04 Mart 2010-cı il, N 302(1201)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Türkiyə, ABŞ və Ermənistan üçbucağında kritik gün...
Ermənistan, ya Türkiyə-Azərbaycan...
Bu gün ABŞ Konqresi bütün dünyanı düşündürən suala cavab verəcək Davudoğlu: "3 günə protokolları ratifikasiya edə bilərik" dedi
Martın 4-ü Türkiyə, ABŞ və Ermənistan üçbucağında siyasi ekspertlər tərəfindən ən kritik gün kimi dəyərləndirilir. Buna əsas səbəb ABŞ Konqresi xarici əlaqələr komitəsinin iclasında qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəyə çıxarılmasıdır. Artıq həm Türkiyə, həm də Ermənistan tərəfindən xeyli sayda nümayəndə heyəti ABŞ-dadır və bu məsələnin necə yekunlaşacağını səbrsizliklə gözləyir.
   Belə bir vaxtda uzun müddətdən bəri susqunluğunu saxlayan Obama administrasiyası da nəhayət məsələyə mövqeyini açıqlayıb.
   Ağ Evin rəsmi nümayəndəsi Maykl Hammer Osmanlı imperiyasında 1915-ci il erməni hadisələrinə prezident Barak Obamanın mövqeyini bildirib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, Maykl Hammer aşağıdakıları qeyd edib: "Ağ Ev Türkiyə və Ermənistanı tarixi hadisələrə qayıtmamağa və bu günlə yaşamağa çağırıb".
   Maykl Hammer prezident Barak Obamanın "soyqırım"la bağlı mövqeyinin dəyişmədiyini deyib: "Həqiqətlərin dürüst və ədalətli şəkildə qəbul edilməsinin tərəfdarıyıq. Bu hədəfə çatmanın ən yaxşı yolunun erməni və türk xalqının keçmişdə yaşananlara münasibətini normallaşdırma cəhdləri çərçivəsində müzakirə etməli olduğuna inanırıq. Həmin istiqamətdə təşəbbüsləri dəstəkləməyə davam edəcəyik".
   Türkiyə isə layihənin qəbul edilməməsinə yönəlik fəaliyyətini davam etdirir. Vaşinqtonda olan iki millət vəkili heyəti konqresmenləri layihənin qəbulunun yanlış və zərərli olacağına inandırmağa çalışır. Türkiyənin ABŞ-dakı yeni səfiri Namiq Tan isə yəhudi lobbisi ilə görüşlər keçirir. Bu görüşlərin ilkin nəticəsi də var. Mərkəzi Vaşinqtonda olan Milli Təhlükəsizlik İşləri Yəhudi İnstitutu açıqlama yayaraq, "soyqırım" layihəsinə qarşı çıxmanın və qətnamənin qəbul edilməməsinin vacibliyini vurğulayıb: "ABŞ Konqresi başqa zamanlarda başqa xalqların tarixinin müzakirə ediləcəyi yer deyil. Türkiyə və Ermənistan müstəqil ölkələrdir. Konqresin bu işə qarışmasının faydası olmayacaq".
   "Media forum" saytının məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Obamaya güvəndiyini deyib. Baş nazir bu məsələnin tarixçilərin öhdəsinə buraxılmasının lazım gəldiyini söyləyib: "Türkiyə-ABŞ əməkdaşlığı ən uğurlu dönəmindədir. Bu əməkdaşlığın belə təşəbbüslərlə zədələnməyəcəyinə ümid edirəm. Prezident Obamanın liderliyinə və praqmatikliyinə güvənirəm".
   Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin 46 üzvü var. Onlardan 26-sı demokratları, 20-si isə respublikaçıları təmsil edir. Türkiyə mətbuatının yazdığına görə, demokratların 18-nin "soyqırım" layihəsinə "hə" deyəcəyinə birmənalı baxılır. Respublikaçılardan layihəni dəstəkləyənlərin sayı isə 7 nəfərdir. Bu baxımdan sənədin 21 səsə qarşı 25 səslə qəbul edilməsi gözlənir. Ancaq onun Nümayəndələr Palatasının gündəliyinə salınıb-salınmaması parlament sədri Nensi Pelosidən asılıdır. Ermənilərin sıx yaşadığı Kaliforniya əyalətindən seçilən Pelosi "soyqırım" iddialarını dəstəkləyir.
   ABŞ-da layihənin qəbulunun Türkiyə ilə münasibətlərə zərər verəcəyini düşünənlər az deyil. Hava və peyk sənayesi sahəsindəki böyük şirkətlərin rəhbərləri xarici əlaqələr komitəsinin rəhbəri Hovard Bermana məktubla müraciət edib. Onlar layihənin qəbulunun Türkiyəyə ixracatı təhlükəyə atacağını bildiriblər. "Boeing Co", "Lockheed Martin Corp", "Raytheon Co", "United Technologies Corp" və "Northrop Grumman Corp" şirkətləri rəhbərlərinin imzaladığı məktubda konqresmenlərə "on minlərlə insanın çörəyi ilə oynamayın" çağırışı edilib: "Önəmli NATO müttəfiqi və ticarət ortağı olan Türkiyəni küsdürmək ABŞ-ın geopolitik mənafelərinə də, ixracat və iş sahələrini artırma səylərinə də mənfi təsir göstərəcək".
   ABŞ-da 270 şirkəti özündə birləşdirən Aviasiya Sənayesi Birliyi Nümayəndələr Palatasına ayrı müraciət göndərib. Müraciətdə "indiki iqtisadi şərtlər altında ən önəmli ticarət müttəfiqlərimizdən birilə münasibətlərimizi təhlükəyə ata bilmərik" deyilir.
   Bu arada isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokolları 3 günün içində ratifikasiya edə biləcəyini söyləyib. Türkiyənin "Radikal" qəzetinə müsahibəsində o, məsələyə belə münasibət bildirib: "Biz Qafqazda nəyə nail olmaq istəyirik? Protokolları imzalamışıq. Onların parlamentin gündəliyinə salınması müqavimətlə qarşılanacaq. Lakin cəmi 3 günə onları ratifikasiya edə bilərik. Bəs 3 ay sonra Qarabağda müharibə başlasa və biz sərhədləri yenidən qapamalı olsaq necə?"
   Nazir protokollarda Dağlıq Qarabağ münaqişəsi, Qars müqaviləsi kimi məqamların əksini tapmamasının müxalifət tərəfindən tənqid olunmasına da münasibət bildirib: "Əvvəlcədən ilkin şərtlərlə danışırsınızsa, bu zaman irəliləyiş əldə olunmur. Biz bu məqamları önə sürsək, ermənilər də "soyqırım" haqda danışacaq".
   
Sahil QULİYEV
ABŞ-ın məşhur silah və enerji şirkətləri uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinə "yox" dedi
ABŞ-ın 4, İngiltərənin isə 1 iri silah şirkətinin uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinin Konqresdə qəbul edilməməsi üçün lobbi fəaliyyətləri apardığı ortaya çıxıb.
   APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın "Northop Grumman", "Raytheon", "United Technologies", "Goodrich" korporasiyaları, eləcə də Britaniya müdafiə sənayesinin önəmli qurumlarından olan "BAE Systems" bu ilin ilk 3 ayında, "erməni soyqırımı" da daxil olmaqla, iqlim dəyişikliyi, vergilərin azaldılması, hibrid texnologiyalar, texnoloji tədqiqatlar üçün Konqresdə apardıqları lobbiçilik işinə 14 milyon dollar xərcləyib. Enerji şirkəti "Chevron" da bu işə dəstək verib. "Chevron" bu məqsədlə 6,8 milyon dollar, "Northop" 2,6 milyon dollar, "United Technologies" 1,9 milyon dollar, "Raytheon" 1,4 milyon dollar, BAE 1,1 milyon dollar, "Goodrich" isə 542 min 195 min dollar ayırıb. Türkiyəyə "Sikorsky" vertolyotları satan "United Technologies Corporation" lobbiçilik fəaliyyəti apardığını təsdiqləyib. Şirkət ABŞ-ın milli mənafeləri və beynəlxalq ticarətin inkişafı naminə erməni layihəsinin əleyhinə səs vermələri üçün Nümayəndələr Palatası üzvlərinin məlumatlandırıldığını açıqlayıb.
   Türkiyənin "Vatan" qəzeti məşhur silah korporasiyası "Lockheed Martin" və dünyanın ən nəhəng aviasiya korporasiyalarından olan "Boeing"in də erməni layihəsinin əleyhinə çıxdığını və bu məqsədlə Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana məktub göndərdiyini xəbər verib.
Rusiya və Çinin İranla bağlı veto hüququndan istifadəsinə imkan verməyəcəyik
Netanyahu Çin və Rusiya səfərindən sonra nəyisə dəqiqləşdirib
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Rusiya və Çin İranın nüvə proqramına qarşı sanksiyalar verəcəyi barədə heç bir vəd verməyib. Bu barədə APA RİA "Novosti"-yə istinadən məlumat verib.
   Netanyahu əmin olduğunu bildirib ki, BMT-nin bu iki daimi üzvü İrana qarşı sanksiyaları dəstəkləməsə də, təşkilat onların veto hüququndan istifadəsinə imkan verməyəcək. Netanyahu Rusiya və Çinə son səfərləri zamanı bəyan edib ki, İranın nüvə proqramı İsrail dövləti üçün əsas təhlükədir.
   Qərb dövlətləri belə fikirdədir ki, İranın nüvə proqramı nüvə silahı yaratmağı nəzərdə tutur. Tehran isə zənginləşdirilmiş uranı enerji resursu kimi istifadə edəcəyini bildirib.
Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
"Viktor Yuşşenkodan yaxşı baş nazir olar"
Keçmiş prezident Viktor Yuşşenkodan yaxşı baş nazir olar. APA-nın məlumatına görə, bu barədə Ukrayna prezident administrasiyası başçısının müavini Anna German bəyan edib.
   "Yuşşenkonun baş nazir olduğu dövrü yada salaq. Bu Ukrayna üçün heç də ən pis dövr deyildi. Məncə, Yuşşenko razılaşsa, ondan yaxşı baş nazir olar" - deyə German bildirib. O qeyd edib ki, baş nazir üçün əsas meyarlar soyad və partiya mənsubiyyəti deyil, peşəkarlıq və parlamenti birləşdirmək qabiliyyəti olmalıdır.
ABŞ Gürcüstanda radiolokasiya stansiyası qurdu
Stansiya 500 min dollara başa gəlib
ABŞ dəniz sularının mühafizəsi və dənizdə qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün Gürcüstanda bir radiolokasiya stansiyası qurub. Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Tiflisdəki səfirliyi açıqlama yayıb.
   Açıqlamada qeyd olunur ki, Acarıstan Muxtar Respublikasının Gonio bölgəsində qurulan radiolokasiya stansiyası Gürcüstanın təhlükəsizliyinin qorunmasında böyük rol oynayacaq.
   Bu radiolokasiya stansiyasının qurulması üçün 500 min dollar xərclənib. Son 10 ildə Gürcüstan sərhədlərinin qorunması proqramı çərçivəsində ABŞ bu ölkəyə 150 milyon dollar yardım ayırıb.
   Bundan əvvəl ABŞ tərəfindən Anakliya, Supsa və Çakvi bölgələrində 3 radiolokasiya stansiyası qurulub.
   
Yanukoviç Şimali Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq fikrində deyil
Ukraynanın yeni prezidenti eyham vurdu
Ukrayna prezidenti Viktor Yanukoviç qondarma Şimali Osetiya və Abxaziya respublikalarının müstəqilliyini tanımayacağını, üstüörtülü olsa da, bildirib. Bu haqda APA RİA "Novosti"-yə istinadən məlumat verib.
   "Mən dəfələrlə demişəm ki, biz ikili standartların əleyhinəyik", deyə Kosovo münaqişəsini misal göstərən Yanukoviç bildirib. "Digər nümunə isə Şimali Osetiyadır. Lakin təcrübə göstərir ki, bu cür halların baş verməsi donmuş münaqişələrin daha da pisləşməsinə gətirib çıxarır", deyə o əlavə edib.
   Xatırladaq ki, Rusiya Gürcüstanla qısamüddətli müharibədən sonra bu iki dövlətin müstəqilliyini dərhal tanıdı. Rusiyanın bu mövqeyini yalnız Nikaraqua, Venesuela və Sakit okean ada dövləti Nauru dəstəkləyib.
   
Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
"Viktor Yuşşenkodan yaxşı baş nazir olar"
Keçmiş prezident Viktor Yuşşenkodan yaxşı baş nazir olar. APA-nın məlumatına görə, bu barədə Ukrayna prezident administrasiyası başçısının müavini Anna German bəyan edib.
   "Yuşşenkonun baş nazir olduğu dövrü yada salaq. Bu Ukrayna üçün heç də ən pis dövr deyildi. Məncə, Yuşşenko razılaşsa, ondan yaxşı baş nazir olar" - deyə German bildirib. O qeyd edib ki, baş nazir üçün əsas meyarlar soyad və partiya mənsubiyyəti deyil, peşəkarlıq və parlamenti birləşdirmək qabiliyyəti olmalıdır.
Rusiyanın Qarabağ müharibəsində neytrallığı çarpaz rəylər doğurdu
Zəfər Quliyev: "İndiki məqamda müharibə yolu ilə problemin Azərbaycanın xeyrinə həlli Rusiyanın strateji maraqlarına cavab vermir"
Rauf Mirqədirov: "Rusiya bu gün bəlkə də Azərbaycanın, atəşkəsi pozaraq, hərbi əməliyyatlara başlamasında maraqlıdır"
Dağlıq Qarabağ konfliktinin həll prosesi uzandıqca bölgədə müharibə təhlükəsinin artacağı da istisna olunmur. Bunu nəzərə alan bəzi ekspertlər hərbi əməliyyatlar başlanacağı təqdirdə böyük dövlətlərin ona hansı reaksiya göstərəcəyi istiqamətində proqnozlar verməyə başlayıb.
   Belə ki, bu günlərdə rusiyalı politoloq, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin prezidenti, "Federal" jurnalının baş redaktoru Qriqori Trofimçuk həmin məsələyə toxunaraq iddia edib ki, Qarabağda müharibə başlasa, Rusiya neytral qalacaq. Jurnalistin "ötən əsrin 90-cı illərində Qarabağ döyüşlərinin qızğın çağında Rusiya erməni separatçılarının tərəfini tutmuşdu. Hərbi əməliyyatlar başlasa, vəziyyət yenə təkrarlanacaqmı" sualına ekspertin cavabı belə olub: "Rusiyada azərbaycanlılara və ermənilərə münasibət hazırda 90-cı illərdəki kimi birmənalı deyil. 2008-ci il konfliktini yada salın. Rusiya ona görə bu konfliktə cəlb olundu ki, Abxaziya və Cənubi Osetiya Rusiya ilə həmsərhəddir. Dağlıq Qarabağın isə Rusiya ilə quru və dəniz sərhədi yoxdur. Odur ki, burada vəziyyət bir qədər başqadır. Məncə, hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə Moskvanın siyasəti olduqca ölçülü-biçili olacaq. Fikrimcə, Rusiya neytrallıq siyasəti yürüdəcək". Politoloq Qarabağ münaqişəsinin açarının Kremldə olması fikrilə razıdır: "Bəli, açar hələ də Kremldədir. Ancaq bu açardan istifadədə tələsmək lazımdır. Kimin üçün yaxşı, kimin üçünsə pis ola bilər, fikrimcə, pozitiv məqamdır ki, açar məhz Rusiyadadır. Çünki rusiyalılar mentalitetlərinə görə azərbaycanlılara çox yaxındır. Qarabağ ixtilafını "Yahova şahidləri" həll edəcəksə, xeyirli bir şey gözləməyə dəyməyəcək. Odur ki, Moskva üzücü konflikti yoluna qoymaq üçün əlindən gələni etməlidir". Qeyd edək ki, konflikt başlanan dövrlərdə Rusiyanın, birbaşa olmasa da, dolayısı ilə İrəvanın arxasında durduğu heç kimə sirr deyil. Torpaqlarımızın işğalında, ermənilərlə yanaşı, rus hərbçilərinin də iştirak etdiyi hər kəsə bəllidir. Bundan başqa, Rusiyanın kütləvi informasiya vasitələri daimi olaraq ermənipərəst mövqeyilə seçilib. Düzdür, son zamanlar Moskva ilə Bakı arasında münasibətlər daha da istiləşib. İki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələr xeyli genişlənib. Vəziyyət o həddə çatıb ki, Azərbaycan Rusiyaya qaz satmağa da başlayıb. Bütün bunlar Moskva ilə ölkəmiz arasında əlaqələrin sıx olduğundan xəbər verir. Amma buna baxmayaraq, hərbi əməliyyatlar başlanacağı təqdirdə, Kremlin neytral qalacağı maraqlı və yeni görünür.
   Ekspertlərin məsələyə münasibəti necədir?
   "Turan" İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev, rəsmi mövqe olmadığından, indidən məsələyə proqnoz verməyin çətin olduğunu dedi: "Hər şey ehtimallar üzərində qurulur. İndiki mərhələdə müharibə mövzusu aktual deyil. Azərbaycan müharibə variantını nə seçir, nə də başlamaq istəyir. Müharibəyə başlasaq da, rəsmi Moskvanın mövqeyinin nədən ibarət olacağını bilmirik. Buna görə də deyilən fikirlər ehtimallar üzərində qurulur. Ona görə də burada təhlil üçün elə ciddi predmet də yoxdur. Azərbaycan indiki halda müharibə variantına hazır da deyil. Hazırlıq deyəndə tək ordunun hazırlığını nəzərdə tutmurdum. Aydındır ki, müharibə üçün daxildə ictimaiyyət psixoloji cəhətdən buna hazır olmalı, təbliğat qurulmalıdır. Eyni zamanda, müharibə variantı üçün uyğun sərfedici geosiyasi məqam seçilməlidir. Xarici qüvvələrin, beynəlxalq qüvvələrin, hətta pərdəarxası da olsa, hansısa bir razılığı alınmalıdır. Bu zaman Rusiyanın mövqeyi çox vacib məqamdır. Rusiyanın Azərbaycana həm birbaşa yolla, həm də Ermənistan vasitəsilə təsir etmək imkanları çoxdur. Moskva Ermənistanı silah və mütəxəssislərlə yenidən gücləndirə bilər, onlara siyasi və informasiya dəstəyi verə bilər. Aydın məsələdir ki, burada Rusiyanın mövqeyi həlledici ola bilər. Hərbi əməliyyatlar başlasa, Moskvanın mövqeyinin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Düzdür, hazırda Moskva ilə Bakının münasibətləri yaxşıdır, artan xətt üzrə gedir. Enerji, iqtisadi, siyasi, mədəniyyət sahəsində əlaqələr intensivləşir. Eyni zamanda, bu iki ölkə bir-birinə lazımdır. Ölkələr arasında olan ticarət dövriyyəsi günü-gündən artır. Rusiya ilə Azərbaycan birgə layihələr üzərində də işləyir. Cənubi Qafqazda həll edilən layihələrdə bir-birilə məsləhətləşirlər. Lakin unutmayaq ki, ilk növbədə Rusiyanın öz maraqları var. Cənubi Qafqazdakı münaqişələrin hansı formada həllini tapmasına Moskvanın öz yanaşması var. Azərbaycan risq edib Rusiyanın razılığını almadan hərbi əməliyyatlara başlasa, Moskvanın neytral qalacağı barədə söylənilənlər bizi arxayınlaşdırmamalıdır. Ona görə ki, bu zaman ölkə böyük risqlərlə üz-üzə qalar. Rusiya hər an prosesə girişə bilər. Hesab edirəm ki, indiki məqamda müharibə yolu ilə problemin Azərbaycanın xeyrinə həlli Rusiyanın strateji maraqlarına cavab vermir. Ona görə də indidən bu cür mövzuları müzakirə etmək həm tezdir, həm də ortada konkret hansısa bir rəsmi mövqe yoxdur ki, ona əsaslanaraq proqnoz quraq. Politoloqlar problemlərə müxtəlif cür yanaşa bilər. Lakin düşünürəm ki, Minsk Qrupunun üzvü olan Moskva Vaşinqton və Paris kimi hələlik eyni mövqedə durur. Onlar problemin müharibə yolu ilə həllinə tərəfdar deyil və onun sülh yolu ilə həllinə çağırırlar. Hələlik Moskvanın rəsmi mövqeyi budur, ortalıqda başqa heç nə yoxdur".
   "Zerkalo" qəzetinin eksperti Rauf Mirqədirov burada təxribat amilinin olduğunu zənn edir və Moskvanın müharibə zamanı bitərəf qalacağına inanmır: "Belə fikirlər son zamanlar Rusiyanın kifayət qədər nüfuzlu politoloq və siyasətçiləri səviyyəsində tez-tez səsləndirilir. Amma rəsmi səviyyələrdə belə bəyanatlar hələlik eşidilməyib. Belə ümidlər yaradırlar ki, hərbi əməliyyatlar başlasa, bu artıq Gürcüstan deyil, Qarabağın Rusiya ilə birbaşa sərhədi yoxdur, buna görə də Moskva həmin anda kənarda qalacaq. Buna bir sıra arqumentlər də gətirirlər. Bunlardan biri odur ki, müharibəni Azərbaycan öz ərazisində aparacaq, bu Ermənistan ərazisində olmayacaq, bu isə nə Rusiyaya, nə də Kollektiv Təhlükəsizlik Şurasına hadisələrə birbaşa qarışmağa imkan verəcək. Arqumentlərdən biri də budur ki, Rusiyanın müdaxiləsi üçün Kollektiv Təhlükəsizlik Şurasında qərar qəbul olunmalıdır, lakin buradakı Azərbaycana dost dövlətlərin həmin qərarı dəstəkləyəcəyi gözlənilmir. Bu cür arqumentlər mənim üçün ciddi səslənmir. Gürcüstanda baş verən hadisələri yada salmaq istərdim. Oradakı rus qoşunları MDB mandatı əsasında yerləşdirilmişdi. Onda belə çıxır ki, onların statusunun dəyişdirilməsi, ora əlavə qoşunların yeridilməsi və müdaxilələri barədə qərar MDB dövlət başçılarının mandatına aid qərar idi. Lakin Rusiya qoşunları yeridərkən MDB dövlətlərinin heç birilə hətta məsləhətləşməmiş, onların razılığını almamışdı. Kollektiv Təhlükəsizlik Təşkilatının nizamnaməsi təxminən NATO nizamnaməsinə uyğundur. Orada bir dövlətə qarşı təcavüz bütövlükdə bloka qarşı təcavüz kimi qiymətləndirilir. Azərbaycanın müharibəni öz ərazisində aparması və ya Ermənistanla müharibə etməsi məsələsinin dəyərləndirilməsi siyasətçilərdən asılıdır. Amma Gürcüstan da öz ərazisində müharibə aparırdı, heç bir dövlətin ərazisinə təcavüz etməmişdi. Bu arqument o qədər də ciddi deyil. Nəzərə almaq lazımdır ki, bütövlükdə Rusiyanın bu tip hadisələrə təkbaşına qarışmaq imkanı var.
   Rusiya qanunvericiliyində keçən il edilən dəyişikliyə görə ölkə rəhbəri heç kimlə, hətta parlamentlə məsləhətləşmədən hərbi qüvvələrdən ölkə hüdudlarından kənarda belə istifadə etmək hüququna sahibdir. Həmin qanuna görə, prezident nəinki təkcə müttəfiqlərinə qarşı təcavüz olarsa, hətta təcavüz təhlükəsi yaranarsa belə Rusiya qüvvələrindən ölkə xaricində istifadə etmək hüququna malikdir. Təcavüz təhlükəsinin hansı parametlərlə müəyyənləşəcəyi də məlum deyil. Bütün bu faktorlar belə ehtimal etməyə imkan verir ki, Rusiya bu gün bəlkə də Azərbaycanın atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamasında maraqlıdır. Bununla onlar çalışır ki, sonradan öz hərbçilərinin gücündən istifadə edərək münaqişənin nəinki siyasi, eyni zamanda hərbi dominantlarından birinə çevrilsinlər. Bunun üçün onlara regiona xüsusi qüvvələr yeritmək də lazım deyil. Ermənistanda olan rus qüvvələri buna yetər. Ona görə də rus politoloqunun söylədiklərinin təxribat xarakteri daşıdığını istisna etmək olmaz".
   
Rüfət SULTAN
Ermənistanın ATƏT-ə göndərmək istədiyi antiazərbaycan sənədi politoloqların müzakirəsinə çıxdı
Hikmət Babaoğlu: "Ermənistan Parlament Assambleyasına müraciət etməklə özünü müharibədən sığortalamağa çalışır"
Rasim Musabəyov: "Ermənistanı narahat edən Azərbaycanın konkret müharibəyə hazırlıq görməsidir"
Xəbər verildiyi kimi, Ermənistan ATƏT Parlament Assambleyasına Qarabağ münaqişəsinin həllilə bağlı təhlükəli sənəd göndərir. Belə ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti qurumun yay sessiyasına münaqişələrin həllində güc vasitələrindən istifadədən imtina edilməsi barədə sənəd təqdim etmək niyyətindədir.
   Amma Azərbaycan tərəfi belə bir sənədin sessiyada müzakirəyə çıxarılacağına inanmır. Belə ki, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Ermənistan ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ münaqişəsilə bağlı heç bir sənəd qəbul etdirə bilməyəcək.
   "Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin yay sessiyasına təqdim edəcəyi sənədin məzmunu tam bəlli olandan sonra ciddi tədbirlər görəcəyik" deyən Muradovanın sözlərinə görə, Ermənistan tərəfi, hələ ki, heç bir sənəd təqdim etmədiyindən indidən konkret addımlar atmaq tezdir. "Sənədin məzmunu bəlli olandan sonra mövqeyimizi ortaya qoyacağıq. Amma istənilən halda yay sessiyasında münaqişənin həllində güc tətbiqindən imtina haqqında qətnamənin, yaxud başqa sənədin qəbul olunmasının əleyhinəyik və lazım olan bütün tədbirləri görəcəyik" - vitse-spiker əlavə edib. İndiki mərhələdə Ermənistan tərəfinin ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli variantını beynəlxalq müstəvidə rəsmiləşdirməsi istiqamətində apardığı siyasət, haradasa, başadüşüləndir. Məlumdur ki, münaqişənin sülh yolu ilə həlli yönündə aparılan danışıqlar nəticə vermir. Ermənistanın qeyri-konstruktiv siyasətinin nəticəsi olaraq müzakirələr uzadılır və münaqişənin həlli vaxtı məchullaşdırılır. Azərbaycan prezidenti İlham Əliyev isə rəsmi Bakının bu prosesləri uzun müddət gözləmək imkanının olmadığını və hərb variantının istənilən an gündəmə gələ biləcəyini bəyan edib. Həm ölkə prezidentinin münaqişənin həlli yolları ilə bağlı açıqlamaları, həm də Azərbaycan ordusunun güclənməsi və müharibəyə hazırlaşması Ermənistanı təşvişə salıb. İqtisati cəhətdən zəif, ordusu dağınıq, hərbi texnikası köhnəlmiş olan Ermənistan yaxşı başa düşür ki, proseslərin sonu müharibə ilə nəticələnə bilər.
   Axı rəsmi İrəvan da Ermənistan ordusunun gücündən ağızdolusu danışır. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz politoloq Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində regionda hərbi balans Azərbaycanın xeyrinə dəyişib: "Azərbaycan ordusu Ermənistan ordusundan güclüdür və torpaqları azad etməyə hər an hazırdır. Azərbaycan ordusunun güclü olması Ermənistanı narahat edir. Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edir ki, münanişənin sülh yolu ilə həlli mümkün olmasa, hərb variantına əl atılacaq. Azərbaycan heç vaxt müharibə variantından imtina etməyib. Bu mənada Ermənistanın narahatlığı, haradasa, başadüşüləndir. Müharibə bəyanatları prezidentin çıxışlarında da öz əksini tapıb. İndi Ermənistan ATƏT-in Parlament Assambleyasına belə bir sənədlə müraciət etməklə özlərini müharibədən sığortalamağa çalışır. Azərbaycanın öz suverenliyini təmin etmək hüququ var". H.Babaoğlu ermənilərin hazırladığı sənədin ATƏT PA-da qəbul ediləcəyinə inanmır: "Belə bir sənədin hazırlanması Ermənistan tərəfinin növbəti şousudur. Bu şounun reallaşması mümkün olmayacaq. İnanmıram ki, sənəd keçsin. ATƏT Parlament Assambleyasında təmsil olunan Azərbaycan deputatları kifayət qədər fəaldır və Assambleyada Azərbaycanın tərəfdarları da çoxdur".
   Politoloq Rasim Musabəyov da mətbuata açıqlamasında bildirib ki, nəticə olmasa, hərb variantı qaçılmazdır və bu, Ermənistanı narahat edir. Onun sözlərinə görə, hazırda Ermənistanı narahat edən Azərbaycanın konkret müharibəyə hazırlıq görməsidir: "Hesab edirəm ki, münaqişənin nizamlanması ilə bağlı məsələ həlledici məqama gəlib çatıb. Kimsə dşünürsə ki, Azərbaycan indiki vəziyyətlə barışacaq, yanılır. Bu olmayacaq. Son müharibə bəyanatlarının mahiyyəti budur. Ermənistan olduqca zəif, dilənçi dövlətdir. Onu ağıllandırmaq üçün böyük dövlətlərin - ABŞ-ın da, Rusiyanın da, Avropanın da imkanları var. Ermənistanın yeganə bəhanəsi təhlükəsizlikdir. Ona görə də, onlar müharibədən birdəfəlik imtina edilməsi üçün belə bir sənədlə ATƏT Parlament Assambleyasına müraciət etmək istəyirlər".
   
Eldar XƏYAL
 
 
 SON XƏBƏRLƏR
2010-03-04 Qobustanın rəis müavini Qəbələyə polis rəisi getdi
2010-03-04 Yuliya Timoşenko istefaya göndərildi
2010-03-04 Azərbaycanda Novruz bayramı ilə bağlı əfv olmayacaq
2010-03-04 Misir Mərdanov məktəb direktorlarına 8 Mart xəbərdarlığı etdi
2010-03-04 Məhkəmə bloggerlərin vəsatətini təmin etmədi
2010-03-04 Vahid Əziz infarkt keçirdi
2010-03-04 Qala qəsəbəsində Gülmalıyevlər ailəsində ağır qətl...
2010-03-04 Alı Qocayev Binəqədidə neft ərazilərinin 1 sotunu 1000 manata satır
2010-03-04 İndoneziyada ağcaqanadların yaydığı, hələlik elmə az məlum olan xəstəlikdən 17 min adam ölüb
2010-03-04 Nəsimidə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb
2010-03-04 "Nissan Motor" avtomobillərində də nöqsanlar aşkarlanıb
2010-03-04 Əli Həsənov BMT-yə yalançı dedi
2010-03-04 Qəzetlərimizdə Xəbər Ombudsmanı postu yaradıla bilər
2010-03-04 Avropanın insan haqları komissarı Hammerberq Naxçıvanda görüşlər keçirib
2010-03-04 Arzu Səmədbəyli Təbrizdə Oqtay Əsədova traktor bağışlanmasının rəmzi mənasını tapıb
2010-03-04 Kıbrısın Bakıdakı elçisi narahatdır
2010-03-04 Müsavatın maliyyə durumu seçki tələblərinə uyğun deyil, "Ümid" isə...
2010-03-04 İlham Əliyev Avropa İttifaqının sədri ilə Qarabağ məsələsini müzakirə etdi
2010-03-04 Kənd Təsərrüfatı Nazirliyində yeyinti(?)
2010-03-04 Girov qətimkan tədbiri növünün işləməməsinin günahkarı prokurorlar imiş
2010-03-04 Bakıxanov qəsəbəsində Yeganə Zeynalova dələduzluqda şübhəli bilinib
2010-03-04 "İlham Əliyev mənə dedi ki, siz yeri seçin, binanı tikək"
2010-03-04 "Qış bulvarı"nın doğurduğu rezonansa hüquq müdafiəçiləri də qarışdı
2010-03-04 "AzAL"da yeni maliyyə qalmaqalı...
2010-03-04 Azərbaycanda dollar qıtlığı yarana bilər
2010-03-04 Nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri ətrafında mübahisə başlayıb
2010-03-04 İran casusları Milanda həbs edilib
2010-03-04 İsa Qəmbər Avropa İttifaqı sədrinin müxalifət rəhbərlərilə görüşündə iştirak edə bilmədi
2010-03-04 İsrailin baş naziri və MOSSADın şefinin həbs olunması tələb edilir
2010-03-04 "Reket" qəzetlərin baş redaktor və himayədarları nəyi anlamır?
2010-03-04 Qulamhüseyn Əlibəyli müxalifətdə agent axtarışları söhbətinə cavab verdi
2010-03-04 Britaniyanın enerji naziri son yarım ildə ikinci dəfə Bakıya gəlib
2010-03-04 Mirmahmud Mirəlioğlu Müsavatdan gələn xəbəri təkzib etdi
2010-03-04 "30 kq-lıq çanta arxamda, 4 kq-lıq çəkmə ilə ayaq döyüb işimi görmüşəm"
2010-03-04 Ermənistanın ATƏT-ə göndərmək istədiyi antiazərbaycan sənədi politoloqların müzakirəsinə çıxdı
2010-03-04 Rusiyanın Qarabağ müharibəsində neytrallığı çarpaz rəylər doğurdu
2010-03-04 Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
2010-03-04 Yanukoviç Şimali Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq fikrində deyil
2010-03-04 ABŞ Gürcüstanda radiolokasiya stansiyası qurdu
2010-03-04 Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
2010-03-04 Rusiya və Çinin İranla bağlı veto hüququndan istifadəsinə imkan verməyəcəyik
2010-03-04 ABŞ-ın məşhur silah və enerji şirkətləri uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinə "yox" dedi
2010-03-04 Nazir və icra başçısı Daxili Qoşunların hərbi hissələrindən birində qonaq oldu
2010-03-04 Azərbaycanda bankların çoxluğu barədə BVF-dən irad gəldi
2010-03-04 Tarif Şurası ləğv edilir(?)
2010-03-04 Azərbaycanda ev təmiri kreditlərinə tələbat getdikcə artır
2010-03-04 Əli və Hacı Rasim Hüseynovun "Fiat"ını Şüvəlana sürdürdü və...
2010-03-04 Cəlilabadın İnili sakininin 87 sot torpağını "mal örüşü" adı ilə əlindən alıblar...
2010-03-04 "Həmin ifadələrə imza atan Zakir Nəsirov da, Kamil Sədrəddinov da indi həbsdədir"
2010-03-04 Dünya Ticarət Təşkilatından kənarda nə itirib, nə qazanırıq...
2010-03-04 Kənan Kərimov bacısının namusu üstündə qətlə görə 9 il aldı
2010-03-04 Deyəsən, soyad sonluqlarına dair mübahisələrdə "zadə" qalib gələcək
2010-03-04 Azərbaycanlı alim Çili zəlzələsinin Yeri öz oxundan araladığı barədə deyilənlərlə razılaşmır
2010-03-04 "Həmin ifadələrə imza atan Zakir Nəsirov Yasamalda taxta sexi yanıb
2010-03-04 Azərbaycanda böyük həcmdə kartofu məhv olmaq təhlükəsi gözləyir
2010-03-04 Səfərdə 2 qol vurduq yığmanın tarixinə düşdük
2010-03-04 Bakı "İnter"inin hücumçusu Anqolaya qol vurdu
2010-03-04 Dünya klublarının reytinqi açıqlandı
2010-03-04 Fatih Terim "Beşiktaş"ın başına gətirilir?
2010-03-04 Françesko Totti İtaliyanın ən yaxşı futbolçusu seçildi
2010-03-04 Blatter ofsaydın ləğv olunmasını təklif edir
2010-03-04 Arda Turan ingilis klubu ilə anlaşıb?
2010-03-04 Hiddinqi Rusiyada Kapello əvəzləyə bilər
2010-03-04 "Xəzər Lənkəran" - "Standard" qarşılaşmasında insident
2010-03-04 Sabunçuda İlqar Əhmədovla Anar Xudayarov maşınları toqquşdurdular
2010-03-04 Üç bakılı, bir tərtərli Gəncə sakinini Bakıda bıçaqladılar
2010-03-04 Yardımlıda da torpaq sürüşməsi başlayıb
2010-03-04 Bakı-Sumqayıt yolunda "Nizami" kafesi priton kimi işləyir
2010-03-04 Nardaran məscidində cibgir qadın tutulub
2010-03-04 Mobil rabitə sahəsində tariflər aşağı salınacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009