.jpg)
Fevralın 25-də narkotik maddədən istifadə etməkdə günahlandırılaraq saxlanan və martın 1-də sərbəst buraxılan məşhur müğənni Tarkan Tevetoğlunun vəkili açıqlama yayıb.
Sənətçinin meneceri və prodüseri tərəfindən APA-ya göndərilən açıqlamada vəkil Yunus Egemenoğlu Tarkanın narkotikdən istifadə etdiyinə dair iddiaları təkzib edib. Y.Egemenoğlunun açıqlamasında bildirilir: "Təkrarən bəyan edirik ki, Tarkanın evində və üzərində kokain tapılmayıb. Onun kokaindən istifadə etməsilə bağlı hər hansı etirafı olmayıb. Tarkan narkotik asılılığı olan bir insan da deyil. İstintaq gizli aparıldığı üçün istintaq sirrini yaymaq qanunla cinayətdir. Bu səbəblə başqa açıqlama və şərh verə bilmərik. Tarkanın evində kakoin tapılması, onun koakin istifadəçisi olması ilə bağlı xəbərlər haqsızdır və cinayət tərkibli iddialardır. Bununla bağlı məhkəməyə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq".