.jpg)
Sanksiyalar İran üçün humanitar problemlər yaratmayacağı təqdirdə Rusiya hakimiyyəti bu ölkəyə qarşı sanksiyaların tətbiqinə hazırdır.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bunu Fransa Prezidenti Nikolya Sarkozi Parisdə Rusiya Prezidenti Dmitri Medvedyevlə danışıqlardan sonra bildirib. "Rusiya ilə Fransanın vacib məsələlərdə bir çox ortaq baxışları var. Məsələn, İranla bağlı Rusiya Prezidenti mənə bildirdi ki, sanksiyaların İran üçün humanitar problemlər törətməməsi üçün sanksiya məsələlərini həll etməyə hazırdır" - deyə Sarkozi bildirib.