Rusiya baş nazirinin birinci müavini Bakı aeraportunda jurnalistlərə açıqlama verməkdən imtina etdi
Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov dünən Bakıya iki günlük işgüzar səfərə gəlib. APA-nın məlumatına görə, İ.Şuvalov Heydər Əliyev Beynəlxalq Hava Limanında onu qarşılayan jurnalistlərə heç bir açıqlama verməyib.
Rusiya baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinə bir neçə nazir müavini daxildir. Azərbaycan rəsmiləri ilə İ.Şuvalovun görüşləri bu gün baş tutacaq. O, həmkarı Yaqub Eyyubovla iki ölkə arasında əlaqələrin inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcək, baş nazir Artur Rəsizadə tərəfindən qəbul ediləcək. Rusiya rəsmisinin prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.