03 Mart 2010-cı il, N 302(1200)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3556)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Televiziyalarda pulsuz reklamların qanuniləşdirilməsini istəyənlər çoxalır
MTRŞ sədrinə yeni dəstəklər gəldi
Altay Zahidov: "Bununla bağlı qanun da olmalıdır ki, proses tənzimlənsin"
   
   Əhməd Qəşəmoğlu: "Bu qanun olmayanda böyük özbaşınalıq yaranır"

   
   Bu günlərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında bəyan edib ki, ölkədə sosial reklam sahəsində qanunvericilik bazası yaradılmalıdır. Onun sözlərinə görə, hazırkı məsələdə sistemli qanunvericilik aktları mövcud olmalıdır:
   "Televiziya və radioda hər hansısa fəaliyyət növü barədə ödənişsiz reklam yerləşdiriləcəksə, bu zaman digərlərinin reklama tələbatı yaranacaq. Bu isə telekanalların reklam siyasətindən gəlirini sual altına qoyur". MTRŞ sədri hesab edir ki, buna görə də sosial reklam müxtəlif təşkilatların sifarişi əsasında deyil, reklamın sosial əhəmiyyətini müəyyən edən bir struktur tərəfindən yerləşdirilməlidir: "Məsələ aktual olarsa, bu zaman MTRŞ mərkəzləşdirilmiş struktur olmağa hazırdır". Həqiqətən də, Azərbaycanda reklam sahəcində bir boşluq hiss olunmaqdadır. Kim necə gəldi, harda gəldi elektron KİV-də reklam verir. Bu boşluğun aradan qaldırılması üçün qanunvericilik bazasının yaradılması labüddür. Mütəxəssislər bu barədə nə fikirdədir?
   İctimai Teleradio Yayım Şirkətinin Yayım Şurasının üzvü Altay Zahidov da sosial reklam sahəsində qanunvericilik bazasının yaradılmasını istəyir: "Bu, günün ən vacib məsələsidir, məsələ ilə bağlı mütləq qanunvericilik bazası yaradılmalıdır. Hazırda reklam prosesi pərakəndəliyilə seçilir. İndi reklamı müxtəlif yollarla verirlər. Televiziyaların işləməsi üçün reklamın olması vacibdir, çünki pulları yoxdur. Amma hər halda, bununla bağlı qanun da olmalıdır ki, proses tənzimlənsin. Pulun hara və necə xərcləndiyi bilinməlidir. Demokratiya deyə-deyə bütün televiziya və mətbuatı dağıdırlar. Buna əvvəl-axır bir əncam çəkilməlidir. Televiziya rəhbərlərinin çoxu səriştəsiz adamlardır.
   Ona görə də onlar prosesi dərindən bilmir. Mütəxəssislər, televiziyadan çıxanlar bizə lazımdır. Mütəxəssislərin rəylərindən istifadə edilərək bir qərara gəlinməlidir. Yalnız belə olan halda reklam bazarı çox işlək və xeyirli olacaq".
   Sosioloq Əhməd Qəşəmoğlu da sözügedən qanuna ehtiyacın olduğu qənaətindədir: "Həmin qanunun qəbuluna ciddi ehtiyac var. Bu qanun olmayanda böyük özbaşınalıq yaranır. Bu hal təkcə maddi məsələlərə deyil, reklamların özünün məzmunu və mənəvi tərəfləri, tərtibatı, dilinin seçilməsindən tutmuş, bir çox məsələlərə də aiddir. Bunların hamısı tənzimlənməlidir, bunun üçünsə qanuna böyük ehtiyac var. Bəzən elə olar ki, reklamlar televiziya verilişlərinin özünün məzmununa xələl gətirir. Buna görə də tənzimlənmə getməlidir. Reklamın hər kəsin kefinin necə istəməsindən asılı olması siyasəti doğru deyil. Reklam siyasəti olmalı, o təkcə bazara xidmət etməməlidir. O, eyni zamanda, mənəviyyata da xidmət etməlidir.
   Bəzən televiziyada əxlaqa, etik davranışa zidd reklamlara rast gəlirik. Estetik tərəfə də diqqət yetirilməlidir. Elə reklamlar olmalıdır ki, onlar əhalinin müxtəlif kateqoriyalarının maraqlarını əks etdirə bilsin. Hər keyfiyyətsiz malın reklamı da düzgün deyil. Yəni reklam verənin istədiyi malı reklam etməsinin özü doğru deyil. Çünki əhali kütləvi informasiya vasitələrinə inanır, ona görə də reklam verəndən məhsulun keyfiyyətilə bağlı hansısa bir sənədin istənilməsi də yaxşı olardı. Reklam prosesində də əhalinin sağlamlıq faktoru nəzərə alınmalı, bu, əsas meyar kimi götürülməlidir".
   
Rüfət SULTAN
Azərbaycanda 17 əlil məhbus protezlə təmin edildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ortopedik Reabilitasiya Mərkəzilə birlikdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyilə çərşənbə günü 17 məhbus əlili protezlə təmin edib.
   "Penitensiar Xidmət cəzaçəkmə müəssisələrindəki 36 məhbus əlilin siyahısını təqdim edib. Nazirliklə birlikdə protezə ehtiyacı olanların təminatı üzrə iş aparılacaq". Bu sözləri Trend News-a məhbuslara sosial yardım şöbəsinin rəisi, ədliyyə kapitanı Ceyhun Əzizov bildirib. Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində dörd, 6 saylı Cəzaçəkmə Müəssisəsində üç əlil protezlə təmin olunub. Qalan 10 məhbus digər müəssisələrdə saxlanır.
Məclislərdə Quranı ana dildə oxumaq təkliflərinə qarşı tutarlı arqumentlər gətirildi
Elşad Miri: "Quran ayələrinin ərəb dilində olması müsəlmanların birlik və bərabərliyinə gətirib çıxarır"
Hacı Nizami Rza: "Quranın ərəb dilində oxunması vacibdir, bunun fəziləti böyükdür"
Bildiyimiz kimi, Azərbaycan artıq 15 əsrdir ki, İslam dininə sitayiş edir. İslam aləmində məscid, mədrəsə və yas mərasimlərində oxunan və öyrədilən ayələr, "Quran" kəlmələri adətən ərəb dilində verilir. Dindarlar bunu onunla əsaslandırırlar ki, "Quran" Allah tərəfindən məhz ərəb dilində göndərilib, ona görə də həmin dildə oxunuşu vacibdir.
   Belə halda isə "Quran"dakı müddəalar əksər insanlar tərəfindən başa düşülmür. Dünyada 1 milyarddan artıq müsəlman olsa da, onların böyük əksəriyyəti ərəb dilini bilmir. Bildiyimiz kimi, insanlar arasında ədalətin, fəzilətin, düzgünlüyün təbliğ edilməsində "Quran" ayələrinin böyük rolu var. Amma yalnız ərəb dilində olması səbəbindən heç də bütün müsəlmanlar bu ayələrdən xəbərdar olmur. Bu mənada, bəzi mütəxəssislərə görə, İslamın müqəddəs kitabı olan "Quran" da hər bir müsəlman dövlətinin öz ana dilində verilməlidir ki, əhali orada nəyin yazıldığından, nəyin təbliğ olunduğundan tam dolğunluğu ilə agah olsun. Onların fikrincə, xristianlarda dini ayələr hər dövlətin öz dilində səsləndiyi kimi, müsəlmanlarda da belə olmalıdır. Ən azından, dövlət dilinə hörmət baxımından dini ayələrin ana dilində oxunması vacibdir. Qeyd edək ki, vaxtilə bu istiqamətdə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən addımlar atılmasına cəhdlər olub. Amma təəssüf ki, o zamanki əhalinin savadsızlığı üzündən həmin addımlar uğursuzluqla nəticələnib. Bu fikirdə olanların zənnincə, "Quran"ın yalnız ərəb dilində oxunuşuna icazə verilməsi sadəcə olaraq həmin dilin başqa danışıq dillərindən hakim mövqedə dayanmasına hesablanmış addımdır. Yəni bu yolla onlar özlərinin daha üstün mövqedə olduqlarını nümayiş etdirmək istəyiblər. Görəsən, dinşünas alimlərin sözügedən məsələyə münasibəti necədir?
   Dinşünas Elşad Mirinin fikrincə, bu mümkünsüzdür: "İudaizm dininin əsas kitabları sankrit dilindədir. Guya bu dildə oxuyan insanlar onu başa düşür? Buna baxmayaraq, həmin dildə oxuyurlar, sadəcə olaraq sonradan öz ana dillərində kitabda yazılanların şərhini verirlər. Yəhudilər özləri Tövratı arami dilində oxuyur. Xristianlığın ilk müqəddəs kitabı olan İncil ibrami dilində gəlib. Amma əlimizdə mövcud olanı yunan dilindədir. Yəni həzrəti İsa peyğəmbərə gələn orijinal müqəddəs İncil kitabı əlimizdə yoxdur. Yunan dilində olduğuna görə bütün xristian xalqları, ingilislər, italyanlar və başqaları hərə öz dilinə tərcümə edib oxuyur. "Qurani Kərim"də isə açıq-aşkar bildirilir ki, bu müqəddəs kitabı Allah ərəb dilində göndərib. Namaz zamanı quran ayələrini biz ərəb dilində oxumalıyıq, bu şərtdir. Bu, sadəcə olaraq, namazın insanları bütövləşdirici əhəmiyyətilə bağlıdır. Çünki namaz zamanı tək-tək qılma deyil, camaat şəklində qılma anlayışı var. Xristianlıqda isə belə bir anlayış yoxdur. Amma dua edərkən bunu istədiyin dildə edə bilərsən. Birləşmiş Millətlər Təşkilatında qəbul edilən 6 dil var. Azərbaycan dilində kimsə orada məruzə edə bilməz, çünki qəbul edilmir. Yalnız bu altı dildən istifadə olunmalıdır. Quran ayinlərinin ərəb dilində olması müsəlmanların birlik və bərabərliyinə gətirib çıxarır. "Qurani Kərim" yas məclislərində oxunarkən insanların əksəriyyəti bundan heç nə başa düşmür. Amma İslamda yas məclisi anlayışı yoxdur. İkincisi, İslamda molla, axund deyilən bir sinif, təbəqələşmə yoxdur. Bunlar sonradan ortaya atılan, insanların müxtəlif məqsədləri, mənfəətləri üçün istifadə etdiyi bir peşə anlamıdır. "Qurani Kərim"i oxuyan zaman deyirlər ki, o ölülər üçün deyil, dirilər üçündür. Buradakı ayinlərdə deyilir ki, sən ölülərə eşitdirə bilməzsən. Deməli, problemin kökündə problem var. Yas məclislərində mollaların çoxu nə oxuduğunu özü belə başa düşmür. Əslində isə hər hansı bir yerdə "Qurani Kərim" oxunarkən onun izahı da verilməlidir. Belə olarsa, insanlar quranı həqiqətən də sevər. İndi isə bunun əksi baş verir". Həmsöhbətimiz müqəddəs kitabımızın yalnız ərəb dilində verilməsinin həmin dilin hegomonluğuna hesablanması fikrilə də razılaşmır: "Onu deyənlər ərəb dilini bilməyən və ya ərəb hegomonluğunun nə olduüğunu anlamayan insanlardır. Ərəblərin özləri belə "Qurani Kərimi" oxuyub dolğun başa düşə bilmir. Onlar bunun üçün müəyyən kurs keçirlər. Müqəddəs kitabda ərəblərin özlərinin bilmədiyi "Əl Qariyə" surəsi var. "Qurani Kərim" təkcə ərəblərə gəlməyib ki, onların hegemonluğundan danışaq, bu bütün müsəlmanlara gəlib. Belə ideyaların heç bir əsası yoxdur və namaz qılmayan insanların ortaya atdığı ideyadır. Orijinalın yerini heç nə verə bilməz". Hacı Nizami Rza da digər həisöhbətimizlə eyni düşüncədədir: "Allah-Təala Quranın ərəb dilində oxunmasını vacib buyurub. Amma müsəlmanların əksəriyyəti ərəb dilini bilmədiyindən, oxunan Quranın mənasını başa düşmür. Yaxşı olar ki, Quran birinci olaraq ərəb dilində oxunsun, ondan sonra tərcüməsi verilsin. Bu daha yaxşı təbliğ olunar. Allah-Təala Quran ayəsində buyurur, ona diqqətlə qulaq asın ki, nicat tapasınız. Qərb dairələri bu ayənin açılışı üçün xüsusi bir eksperiment keçirib. Dili bilməyən insanları bir kabinetə yığıb qulaqlarına qulaqcıq qoşublar. Ərəb dilində quran oxunarkən, onu bilib-bilməmələrindən asılı olmayaraq, həmin insanların bədənində yaxşılığa doğru güclü proseslər gedib. Quranın ərəb dilində oxunması vacibdir. Bunun fəziləti böyükdür. Buradakı sözlər Azərbaycan dilində deyilsə, bu artıq Quran deyil, tərcüməsidir. Ən uğurlu tərcümə belə orijinalın 50 faizini vermir. Ərəb dilinin orfoqrafiyası ilə Azərbaycan dili arasında yerlə göy qədər fərq var. Tərcümə edirlər ki, Allah şərabı haram buyurub. Müqəddəs kitabda belə ayə yoxdur. Allah-Təala təkcə şərabı haram buyurmayıb, deyilir ki, xəmir sizə haram buyuruldu. Xəmir isə təkcə alkoqol deyil, bura heroin, nəşə, kokain, ümumiyyətlə insanın ağlını alan bütün şeylər aiddir. Qurani Kərim yer üzündə yeganə kitabdır ki, ona nə nəsr, nə də nəzm demək olar. Bu da onun möcüzəsidir".
   
Rüfət SULTAN
Bakıda külli miqdarda dələduzluqla bağlı polisə müraciət edildi
Bakının Nəsimi rayonunda dələduzluq hadisəsi baş verib.
   Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Ramin Kazımov, Məmməd Bayramov, Aqil Aşurov, Ceyhun Canaqayev polisə müraciət edərək Elşən Həbibzadə tərəfindən aldadıldıqlarını bildiriblər. Onlar göstəriblər ki, E.Həbibzadə onların etimadlarını qazanaraq, ümumilikdə 47.405 manat pullarını alıb. Vətəndaşların şikayəti əsasında faktla bağlı təhqiqat araşdırması başlanıb.
   
Azərbaycanda 410 mindən çox əlil var
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyasından biz nələri bilməliyik" adlı layihəni yekunlaşdırıb.
   APA-nın məlumatına görə, layihə ilə bağlı mətbuat konfransı keçirən birliyin rəhbəri Hafiz Səfixanov deyib ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və konvensiyanın fakültətiv protokolu BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilib. Hazırda konvensiyanı 144 ölkə imzalayıb. Azərbaycan konvensiyanı və fakültətiv protokolu 2009-cu il yanvarın 9-da imzalayıb. H.Səfixanov bildirib ki, hazırda dünya əhalisinin təxminən 10 faizi, yəni 650 milyon insan bu və ya digər səbəbdən əlillikdən əziyyət çəkir. Azərbaycanda isə 410 mindən çox əlil var.
   
HAMAS lideri İsrailə satılan oğlundan imtina etdi
HAMAS təşkilatının İordan çayının Qərb sahilindəki lideri şeyx Həsən Yusif 1996-cı ildən İsrail Ümumi Təhlükəsizlik Xidmətinə (ŞABAK) casusluq edən oğlu Mösəb Həsən Yusifdən imtina edib.
   Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hazırda İsrail həbsxanasında olan HAMAS lideri bununla bağlı məktub yazıb.
   Şeyx Həsən Yusif bütün ailəsinin - həyat yoldaşının, digər oğulları və qızının da bu addımı ataraq Mösəbdən imtina etdiyini vurğulayıb. HAMAS liderinin bəyanatı oğlunun İsrail xüsusi xidmət orqanlarına casusluq etdiyini açıqlamasına cavab olub. Xatırladaq ki, Mösəb xristianlığı qəbul edib və hazırda ABŞ-da sığınacaq tapıb. O, əlində silah İsrailin tərəfində fələstinlilərə qarşı vuruşmağa hazır olduğunu bəyan edib.
   
Bakıda 423 telefon nömrələri 323-lə əvəz olunacaq
Dünəndən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) 423 indeksli avtomat telefon stansiyasının analoq abunəçilərinin müasir NGN (Next Generation Network) texnologiyasına keçməsi istiqamətində işlərə başlayıb.
   Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. NGN texnologiyasına keçid işləri başa çatandan sonra sözügedən stansiyanın telefon nömrələrinin prefiksi "423"-dən "323"-ə əvəz olunacaq. Qeyd olunan işlərlə bağlı BTRİB rekonstruksiya prosesində ayrı-ayrı telefonların işləməsində qısa müddətli fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edir.
   
Xəstə uşaq doğan, arvadını öldürmək istəyən Ramiz İsgəndərov 3 il iş aldı
Martın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Gəncə şəhər sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
   Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Ramiz Zaman oğlu İsgəndərova hökm oxunub. Hökmə əsasən, R.İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Ramiz İsgəndərov qeyri rəsmi nikahda yaşadığı Briliyant Yusifovanı bıçaqlayıb. Lakin iradəsindən asılı olmayan səbəblərə görə, Ramiz İsgəndərov cinayəti başa çatdıra bilməyib. O, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub Məhkəmə prosesində Ramiz İsgəndərov bildirib ki, həyat yoldaşı Brilyant xəstə uşaq doğduğuna görə əsəbiləşib. O, bir müddət özünü cilovlasa da, aralarında yaranmış münaqişənin sonunda bıçağa əl atıb. R.İsgəndərov arvadını vurarkən onu qətlə yetirmək fikrində olmadığını söyləyib.
   
   
Korlar Cəmiyyəti dilənçilik edən korlarla bağlı araşdırma aparıb
Giya Paçxataşvili: "Sovet dövründə Bakı metrosunun bir hissəsi Korlar Cəmiyyətinin pulu ilə tikilib"
Səmiyar Abdullayev: "30 min gözdən əlilin cəmi 10 mini Cəmiyyətimizin üzvüdür"
Dünya işığına həsrət qalan insanları gözdən əlil adlandırırıq. Bu insanların böyük əksəriyyəti anadangəlmə kor olsa da, müəyyən bir qismi bu bəlaya sonradan mübtəla olub. Qeyd edək ki, respublikamızda həm gözdən əlillər üçün internat məktəb, həm də musiqi məktəbi fəaliyyət göstərir. "Danışan kitabxana" layihəsi isə onlara verilən ən böyük hədiyyədir.
   Gözdən əllilərdən musiqi aləmində, ədəbiyyat sahəsində, nəşriyyat və s. sistemində çalışan çoxlu sayda insan var. Bəzən çoxlarımız onlara elə-belə baxırıq. Əslində isə onlar daha böyük işlər görməyə qadirdir. Hətta sovet dövründə gözdən əlillər üçün xüsusi müəssisələr açılmışdı. Gözdən əlillər burada müxtəlif fəaliyyət sahələrilə məşğul olurdu. Məlumatımıza görə, onlar iynə, sancaq, soyuducu üçün çəngəl və s. istehsal edirdi.
   Korların əməyinin məhsulu olan bu məişət vasitələri insanların sosial həyatında əməlli-başlı rol oynayırdı.
   Əldə elədiyimiz məlumata görə, indi gözdən əlillərin böyük əksəriyyəti işsizdir. Onların əlilliyə görə aldığı cüzi müavinətlə isə korların dolanması mümkünsüzdür. Bəlkə də bunun nəticəsidir ki, korlar arasında da dilənçilik geniş yayılıb. Belə ki, indi şəhərdə dilənçiliklə məşğul olan insanların 10-dan 4-ü gözdən əlildir. Bəzən olur ki, müəyyən adamlar saxtakarlıq edərək özünü kor kimi qələmə verir. Elə hallar da olur ki, gözdən əlilləri metro keçidində, bazarda
   və s. yerlərdə dilənən görürük.
   Korlar Cəmiyyətinin üzvü, şair-publisist Giya Paçxataşvili də gözdən əlillərin kütləvi işsizliyini təsdiq elədi. O, bizimlə söhbətində bildirdi ki, gözdən əlillərə məxsus bütün kombinat və sexlər fəaliyyətini dayandırıb və bu da onların işsizliyinə səbəb olub":Sovet vaxtı Korlar Cəmiyyəti ən varlı təşkilat idi. Hətta Azərbaycan metropoliteninin əksər stansiyaları Korlar Cəmiyyətinin vəsaitilə tikilib. Dünən metropoliten tikən təşkilatın üzvləri bu gün dilənirsə, demək vəziyyət çox acınacaqlıdır. Sovet dönəmində korlara hər altı aydan bir mənzil verilirdisə, indi 10 ildən bir verilir. Əvvəllər gözdən əlillər ayda 120 manat pensiya alırdı və bu pulla əməlli-başlı dolanırdı. Təbii ki, bu halda onların dilənməyə nə maddi, nə də mənəvi ehtiyacı var idi. Sovet quruluşu dağılan kimi Korlar Cəmiyyətinin mülkləri, tabeliyində olan müəssisələr də dağıldı. Cəmiyyətin beş dənə tədris-istehsalat kombinatı vardı. Kombinatlarda alt paltarlarından tutmuş, xalça, mismar, "Çinar" soyuducuları üçün "vilka", qaşıq-çəngəl və s. istehsal olunurdu. Gözdən əlillər yüksək maaş alırdı".
   G.Paçxataşvili dedi ki, son illər Korlar Cəmiyyətinə rəhbərlik edən şəxslər cəmiyyətə məxsus mətbəənin və digər müəssisələrin sənədlərini qəsdən it-bata salıb. Onun sözlərinə görə, bu mətbəədə korlar üçün dərsliklər, gözdən əlil şair və yazıçıların kitabları nəşr olunurdu.
   G.Paçxataşvilinin dediyinə görə, Cəmiyyətin hazırkı sədri Səmiyar Abdullayev çalışır ki, cəmiyyətə məxsus müəssisələri geri qaytarıb, burada işlərin bərpa edilməsinə nail olsun: "Lakin hər sahədə olduğu kimi, Korlar Cəmiyyətində də "müxalifət" var. Onlar fikir birliyinə gələ bilməyib hərə öz marağının təmin olunmasını istəyir. Bu parçalanmanın nəticəsidir ki, müəssisələrin çoxunu məhkəmə yolu ilə qaytarmaq mümkünsüzdür. Bizə bir müddət əvvəl Korların Səsyazma Studiyasında yaşamaq üçün yer verdilər. Oranı birtəhər yaşayış şəraitinə uyğunlaşdırdılar. Amma yenə də vəziyyətimiz yaxşı deyil. Nə işığımız var, nə qazımız. "Azərenerji" və "Azəriqaz" deyir ki, bura yaşayış binası olmadığı üçün elektrik və qaz verə bilmərik. Onlar haqlı olsalar da, bu məsələni yoluna qoymaqda bizə yardım etməlidirlər".
   Korlar Cəmiyyətinin sədri Səmiyar Abdullayev isə "Bakı-Xəbər"ə bildirdi ki, korların kütləvi işsizliyilə bağlı deyilənlər həqiqət deyil. Onun sözlərinə görə, hazırda gözdən əlillərin müəyyən bir qismi işlə təmin edilib. Cəmiyyət sədrinin dediyinə görə, ölkə korlarının heç də hamısının əmək qabiliyyəti yoxdur, respublikada 4-5 min nəfər əmək qabiliyyəti olan gözdən əlil var: "Biz ictimai təşkilatıq və bu qədər gözdən əlili işlə təmin eləmək bizim imkanlarımız xaricindədir. Cəmiyyətə məxsus kombinatların bəziləri qalsa da, onları məcburi köçkünlər zəbt edib, bəzilərisə qəzalı vəziyyətdədir, onların təmirə ehtiyacı var, əlimizdə isə vəsait yoxdur. Amma biz başqa istiqamətlərdə iş yerləri açırıq. Bu gün peşə kursları təşkil edir, müəyyən layihələr həyata keçiririk. Məsələn, masajçılıq, rabitəçilik kursları təşkil eləmişik.
   Artıq gözdən əlillərin rabitə sistemində çalışması istiqamətində işlər aparırıq. Bu sahədə, demək olar ki, çox böyük uğurlarımız var. İndi gözdən əlillər "Azersell" və "Baksell" şirkətlərində işlə təmin edilir. Masajçılıq peşəsi isə gözdən əlillərə daha uyğun bir peşədir. Bizim artıq Masaj Reablitasiya Mərkəzimiz fəaliyyət göstərir. Masaj kurslarını bitirən gözdən əlil müstəqil olaraq gedib hansısa bir klinikada, xəstəxanada, sanatoriyada işləyə bilir. Bu insanlar halal yolla pul qazanır. Kimsə dilənməyə meyllidirsə, zəhmətlə pul qazanmaq istəmirsə gedib o yolu tutur".
   S.Abdullayevin dediyinə görə, camaat elə bilir ki, ölkədəki bütün gözdən əlillər Korlar Cəmiyyətinin üzvüdür, əslində isə belə deyil. S.Abdullayev dilənçiliklə məşğul olan gözdən əlillərlə də bağlı fikir bildirdi. Cəmiyyət sədri dedi ki, dəfələrlə onun özü də belə şəxslərə rast gəlib":Dilənən gözdən əlillərin, demək olar ki, 90 faizinin bizə aidiyyəti yoxdur. Ölkədə təxminən 30 min gözdən əlil var, onların 10 mini bizim üzvümüzdür. Gözdən əlillərin hamısına Korlar Cəmiyyəti cavabdehlik daşımır.
   Müvafiq icra orqanları, onların valideynləri və yaxınları o insanlarla məşğul olmalıdır. Dilənçiliklə məşğul olan korlarla bağlı bir neçə dəfə araşdırma aparmışıq. Üzə çıxarmışıq ki, əksəriyyətinin heç bu cəmiyyətlə əlaqəsi yoxdur. Sizə deyim ki, o gözdən əlillərin bəzilərinin də imkanları çox yaxşıdır. Normal pensiya alanlar var. Bizim cəmiyyətin üzvlərindən də biri dilənçilik edirdi. Biz ona dedik ki, nə istəyir onun üçün edək, amma dilənçilik eləməsin".
   S.Abdullayevin fikrincə, hazırkı şərait o kombinatların işə düşməsini tələb eləmir. Cəmiyyət sədrinin sözlərinə görə, onlar Avropa təcrübəsini izləyir, gözdən əlillər üçün daha uyğun fəaliyyət sahəsi seçirlər":Korların istehsal etdiyi məhsullar tekstil sənayesi məhsulları, plastmas qablar olub. Tutalım, bu gün onları yenidən istehsal eləsək də, bu məhsulları satmaq üçün bazar yoxdur. Problem budur. Müraciət eləmişik, araşdırmalar aparılıb. Burada xeyir yoxdursa, hökumətin pulunu niyə xərcləyək? Bəzi gözdən əlillər bunu asan sayır.
   Amma asan məsələ deyil. Bu iqtisadi baxımdan hesablanmalı və əsaslandırılmalıdır. İnvestisiya yatırımı oldusa, o mütləq gəlir gətirməlidir. Biz beynəlxalq təcrübəni öyrənmişik, artıq bütün ölkələrdə bu şeylər yoxdur. Biz Avropa ölkələrinin yolu ilə gedirik. İndi kompüter kursları açır, gözdən əlillərin informasiya məkanınına çıxışını təmin edirik. İnsanların təcrid vəziyyətdən azad olunması istiqamətində müəyyən işlər görmüşük və s. Vaxtilə fəaliyyət göstərən fabrik və sexlərin gözdən əlillərə heç bir xeyri olmayıb. Sovet dövründə müəyyən mafioz qruplar onlardan bəhrələnib".
   S.Abdullayevin bildirdiyinə görə, bu gün Cəmiyyətin təşkil etdiyi rabitə kurslarını bitirən gözdən əlillərə sertifikat veriləcək. O dedi ki, artıq gözdən əlillərin işlə təmin edilməsi üçün həm Səhiyyə, həm də Rabitə və İnformasiya Texnologiyaları nazirliklərilə danışıqlar aparılıb.
   
İradə SARIYEVA
Azərbaycanda taxıl qıtlığı təhlükəsi...
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi taxıl sahələrinin 143 min hektar azaldığını deyir
Azərbaycanda taxıl əkilmiş sahələrin azalmasına baxmayaraq, hökumət 2010-cu ildə ölkədə taxıl qıtlığının yaranmaması üçün zəruri tədbirlər həyata keçirəcək. Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev bildirib.
   S.Vəliyevin sözlərinə görə, aparılan ilkin araşdırmalar taxıl sahələrinin azalması müqabilində pambıq, tərəvəz, yem bitkiləri, kartof, bostan və tərəvəz əkilmiş sahələrin artdığını göstərib.
   "Bu il ölkədə həm özəl şirkətlər, həm də Dövlət Taxıl Fondu tərəfindən taxıl elevatorları tikilir. Eyni zamanda, idxalı da nəzərə almaqla, hökumət ölkədə taxıl əkininin azalmasını əsas tutaraq taxılın və unun qiymət artımına yol verməyəcək" - deyə nazirlik rəsmisi vurğulayıb.
   S.Vəliyev cari il üçün ölkədə taxıl sahələrinin 143 min ha azaldığını bildirib, bunu da Maliyyə Nazirliyi tərəfindən bəzi rayonlarda subsidiyaların verilməsində yaranmış ləngimələrlə izah edib.
   Nazirlik rəsmisi qeyd edib ki, ötən il ölkədə həddən artıq taxıl istehsal olunduğundan, fermerlər məhsulu satmaqda çətinliklə üzləşib. Bu il istehsal olunan taxılın satışının təşkili üçün də müəyyən tədbirlər nəzərdə tutulur.
   Qeyd edək ki, Azərbaycanda 2009-cu ildə, qarğıdalı da daxil olmaqla, 1 125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla, 2 988,3 min ton taxıl məhsulu toplanıb ki, bu da 2008-ci ilə nisbətən onun istehsalının 19,6% artdığını göstərib. İstehsal olunmuş taxıl məhsulunun 71,7%-ni və ya 2 141,4 min tonunu buğda təşkil edib.
   
Gəncə İmamzadəsində 5 milyon manatlıq təmir başlayır
Prezidentin sərəncamı müzakirə olundu
Dünən Gəncə Şəhər İcra Hakimiyyətində prezident İlham Əliyevin Gəncədə yerləşən İmamzadə Ziyarətgah Kompleksinin bərpa edilməsi barədə imzaladığı sərəncamla əlaqədar müşavirə keçirilib.
   APA-nın qərb bürosunun verdiyi məlumata görə, müşavirədə Gəncə şəhər idarə və təşkilatlarının, təhsil ocaqlarının nümayəndələri iştirak edib. Müşavirədə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bu günə kimi İmamzadə Ziyarətgahında əsaslı təmir işlərinin aparılmadığını və prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında burada əsaslı təmir işlərinin görüləcəyini bildirib: "Bu il ərzində prezident İlham Əliyev Gəncə şəhərinin abadlaşdırılması və inkişafı üçün iki sərəncam imzalayıb. Gəncə şəhərinin asfalt örtüyünün təzələnməsi, binaların fasadlarının düzəldilməsi, şəhərin işıqlandırma sisteminin inkişaf etdirilməsi və sairə abadlıq işləri üçün ötən ay imzalanan sərəncama uyğun olaraq 5 milyon manat əlavə vəsait ayrılıb. İmzalanan sərəncama uyğun olaraq isə İmamzadə Ziyarətgah Kompleksinin əsaslı bərpa işləri aparılacaq".
   Qeyd olunub ki, VIII-ci əsrdə İmam Bağır oğlu İmam Cəfəri Sadiqin qardaşı şahzadə İbrahimin dəfn edildiyi İmamzadə Ziyarətgahı tarix boyu ayrı-ayrı xeyriyyəçi şəxslər tərəfindən bir neçə dəfə təmir olunsa da, bu günədək orada əsaslı təmir işləri aparılmayıb.
   
Sankt-Peterburqda erməni və azərbaycanlıdan ibarət cinayətkar qrup zərərsizləşdirildi
Sankt-Peterburqda mütəşəkkil cinayətkarlıqla məşğul olan qrup zərərsizləşdirilib.
   Rusiya Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, qrup üzvləri odlu silahla bir neçə kommersiya təşkilatına basqın ediblər.
   Onlar fevralın 10-da Sankt-Peterburqdakı ticarət pavilyonlarından birinə basqın etdikdən sonra hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüblərmiş. Həbs edilmiş dəstə üzvləri - 27 yaşlı azərbaycanlı və onun həmyaşıdı olan erməni barəsində Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb.
   
   
Bakıda satılan mənzillərin cəmi 5 faizini Rusiyada işləyən azərbaycanlılar alır
Halbuki, bu rəqəm əvvəllər 65 faiz idi
Vüqar Bayramov: "Rusiyadan qayıdan azərbaycanlılar əmək bazarına təsir edir" "Bu da Azərbaycanda məşğulluq probleminin dərinləşməsinə gətirib çıxardı"
Xəbər verildiyi kimi, ötən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26 faiz azdır. Sözügedən məlumat Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanıb. Məlumatda o da qeyd olunur ki, 2008-ci ildə pul köçürmələrinin gündəlik həcmi orta hesabla 2,4 milyon dollara bərabər olub.
   İl ərzində Azərbaycana pul köçürmələri üçün aparılan əməliyyatları sayı təxminən 1 milyondan çox olub və hər əməliyyat zamanı orta hesabla 660 dollar məbləğində vəsait köçürülüb. Halbuki, 2008-ci ildə bu göstərici 825 dollara bərabər olub.
   Bununla yanaşı, Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycanla şimal qonşumuz arasındakı pul köçürmələrinin ümumi dövriyyəsi 721 milyon dollar səviyyəsində olub. Bu müddətdə Azərbaycandan Rusiyaya 60 milyon dollar, Rusiyadan ölkəmizə isə 661 milyon dollar məbləğində pul köçürmələri həyata keçirilib. Rusiyaya bir köçürmənin orta məbləği 605 dollar, Azərbaycana isə bir əməliyyatın orta məbləği təxminən 660 dollar təşkil edib.
   2008-ci ildə pul köçürmələrinin ümumi dövriyyəsi 2009-cu illə müqayisədə 23 faiz və ya 215 milyon dollar çox - 936 milyon dollar səviyyəsində olub. Həmin il Rusiyaya 49 milyon dollar, əksinə isə 887 milyon dollar göndərilib.
   Bütövlükdə Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmasının ölkə əhalisinin maddi vəziyyətin nə dərəcədə mənfi təsir göstərdiyi maraq doğurur. Çünki istəsək də-istəməsək də bu amil öz təsirini göstərir və bu danılmaz reallıqdır.
   İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması şimal qonşumuzun böhrandan daha çox əziyyət çəkməsilə əlaqədardır: "Eyni zamanda, 2009-cu il yanvarın 1-dən Rusiyada əmək miqrantları ilə bağlı yeni qanun qəbul olundu. Nəticədə əmək miqrantlarının sayı ilə bağlı yeni limitlər müəyyənləşdirildi. Təbii ki, bütün bunlar Rusiyada yaşayan soydaşlarımızın bu ölkəni tərk etməsinə gətirib çıxardı. O baxımdan, bütövlükdə bu baş verənlər Rusiyadan Azərbaycana pul köçürmələrinə ciddi təsir göstərdi. Rusiya mətbuatının hesablamalarına görə, qlobal maliyyə böhranından əvvəl bu ölkədən il ərzində Azərbaycana təxminən 3,5 milyard dollar vəsait köçürülürdü.
   Baxmayaraq ki, Azərbaycan Dövlət Statistika Komitəsindən il ərzində ölkəyə köçürülən məbləğin 1 milyard dollar olduğu bildirilmişdi. Bütün hallarda söhbət ondan gedir ki, Rusiyadan Azərbaycana kifayət qədər böyük məbləğdə vəsait köçürülürdü. Güman olunur ki, böhrandan sonra köçürmələrin həcmi təxminən 3 dəfəyə qədər azalıb".
   V.Bayramovun fikrincə, köçürmələrin azalması Azərbaycandakı əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir: "Nəzərə almaq lazımdır ki, göndərilən həmin vəsaitlərin sayəsində ailə kifayət qədər normal dolanırdı. Regionlarda və rayonlarda yaşayan bir çox aylələr məhz Rusiyadan göndərilən vəsaitlərə bel bağlayırdı. Pul köçürmələrinin azalması həmin ailələrin maddi durumuna mənfi təsir göstərir.
   Problemin digər tərəfi ondan ibarətdir ki, Rusiyadan qayıdan soydaşlarımız əmək bazarına təsir edir və praktiki olaraq əmək bazarında gərginlik müşahidə olunur.
   Bu da Azərbaycanda məşğulluq probleminin dərinləşməsinə gətirib çıxardı. Böhrandan əvvəl Bakıda satılan mənzillərin 65 faizi məhz Rusiyada yaşayan azərbaycanlılar alırdı. Hazırda bu rəqəm 5 faizə düşüb. Praktiki olaraq tikinti sektorunda yaranan durğunluğun əsas səbəblərindən biri də məhz bu amillə əlaqədardır. Güman olunur ki, 2010-cu il boyunca pul köçürmələrində artım olmayacaq. Çünki bu il Rusiya iqtisadiyyatının canlanacağı proqnozlaşdırılmır".
   
Vidadi ORDAHALLI
Türkiyədə fahişələrə vasitəçilik edən azərbaycanlı "kişi" saxlanılıb
Polis eyni vaxtda 27 evdə əməliyyat keçirdi
Türkiyə polisinə Kocaeli vilayətinin Gebze rayonunun Mutlukent və Yenikent məhəllələrindəki bəzi evlərdən fahişəxana kimi istifadə edildiyi barədə məlumat daxil olub. Lent.az-ın "haberanaliz.net" saytına istinadən verdiyi məlumata görə, polis dünən səhər saat 05:00 radələrində eyni vaxtda 27 evdə əməliyyat keçirib. Əməliyyat zamanı 34 fahişə və onları evlə təmin edən 18 kişi yaxalanıb. Fahişələrin içərisində müəllimə və tibb bacıları var. Qadınların 28-i Özbəkistan, Azərbaycan və Türkmənistan əsillidir. Qadınlar üçün vasitəçilik edənlərdən biri də Azərbaycan əsilli kişidir. Polisin araşdırması zamanı məlum olub ki, Özbəkistan, Azərbaycan və Türkmənistandan Türkiyəyə gələn qadınlar saxta evliliyə imza atır, sonra da evləndikləri kişilərin vasitəçiliyi ilə fahişəliklə məşğul olurlarmış. O da məlum olub ki, Mutlukent və Yenikent məhəllələrindəki bəzi mağaza satıcıları ailəliklə vasitəçiliklə məşğul imişlər. Məsələn, satıcı işləyən bir ana və onun 2 oğlu gününü fahişə qadınlar üçün müştəri tapmağa həsr edirlərmiş. Bəzi fahişələr də çox pul qazandıqları üçün Özbəkistan, Azərbaycan və Türkmənistandan qızlarını və qohumlarını bu işlə məşğul olmaq üçün Türkiyəyə gətiriblər.
Azərbaycan əkinə yararlı torpaqlarını ilbəil itirir
Telman Zeynalov: "Torpaqların həm şoranlaşması, həm də bataqlıqlaşması sürətlənir"
Vahid Məhərrəmov: "Həm texniki səbəblərdən, həm də şoranlaşma üzündən torpaqlarımızı itiririk"
Azərbaycanda bu gün mövcud olan ən aktual problemlərdən biri də kənd təsərrüfatına yararlı əkin sahələrinin ilbəil şoranlaşması və digər səbəblərdən dövriyyədən çıxarılması ilə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycanın əkinə yararlı torpaqlarının sahəsi elə də böyük deyil, o zaman həyəcan təbilini indidən çalmağa dəyər.
   Bu sahədə ən başlıca problemlərdən biri də ondan ibarətdir ki, vaxtilə muğan və digər aran rayonlarda qurulan suvarma və drenaj sistemlər bərbad vəziyyətə düşüb. Ötən müddət ərzində müxtəlif səbəblərdən sözügedən sistemlərin yenidən qurulmasına ciddi səy göstərilməyib. Nəticədə problemlər üst-üstə yığılaraq, ağır bir yükə çevrilib. Torpaqların hazırkı vəziyyətilə əlaqədar mütəxəssislər də narahat olmağa ciddi əsasların olduğunu bildirdilər.
   Məsələyə münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalovun "Bakı-Xəbər"ə verdiyi məlumata əsasən, Azərbaycanda drenaj şəbəkəsi vaxtında təmizlənmədiyi üçün torpaqların böyük hissəsi şoranlaşmaya məruz qalıb: "Nəticədə qrunt sularının səviyyəsi aşağı düşmür. Ona görə də torpaqların həm şoranlaşması, həm də bataqlıqlaşması sürətlənir. Bunun nəticəsidir ki, Aran zonasında suvarılan torpaqların böyük hissəsi, hardasa 60-70 faizi şoranlaşmaqdadır. Həmçinin, sözügedən ərazilərdə təkrar şoranlaşma gedir. Bu da olduqca acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Çünki şoranlaşmaya məruz qalan torpaqların bərpa edilməsi üçün həddən artıq böyük maliyyə vəsaitinə ehtiyac var. Bunun üçün drenajların təmizlənməsi, onların ümumi mərkəzi kollektora qoşulması və qrunt sularının səviyyəsini aşağı salmaq üçün tədbirlərin görülməsi vacibdir. Bütövlükdə şoranlaşma problemi çox böyük dərddir. Ancaq ümid edirəm ki, dövlətimiz bu problemin öhdəsindən gələcək. Çünki buna yetərli maliyyə imkanı var. Buna təşəbbüs göstərilsə yaxşı olar. Yox, indiki kimi passiv yanaşılsa, bunun çox böyük mənfi fəsadları özünü göstərəcək. Onu da qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyinə aid olan yararlı torpaqlar əsasən dağətəyi zonalardadır. Yerdə qalan digər torpaqlar isə ya şoranlaşıb, ya da şoranlaşmaya məruz qalıb. Ona görə də təcili tədbirlər görülməlidir ki, şoranlaşmanın qarşısı alınsın. Yoxsa belə getsə, Aran zonasında yerləşən kənd təsərrüfatı torpaqlarının əksəriyyəti səhralaşmaya məruz qalacaq. Şoran torpaqlarının təmizlənməsi üçün tikilən drenaj şəbəkələrin texnologiyaları bütün dünyada eynidir. Sadəcə, vaxtlı-vaxtında həmin drenajları təmizləmək lazımdır".
   Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, ölkənin kənd təsərrüfatına yararlı torpaqları elə də çox deyil: "Ona görə də ciddi tədbirlər görülməlidir. Məsələ ondadır ki, əkin üçün yararlı torpaqlar get-gedə şoranlaşır və müxtəlif səbəblərdən azalır. Neft-qaz kəmərlərinin çəkilməsilə əlaqədar kifayət qədər əkinə yararlı ərazi dövriyyədən çıxarıldı. Ona görə də əkin sahələrimiz getdikcə azalmağa doğru gedir. Həm texniki səbəblərdən, həm də şoranlaşma üzündən torpaqlarımızı itiririk. Digər tərəfdən, istifadə olunmayan torpaqların getdikcə strukturu dəyişir. Yəni əkin üçün yararsız olur. O da məlumdur ki, torpağı əkib-becərmədən, gübrə vermədən münbitləşdirmək mümkün deyil. Azərbaycanda da uzun müddətdir, elə torpaq sahələri var ki, onlardan istifədə olunmur. Bununla belə, su altında qalan torpaq sahələri var. Kədlinin elə imkanı yoxdur ki, vəsait xərcləyib təbii yolla həmin torpaqları münbitləşdirə bilsin. Bunun üçün də yalnız və yalnız dövlətin yardım etməsinə ehtiyac var. Çıxış yollarından biri də torpağın strukturu dəyişən sahələrdə meşə massivlərinin salınmasından ibarətdir.
   Meşə olan yerdə çürüntü olur və bu da torpaqda humosun səviyyəsinin artmasına yardım edir. Nəticədə torpağın münbitliyi yüksəlir. Digər çıxış yolu isə texniki yoldur ki, o da drenaj sisteminin qurulmasından ibarətdir. Bütün bunlar üçün də hökumətin xüsusi proqramı olmalıdır. Hökumət proqram təsdiq etməlidir ki, hansı rayonda nə qədər şoranlaşan və dövriyyədən çıxan torpaq var. Bütün bu torpaqların hesabatı olmalıdır. Ondan sonra həmin torpaqların bərpası ilə əlaqədar konkret proqram hazırlanmalıdır".
   
Vidadi ORDAHALLI
Azərbaycanda cəmi 5 bələdiyyənin öz müəssisəsi var imiş
Vüqar Tofiqli: "Əgər bələdiyyənin orta aylıq gəliri..."
Son bələdiyyə seçkilərinin passiv şəraitdə keçməsi, vətəndaşların seçkilərdə iştirakının aşağı səviyyədə olması bir neçə səbəblə izah olunur. Bu səbəblərdən biri də yerli özünü idarəetmə orqanlarının iqtisadi bazasının həddindən artıq zəifliyidir. Hazırda bələdiyyələr əsasən dörd vergi növündən yararlanır.
   Bələdiyyələrin maliyyə əsasları, vergi və ödənişlər haqqında qanunlarda yerli özünü idarəetmə orqanlarının maliyyə mənbələri göstərilib.
   Qanunla bələdiyyələr əsasən dörd vergi növü - fiziki şəxslərdən tutulan torpaq, hüquqi şəxslərdən tutulan əmlak, yerli əhəmiyyətli tikinti materiallarından tutulan mədən və bələdiyyələrin nəzdində olan müəssisə və təşkilatlardan tutulan mənfəət vergisi tətbiq edir. Bundan başqa qeyri-vergi mənbələri də mövcuddur. Bunlar reklam, avtomobil dayanacaqları, torpaq alqı-satqısı ilə bağlı bütün növ əməliyyatlar, kurort və sanatoriyalar üçün nəzərdə tutulmuş ödənişlərdir. Ümumilikdə bələdiyyələrin 8 maliyyə mənbəyi mövcuddur.
   Amma təəssüflər olsun ki, Azərbaycandakı bələdiyyələrin heç də hamısı bu vergi və ödəniş formalarından istifadə edə bilmir. Yeganə torpaq vergisidir ki, bütün bələdiyyələr bu vergi növünü faktiki olaraq toplamaq imkanına malikdir.
   2009-cu ildə yerli büdcə gəlirlərinin 14,3 milyon manatı bələdiyyə torpaqlarının satışından və icarəyə verilməsindən gələn gəlirlər hesabına formalaşıb ki, bu da ümumi büdcənin təxminən əsas hissəsini təşkil edir. Bələdiyyələr digər vergi növlərindən, demək olar ki, yararlana bilmir.
   Məsələn, bələdiyyələrin hamısının ərazisində vergi hesablanması üçün zəruri dəyərə malik əmlak olmadığından, əmlak vergisi toplamaq mümkün olmur. Bu mənada bələdiyyələrin heç də hamısının vergilərin hər birindən faydalanmaq imkanına malik olmadığını demək olar.
   Şəhər bələdiyyələri vətəndaşlardan əmlak vergisi toplamaqla özünü saxlamağa çalışsa da, vətəndaşlar bu vergini verməkdə maraqlı görünmür. Qeyd edək ki, son günlər Bakının rayon bələdiyyələri mənzillərə əmlak vergisi ödəməklə bağlı bildirişlər göndərsə də, vətəndaşlar bildirişlərə heç bir əhəmiyyət vermir.
   Qanunda bələdiyyələrin özlərinin müəssisə və təşkilatlarının olması və bu mənbələrdən vergilərin tutulması göstərilib. Reallıqda isə cəmi üç-dörd bələdiyyənin müəssisəsi var ki, onların da fəaliyyəti aşağı səviyyədədir. Müəssisə və təşkilatlardan tutulan mənfəət vergisinin yerli büdcədəki payı həddindən artıq aşağı səviyyədədir.
   Mülki Cəmiyyətə Doğru Mərkəzin sədri Abel Bayramovun sözlərinə görə, hazırda ölkədə yalnız bir neçə bələdiyyənin öz müəssisəsi var ki, onların da fəaliyyəti olduqca zəifdir: "Bələdiyyələr mənfəət vergisini toplaya bilmir. Mədən vergilərinin də toplanmasında çətinliklər var. Çünki heç də bütün bələdiyyələrin ərazisində tikinti materialları yoxdur. O cümlədən qeyd edim ki, qanunvericilik mədən vergisinin tutulma obyektlərini də məhdudlaşdırıb".
   Ekspertin sözlərinə görə, bələdiyyə müəssisələrinin mənfəət, yerli əhəmiyyətli tikinti materiallarından tutulan mədən və fiziki şəxslərdən tutduğu əmlak vergilərinin ümumilikdə yerli büdcələrin formalaşmasına töhfəsi cəmi 8,9 faiz olub. Ötən ilin yekunlarına görə, cəmi 39 bələdiyyə mədən, 244 bələdiyyə əmlak 7 bələdiyyə mənfət vergisi toplayıb. Qeyri-vergi mənbələrindən cəmi 14 bələdiyyə reklam, 61 bələdiyyə avtomobil dayanacaqları üçüçn ödəniş toplaya bilib. Bələdiyyələr üçün müəyyənləşdirilmiş vergi mənbələrindən məhdud istifadə obyektiv amillərlə bağlıdır. Belə ki, xüsusi qanunvericilikdə yerli vergi və ödənişlərin tətbiqi üzrə təkmil mexanizmlər hələ də işlənilib hazırlanmayıb
   Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli isə bildirdi ki, bələdiyyələrə məxsus müəssisə və təşkilatlardan tutulan vergilər yerli büdcələrə daxil olur. Amma bu gün bələdiyyə sisteminin fəaliyyətini təmin edən mənbələr başqadır. Ekspertin sözlərinə görə, bələdiyyələrin mövcud durumu imkan vermir ki, onların özlərinin müəssisəsi olsun: "2006-cı ildə Azərbaycan bələdiyyələrinin orta aylıq gəliri 919 manat olub.
   Dotasiya ilə birlikdə 1900 manat olub. 2007-ci ildə dotasiyasız 1015 manat, dotasiya ilə birlikdə 1411 manat olub. 2008-ci ildə isə büdcə gəlirləri dotasiya ilə birlikdə 1312 manat olub. Ən ən çox orta aylıq gəlir 2007-ci ilə təsadüf edir.
   Bu gün Azərbaycan bələdiyyəsinin orta aylıq gəliri orta hesabla 1000 manat civarındadırsa, o zaman hansısa müəssisə və təşkilatın yaradılmasından söhbət gedə bilməz. Özünün müəssisəsi olan bələdiyyələr barmaqla sayılası qədər azdır. Və onlar bələdiyyə büdcəsinə vergi çox cüzi miqdarda ödəyir.
   Müəssisəsi olan bələdiyyələr Nərimanov, Səbail, Şirvan, Nəsimi, Sumqayıt bələdiyyələridir. Nəsimi bələdiyyəsinin Şamaxı rayonunda maldarlıqla məşğul olan təsərrüfatı var. Həmin təsərrüfatı saxlamaq üçün bələdiyyənin imkanları aşağı səviyyədədir. Bəzi bələdiyyə müəssisələri hazırda bağlanmaq təhlükəsi qarşısında qalıb".
   
Eldar XƏYAL
Martın sonunda qlobal böhranın yeni dalğasına azərbaycanlı deputat inanmır
Nazim Məmmədov: "...Bunlara şayiə kimi baxıram"
2008-ci ilin avqustundan özünü göstərməyə başlayan qlobal maliyyə böhranı artıq aradan qaldırılmaq üzrədir. Belə ki, bir sıra ölkələrdə cüzi də olsa inkişaf templəri müşahidə olunmaqdadır. Neftin qiymətinin 70-80 dollar arasında var-gəl etməsi də böhranın kəskin fazasının arxada qaldığını göstərir. Lakin buna baxmayaraq, bəzi Qərb analitiklərinin fikrincə, mart ayında qlobal maliyyə böhranının ikinci dalğası gözlənilə bilər.
   Onlar bunu Avropa Birliyiə daxil olan Yunanıstan və İspaniya kimi ölkələrdə hələ də iqtisadi geriliyin müşahidə olunması və avronun ucuzlaşması ilə əlaqələndirir. Qeyd edək ki, Yunanıstanda böhran artıq ziddiyyətli həddə çatıb, iqtisadi gerilik hardasa 18 faizi keçib. Bu da yerli əhalinin kəskin narazılığı ilə qarşılanır. Avronun ucuzlaşmasını da yunan böhranı ilə bağlayırlar. Bəzi analitiklərə görə, Yunanıstandakı böhran Amerikanın bələdiyyə və xəzinə kağızlarına təsir göstərəcək.
   Artıq avrozona ölkələrində maliyyə böhranı dözülməz həddə çatıb. Görəsən, ilk günlərini yaşadığımız mart ayında böhranın ikinci dalğasının olması ehtimalı nə dərəcədə doğrudur?
   Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bunu inandırıcı saymır: "Proqnoz verənlər bunun üçün nəyəsə istinad etməlidir. Faktiki olaraq, 2009-cu ilin sonuna bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa Birliyinə daxil olan ölkələrin antiböhran tədbirləri artıq effekt verməyə başlayıb. Amerika iqtisadiyyatında cüzi də olsa artım müşahidə olunmaqdadır. Bu davam edir. Fond birjalarında aktivliyin artması, investisiya qoyuluşları, Beynəlxalq Valyuta Fondunun gözlənilən inflyasiya dərəcəsini 4 faizə qədər qaldırmaq barədə tövsiyəsi-bunların hamısı dünyanın iqtisadi böhrandan çıxmasına bir işarədir. Təbii ki, ilin birinci yarımilliyində sürətli artım müşahidə olunmaya bilər. Analitiklər bunu əvvəlcədən də söyləmişdilər. Ehtimal edirdik ki, neftin qiyməti uzun müddət ərzində kifayət qədər aşağı olsa, bu sahəyə investisiya qoymaq imkanları azalar. Bunun ardınca başqa bir böhran-enerji böhranının yarana bilməsi də ehtimal olunurdu. Ancaq böyük dövlətlər tərəfindən neftin ədalətli qiyməti artıq müəyyən olunub. Hazırda neftin qiyməti kifayət qədər yüksəkdir. İndi milyardlarla dollar dövriyyəsi olan müstəqil fondlar öz vəsaitlərini bu və ya digər formada bazarda yerləşdirməyə başlayıblar. Adətən böhran şəraitində onlar nağd pula və ya dövlət istiqrazlarına üstünlük verirlər ki, risqi az və qaytarılması mümkün olsun. İstənilən halda gözləntilər az olur. Bu mənada ehtimal edirdik ki, belə davam edərsə, enerji böhranı yaranar. Lakin böyük ölkələrin neft istehsalçıları ilə ümumi razılığa gəlməsi sözügedən problemi aradan qaldırdı. Ancaq Rusiya və İran kimi ölkələr bunu siyasi alətə çevirməyə çalışır.
   Bu da hərdən bir problem yaradır. O baxımdan güman edirəm ki, dünyada böyük güclər ədalətli idarəetməni az-çox anlayır. Anlaşma da ədalətli qiymətin müəyyən olunmasına gətirib çıxarıb. Bu isə neft sənayesinə, əvvəlki həcmdə olmasa da, investisiya yatırmağı mümkün edir. Çünki yeni quyular kəşf və istismar olunmalıdır. Ona görə də martda böhranın ikinci mərhələsinin olacağını gözləmirəm. Bunların hamısına şayiə kimi baxıram".
   
Həsən İSLAMOV
Ədliyyə naziri yanında İctimai Komitənin yeni seçilmiş üzvləri Penitensiar Xidmətin rəisi ilə tanış oldular
Nazim Ələkbərov həbsxanalarda latın qrafikalı kitabların çatışmazlığını deyib
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin yeni seçilmiş üzvlərini qəbul edib.
   Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, N.Ələkbərov komitəyə seçilmələrilə əlaqədar yeni üzvləri təbrik edib, bu qurumun daha da səmərəli fəaliyyət göstərməsi üçün bir sıra təkliflərini verib. Qeyd olunub ki, 2009-cu il ərzində cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanlarına 20 mindən artıq kitab verilməsinə baxmayaraq, yenə də bu qurumlarda latın qrafikalı kitablara böyük ehtiyac duyulur. Bu sahədə ictimai komitədən fəallığı daha da artırmaları xahiş olunub. Penitensiar Xidmətin fəaliyyətinə dair komitə üzvlərinə müfəssəl məlumat verən N.Ələkbərov məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, qanunçuluğun təmin edilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, nöqsanların aradan qaldırılması istiqamətində müsbət nəticələr əldə edildiyini vurğulayıb.
   İctimai komitənin üzvlərindən Əliməmməd Nuriyev, Zəlihə Tahirova, Elmira Ələkbərova, Elmar Məmişov və başqaları komitənin əsas fəaliyyət istiqamətlərindən danışaraq, məhkumlara ünvanlı sosial yardımın göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, cəzaçəkənlər və işçi personal üçün treninqlərin keçirilməsinin vacibliyini qeyd edib. Daha sonra cari məsələlər müzakirə edilib, cəzanın icrasının şəffaflığının təmin olunması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
 
 
 SON XƏBƏRLƏR
2010-03-03 Milli Məclis martın 5-də ombudsmanın taleyini həll edəcək
2010-03-03 İranın sabiq prezidenti Rəfsəncaninin oğlu və qızı barəsində cinayət işi başlandı
2010-03-03 Azərbaycan Müdafiə Nazirliyi öldürülmüş erməni komandiri barədə məlumat yaydı
2010-03-03 Çili zəlzələsi Yer kürəsinin məhv təhlükəsini artırdı
2010-03-03 Hamiləliyə qarşı dərman Lənkəranda 3 uşaq anasını öldürdü
2010-03-03 Qusarda da torpaq sürüşməsi başlayıb
2010-03-03 Astarada 18 yaşlı nişanlı qız özünü asdı
2010-03-03 Gəncədə üçəm dünyaya gəlib
2010-03-03 DİN veteranları Əyyub Kərimova verilən cəzanın sərtləşdirilməsini istəyir
2010-03-03 YAP Avropa Xalq Partiyasına üzv olmaq istəyir
2010-03-03 Tomas Hammarberq Əflatun Amaşovla görüşdə "reket qəzetlərdən" danışdı
2010-03-03 AzərTAc-ın 90 illiyinə gələn qonaqları prezident İlham Əliyev qəbul etdi
2010-03-03 Avropa İttifaqı Türkiyə və Ermənistanı protokolları qeyd-şərtsiz ratifikasiya etməyə çağırdı
2010-03-03 Ermənistan Soçidəki görüşdə aldığı sülh variantına aid təkliflərini verdi
2010-03-03 Vaqif Sadıxov İranda Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyalarından danışdı
2010-03-03 Nizami polisi axtarışda olan saxtakarı həbs edib
2010-03-03 Rusiya İrana qarşı sanksiyaların tətbiqinə hazırdır
2010-03-03 Elçin Behbudovun 30 minini oğurlayanlar ona sövdələşmə təklif etdi
2010-03-03 "Şəmkirli Saşa"nı güllələyən "Qoca"ya cinayət işi açıldı
2010-03-03 Vaşinqtonun narkotik becərən əfqan fermerlərə gücü çatmadı
2010-03-03 Penitensiar Xidmət Eynulla Fətullayevə sui-qəsd təhlükəsini inkar etdi
2010-03-03 Bütün iri vergi ödəyicilərini yoxlayırlar
2010-03-03 Ramiz Rzayev yeni vəkillik qurumunun Ali Məhkəmə nəzdində yaradılmasını istəmir
2010-03-03 Azərbaycan Suriyaya qaz ixracına başlayır
2010-03-03 Ağdamda iki uşaq anası intihar etdi
2010-03-03 "Avro-2" standartlarına uyğun olmayan avtomobillər Azərbaycana buraxılmayacaq
2010-03-03 63 yaşlı keçmiş prezident Londonda həbs edildi
2010-03-03 Kirayə mənzillərdə yaşayanların sayı sürətlə çoxalır
2010-03-03 Azərbaycandakı partiyaların gənclər təşkilatları siyasətə yenilik gətirdimi?
2010-03-03 Rusiya Estoniyanın konsulu qarşısında ölkəni tərk etmək tələbi qoydu
2010-03-03 Ərdoğan türk əsgərlərin Kiprdən çəkilə biləcəyini deyib
2010-03-03 Bu seçkidə namizəd üçün ən vacib faktor nə olacaq - pul, populyarlıq, ya...
2010-03-03 İran bir terrorçuya görə Qırğızıstana nota verdi
2010-03-03 Rusiya baş nazirinin birinci müavini Bakı aeraportunda jurnalistlərə açıqlama verməkdən imtina etdi
2010-03-03 Yaxın on ildə Rusiya dünyanın iqtisadi lideri olacaq
2010-03-03 AKP-nin yeni Konstitusiya islahatı Türkiyəni çalxalamağa başladı
2010-03-03 Yuşşenko Ukraynanın yeni baş naziri ola bilər
2010-03-03 ABŞ-a gedən Türkiyə deputatları Konqresin əleyhinə ilk addımı atdı
2010-03-03 Rusiya ilə sərhədi Ermənistan xatirinə açan Tiflis İrəvandan zərbə aldı
2010-03-03 Ədliyyə naziri yanında İctimai Komitənin yeni seçilmiş üzvləri Penitensiar Xidmətin rəisi ilə tanış oldular
2010-03-03 Martın sonunda qlobal böhranın yeni dalğasına azərbaycanlı deputat inanmır
2010-03-03 Azərbaycanda cəmi 5 bələdiyyənin öz müəssisəsi var imiş
2010-03-03 Azərbaycan əkinə yararlı torpaqlarını ilbəil itirir
2010-03-03 Türkiyədə fahişələrə vasitəçilik edən azərbaycanlı "kişi" saxlanılıb
2010-03-03 Bakıda satılan mənzillərin cəmi 5 faizini Rusiyada işləyən azərbaycanlılar alır
2010-03-03 Sankt-Peterburqda erməni və azərbaycanlıdan ibarət cinayətkar qrup zərərsizləşdirildi
2010-03-03 Gəncə İmamzadəsində 5 milyon manatlıq təmir başlayır
2010-03-03 Korlar Cəmiyyəti dilənçilik edən korlarla bağlı araşdırma aparıb
2010-03-03 Lüksemburq - Azərbaycan matçının hakimləri açıqlandı
2010-03-03 Fələstin millisinin baş məşqçisi israilli oldu
2010-03-03 "Atletiko" - "Valensiya" oynunun nəticəsi şübhə altına alındı
2010-03-03 Kurani "Yuventus"a keçir
2010-03-03 Hiddink Türkiyə yığmasının formasını almaqdan imtina etdi
2010-03-03 Daum "Fərənbağça"dan qovula bilər
2010-03-03 "Real" və "Barselona" dünyanın ən varlı klublarıdır
2010-03-03 Nesta İtaliya yığmasından imtina etdi
2010-03-03 Ronaldinyo "Qalatasaray"a gətirilir?
2010-03-03 Xəstə uşaq doğan, arvadını öldürmək istəyən Ramiz İsgəndərov 3 il iş aldı
2010-03-03 Bakıda 423 telefon nömrələri 323-lə əvəz olunacaq
2010-03-03 HAMAS lideri İsrailə satılan oğlundan imtina etdi
2010-03-03 Azərbaycanda 410 mindən çox əlil var
2010-03-03 Bakıda külli miqdarda dələduzluqla bağlı polisə müraciət edildi
2010-03-03 Məclislərdə Quranı ana dildə oxumaq təkliflərinə qarşı tutarlı arqumentlər gətirildi
2010-03-03 Azərbaycanda 17 əlil məhbus protezlə təmin edildi
2010-03-03 Televiziyalarda pulsuz reklamların qanuniləşdirilməsini istəyənlər çoxalır
2010-03-03 Rəmişin mesajına reaksiya gəldi
2010-03-03 Tarkan "tərtəmiz" imiş
2010-03-03 Əli Mirəliyev ləhcəsini türkləşdirən şou-müğənnilərə qəzəbləndi
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009