Gəncədə üçəm dünyaya gəlib
Gəncə şəhərində yerləşən 1 saylı Doğum Evində biri qız, ikisi oğlan olmaqla üçəm dünyaya gəlib. Gəncə şəhər 1 saylı Doğum Evindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə sakini Zülfiyyə Məmmədovanın dünyaya gətirdiyi uşaqlar vaxtından əvvəl doğulduğundan, bir müddət həkim nəzarəti altında qalacaq. Oğlanların birinin çəkisi 1,2 kiloqram, digərininki 900 qram, qızın çəkisi isə 1 kiloqramdır. Uşaqların və ananın vəziyyəti normal qiymətləndirilir.