"Avro-2" standartlarına uyğun olmayan avtomobillər Azərbaycana buraxılmayacaq
.jpg)
"Azərbaycana gətirilən avtomobillər "Avro-2" standartlarına uyğun olmasa, ölkəyə buraxılmayacaq." Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) investisiya, inkovasiya və ekoloji layihələrlə iş şöbəsinin baş məsləhətçisi Sadiq Şirəliyev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda "Avro-2" standartlarına uyğun yanacaq istehsal olunur. Nazirlik rəsmisi qeyd edib ki, ölkəmizdə, həmçinin, bu standartlara uyğunluğu yoxlamaq üçün müasir cihazlar mövcuddur: "Ölkəyə daxil olan avtomobillərin sənədlərində bu barədə qeydiyyat aparılır. Yol polisində sənədləşdirilən avtomobillər diaqnostikadan keçərkən bu standartlar nəzərə alınacaq." O, həmçinin bildirib ki, avtomobillərə texniki baxış zamanı onların ixrac qazlarının tərkibində olan zəhərli maddələrə də polis tərəfindən nəzarət olunacaq. Mütəxəssis deyib ki, bu istiqamətdə, dövlət nəzarətindən başqa, istehsalat nəzarəti də olacaq: "Məsələn, Dövlət Neft Şirkətinin nəzdində təxminən 5 minə yaxın avtomobil var. O avtomobilləri yoxlamaq üçün Neft Şirkətinin monitorinq idarəsi fəaliyyət göstərir." Nazirlik rəsmisinin sözlərinə görə, "Avro-2" standardlarına uyğun olan avtomobillərin istehsal tarixinin hansı ilə qədər olmasını isə onların istehsal olunduğu ölkələr müəyyən edir: "Məsələn, Yaponiyada bu standarta 1997-ci ildən, Koreyada isə 2000-ci ildən bəri buraxılan maşınlar uyğun gəlir".
Yasamalda Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "BMW" markalı minik avtomobilində olan sərnişin yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər yaralını avtomobildən xüsusi avadanlıqların köməyilə çıxarıb.