.jpg)
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə paytaxtda bir sıra oğurluq hadisələrini törətməkdə, o cümlədən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun avtomobilindən ona məxsus 30 min manatı oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyilə keçirilən prosesdə zərərçəkmiş qismində hüquq müdafiəçisi Elçin Behbudov ifadə verib. E.Behbudov deyib ki, 2008-ci il iyulun 14-də ona məxsus 30 min manat pul avtomobilindən oğurlanıb: "Böyük qızımın xeyir işilə bağlı cehiz almaq üçün dostlarımdan 38 min ABŞ dolları borc almışdım. Həmin pulu valyutadəyişmə məntəqələrinin birində Azərbaycan manatına çevirdim. Şəxsi işimlə bağlı "Nizami" metrostansiyasının yaxınlığında avtomobili saxlayıb düşdüm. Yaxınlıqda əvvəllər mənimlə birgə polis orqanında işləmiş istefada olan mayor rütbəli şəxsi gördüm. Biz görüşdük və ondan soruşdum ki, burda maşına əl vurmazlar? O dedi ki, burda heç bir problem ola bilməz. Bir neçə dəqiqə sonra həmin şəxs evə gedib. Oğrular isə öz işlərini görüblər. 25 dəqiqə sonra avtomobilə yaxınlaşanda gördüm ki, avtomobilin sürücü tərəfdən pəncərəsi sındırılıb və oturacağın altında olan pul çantası oradan oğurlanıb. Həmin dəqiqə polisə məlumat verdim. Sonra məlum oldu ki, oğrular məni valyutadəyişmə məntəqəsindən izləyiblər".
E.Behbudov məhkəmədən ona məxsus pulun təqsirləndirilənlər tərəfindən ödənilməsininin təmin olunmasını xahiş edib. Təqsirləndirilən Ruslan Məmmədov isə oğurlanan pulun E.Behbudova məxsus olduğunu bilmədiklərini deyib: "Mənim "İnfiniti" markalı avtomobilim var. Onu da müsadirə ediblər. Məhkəmə icazə verirsə, həmin avtomobili pulun müqabilində Elçin Behbudova versinlər".
E.Behbudov isə avtomobildən imtina edib. O zaman R.Məmmədov təklif edib ki, avtomobil satılsın və pulu Elçin Behbudova verilsin. Digər təqsirləndirilən Zaur Aslanov da ona məxsus "BMW" markalı avtomobilin satılaraq, pulunun E.Behbudova verilməsini istəyib.
Qeyd edək ki, təqsirləndirilənlər - Səxavət Mehdiyev, Ruslan Məmmədov, Elgiz Hüseynov, Zaur Əliyev və Fətəli Həsənov Azərbaycan Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2-ci (təkrar törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham olunur.