03 Mart 2010-cı il, N 302(1200)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Rusiya ilə sərhədi Ermənistan xatirinə açan Tiflis İrəvandan zərbə aldı
Ermənistanın quru yolla hərbi yardım ala biləcəyi narahatlıq doğurmağa başladı
Məlumat verildiyi kimi, Rusiya ilə Gürcüstan arasında 3 illik fasilədən sonra quru sərhəd keçidi açılıb. Bununla belə, Gürcüstan və Rusiya vətəndaşları sərhədi ancaq viza aldıqdan sonra keçə bilər.
   Bildirilir ki, sərhədi açmaqla Rusiya Gürcüstanla humanitar müstəvidə əlaqələrini bərpa etmək istəyir. Eyni zamanda, Moskvanın qərarının Ermənistanla da bağlı olduğu güman edilir.
   Xatırladaq ki, sözügedən sərhəd məntəqəsi Rusiya ilə Ermənistan arasında yeganə avtomobil yoludur. Artıq martın 1-dən "Yuxarı Lars" - "Kazbeq" sərhəd keçidi öz fəaliyyətinə başlayıb. Rusiya sərhəd xidmətində bildiriblər ki, Rusiya və Gürcüstan vətəndaşları sərhədi Moskvada və Tiflisdə aldıqları vizalarla keçə bilər. Başqa MDB ölkələrinin vətəndaşları isə sərhədi keçmək üçün ancaq xarici pasporta malik olmalıdırlar. "Yuxarı Lars" - "Kazbeq" keçidindən gündə 7 minə qədər insan, 900-ə qədər avtomobil keçə bilər.
   İki ölkə arasında quru sərhəd keçidi, təxminən 3 ildir ki, fəaliyyət göstərmirdi və hazırda Rusiyanın sərhədi açmaqda hansı məqsədlər güdməsi haqda moskvalı şərhçi Sergey Markedonov belə ehtimallar yürüdür: "Rusiya Gürcüstanla bütün münasibətləri kəsmək istəmir.
   Siyasi vəziyyət öz yerində, amma geniş mənada siyasi problemlər üzərində humanitar əmakdaşlıq inkişaf etməlidir. Zənnimcə, bundan sonra müəyyən yaxşılaşma olacaq, ola bilsin, daimi təyyarə uçuşları bərpa olun sun, başqa humanitar münasibətlər qurul sun. Ancaq bu, siyasi münasibətlərin yaxşılaşması olmayacaq. Yəni siyasi, necə deyərlər, statuslu problemlərin həlinə qədər parallel olaraq humanitar əməkdaşlıq inkişaf etdiriləcək".
   Öz növbəsində, digər şərhçi Vladimir Jarixinə görə, sərhədin açılmasında Moskvanın başlıca məqsədlərindən biri Ermənistanla avtomobil yolunu bərpa etməkdir: "Ermənistanı Rusiya ilə bağlayan yeganə quru yol məhz Gürcüstandan keçir. Təsadüfi deyil ki, Rusiya dəfələrlə Gürcüstan ərazisilə Ermənistana keçid yolunun açılmasını təklif edirdi. Bu baxımdan sərhədin açılışında Ermənistan faktoru çox mühüm olub".
   Bu arada Gürcüstanda da qeyd olunur ki, Tiflis sərhədin açılışı məsələsinə Ermənistanın xahişilə razı olub. Ermənistanın xarici ticarət mübadiləsinin təxminən 1/3 məhz hazırda açılan yolla həyata keçirilirdi. İndi səslənən bəzi mülahizələrə görə, keçid məntəqəsindən Rusiyanın Ermənistanda yerləşən hərbi bazasına hərbi yüklər də ötürülə bilər. Bu məqamla bağlı Moskva hələ geniş rəsmi açıqlama verməyib. Gürcüstanda isə rəsmən bildirilir ki, sərhədin gürcü tərəfində gücləndirilmiş nəzarət sistemi olacaq və Ermənistanın xahişilə sərhəd açılıb.
   Ermənistanı xahişini yerinə yetirən Gürcüstana isə ermənilər elə özlərinə xas tərzdə cavab verməyə başlayıb. Belə ki, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilər yenidən Tiflis qarşısında muxtariyyət tələblərini qaldırıb. Ermənistanda fəaliyyət göstərən "Cavaxetiya", "Mitk" və "Yerkir" təşkilatlarının sözçüləri bildirib ki, sözügedən regionda yaşayan ermənilərin hüquqları da kobud surətdə pozulur: "Gürcüstan hüquq-mühafizə orqanları Cavaxetiyada siyasi cəhətdən fəal olan ermənilərə qarşı terror siyasəti həyata keçirir. Bundan başqa, Gürcüstan hakimiyyəti tərəfindən ermənilərin digər hüquqları da kobud şəkildə pozulur. Ermənistanla sərhəd bölgələrdə olan keçid məntəqələrində yaradılan süni maneələr isə Cavaxetiyada qorxu içində yaşayan ermənilərin buradan emiqrasiyasını daha da sürətləndirir".
   Gürcüstan tərəfi isə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir ayrı-seçkiliyin edilmədiyini, onlara da, digər etnik azlıqlara olduğu kimi, eyni qaydada münasibət bəsləndiyini bəyan edir. Lakin ermənilər Gürcüstan tərəfinin gətirdiyi arqumentlərlə razılaşmaq niyyətində deyil. Onların fikrincə, Cavaxetiyada olan ermənilərin hüquqlarının pozulması məsələsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı və bu istiqamətdə erməni diasporu, eləcə də Ermənistan dövlətinin fəaliyyəti daha da güclənməlidir.
   Bu arada o da məlum olub ki, Samtsxe-Cavaxetiyada müxtəlif dövlət postlarında vəzifə tutan ermənilər də bölgədə separatçılıq əhval-ruhiyyəsinin yüksəlməsində aparıcı rola malikdir.. Bütün bunlar artıq ermənilərin Samtsxe-Cavaxetiya bölgəsiləilə bağlı separatçılıq fəaliyyətinin Gürcüstan üçün olduqca ciddi xarakter aldığını təsdiqləməkdədir. Hələlik rəsmi Tiflis, vəziyyətdən çıxış yolu kimi, bölgədə separatçı mövqedən çıxış edən, qanunsuz silahlı qruplaşmaların folrmalaşmasında iştirakçı olan ermənilərin həbsi və digər üsullarla cəzalandırılmasını həyata keçirir. Ancaq siyasi ekspertlər belə hesab edir ki, Samtsxe-Cavaxetiya ermənilərinin separatçılıq meylinin arxasında bilavasitə Ermənistan durduğundan, bu problem qarşıdakı dövr ərzində Gürcüstan üçün daha kəskin xarakter ola bilər.
   
Sahil QULİYEV
ABŞ-a gedən Türkiyə deputatları Konqresin əleyhinə ilk addımı atdı
Uydurma "erməni soyqırımı" ilə bağlı qərar layihəsinin martın 4-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirəsi ərəfəsində ABŞ-a gedən Türkiyə parlamentinin nümayəndə heyətlərinin rəhbərləri Murad Mərcan və Suat Kınıklıoğlu Vaşinqtonda mətbuat konfransı keçirib.
   APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komissiyasının sədri Murad Mərcan qərar layihəsinin qəbulunu əngəlləmək üçün ciddi lobbi fəaliyyətləri aparacaqlarını açıqlayıb.
   O, iki ayrı qrup halında konqresmenlərlə görüşəcəklərini, Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman, layihənin lehinə səs verəcəyi gözlənilən və bitərəf mövqedə olan komitə üzvlərilə bir araya gələcəklərini deyib.
   M.Mərcan bir daha təkrarlayıb ki, bu cür mövzular parlamentlərdə araşdırıla bilməz: "Parlamentlər heç vaxt hansısa hadisənin soyqırım olub-olmadığına dair hökm verə bilməz. Bu qərarı mütəxəssislərin araşdırmalarından və arxivlərin ortaya çıxarılmasından sonra beynəlxalq məhkəmələr verə bilər. Bu layihənin qəbulu ilə tarixi həqiqətlər dəyişməyəcək, Amerika da heç nə qazanmayacaq".
   M.Mərcan ABŞ administrasiyasından martın 4-nə qədər lazımi addımları ataraq layihənin əngəllənməsi istiqamətində daha ciddi cəhd göstərməyi gözlədiklərini söyləyib: "Əlbəttə, işimiz çox çətindir. Bundan əvvəlki səsvermələrə baxdıqda görürük ki, çox da ümidli olmağa əsas yoxdur. Amma sona qədər, bir dostumuzun dediyi kimi, bütün meydan boyu pres tətbiq edərək nəticə əldə etməyə çalışacağıq. Layihə komitədən keçsə belə, Nümayəndələr Palatasının gündəminə gətiriləcəyinə inanmıram".
Yuşşenko Ukraynanın yeni baş naziri ola bilər
Keçmiş prezident Timoşenkonun nəzərində "dadlanıb"
Ukraynada prezident seçkiləri arxada qalsa da, ölkədə siyasi gərginlik hələ də davam etməkdədir. Buna əsas səbəb hazırkı prezident və baş nazir arasında mövcud münasibətlərdir. Belə bir vaxtda isə prezident Viktor Yanukoviç Yuliya Timoşenkonun baş nazir kürsüsünü tərk edəcəyi günü səbrsizliklə gözlədiyini deyib.
   Brüsseldə jurnalistlərə danışan prezident Ukrayna xalqının Timoşenkonun 5 illik baş nazirliyindən bezdiyini vurğulayıb: "Timoşenko baş nazir kürsüsündə xeyli vaxt keçirdi. Yaxşı olardı ki, özü bu vəzifəni tərk etsin. Bu, parlamentdə həm yeni koalisiyanın, həm də yeni hökumətin formalaşdırılmasına yol açardı. İstisadi böhranla mübarizədə vaxt itirmək olmaz".
   "Media forum" saytının məlumatına görə, jurnalistlərin "Timoşenko öz istəyilə vəzifəsini tərk etməsə, nə baş verəcək" sualına belə cavab verib: "Bizim başqa variantlarımız yoxdur. Məncə, parlament Timoşenkonu istefaya göndərməyə tam hazırdır".
   Timoşenkonun parlamentdəki fraksiyasının lideri İvan Kirilenko isə açıqlama verərək deyib: "Baş nazir istefa verməyə bir şərtlə razıdır - onun yerinə keçmiş prezident Viktor Yuşşenkonun rəhbəri olduğu "Bizim Ukrayna" blokundan kiminsə namizədliyi irəli sürülsün".
   Belə bir vaxtda o da məlum olub ki, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko baş nazir postunu tutmağa iddialıdır. RİA "Novosti"nin məlumatına görə, bunu Ukrayna hökumətinin başçısı Yuliya Timoşenko bəyan edib.
   Timoşenkonun sözlərinə görə, bu günlərdə Ali Rada onu istefaya göndərsə, Yuliya Timoşenkonun Bloku ilə koalisiyadan çıxmaq qərarı vermiş "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Bloku bu posta Viktor Yuşşenkonun namizədliyini irəli sürəcək. Qeyd edək ki, Rusiyada prezident vəzifəsini tərk etdikdən sonra Vladimir Putin də baş nazir postuna təyinat alıb.
   Martın 3-də Ukrayna parlamenti hökumətə etimad məsələsini səsverməyə çıxaracaq.
   Ukrayna parlamentinin spikeri Vladimir Litvin parlamentdə yeni çoxluğun yaradıldığını da məhz həmin gün elan edə bilər. Bu haqda Regionlar Partiyasındakı mənbə bildirib. Onun sözlərinə görə, sabiq prezident Viktor Yuşşenkonu dəstəkləyən "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Blokundan artıq 40 nəfər "regionçular"la yeni koalisiya yaratmağa hazırdır. Mənbə onu da bildirib ki, yeni baş nazir Regionlar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri səlahiyyətləri icra edən Nikolay Azarov olacaq.
   Ukrayna parlamenti hökumətə etimadsızlıq göstərilməsini nəzərdə tutan qətnaməni isə Regionlar Partiyası tərəfindən irəli sürülüb. Ali Radanın spikeri Vladimir Litvin bildirib ki, artıq müvafiq sənədlər parlament komitələrinə və hökumətə göndərilib.
   Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviç ölkənin baş prokuroru Aleksandr Medvedkoya Hesablama Palatası ilə birlikdə hökümətin büdcə vəsaitlərini necə xərcləməsinə dair araşdırmaya başlamaq göstərişi verib.
   Yanukoviç 2009-cu ilin dövlət büdcəsindən vəsaitin xərclənməsinin yoxlanılmasını vacib sayır.
   O, baş prokurordan həm daxili, həm də Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılmış vəsaitin necə xərcləndiyinin yoxlanmasını tələb edib. Yanukoviç baş prokurordan qanunlara əməl etməyən məmurlarla bağlı təcili tədbirlərin görülməsini də istəyib.
   
Tahir TAĞIYEV
AKP-nin yeni Konstitusiya islahatı Türkiyəni çalxalamağa başladı
Məhkəmə və seçki sistemi dəyişdirilir, hətta bir deputatı olan partiya parlamentə düşür
Türkiyənin siyasi gündəmində yer alan əsas məsələlərdən biri də ölkədə yeni Konstitusiyaya dəyişikliklərinə görülən hazırlıqdır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən irəli sürülən yeni dəyişikliklər martın sonlarında ölkə parlamentinə təqdim olunacaq. Burada yer alan bəzi maddələr isə yeni Konstitusiyaya dəyişikliklərinin kifayət qədər gərgin atmosferdə baş verəcəyini deməyə sas verir.
   Bu, xüsusən də məhkəmələrlə bağlı maddələrə əlavə olunan dəyişikliklərdir.
   Sözügedən məsələ barədə danışmazdan öncə qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri Bəşir Atalay ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq olmadığı üçün bunun razılaşdırılmadığını bildirib: "Türkiyədə yeni konstitusiyaya ehtiyac var, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq yoxdur".
   Onu da xatırladaq ki, AKP bundan əvvəl də ölkə konstitusiyasını dəyişdirmək üçün addımlar atıb. 2007-ci ildə AKP tərəfindən edilən dəyişikliklərdə universitetlərdə hicaba qoyulan qadağanın aradan qaldırılması, Konstitusiya Məhkəməsi üzvlərinin bir hissəsinin parlament tərəfindən təyin olunması yer alırdı. Lakin həmin vaxt bu məsələ ətrafında yaranan qalmaqal az qala AKP-nin bağlanması ilə nəticələnmişdi.
   İndi də buna bənzər bir situasiyanın yaranması istisna olunmur. Məsələn, AKP təklif edir ki, Hakimlər və Prokurorlar Ali Qurumu və Konstitusiya Məhkəməsinin tərkibinin müəyyən olunması prosesi dəyişsin. Hakim partiya istəyir ki, Konstitusiya Məhkəməsi üzvlərinin sayı artırılmaqla bərabər, onların təyinatı və tutduğu vəzifədən kənarlaşdırılması proseduru dəyişdirilsin və bu işdə əsas səlahiyyətlər parlamentə verilsin. Həmçinin, təklifə əsasən, ölkədə siyasi partiyanın bağlanması proseduru çətinləşdirilir və qeyd olunur ki, partiyanın bağlanması parlamentin təsdiqindən sonra mümkün ola bilər.
   "Hərbi məhkəmə" ilə bağlı Konstitusiyanın 145-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, sözügedən məhkəmələr ancaq hərbçilərlə bağlı işlərə baxacaq. İndiyə qədər isə belə məhkəmələrdə mülki vətəndaşlarla bağlı işlərə də baxa bilirdi.
   Təklif olunan digər dəyişikliyə görə, ölkədə kürd təbliğatının aparılmasına sərbəstlik verilir. Daha bir maraqlı dəyişiklik isə parlamentdə partiya təmsilçiliyilə bağlıdır. Qeyd edək ki, hazırda mövcud qaydalara əsasən, seçkilərdə müəyyən edilmiş kvotanı keçə bilməyən partiyalar parlamentdə təmsil oluna bilməz. Lakin AKP-nin irəli sürdüyü dəyişikliklərdə bildirilir ki, cəmi 1 deputat mandatı qazanan partiya da parlamentdə təmsil oluna bilər. Türkiyə mediasının yazdığına görə, əslində bununla radikal kürdlərə bağlı olan partiyaların parlament təmsilçiliyinə yol açılır. Məsələyə münasibət bildirən ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal Konstitusiyaya dəyişikliklərin AKP-nin sonu olacağını bildirib: "AKP-nin Konstitusiyaya dəyişikliklər üçün parlamentə layihə təqdim etməsi, bunun ardınca referendum sonda "AKP getsin, yoxsa qalsın" referendumunun keçirilməsilə nəticələnəcək. Bundan başqa, AKP məhkəmə sistemini adi bir quruma çevirmək istəyir. Millət bunu qəbul etməz. İqtidar dəyişikliklərlə hüquq dövləti qurmur, əksinə, hüquqi dövlətə ölümcül bir zərbə vurmaq istəyir".
   Cumhuriyyət Xalq Partiyası liderinin sözlərinə görə, dəyişikliklərlə bağlı referendum baş tutarsa və AKP məğlub duruma düşərsə, hakim partiyanın iqtilardan getməsi məsələsi gündəmə gələcək.
   Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da bildirib ki, bütün baş verənlər Türkiyənin AKP iqtidarından xilas olmasına doğru istiqamətlənib. Onun sözlərinə görə, Ərdoğan etdikləri müqabilində tarixi hesab verməkdən xilas olmaq üçün parçalanmanı, vurğunu, talanı özündə ehtiva edəcək bir konstitusiyanın qəbulunda maraqlıdır: "Baş nazir uğursuz siyasətini, təslimçi zehniyyətini, iflasa uğramış protokolların bəhanəsini 7 ilin sonunda Konstitusiyaya dəyişikliklərinə bağlamaq istəyir". Baxçalı təklif edib ki, Konstitusiyaya dəyişikliklər üçün parlamentdə təmsil olunan partiyalardan ibarət komissiya yaradılsın.
   
Tahir TAĞIYEV
Yaxın on ildə Rusiya dünyanın iqtisadi lideri olacaq
Rusiyanın da daxil edildiyi yeni 7-likdə Türkiyə də olacaq
Rusiya Federasiyası dünya iqtisadiyyatını enerji daşıyıcıları, xüsusilə neft və qazla təmin edən super dövlətə çevrilməkdədir. Beynəlxalq Valyuta Fondunun rəsmi statistikasına görə, Rusiya iqtisadiyyatı Ümumi Daxili Məhsulun həcminə görə dünyada səkkizinci yerdədir. 2008-ci ildə Rusiyanın dünya ÜDM-ə verdiyi töhfə 3,3 % həcmində hesablanır.
   Bu fikirlər Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Hüquq" fakültəsinin tələbəsi, filologiya elmləri namizədi Əhməd Şahidovun shahidov.com saytında yerləşdirilmiş məqaləsindəndir.
   Müəllif yazır ki, nüfuzlu beynəlxalq təşkilatların hesablamalarına görə, 2030-cu ildə Rusiya Avropada ən güclü iqtisadiyyata malik super bir dövlət olacaq. Bütün dünyada isə bir qədər irəliləyərək 5-ci yerdə duracaq. Bu qənaətə dünyanın aparıcı auditor və konsaltinq şirkəti olan Pricewaterhouse Coopers LLP şirkətinin analitikləri gəlib. Onların hesablamalarına görə, Avropada güclü iqtisadiyyata malik ikinci ölkə Almaniya, ondan sonra isə Fransa olacaq.
   Ümumiyyətlə, PwC analitikləri hesab edir ki, yaxın illərdə dünya iqtisadiyyatında "geosiyasi inqilab" baş verəcək ki, nəticədə ənənəvi dünya iqtisadi nəhəngləri sayılan böyük yeddilik (G-7) üzvləri - ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanadanın əvəzində yeni iqtisadi güc mərkəzi sayılacaq E-7 yaranacaq. Bu yeddilik isə öz sıralarında Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, İndoneziya və Türkiyəni birləşdirəcək. 2019-cu ildə E-7 özünün ÜDM həcminə görə yeddiliyə düşəcək, daha on ildən sonra isə onun ÜDM həcmi daha 30% artacaq. PwC analitikləri hesab edir ki, 2030-cu ildə dünyanın iqtisadi reytinqi bu cür sıralanacaq: Çin, ABŞ, Hindistan, Braziliya, Rusiya, Almaniya, Meksika, Fransa və Böyük Britaniya.
   Rusiya Federasiyası dünyada təkcə siyasi güc mərkəzi deyil, həm də iqtisadi cəhətdən dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməkdədir. Ölkənin coğrafiyasına yaxından nəzər yetirsək görərik ki, neft yataqlarının üçdə ikisi, əsasən Qərbi Sibirdə və Hantı-Mansiya muxtar vilayətində yerləşməkdədir. Kömür ehtiyatlarına görə isə Rusiya dünyada yalnız ABŞ-dan geri qalır. 194 milyard kömür ehtiyatına malik bu ölkənin 80% ehtiyatı məhz Sibirdə yerləşir. Rusiyanın uran ehtiyatları isə 172 min tondur.
   Daha sonra məqalədə deyilir ki, iqtisadçıların hesablamalarına görə, Rusiya iqtisadiyyatı, 2012-ci ildən başlayaraq, artan xətt üzrə yüksəlməyə başlayacaq. Məlum olub ki, işçi qüvvəsi ildə 2-3 % artacağı təqdirdə Rusiyanın iqtisadi artımı 2012-ci ildən sonra ildə 5-6 % artım təşkil edəcək ki, bu da öz-özlüyündə çox ciddi göstəricidir.
   Dünyadakı son iqtisadi böhran, heç şübhəsiz ki, Rusiyaya da təsirsiz ötüşməyib. Lakin 2009-cu ilin sonundan başlayaraq, bu vəziyyət müsbətə doğru dəyişməkdədir. İndi Rusiya iqtisadiyyatı dirçəlməyə doğru ciddi addımlar atır və dirçəlmənin fasiləsiz olaraq sonadək davam etməsi üçün bir neçə şərti nəzərə almaq lazımdır: Ekspertlərin fikrincə, ilk növbədə vergi və büdcə sistemində qanun-qayda yaratmaq lazımdır. 2-3 il ərzində dövlət xərclərini optimallaşdırmaq, büdcənin kəsirini azaltmaq və vergi bazasını bərpa etmək gərəkdir. İkinci zəruri şərt isə Rusiyanın maliyyə sektorundakı problemləri təcili həll etməkdir. Bunun üçün ümumilikdə iqtisadiyyatın dəstəklənməsi məqsədilə kreditləri aktivləşdirmək və lazımsız kreditləri azaltmaq məsləhətdir. Və nəhayət, ekspertlər fikirləşir ki, 2012-ci ildən illik 5-6 % artım əldə etmək üçün ölkədə ilk növbədə işsizliyin kökünü kəsmək lazımdır. Mövsümi olaraq Rusiyada bu göstəricilər bir qədər azalsa da, ölkədə işsizlik hələ də həll edilməmiş məsələlər sırasındadır.
Ermənistan ATƏT PA-ya Qarabağ haqqında təhlükəli sənəd göndərir
Bahar Muradova sənədin məzmununun hələ tam bəlli olmadığını dedi
Azərbaycan Parlamenti sədrinin müavini hesab edir ki, Ermənistan ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsilə bağlı heç bir sənəd qəbul etdirə bilməyəcək.
   "Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin yay sessiyasına təqdim edəcəyi sənədin məzmunu tam bəlli olandan sonra ciddi tədbirlər görəcəyik". Bu sözləri çərşənbə axşamı jurnalistlərə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
   Trend News-un arayışı: Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti qurumun yay sessiyasına münaqişələrin həllində güc vasitələrindən istifadədən imtina edilməsi barədə sənəd təqdim etmək niyyətindədir.
   Muradovanın sözlərinə, Ermənistan tərəfi hələ ki, heç bir sənəd təqdim etmədiyindən indidən konkret addımlar atmaq tezdir. "Sənədin məzmunu bəlli olandan sonra mövqeyimizi ortaya qoyacağıq. Amma istənilən halda yay sessiyasında münaqişələrin həllində güc tətbiqindən imtina haqqında qətnamənin, yaxud başqa sənədin qəbul olunmasının əleyhinəyik və lazım olan bütün tədbirləri görəcəyik" - vitse-spiker əlavə edib.
   
Xəbər xidməti
Rusiya baş nazirinin birinci müavini Bakı aeraportunda jurnalistlərə açıqlama verməkdən imtina etdi
Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov dünən Bakıya iki günlük işgüzar səfərə gəlib. APA-nın məlumatına görə, İ.Şuvalov Heydər Əliyev Beynəlxalq Hava Limanında onu qarşılayan jurnalistlərə heç bir açıqlama verməyib.
   Rusiya baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinə bir neçə nazir müavini daxildir. Azərbaycan rəsmiləri ilə İ.Şuvalovun görüşləri bu gün baş tutacaq. O, həmkarı Yaqub Eyyubovla iki ölkə arasında əlaqələrin inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcək, baş nazir Artur Rəsizadə tərəfindən qəbul ediləcək. Rusiya rəsmisinin prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.
   
İran bir terrorçuya görə Qırğızıstana nota verdi
"Cundullah" liderini təyyarəyə buraxmaqda səhv etmisiniz...
Qırğızıstanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın "İribnews"a istinadən verdiyi məlumata görə, görə rəsmi Tehran "Cundullah" (Allahın ordusu) terror təşkilatının rəhbəri Əbdülməlik Riginin "Qırğızıstan Hava Yolları"na aid olan təyyarəyə sərbəst şəkildə daxil olmasına şərait yaratdığına görə bu dövlətə rəsmi səviyyədə etiraz bildirilib.
   İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, Qırğızıstan BMT-nin qətnamə və sənədlərinə məhəl qoymalıdır: "İran regionda baş verən xoşagəlməz halların və terrorizmin əleyhinədir, sülh və sabitlik bizim birinci hədəfimizdir. Qırğızıstan dövləti belə halları nəzərə almalıdır. Terror təşkilatının rəhbəri olan Əbdülməlik Riginin törətdiyi faciələr Qırğızıstanı daha çox maraqlandırmalıdır. İran bu məsələyə görə narahatlığını və nigaranlığını bəyan edir". Qırğızıstan səfiri İran tərəfinə Əbdülməlik Riginin həbsi zamanı təyyarədə olan Qırğızıstan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyinə görə təşəkkürünü bildirib. O, İranın bu məsələ ilə əlaqədar narahatlığını və etirazını öz dövlətinə çatdıracağını deyib.
   Qeyd edək ki, fevralın 23 də "Cundullah" (Allahın ordusu) terror təşkilatının rəhbəri Əbdülməlik Rigi "Qırğızıstan Hava Yolları"na məxsus təyyarədə həbs edilib. O, İranın Sistan və Bəlucistan əyalətində bir neçə yüksək rütbəli dövlət məmurlarının qətlinin təşkilatçısı hesab olunur.
   
   
Bu seçkidə namizəd üçün ən vacib faktor nə olacaq - pul, populyarlıq, ya...
Elçin Mirzəbəyli: "Namizədin bilavasitə özünün seçki kampaniyasında iştirak etməsi çox vacib rol oynayır"
   
   Əli Orucov: "Maliyyə də, təbliğat da, komandanın düzgün formalaşdırılması da önəmli faktorlardandır"
   
   Eldəniz Quliyev: "Namizədin intellekti, həyata baxışı, eləcə də qanunvericilik savadı əsas amillərdən biridir"

   
   Qarşıdan parlament seçkiləri gəlir. Heç kəsə sirr deyil ki, budəfəki parlament seçkilərində də mandat uğrunda namizədlər arasında ciddi mübarizə gedəcək. Düzdür, qanuna görə, yaşı 25 olan hər bir ölkə vətəndaşı Milli Məclisə namizədliyini verə bilər. Ancaq namizədlər siyahısına düşmək üçün müəyyən qaydalara əməl edilməsi tələb olunur ki, bunu da hər adam bacarmır. Belə ki, Seçki Məcəlləsinin şərtlərinə görə, namizədliyini verən şəxs aşağısı 450 imza toplamalıdır.
   Qeyd edək ki, əvvəl bu tələb 2000 imzadan ibarət idi. O da sirr deyil ki, parlament seçkilərində hər namizədliyini verən şəxs ora düşmək şansına malik olmur. Bunun üçün namizədin maliyyə imkanları olmalıdır, həmin ərazidə vətəndaşlar arasında hansı çəkiyə malik olması, ümumən tanınmağı əsas amillərdən biridir. Bütövlükdə namizədin seçkidə yetərli səs toplaması üçün əsas faktorlar hansılardır? Bununla bağlı münasibət öyrəndiyimiz siyasiləri fikirləri bir-birindən fərqli oldu.
   BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, seçkidə uğurlu mübarizə üçün yetərli maliyyə vəsaitinin olması, təbliğat işinin düzgün qurulması əsas şərtlərdən biridir: "Bununla belə, namizədliyini verən şəxs dairənin reallıqlarını da nəzərə almalıdır. Namizəd orada yaşayanların sosial durumu haqqında informasiyalar əldə etməlidir. Həmçinin, dairədə yaşayanların yaş həddini müəyyən etməlidir ki, gənclərin, orta yaşında olanların, yaşlıların sayı nə qədərdir. Yəni bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Eyni zamanda, Azərbaycanın mental dəyərləri də xüsusi nəzərə alınmalıdır. Çünki Azərbaycan reallığı elədir ki, ümumi Avropa texnologiyalarının burada tətbiq olunması effektiv nəticə vermir. Bu gün, təəssüflər olsun ki, Azərbaycan vətəndaşları qanunverici orqana bir az fərqli yanaşır. Yəni deputat seçkilərində vətəndaşların bəlkə də mütləq əksəriyyəti millət vəkilinin funksiyaları barədə əsaslı məlumata malik deyil. Onlar fikirləşirlər ki, millət vəkili yol çəkməlidir, onların sosial problemlərini həll etməlidir. Yaxud da hər hansı digər problemlərlə məşğul olmalıdır. Seçki kampaniyasında namizədlərə əsas problemləri yaradan da məhz bu amillərdir. Ona görə də seçki kampaniyasında seçkilərin idioloji əsaslarla deyil, müəyyən qədər maddi əsaslarla keçməsinin səbəbləri də bununla bağlıdır. Digər tərəfdən, namizəd ümumi müraciətlə, şüarlarla kifayətlənməməlidir. Şüarlar konkret təbəqələrə ünvanlanmalıdır. Ümumi seçki şüarının düzgün seçilməsindən də çox şey asılıdır. Yəni bu şüar nə qədər insanların yaddaşında qalacaq. Şüar nə qədər sadə və qısa olarsa, bir o qədər effektli olacaq. Ümumən burada xırdalıqlar çoxdur. Bütün bunların fonunda namizəd təbliğatını sistemli şəkildə qurmalıdır. Bütün bu amillər seçki kampaniyasında müəyyən rola malikdir. Azərbaycanda namizədin bilavasitə özünün seçki kampaniyasında iştirak etməsi çox vacib rol oynayır. İnkişaf etmiş ölkələrdə isə bunu namizədin seçki kampaniyası ilə məşğul olanlar həyata keçirir. Ən nəhayət, namizədin KİV vasitəsilə təbliğatını düzgün qurmasından da çox şey asılıdır".
   AMİP-in təbliğat və təşviqat katibi Əli Orucovun fikrincə, namizədin yetərli səs toplaması üçün hər bir səs uğrunda ciddi mübarizə aparmasına ehtiyac var: "Eyni zamanda, seçkini udmaq üçün bir sıra komponentlərə kompleks əməl olunması vacib şərtlərdən biridir. Bu komponentlərin də heç birini digərindən ayırmaq olmaz. Belə ki, yetərli səs toplamaq üçün maliyyə də, təbliğat da, komandanın düzgün formalaşdırılması da önəmli faktorlardandır. Həmçinin, namizədliyini verən şəxsin özünün hansı imicə malik olması və insan resurslarının seçkiyə cəlb edilməsi məsələsi də önəmli faktorlardan biridir. Sadaladığım bütün bu arqumentlərin hamısı vacibdir və bunların heç birini bir-birindən ayırmaq mümkün deyil. Çünki bunların biri olmayanda, avtomatik olaraq bu digərlərinə də təsir edir və axsamalara gətirib çıxarır. Ən nəhayət, uğurlu taktiki yol seçilməlidir".
   Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə hesab edir ki, yetərli səs toplamaq üçün ilk növbədə namizədin platforması aydın olmalıdır: "Yəni namizəd açıq məqsədini ortaya qoymalıdır ki, nə edəcək. Daha sonra seçicilərilə görüşlərində nə edəcəyini onlar üçün əsaslandırmalıdır. Bununla belə, namizədin keçirdiyi görüşlərdə onun intellekti, həyata baxışı, eləcə də qanunvericilik savadı əsas amillərdən biridir. Mənə elə gəlir ki, bütün bunlar yetərli səs toplamaq üçün əsas faktor hesab oluna bilər".
   
Vidadi ORDAHALLI
Ərdoğan türk əsgərlərin Kiprdən çəkilə biləcəyini deyib
Baş nazir Rəcəb Təyyib Ərdoğan adadakı müzakirələrdə anlaşma əldə ediləcəyi halda Quzey Kıbrıs Türk Cumhuriyyətindəki Türkiyə əsgərlərini tədricən geri çəkəcəklərini bildirib.
   "Media forum" xəbər verir ki, adanın türk və yunan jurnalistlərinə verdiyi açıqlamada Ərdoğan Kiprdə daimi və əhatəli sülhə nail olmağa çalışdıqlarını söyləyib. Baş nazir Türkiyənin bu hədəfə çatmaq üçün əlindən gələni etdiyini deyib: "Kimsə Türkiyənin bu yöndə ciddiliyini mühakimə edə bilməz, etməməlidir".
   Ərdoğan, anlaşma olacağı təqdirdə, əsgərlərin adadan dərhal deyil, uzunmüddətli perspektivdə və tədricən çəkiləcəyini vurğulayıb.
Rusiya Estoniyanın konsulu qarşısında ölkəni tərk etmək tələbi qoydu
Rəsmi Moskva iki həftə ərzində Estoniyanın Sankt-Peterburqdakı baş konsulunun ölkə ərazisini tərk etməsini tələb edib.
   Bu barədə APA "Exo Moskvı" radiostansiyasına istinadən məlumat verir. Nəticə etibarilə martın 1-də Estoniya rəsmi etirazını bildirib. Rusiya tərəfi hadisədə Estoniya tərəfini günahlandıraraq, Moskvanın bu addımının cavab tədbiri olduğunu bildirir. Belə ki, bir müddət əvvəl rəsmi Tallin Rusiyanın Narvada yeni baş konsulunun təyin olunmasına razılıq verməyib.
   
Azərbaycandakı partiyaların gənclər təşkilatları siyasətə yenilik gətirdimi?
Müsavat və AVP təmsilçilərinin fikirləri təxminən üst-üstə düşdü
Tural Abbaslı: "Hər gələn gənc nəslin siyasətə yeni mübarizə metodları, yeni baxışlar, ənənə gətirməsi fikrini bölüşmürəm"
Fərid Mustafazadə: "Müəyyən zaman kəsiyindən sonra hər bir şey dəyişdiyi kimi, baxışlar da dəyişməlidir"
Son zamanlar bəzi dairələrdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların hamısının köhnəldiyi, indiki siyasətçilərin zamanın tələblərinə cavab vermədiyi fikirləri geniş yer almağa başlayıb.
   Bu düşüncədə olanların fikrincə, belə siyasətçilər artıq siyasi proseslərdən uzaqlaşmalı və yerlərinə gənclər gəlməlidir. Söz yox ki, hər bir sahədə olduğu kimi, siyasətdə də daim yeniliklər, dəyişikliklər olmalıdır. Bu olmadan siyasi düşüncələrin, eyni zamanda partiyaların inkişafı qeyri-mümkündür. Partiyalarda da nəsil dəyişikliyi baş verməli, qocaman siyasətçilər yerini gənclərə təhvil verməlidir. Həyat, mövcud gedişat bunu tələb edir. Amma gənclər də ortalığa çıxmaq, siyasi proseslərdə özlərini göstərmək üçün indiki rəhbərlərdən fərqli baxışlar ortalığa çıxarmalıdır. Çünki seçicilər də təzə gələnlərdən yeni baxışlar tələb edir, bunu gözləyir. Əks təqdirdə onların cəmiyyətdə tanınması olduqda çətin olacaq. Görəsən, Azərbaycanda fəaliyyət göstərən partiyaların Gənclər Təşkilatlarının siyasi baxışlarında ağsaqqalların indiyə kimi yeritdiyi siyasətdən fərqli nəsə varmı? Yoxsa onlar da elə indiki siyasilərin baxışlarına uyğun siyasət yürütməkdə davam edirlər? Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı rəhbərliklə gənclər arasındakı baxışlarda fərqli bir yeniliyin olmadığını, ümumiyyətlə buna ehtiyacın yaranmadığını bildirdi: "Siyasi mübarizə min illərdir ki, mövcuddur, Qədim Roma dövründən belə mübarizə gedir. Siyasi mübarizənin metodları da, demək olar ki, dəyişməyib, eyni olaraq qalır. Sadəcə olaraq, insanların bu və yaxud digər məsələyə, prosesə baxış tərzi, mübarizəyə hansı ümidlə qoşulma tərzi dəyişə bilər. Bundan başqa, proseslərə radikal və ya liberal yanaşma tərzlərində dəyişikliklər baş verə bilər. Ona görə də hər gələn gənc nəsil siyasətə yeni mübarizə metodları, yeni baxışlar, ənənə gətirməlidir fikrini bölüşmürəm. Yeni mübarizə metodu əvvəlkindən zəifdirsə, onu gətirməkdənsə, gətirməmək yaxşıdır. Güclüdürsə gətirmək olar. Bu gün Müsavat Partiyasının rəhbərliyində olan insanlar da zəmanə ilə ayaqlaşan, siyasətin nəbzini tuta bilən insanlardır. Biz bu sarıdan hər hansı bir problem yaşamırıq. Gənclərin siyasətlə, mübarizə metodları ilə bağlı fərqli ideyaları ortaya çıxanda onu rəhbərliyə təklif edirik və onlar da bunu həmişə nəzərə alırlar. Velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur. O çoxdan kəşf olunub və illərdir ondan istifadə olunur. İdeologiyalar, mübarizə metodları əvvəlkidir, sadəcə olaraq, müasir texnologiyanın gətirdiyi yeniliklərdən gənclər daha çox bəhrələnir. Yenilik köhnənin üstündən xətt çəkib yeni nəsə bir şey icad etməkdirsə, düşünürəm ki, buna ehtiyac yoxdur. Köhnə metodları daha da təkmilləşdirib, zamanın tələblərinə uyğunlaşdırıb mübarizə aparmaq kifayət qədər effektli olar. Bizim gənclər təşkilatı da indiyə kimi bu metodlardan bəhrələnir". Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Fərid Mustafazadə də partiya funksionerlərinin siyasətilə öz siyasətləri arasında elə də fərqli yeniliklərin olmadığını qeyd etdi. Ona görə, bunun üçün müəyyən zaman kəsiyinə ehtiyac var: "Rəhbərliyin baxışları ilə bizim baxışlar tam olaraq fərqlənmir. Demək olar ki, eynidir. Amma yaxın gələcəkdə bir neçə il ərzində baxışlar dəyişilməlidir, bu qanunidir. Hər bir yerdə olduğu kimi, qocaman kadrlar yerlərini gənclərə verməlidir. Hələliksə bizlər onlardan öyrənir, görüb-götürürük. Müəyyən zaman kəsiyindən sonra isə, hər bir şey dəyişdiyi kimi, baxışlar da dəyişməlidir. Bunun nə vaxt olacağı hələlik bilinmir. Ümumiyyətlə, partiyaların strukturunda gəncləşmə getməlidir. Çünki onlarda yeni fikirlər, təzə düşünən beyinlər olur. Ona görə də hər bir partiyada yeni fikirlər olmalıdır. Bu yeniliklər isə daim irəli aparır".
Rüfət SULTAN
 
 
 SON XƏBƏRLƏR
2010-03-03 Milli Məclis martın 5-də ombudsmanın taleyini həll edəcək
2010-03-03 İranın sabiq prezidenti Rəfsəncaninin oğlu və qızı barəsində cinayət işi başlandı
2010-03-03 Azərbaycan Müdafiə Nazirliyi öldürülmüş erməni komandiri barədə məlumat yaydı
2010-03-03 Çili zəlzələsi Yer kürəsinin məhv təhlükəsini artırdı
2010-03-03 Hamiləliyə qarşı dərman Lənkəranda 3 uşaq anasını öldürdü
2010-03-03 Qusarda da torpaq sürüşməsi başlayıb
2010-03-03 Astarada 18 yaşlı nişanlı qız özünü asdı
2010-03-03 Gəncədə üçəm dünyaya gəlib
2010-03-03 DİN veteranları Əyyub Kərimova verilən cəzanın sərtləşdirilməsini istəyir
2010-03-03 YAP Avropa Xalq Partiyasına üzv olmaq istəyir
2010-03-03 Tomas Hammarberq Əflatun Amaşovla görüşdə "reket qəzetlərdən" danışdı
2010-03-03 AzərTAc-ın 90 illiyinə gələn qonaqları prezident İlham Əliyev qəbul etdi
2010-03-03 Avropa İttifaqı Türkiyə və Ermənistanı protokolları qeyd-şərtsiz ratifikasiya etməyə çağırdı
2010-03-03 Ermənistan Soçidəki görüşdə aldığı sülh variantına aid təkliflərini verdi
2010-03-03 Vaqif Sadıxov İranda Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyalarından danışdı
2010-03-03 Nizami polisi axtarışda olan saxtakarı həbs edib
2010-03-03 Rusiya İrana qarşı sanksiyaların tətbiqinə hazırdır
2010-03-03 Elçin Behbudovun 30 minini oğurlayanlar ona sövdələşmə təklif etdi
2010-03-03 "Şəmkirli Saşa"nı güllələyən "Qoca"ya cinayət işi açıldı
2010-03-03 Vaşinqtonun narkotik becərən əfqan fermerlərə gücü çatmadı
2010-03-03 Penitensiar Xidmət Eynulla Fətullayevə sui-qəsd təhlükəsini inkar etdi
2010-03-03 Bütün iri vergi ödəyicilərini yoxlayırlar
2010-03-03 Ramiz Rzayev yeni vəkillik qurumunun Ali Məhkəmə nəzdində yaradılmasını istəmir
2010-03-03 Azərbaycan Suriyaya qaz ixracına başlayır
2010-03-03 Ağdamda iki uşaq anası intihar etdi
2010-03-03 "Avro-2" standartlarına uyğun olmayan avtomobillər Azərbaycana buraxılmayacaq
2010-03-03 63 yaşlı keçmiş prezident Londonda həbs edildi
2010-03-03 Kirayə mənzillərdə yaşayanların sayı sürətlə çoxalır
2010-03-03 Azərbaycandakı partiyaların gənclər təşkilatları siyasətə yenilik gətirdimi?
2010-03-03 Rusiya Estoniyanın konsulu qarşısında ölkəni tərk etmək tələbi qoydu
2010-03-03 Ərdoğan türk əsgərlərin Kiprdən çəkilə biləcəyini deyib
2010-03-03 Bu seçkidə namizəd üçün ən vacib faktor nə olacaq - pul, populyarlıq, ya...
2010-03-03 İran bir terrorçuya görə Qırğızıstana nota verdi
2010-03-03 Rusiya baş nazirinin birinci müavini Bakı aeraportunda jurnalistlərə açıqlama verməkdən imtina etdi
2010-03-03 Yaxın on ildə Rusiya dünyanın iqtisadi lideri olacaq
2010-03-03 AKP-nin yeni Konstitusiya islahatı Türkiyəni çalxalamağa başladı
2010-03-03 Yuşşenko Ukraynanın yeni baş naziri ola bilər
2010-03-03 ABŞ-a gedən Türkiyə deputatları Konqresin əleyhinə ilk addımı atdı
2010-03-03 Rusiya ilə sərhədi Ermənistan xatirinə açan Tiflis İrəvandan zərbə aldı
2010-03-03 Ədliyyə naziri yanında İctimai Komitənin yeni seçilmiş üzvləri Penitensiar Xidmətin rəisi ilə tanış oldular
2010-03-03 Martın sonunda qlobal böhranın yeni dalğasına azərbaycanlı deputat inanmır
2010-03-03 Azərbaycanda cəmi 5 bələdiyyənin öz müəssisəsi var imiş
2010-03-03 Azərbaycan əkinə yararlı torpaqlarını ilbəil itirir
2010-03-03 Türkiyədə fahişələrə vasitəçilik edən azərbaycanlı "kişi" saxlanılıb
2010-03-03 Bakıda satılan mənzillərin cəmi 5 faizini Rusiyada işləyən azərbaycanlılar alır
2010-03-03 Sankt-Peterburqda erməni və azərbaycanlıdan ibarət cinayətkar qrup zərərsizləşdirildi
2010-03-03 Gəncə İmamzadəsində 5 milyon manatlıq təmir başlayır
2010-03-03 Korlar Cəmiyyəti dilənçilik edən korlarla bağlı araşdırma aparıb
2010-03-03 Lüksemburq - Azərbaycan matçının hakimləri açıqlandı
2010-03-03 Fələstin millisinin baş məşqçisi israilli oldu
2010-03-03 "Atletiko" - "Valensiya" oynunun nəticəsi şübhə altına alındı
2010-03-03 Kurani "Yuventus"a keçir
2010-03-03 Hiddink Türkiyə yığmasının formasını almaqdan imtina etdi
2010-03-03 Daum "Fərənbağça"dan qovula bilər
2010-03-03 "Real" və "Barselona" dünyanın ən varlı klublarıdır
2010-03-03 Nesta İtaliya yığmasından imtina etdi
2010-03-03 Ronaldinyo "Qalatasaray"a gətirilir?
2010-03-03 Xəstə uşaq doğan, arvadını öldürmək istəyən Ramiz İsgəndərov 3 il iş aldı
2010-03-03 Bakıda 423 telefon nömrələri 323-lə əvəz olunacaq
2010-03-03 HAMAS lideri İsrailə satılan oğlundan imtina etdi
2010-03-03 Azərbaycanda 410 mindən çox əlil var
2010-03-03 Bakıda külli miqdarda dələduzluqla bağlı polisə müraciət edildi
2010-03-03 Məclislərdə Quranı ana dildə oxumaq təkliflərinə qarşı tutarlı arqumentlər gətirildi
2010-03-03 Azərbaycanda 17 əlil məhbus protezlə təmin edildi
2010-03-03 Televiziyalarda pulsuz reklamların qanuniləşdirilməsini istəyənlər çoxalır
2010-03-03 Rəmişin mesajına reaksiya gəldi
2010-03-03 Tarkan "tərtəmiz" imiş
2010-03-03 Əli Mirəliyev ləhcəsini türkləşdirən şou-müğənnilərə qəzəbləndi
2010-03-02 Sumqayıtda Mirzəyevlər və Rzayevlər ailəsi "qaz faciəsinə" düşdü
2010-03-02 Masallı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarıldı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009