.jpg)
Gitara ifaçısı Elman Namazoğlu Rəmişin xəstəxanadan gitara ifaçılarına göndərdiyi mesaja münasibət bildirib. "Əvvəla Rəmiş bizim ustadımızdır.
Rəmiş böyük sənətkardır, Azərbaycana gitaranı o tanıdıb. Xalqımız gitaranı onun ifasında sevib. Amma özündən sonra gələn gitara ifaçılarını tanımamaq düzgün deyil. Ondan sonra gələn bizim gitara ifaçıları - Vilayət, Rəhman, Mahmud, Ələkbər, Mikayıl və mənəm" söyləyən musiqiçi Rəmiş qədər tanınmadıqlarını efirdə görünmədikləri ilə əlaqələndirib. "Şəxsən mənim ustadım İslam Rzayevin ansamblında neçə illər çalışan rəhmətlik Vilayət olub. Rəhmətlik dünyasını cavan dəyişməsəydi, indi gitara sənəti başqa cür inkişaf edərdi" deyən Elman Namazov öz musiqilərinin disklərdə, internetdə yetərincə məhşur olduğunu vurğulayıb. Xəstəxanada yatan gitara ustadına baş çəkməməsinə gəlincə isə Elman Namazoğlu bunları deyib: "Biz onu ustadımız bilsək də, Rəmiş bizi qəbul etmir. Deyir ki, bu gitara mənimlə gəlib, mənimlə də gedəcək. Bizi tanımırsa, onun yanına necə gedə bilərəm?".
Xatırladaq ki, xəstəxanada müalicə olunan məhşur gitara ifaçısı Rəmiş Azərbaycanda özündən savayı gitara ifaçısı tanımadığını söyləmişdi.