.jpg)
Martın 8-i və martın 20-si də daxil olmaqla, ayın son həftəsi Azərbaycanda qeyri-iş günü olacaq. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Ümumilikdə Azərbaycanın qüvvədə olan Əmək Məcəlləsinə əsasən, 8 mart - Beynəlxalq Qadınlar günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunur. Təqvimə əsasən, martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla, Novruz bayramı ilə əlaqədar olaraq, Azərbaycanda 9 gün qeyri-iş günü sayılır. Digər istirahət günləri də nəzərə alınsa, ay ərzində Azərbaycanda 14 gün iş olmayacaq.