Qusarda da torpaq sürüşməsi başlayıb
Ötənilki hadisə eyni yerdə təkrarlandı
Qusar rayonunda torpaq sürüşməsi fəallaşıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən dünən yaydığı məlumata görə, hazırda sürüşmə 10 min m2 ərazini əhatə edir.
Məlumatda bildirilir ki, Nazirliyin şimal Regional Mərkəzindən daxil olan məlumata əsasən, 2009-cu ilin mart ayının ortalarında Qusar rayonu Urva kəndində baş vermiş torpaq sürüşməsi 22 fevral 2010-cu il tarixindən yağıntılar nəticəsində fəallaşıb. Sürüşmə ərazisində yerləşən evlərə ciddi təhlükə yaradıb. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.