03 Mart 2010-cı il, N 302(1200)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3666)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Əli Mirəliyev ləhcəsini türkləşdirən şou-müğənnilərə qəzəbləndi
"Gedib Türkiyədə iki-üç ay qalır və dilini unudur"

İllər əvvəl Azərbaycan müğənnilərinin xarici ölkələrə gedib orada aylarla yaşaması mümkünsüz bir iş idi. Sənətçilər xaricə yalnız dövlət xəttilə qastrol səfərlərinə gedə bilirdi. O vaxtkı sənətkarlar səfər etdikləri ölkəyə özlərilə milli mədəniyyətimizi, dilimizi, zəngin musiqimizi daşıyıb aparırdı. SSRİ xalq artisti Zeynəb Xanlarovanın, görkəmli müğənni Rəşid Behbudovun ifası xarici vətəndaşları Azərbaycana vurğun eləmişdi.

   Hətta əcnəbi dinləyicilərdən ana dilimizi öyrənənlər də oldu. İndi isə müğənnilərimiz xarici ölkələri "su yolu"na döndərib. Ən çox da Türkiyəyə gedib-gəlirlər. Bəzi şou müğənniləri isə bu ölkənin vətəndaşı ilə ailə həyatı qurub. Bu səbəbdən də Türkiyədə yaşayır. Şou müğənnilərindən elələri var ki, Türkiyədə özünə ev də alıb. Ona görə də ilin bir neçə ayını bu ölkədə keçirir. Hətta bəziləri repertuarındakı Azərbaycan mahnılarının sözlərini müasir Türkiyə türkcəsinə çevirib oxuyur. Yalandan deyir ki, bunu orada məndən tələb elədilər. Halbuki, mahnının sözlərini həmin ləhcəyə çevirib oxumağı heç kəs onlardan tələb eləmir.

   İndi dəb düşüb ki, iki-üç ay Türkiyədə qonaq qalan, yaxud orada müvəqqəti yaşayan bəzi şou müğənniləri Azərbaycana döndükdən sonra da Türkiyə türkcəsində danışır. Onların belə tezliklə ləhcəsini dəyişməsi adamda təəccüb doğurmaya bilmir. Bizi şou müğənnilərinin bu ləhcəni həddindən artıq tez mənimsəməsi və onu gündəlik danışıq tərzinə çevirməsi cəmiyyətdə normal qarşılanmır.

   Məsələn, Brilliat Dadaşova, İradə İbrahimova, Azəri qızı Günel, Yeganə və başqaları Türkiyədən ölkəmizə döndükdən sonra da osmanlı ləhcəsilə danışır. Özlərini elə aparırlar ki, guya hansısa bir sözün Azərbaycan dilində qarşılığını tapmaqda çətinlik çəkirlər. Məlumdur ki, Türkiyənin bəzi şou müğənniləri də Bakıya gəlir, lakin onlar aylarla burada qalsa da, bircə kəlmə də olsun Azərbaycan dilində söz danışmır. Deyir ki, mənə öz ləhcəmdə danışmaq daha rahatdır. Amma bizimkilər neçə yerinə "kaç", "qardaş" əvəzinə "abi" və s. ifadələr işlədir. Dilimizdə "xoşum gəlir" sözü olduğu halda şou-biznesçilərimiz "ben buna bayıldım" deyir.

   Müğənni Əli Mirəliyev şou müğənnilərinin bu hərəkətindən olduqca narazı qaldığını bildirdi. Onun sözlərinə görə, insanlar var ki, ömrü boyu qürbətdə yaşayır, amma ana dilini heç vaxt unutmur. O dedi ki, müğənnilərin müasir Türkiyə türkcəsində danışması onu əməlli-başlı qıcıqlandırır":Bu məsələ məni çoxdan bəridir ki, maraqlandırır. Görəsən, bəzi şou müğənniləri niyə ana dilini unudub? Təsəvvür edin elələri var ki, ümumiyyətlə Türkiyənin yolunu tanımır, amma efirə çıxanda türkiyəlilər kimi danışır. Gedib Türkiyədə iki-üç ay qalanlar da ana dilimizi unudur. Bəzi şou müğənniləri özlərini kimlərsə bənzədir. Əvvəllər belə idi ki, azərbaycanlılar öz uşaqlarını rus məktəblərinə qoyurdu, rusca danışırdı. Onları müəyyən qədər başa düşürəm. Amma haqq qazandırmıram. Bir xalqı məhv eləmək istəyirsənsə, birinci əlindən dilini, sonra isə milli musiqisini al. Mən haray çəkirəm-imkan verməyin bunlar dilimizi korlasın. Ola bilməz ki, sən Azərbaycan dilində danışıb türkcə oxuyasan, yaxud əksinə. Sözsüz, biz türkük, bunu inkar edə bilmərik. Amma bizim adət-ənənələrimiz, mədəniyyətimiz, dilimiz o biri türk xalqlarından xeyli fərqlənir. Qazaxlarla, türkmənlərlə eyni kökdən olsaq da, nə biz onların dilini başa düşürük, nə də onlar bizim. Şou müğənniləri dilin müqəddəsliyini dərk etmir. Onlar bilməlidir ki, hər xalqın öz tarixi, öz keçmişi və öz gələcəyi var. Onlar Azərbaycan dilinə hörmət etməyə borcludur".

   
Cəmilə QARAYEVA
Oxunub: 256 Geri gayıt
Digər xəbərlər
Rəmişin mesajına reaksiya gəldi
Elman Namazoğlu: "Bizi tanımırsa, onun yanına necə gedə bilərəm?"
Tarkan "tərtəmiz" imiş
Narkotik alverindən təzə xəbər çıxdı
Əli Mirəliyev ləhcəsini türkləşdirən şou-müğənnilərə qəzəbləndi
"Gedib Türkiyədə iki-üç ay qalır və dilini unudur"
 
 SON XƏBƏRLƏR
2010-03-03 Milli Məclis martın 5-də ombudsmanın taleyini həll edəcək
2010-03-03 İranın sabiq prezidenti Rəfsəncaninin oğlu və qızı barəsində cinayət işi başlandı
2010-03-03 Azərbaycan Müdafiə Nazirliyi öldürülmüş erməni komandiri barədə məlumat yaydı
2010-03-03 Çili zəlzələsi Yer kürəsinin məhv təhlükəsini artırdı
2010-03-03 Hamiləliyə qarşı dərman Lənkəranda 3 uşaq anasını öldürdü
2010-03-03 Qusarda da torpaq sürüşməsi başlayıb
2010-03-03 Astarada 18 yaşlı nişanlı qız özünü asdı
2010-03-03 Gəncədə üçəm dünyaya gəlib
2010-03-03 DİN veteranları Əyyub Kərimova verilən cəzanın sərtləşdirilməsini istəyir
2010-03-03 YAP Avropa Xalq Partiyasına üzv olmaq istəyir
2010-03-03 Tomas Hammarberq Əflatun Amaşovla görüşdə "reket qəzetlərdən" danışdı
2010-03-03 AzərTAc-ın 90 illiyinə gələn qonaqları prezident İlham Əliyev qəbul etdi
2010-03-03 Avropa İttifaqı Türkiyə və Ermənistanı protokolları qeyd-şərtsiz ratifikasiya etməyə çağırdı
2010-03-03 Ermənistan Soçidəki görüşdə aldığı sülh variantına aid təkliflərini verdi
2010-03-03 Vaqif Sadıxov İranda Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyalarından danışdı
2010-03-03 Nizami polisi axtarışda olan saxtakarı həbs edib
2010-03-03 Rusiya İrana qarşı sanksiyaların tətbiqinə hazırdır
2010-03-03 Elçin Behbudovun 30 minini oğurlayanlar ona sövdələşmə təklif etdi
2010-03-03 "Şəmkirli Saşa"nı güllələyən "Qoca"ya cinayət işi açıldı
2010-03-03 Vaşinqtonun narkotik becərən əfqan fermerlərə gücü çatmadı
2010-03-03 Penitensiar Xidmət Eynulla Fətullayevə sui-qəsd təhlükəsini inkar etdi
2010-03-03 Bütün iri vergi ödəyicilərini yoxlayırlar
2010-03-03 Ramiz Rzayev yeni vəkillik qurumunun Ali Məhkəmə nəzdində yaradılmasını istəmir
2010-03-03 Azərbaycan Suriyaya qaz ixracına başlayır
2010-03-03 Ağdamda iki uşaq anası intihar etdi
2010-03-03 "Avro-2" standartlarına uyğun olmayan avtomobillər Azərbaycana buraxılmayacaq
2010-03-03 63 yaşlı keçmiş prezident Londonda həbs edildi
2010-03-03 Kirayə mənzillərdə yaşayanların sayı sürətlə çoxalır
2010-03-03 Azərbaycandakı partiyaların gənclər təşkilatları siyasətə yenilik gətirdimi?
2010-03-03 Rusiya Estoniyanın konsulu qarşısında ölkəni tərk etmək tələbi qoydu
2010-03-03 Ərdoğan türk əsgərlərin Kiprdən çəkilə biləcəyini deyib
2010-03-03 Bu seçkidə namizəd üçün ən vacib faktor nə olacaq - pul, populyarlıq, ya...
2010-03-03 İran bir terrorçuya görə Qırğızıstana nota verdi
2010-03-03 Rusiya baş nazirinin birinci müavini Bakı aeraportunda jurnalistlərə açıqlama verməkdən imtina etdi
2010-03-03 Yaxın on ildə Rusiya dünyanın iqtisadi lideri olacaq
2010-03-03 AKP-nin yeni Konstitusiya islahatı Türkiyəni çalxalamağa başladı
2010-03-03 Yuşşenko Ukraynanın yeni baş naziri ola bilər
2010-03-03 ABŞ-a gedən Türkiyə deputatları Konqresin əleyhinə ilk addımı atdı
2010-03-03 Rusiya ilə sərhədi Ermənistan xatirinə açan Tiflis İrəvandan zərbə aldı
2010-03-03 Ədliyyə naziri yanında İctimai Komitənin yeni seçilmiş üzvləri Penitensiar Xidmətin rəisi ilə tanış oldular
2010-03-03 Martın sonunda qlobal böhranın yeni dalğasına azərbaycanlı deputat inanmır
2010-03-03 Azərbaycanda cəmi 5 bələdiyyənin öz müəssisəsi var imiş
2010-03-03 Azərbaycan əkinə yararlı torpaqlarını ilbəil itirir
2010-03-03 Türkiyədə fahişələrə vasitəçilik edən azərbaycanlı "kişi" saxlanılıb
2010-03-03 Bakıda satılan mənzillərin cəmi 5 faizini Rusiyada işləyən azərbaycanlılar alır
2010-03-03 Sankt-Peterburqda erməni və azərbaycanlıdan ibarət cinayətkar qrup zərərsizləşdirildi
2010-03-03 Gəncə İmamzadəsində 5 milyon manatlıq təmir başlayır
2010-03-03 Korlar Cəmiyyəti dilənçilik edən korlarla bağlı araşdırma aparıb
2010-03-03 Lüksemburq - Azərbaycan matçının hakimləri açıqlandı
2010-03-03 Fələstin millisinin baş məşqçisi israilli oldu
2010-03-03 "Atletiko" - "Valensiya" oynunun nəticəsi şübhə altına alındı
2010-03-03 Kurani "Yuventus"a keçir
2010-03-03 Hiddink Türkiyə yığmasının formasını almaqdan imtina etdi
2010-03-03 Daum "Fərənbağça"dan qovula bilər
2010-03-03 "Real" və "Barselona" dünyanın ən varlı klublarıdır
2010-03-03 Nesta İtaliya yığmasından imtina etdi
2010-03-03 Ronaldinyo "Qalatasaray"a gətirilir?
2010-03-03 Xəstə uşaq doğan, arvadını öldürmək istəyən Ramiz İsgəndərov 3 il iş aldı
2010-03-03 Bakıda 423 telefon nömrələri 323-lə əvəz olunacaq
2010-03-03 HAMAS lideri İsrailə satılan oğlundan imtina etdi
2010-03-03 Azərbaycanda 410 mindən çox əlil var
2010-03-03 Bakıda külli miqdarda dələduzluqla bağlı polisə müraciət edildi
2010-03-03 Məclislərdə Quranı ana dildə oxumaq təkliflərinə qarşı tutarlı arqumentlər gətirildi
2010-03-03 Azərbaycanda 17 əlil məhbus protezlə təmin edildi
2010-03-03 Televiziyalarda pulsuz reklamların qanuniləşdirilməsini istəyənlər çoxalır
2010-03-03 Rəmişin mesajına reaksiya gəldi
2010-03-03 Tarkan "tərtəmiz" imiş
2010-03-03 Əli Mirəliyev ləhcəsini türkləşdirən şou-müğənnilərə qəzəbləndi
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009