Milli Məclis martın 5-də ombudsmanın taleyini həll edəcək
Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək. APA-nın xəbərinə görə, iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.
Gündəlikdəki ilk məsələ Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqındadır. Bundan başqa, gündəliyə Azərbaycanla Fransa arasında diplomatik pasportlara malik vətəndaşların qısamüddətli viza rejimindən qarşılıqlı azad olunması, Azərbaycanla Fransa arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında sazişlərin təsdiqlənməsi haqqında qanun layihələri daxildir.