.jpg)
Martın 3-də Lüksemburq və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimlər briqadası müəyyənləşib.
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Kari Petteriyə yan xətt hakimləri qismində Mikko Alakare və Conas Turunen yardımçı olacaq. Dördüncü hakim isə lüksemburqlu Bruno Qomesdir.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.