04 Yanukoviç Şimali Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq fikrində deyil
2010-03-04 ABŞ Gürcüstanda radiolokasiya stansiyası qurdu
2010-03-04 Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
2010-03-04 Rusiya və Çinin İranla bağlı veto hüququndan istifadəsinə imkan verməyəcəyik
2010-03-04 ABŞ-ın məşhur silah və enerji şirkətləri uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinə "yox" dedi
2010-03-04 Nazir və icra başçısı Daxili Qoşunların hərbi hissələrindən birində qonaq oldu
2010-03-04 Azərbaycanda bankların çoxluğu barədə BVF-dən irad gəldi
2010-03-04 Tarif Şurası ləğv edilir(?)
2010-03-04 Azərbaycanda ev təmiri kreditlərinə tələbat getdikcə artır
2010-03-04 Əli və Hacı Rasim Hüseynovun "Fiat"ını Şüvəlana sürdürdü və...
2010-03-04 Cəlilabadın İnili sakininin 87 sot torpağını "mal örüşü" adı ilə əlindən alıblar...
2010-03-04 "Həmin ifadələrə imza atan Zakir Nəsirov da, Kamil Sədrəddinov da indi həbsdədir"
2010-03-04 Dünya Ticarət Təşkilatından kənarda nə itirib, nə qazanırıq...
2010-03-04 Kənan Kərimov bacısının namusu üstündə qətlə görə 9 il aldı
2010-03-04 Deyəsən, soyad sonluqlarına dair mübahisələrdə "zadə" qalib gələcək
2010-03-04 Azərbaycanlı alim Çili zəlzələsinin Yeri öz oxundan araladığı barədə deyilənlərlə razılaşmır
2010-03-04 "Həmin ifadələrə imza atan Zakir Nəsirov Yasamalda taxta sexi yanıb
2010-03-04 Azərbaycanda böyük həcmdə kartofu məhv olmaq təhlükəsi gözləyir
2010-03-04 Səfərdə 2 qol vurduq yığmanın tarixinə düşdük
2010-03-04 Bakı "İnter"inin hücumçusu Anqolaya qol vurdu
2010-03-04 Dünya klublarının reytinqi açıqlandı
2010-03-04 Fatih Terim "Beşiktaş"ın başına gətirilir?
2010-03-04 Françesko Totti İtaliyanın ən yaxşı futbolçusu seçildi
2010-03-04 Blatter ofsaydın ləğv olunmasını təklif edir
2010-03-04 Arda Turan ingilis klubu ilə anlaşıb?
2010-03-04 Hiddinqi Rusiyada Kapello əvəzləyə bilər
2010-03-04 "Xəzər Lənkəran" - "Standard" qarşılaşmasında insident
2010-03-04 Sabunçuda İlqar Əhmədovla Anar Xudayarov maşınları toqquşdurdular
2010-03-04 Üç bakılı, bir tərtərli Gəncə sakinini Bakıda bıçaqladılar
2010-03-04 Yardımlıda da torpaq sürüşməsi başlayıb
2010-03-04 Bakı-Sumqayıt yolunda "Nizami" kafesi priton kimi işləyir
2010-03-04 Nardaran məscidində cibgir qadın tutulub
2010-03-04 Mobil rabitə sahəsində tariflər aşağı salınacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009