Ər-arvad Mirzəyevlər hamamda boğuldular, Rzayevlər isə...
.jpg)
Sumqayıtda bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb, başqa bir ailənin 9 üzvü isə zəhərlənib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə Katec qəsəbəsi, 17-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Orada yaşayanlar, 1955-ci il təvəllüdlü Sahib Mirzəyev və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Leyla Mirzəyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb. Daha bir olay isə martın 1-i, saat 04.00 radələrində Sumqayıtın "Qurd dərəsi" bağlar massivində qeydə alınıb. 1742 saylı bağ evində yaşayanlar - 1967-ci il təvəllüdlü Şahin Rzayev, onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Aidə Rzayeva, onların övladları, 17 yaşlı Günay, 16 yaşlı Aysel, 10 yaşlı Kənan və həmin evdə yaşayanlar - 1971-ci il təvəllüdlü Cəlil Cavadov, onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Afət Cavadova, övladları, 12 yaşlı Sərxan və 10 yaşlı İsfəndiyar dəm qazı zəhərlənməsilə həkimə müraciət edib. Araşdırmalar nəticəsində zəhərlənməyə yaşayış evində elektrik generatorunun işlək vəziyyətdə qalması ilə evə dəm qazının dolmasının səbəb olduğu müəyyənləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparır.