.jpg)
Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasına müşahidəçi qismində üzv qəbul edilməsi üçün müraciət edib.
APA-nın məlumatına görə, bu barədə Avropa Xalq Partiyasının sədri Vilfrid Martens bildirib. Onun sözlərinə görə, YAP-ın onun rəhbərlik etdiyi təşkilata üzvlüyü ikitərəfli əlaqələri daha da gücləndirə bilər: "Mart ayında məhz bu mövzunu müzakirə etmək üçün işçi qrupun toplantısı keçiriləcək. Ümid edirik ki, bu müraciətə müsbət cavab veriləcək" .
V.Martensi, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı məsələyə də münasibətini açıqlayıb: "Biz düşünürük ki, bu məsələnin çözülməsi "Madrid prinsipləri"nə əsaslanmalı, ATƏT-in Minsk Qrupu öz işini davam etdirməli, beynəlxalq hüququn aliliyinə hörmət edilməlidir".