Nizami polisi axtarışda olan saxtakarı həbs edib
Azərbaycanda Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarışda olan şəxs tutulub.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Gəncə şəhər Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan Maarif Cəfərov Cinayət Məcəlləsinin 132 (döymə), 181 (quldurluq), 221 (xuliqanlıq), 320 (rəsmi sənədləri saxtalaşdırma) və 325-ci (saxtalaşdırılmış sənədi əldə etmə və ya satma) maddələrilə axtarışda olub.