İranın sabiq prezidenti Rəfsəncaninin oğlu və qızı barəsində cinayət işi başlandı
.jpg)
İran Məsləhət Şurasının sədri Haşimi Rəfsəncaninin övladları haqqında cinayət işi açılıb.
APA-nın "Farsnews"a istinadən verdiyi məlumata görə, İranın ədliyyə naziri Mürtəza Bəxtiyari bildirib ki, Haşimi Rəfsəncaninin övladları Mehdi və Faizə Haşimi Rəfsəncanilər 2009-cu ilin iyun ayından etibarən ölkədə dəfələrlə qarışıqlıq salıb, qanunsuz küçə yürüşlərində iştirak edərək insanları qarşıdurmaya səsləyib. Nazir hər iki şəxs haqqında indiyə qədər bəzi araşdırmalar aparıldığını bildirib. Hazırda onlar haqqında rəsmi olaraq cinayət işi başlanıb və sabiq prezidentin övladları törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verməli olacaq.