Baş Mühafizə İdarəsinin əməkdaşı Əzizbəyovda "Mercedes"ini aşırdı
Bakının Əzizbəyov rayonu ərazisində polis əməkdaşı yol qəzasında ölüb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, saat 04:20-də Mərdəkan qəsəbəsində Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Əzizbəyov rayon mühafizə bölməsinin əməkdaşı Əhməd Aslanov idarə etdiyi "Mercedes-220" markalı avtomobili aşırıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Əzizbəyov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb ölma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.