Fələstin millisinin baş məşqçisi israilli oldu
Fələstin milli basketbol komandasının baş məşqçisi postuna israilli məşqçi İlan Kovalski gətirilib.
Lent.az-ın "El Arabiye" telekanalına istinadən verdiyi məlumata görə, İlan Kovalski iki ölkə arasındakı gərgin münasibətlərin idmana sirayət etməməsini istədiyini, barışı və qardaşlığı bir araya gətirdiyini söyləyib.