Vaşinqtonun narkotik becərən əfqan fermerlərə gücü çatmadı
ABŞ Əfqanıstanda xaşxaş sahələrinin məhv edilməsilə bağlı proqramdan imtina edib. Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Vaşinqtonun bu qərarının səbəbi həmin proqramın arzu edilən nəticə verməməsidir.
Dövlət katibinin köməkçisi Devid Conson deyib ki, ABŞ əfqan fermerlərə narkotik bitkilər əvəzinə alternativ fəaliyyətlə məşğul olmağı, kənd təsərrüfatı məhsulu istehsal etməyə diqqət yönəltməyi təklif edir. Devid Conson xaşxaş sahələrinin məhv edilməsilə bağlı proqramdan imtinadan Rusiyanın narahatlıq keçirməsindən məlumatlı olduqlarını söyləyib. Bununla belə, o hesab edir ki, bu proqram mövcud təhlükəni aradan qaldırmaq üçün effektiv olmayıb.