.jpg)
Lənkəran rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənərək dünyasını dəyişib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə dünən qeydə alınıb. Səhər saat 10.00 radələrində Lənkəran şəhər sakini, 1980-ci il təvəllüdlü Samirə Aydın qızı Mirzəyeva koma vəziyyətində Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadın orada dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə hamiləliyə qarşı qəbul etdiyi dərman səbəb olub.
Mərhumun 3 övladının olduğu bildirilir. Məlumata görə, mərhum artıq dəfn edilib. Amma ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyitin eksqumasiya olunacağı bildirilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.