.jpg)
Fevralın 27-də Çilidə baş verən 8,8 bal gücündə zəlzələ bütün dünyanı silkələyib. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zəlzələ dünyanın orbitini belə dəyişib.
Reaktiv Hərəkat laboratoriyasının əməkdaşı Riçard Qrossun apardığı hesablama göstərib ki, Yer kürəsinin kütləsinin dəyişməsi nəticəsində planetimiz oxundan təxminən 8 santimetr aralanıb. Nəticədə, dünyada sutkanın uzunluğu da 1,26 millisaniyə azalıb. O, Çili zəlzələsini 2004-cü ildə Sumatrada baş vermiş təbii fəlakətlə müqayisə edib: "Həmin vaxt Yer öz oxu ətrafında yerini 7 santimetr dəyişmişdi. İndi isə bu dəyişiklik 8 santimetrdir". Xatırladaq ki, bu günlərdə Çili yaxınlığında okeanda baş vermiş zəlzələnin gücü 8,8 bal olub.