.jpg)
Astara rayonunda intihar hadisəsi baş verib. Astara Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 1-də saat 18.00 radələrində rayonun Kijəbə qəsəbə ərazi nümayəndəliyinə daxil olan Lovain kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Əfsanə Fərzəddin qızı Həsənova kəndirlə həyətlərindəki ağacların birindən özünü asaraq öldürüb. Ə.Həsənovanın səkkiz ay öncə nişanlandığı bildirilir. İntiharın səbəbləri barədə isə hələlik heç bir məlumat verilmir. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Sumqayıtda 17 yaşlı qız özünü öldürüb. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə martın 1-i, 17-ci mikrorayon, ev 51, mənzil 6-da qeydə alınıb. Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Kəmalə Nadim qızı Həsənzadə yaşadığı evin vanna otağında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. Bununla belə, K.Həsənzadənin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.